Ətraflı axtarış
Baxanların
6649
İnternetə qoyma tarixi: 2011/09/12
Sualın xülasəsi
“Ğəraniq” əfsanəsi nədir?
Sual
“Ğəraniq ayələri” adı ilə məşhur olan əfsanəni izah edin. Onda deyilmişdir ki, Peyğəmbər (səlləllahu əleyhi və alih) Şeytana aldandı və bütləri təriflədi! Əgər bunun sənədi yoxdursa, onda bu əfsanə haradan əmələ gəlmişdir?
Qısa cavab

“Ğəraniq” əfsanəsi islamın inadkar düşmənlərinin və xəbərsiz müxaliflərinin quraşdırdığı bir əfsanədir. Onlar Quran və Peyğəmbər (səlləllahu əleyhi və alih)-in mövqeyini zəiflətmək üçün belə bir əsassız hədisi quraşdırmışlar. Bu əfsanədə deyilir ki, Allahın Peyğəmbəri Məkkədə “Nəcm” surəsini oxumağa məşğul idi. Müşriklərin bütlərinin adı zikr olunan ayələrə أفَرَءَیْتُمُ اللَّاتَ وَ الْعُزَّى‏ وَ مَنَوةَ الثَّالِثَةَ الْأُخْرَى (“Mənə xəbər verin Lat, Üzza və onların üçüncüsü olan Mənat bütləri (Allahın qızlarıdırlarmı?!)”) çatdıqda, (nəuzu billah) Şeytan bu cümləni onun dilindən cari etməyə başladı:

تِلْکَ الْغَرَانِیقُ الْعُلىٰ، وَ اِنَّ شَفَاعَتَهُنَّ لَتُرْتَجٰى

Yəni “Bunlar yüksək məqamlı gözəl quşlardır və onlardan şəfaət ümidi gözlənilir”. Bu zaman Peyğəmbər səcdəyə düşdü, onlar da səcdə etdilər. Cəbrail nazil olub Peyğəmbərə xəbərdarlıq etdi ki, bu iki cümləni mən sənə gətirməmişəm, bu iki cümlə şeytanın təlqinləridir.

Çoxlu dəlil-sübutlar və şahidlər bu hədisin saxta olmasını göstərir. Çünki bütün islam tədqiqatçıları – istər şiə, istərsə də sünnü – bu hədisi şiddətlə inkar etmiş və onu saxta hədis yazanların qondarması olduğunu demişlər.

Ətreaflı cavab

“Ğəraniq” əfsanəsi ilə əlaqədar sünnü kitablarında İbni Abbasdan çox qəribə bir əhvalat nəql etmiş və demişlər ki, Peyğəmbər (səlləllahu əleyhi və alih) Məkkədə “Nəcm” surəsini oxumağa məşğul idi, müşriklərin bütlərinin adı zikr olunan ayələrə:

أفَرَءَیْتُمُ اللَّاتَ وَ الْعُزَّى‏ وَ مَنَوةَ الثَّالِثَةَ الْأُخْرَى

Yəni “Mənə xəbər verin Lat, Üzza və onların üçüncüsü olan Mənat bütləri (Allahın qızlarıdırlarmı?!)”[1] çatan zaman Şeytan bu iki cümləni onun dilindən deməyə başladı:

تِلْکَ الْغَرَانِیقُ الْعُلىٰ، وَ اِنَّ شَفَاعَتَهُنَّ لَتُرْتَجٰى

Yəni “Bunlar yüksək məqamlı gözəl quşlardır və onlardan şəfaət ümidi gözlənilir.”[2]

Müşriklər bunu eşidəndə sevinib dedilər: “Muhəmməd indiyə qədər bizim məbudlarımızın adlarını heç vaxt yaxşılıqla zikr etməmişdi!” Bu zaman Peyğəmbər səcdəyə düşdü, onlar da səcdə etdilər. Cəbrəil nazil olub Peyğəmbərə xəbərdarlıq etdi ki, bu iki cümləni mən sənin üçün gətirməmişəm, bunlar Şeytanın təlqinləri idi. Bu zaman:

وَمَا أَرْسَلْنَا مِن قَبْلِکَ مِن رَّسُولٍ وَلَا نَبِیٍّ إِلَّا إِذَا تَمَنَّى أَلْقَى الشَّیْطَانُ فِی أُمْنِیَّتِهِ...

“Səndən qabaq elə bir rəsul və nəbi göndərmədik ki, (öz hədəflərini irəli aparmaq üçün) arzu etdiyi zaman Şeytan onda vəsvəsə və təlqin etməmiş olsun” ayəsi nazil oldu və Peyğəmbərə və möminlərə xəbərdarlıq edildi.[3]

İslam müxaliflərindən bir qrupu Peyğəmbər (səlləllahu əleyhi və alih)-in proqram və məramını zəiflətmək məqsədi ilə yaxşı bir vasitə tapdıqlarını güman etmiş və bu hadisəni çox təmtəraqlı şəkildə nəql edərək ona çoxlu izahlar və yozumlar vermişlər. Lakin çoxlu şahidlər göstərir ki, bu saxta hədis Quranın və Peyğəmbər (səlləllahu əleyhi və alih)-in kəlamını etibarsız qələmə vermək üçün şeytansifətlərin tərəfindən qondarılmışdır. Çünki:

Əvvəla, tədqiqatçıların nəzərinə əsasən bu hədisin raviləri çox zəif və etibarsız adamlardır, onun İbni Abbasın tərəfindən deyilməsi də heç bir vəchlə məlum deyildir. Məhəmməd ibni İshaqın dediyinə görə bu hədis dinsiz saxtakarlar tərəfindən deyilmişdir. O, bunun rəddində bir kitab da yazmışdır.[4]

İkincisi: “Nəcm” surəsinin nazil olması və sonra Peyğəmbərin müsəlmanlarla birlikdə səcdə etməsi ilə əlaqədar müxtəlif kitablarda çoxlu rəvayətlər nəql olunmuşdur, lakin onların heç birində “Ğəraniq” əfsanəsindən söhbət getməmişdir. Bunun özü də göstərir ki, bu cümlələr sonradan əlavə edilmişdir.[5]

Üçüncüsü: “Nəcm” surəsinin ilk ayələri aşkar şəkildə bu xurafatları batil hesab edir, nəhayət buyurur: “Peyğəmbər heç vaxt həvayi-nəfs üzündən söz danışmır, onun dedikləri ona vəhy olunan ilahi vəhydən başqa bir şey deyildir.”[6] Bu ayə yuxarıdakı əfsanə ilə necə uyğun gələ bilər?!

Dördüncüsü: Bu surədə bütlərin adı zikr olunduqdan sonra gələn ayələrin hamısı bütlərin məzəmmətində olmaqla bütpərəstliyin mənfur, çirkin və alçaq bir iş olmasına dəlalət edir, aşkar şəkildə buyurur ki, bunlar sizin əsassız və puç təsəvvürləriniz əsasında düzəltdiyiniz mövhumatdan başqa bir şey deyildir, onların əlindən heç bir iş gəlməz. Quran buyurur: “Bunlar yalnız sizin ata-babalarınız onlara qoyduğu (məzmunsuz və müsəmmasız) adlardır, Allah onların barəsində heç vaxt dəlil və höccət nazil etməmişdir. Onlar yalnız əsassız gümanlara və həvayi-nəfslərə tabe olurlar, halbuki Pərvərdigarları tərəfindən onların hidayət vasitələri gəlmişdir.”[7]

Bu qədər şiddətli məzəmmətlərlə yanaşı necə mümkün ola bilər ki, ondan bir neçə cümlə əvvəldə bütlər təriflənmiş oldun?! Bundan əlavə, Quran aşkar şəkildə xatırladır ki, Allah-taala Quranın hamısını hər növ təhrifdən, inhirafdan, zay olmaqdan qoruyub saxlayacaqdır. Belə ki, bir ayədə deyilir: “Həqiqətən, Biz Quranı nazil etmişik və şübhəsiz, Biz də onu qoruyub saxlayacağıq.”[8]

Beşincisi: Peyğəmbər (səlləllahu əleyhi və alih)-in büt və bütpərəstliklə mübarizəsi barışıq qəbul etməyən davamlı və müntəzəm bir mübarizə olmuşdur. O həzrət bərəkətli həyatının əvvəlindən axırına qədər bir gün belə, bu mübarizədən əl çəkməmiş və əməldə göstərmişdi ki, büt və bütpərəstliyə qarşı hətta ən ağır vəziyyətlərdə belə, heç bir növ sazişçilik göstərməyəcək, onlarla mülayim rəftar etməyəcəkdir. Bununla belə, necə mümkün ola bilərdi ki, onun mübarək dilindən belə sözlər deyilmiş olsun?!

Altıncısı: Hətta Peyğəmbər (səlləllahu əleyhi və alih)-in “Allah tərəfindən göndərilən bir şəxs” olmasını qəbul etməyən, özləri də müsəlman olmayan və Peyğəmbəri sadəcə “fitri istedada malik olan mütəfəkkir və tədbirçi” bir şəxs hesab edərək bunun sayəsində ən böyük nailiyyətlərə və qələbələrə nail olmasını deyənlər belə, inanırlar ki, əsl şüarı “la ilahə illəllah”dan (Allahdan başqa heç bir məbud və qüdrət sahibi oxdur) ibarət olan, hər növ şirk və bütpərəstliklə barışmaz mübarizə aparan və əməldə də bütlərlə əlaqədar heç bir növ sazişə razılıq vermədiyini göstərən bir şəxs necə ola birlər ki, özünün əsl proqramını və məramını boşlayaraq bütləri belə tərifləmiş olsun?!

Bu bəhsin məcmusundan aydın olur ki, “Ğəraniq” əfsanəsi islamın naşı düşmənləri və yelbeyin müxaliflərinin düzəltdiyi bir əfsanədir, onlar Peyğəmbərin və Quranın mövqeyinə zərbə vurub sarsıtmaq üçün belə əsassız hədisləri düzəltmişlər. Buna görə də bütün islam tədqiqatçıları – istər sünnü, istərsə də şiə bu hədisi şiddətlə inkar edərək zəif və saxtakarların saxtalaşdırdığı bir hədis hesab edirlər.[9]

Bu hədisin izahı üçün bəzi yozumlar düzəltmişlər ki, yalnız hədisin əslinin sübuta yetməsi fərzi ilə zikr oluna bilər. O da bundan ibarətdir ki, Peyğəmbər (səlləllahu əleyhi və alih) Quran ayələrini ahəstə və fikirləşə-fikirləşə, təfəkkürlə oxuyurdu. Bu zaman arada bir qədər dayanırdı ki, camaatın qəlbi ona cəzb olunsun. “Nəcm” surəsinin ayələrini oxuyan zaman “əfərəəytumul-Latə...” ayəsinə çatanda, bəzi şeytansifət insanlar (inadkar müşriklər) fürsətdən istifadə edərək “tilkəl-ğəraniqul-ula...” cümləsini o həzrətin sözünün ortasında xüsusi şəkildə oxudular ki, həm Peyğəmbəri yamsılamış olsunlar, həm də camaatı şəkk-şübhəyə salsınlar. Lakin sonrakı ayələr onlara gözəl şəkildə cavab verdi və bütpərəstliyi şiddətlə məhkum etdi.[10]

Buradan aydın olur ki, bəzilərinin “Ğəraniq” əfsanəsini Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih) tərəfindən bütpərəstlərə bir növ yumşaq və mülayim rəftar (yəni onların inadkarlıqları ilə eyni zamanda Peyğəmbərin onların islama cəzb olunmasını istədiyi) ünvanı ilə təfsir və izah etmək istəyənlər böyük səhvə yol vermişlər. Bu məsələ göstərir ki, bu yozumları verənlər islamın və Peyğəmbərin büt və bütə pərəstiş müqabilindəki ciddi mövqeyini dərk edə bilməmişlər. Mötəbər tarixi dəlillərdə deyilir ki, düşmənlər Peyğəmbərə bu barədə hər növ maddi imkanlar vermək istəyirdilər, lakin həzrət onları qəbul etmir və özünün əməli proqramından zərrə qədər geri dönmürdü. Lakin bu izahı verənlər ya bunu görməmiş, ya da özlərini cahilliyə vurmuşlar.[11]



[1] “Nəcm” surəsi, ayə: 19 və 20

[2] “Ğəraniq” – “ğərnuq”un cəm formasıdır, bir növ ağ və ya qara quşa deyilir. Onun digər mənaları da vardır. (“Qamusul-lüğət”)

[3] “Əl-mizan” kitabında sözügedən ayələrin izahında bu hədisi əhli-sünnətin hafizlərindən, o cümlədən, İbni Həcərdən nəql etmişdir.

[4] “Təfsiri Kəbir”, Fəxr Razi, cild 23, səh. 50

[5] Yenə orada

[6] وَ ما یَنْطِقُ عَنِ الْهَوى‏ إِنْ هُوَ إِلَّا وَحْیٌ یُوحى‏ “Nəcm” surəsi, ayə: 3 və 4

[7] إِنْ هِیَ إِلَّا أَسْماءٌ سَمَّیْتُمُوها أَنْتُمْ وَ آباؤُکُمْ ما أَنْزَلَ اللَّهُ بِها مِنْ سُلْطانٍ إِنْ یَتَّبِعُونَ إِلَّا الظَّنَّ وَ ما تَهْوَى الْأَنْفُسُ وَ لَقَدْ جاءَهُمْ مِنْ رَبِّهِمُ الْهُدى “Nəcm” surəsi, ayə: 23

[8] إِنَّا نَحْنُ نَزَّلْنَا الذِّکْرَ وَ إِنَّا لَهُ لَحافِظُونَ “Hicr” surəsi, ayə: 9

[9] “Məcməul-bəyan”, Fəxr Razinin və Qurtəbinin təfsiri, “Fi zilal”, “Safi”, “Ruhul-məani”, “Əl-mizan” və digər təfsirlərin qeyd olunan ayə ilə əlaqədar izahına bax.

[10] "Təfsiri Qurtəbi”, 7-ci cild, səh. 44 74; Mərhum Təbərsi “Məcməul-bəyan”da da onu bir ehtimal ünvanı ilə gətirmişdir.

[11] "Təfsiri nümunə"dən nəqlən: 14-cü cild, səh. 142-145

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Təsadüfi suallar

  • Lütfən qadının hicabının necəliyi barəsində hədis yazın.
    7855 Nizamlar hüquq və əhkam 2011/04/13
    Nur surəsinin 31- ci ayəsi başqa olmaqla çox sayda hədis və ayələr qadının hicabı barəsində söhbət açmışdır.həmçinin Nur surəsinin 31- ci ayəsində buyurulur: "Mömin qadınlara de ki, gözlərini haram buyrulmuş şeylərdən çəkindirsinlər, namuslarını qorusunlar; öz- özlüyündə görünən (əl- az) istisna olmaqla, zinətlərini göstərməsinlər baş örtüklərini yaxalarına çəksinlər; zinətlərini ərlərindən başqasına ...
  • Hədislərdə gəlmişdir ki: İki nəfər arasında sülh yaratmaq bütün namaz və oruclardan üstündür dedikdə nə nəzərdə tutulur?
    6272 Hədis elmləri 2012/02/07
    Bəzi tərcüməçilərin etdiyi tərcümələrdə sizin işarə etdiyiniz kimi diqqətsizlik baş vermişdir. Ona görə ki, ərəb mətninə diqqət eləsək “صَلَاحُ ذَاتِ الْبَیْنِ أَفْضَلُ مِنْ عَامَّةِ الصَّلَاةِ وَ الصِّیَام”[1] görərik ki, Allahın Rəsulunun (ə) kəlamı bu cürdür ki, iki nəfər arasında sülh yaratmaq bir çox namaz ...
  • Ramazan ayında Peyğəmbərə və imamlara and içmək orucun batil olmasına səbəb olurmu?
    5999 Nizamlar hüquq və əhkam 2011/11/24
    And içmək orucu batil edən şeylərdən deyildir. Amma əgər and içməklə Allaha, Peyğəmbər (səlləllahu əleyhi və alih)-ə və o həzrətin canişinlərinə qəsdən müəyyən bir yalanı nisbət verərsə, bu iş Allahın, Peyğəmbərin və onun canişinlərinin adından yalan danışmağın nümunəsi olduğuna görə orucun batil olmasına səbəb olar.Amma dualarda qeyd olunan andlara ...
  • İslamda ağılın rolu nə qədərdir hansı yerlərdə və necə ondan istifadə olunur?
    11386 Təzə kəlam 2011/01/05
    Ağıl qiymətli bir qüvvədir ki, Allah taala onu insanın vücudunda qərar vermiş və bir neçə mərhələdən ibarətdir.Nəzəriyyə ağılı: Bunun işi bundan ibarətdir ki, hadisələri dərk edib tanıyır və onun haqqında qəzavət edir.
  • “Maidə” surəsinin 3 və 67-ci ayələri eyni bir hadisə ilə əlaqədar nazil olduğu halda nə üçün aralarında fasilə düşmüşdür?
    11767 Təfsir 2012/06/23
    “Maidə” surəsinin 3-cü və 67-ci ayələri arasında xüsusi əlaqə vardır ki, onların məzmununa, tarixi Qədr-xum hadisəsinə, habelə ayələrin şəni-nüzuluna və bu ilahi kəlamın müsəlmanlara çatdırılmasının mühüm və həssas məsələ olduğuna diqqət yetirməklə mətləb tamamilə aydınlaşır. Bir-biri ilə əlaqədar olan bu iki ayənin nə üçün Quranda fasilə ilə ...
  • Xəyal qüvvəsindən münasib şəkildə istifadə etmək olarmı?
    6719 İrfan fəlsəfəsi 2012/04/10
    Nəfsin işlərindən biri olan xəyal (müsəvvirə) qüvvəsi insan nəfsinin batini mərtəbələrindən və idrak qüvvələrindəndir. Bu qüvvənin işi hiss olunan şeylərin cüzi (konkret) şəkil və surətini idrak edib saxlamaqdır və təxəyyül qüvvəsi adlandırılır. İnsanın nəfsi (ruh bədənə daxil olduqdan sonra nəfs adlanır) aləmin mələkut (batini) həqiqətlərini ...
  • Дини плүрализм нәзәријјәси вә динин мүхтәлиф тәфсирләрини изаһ един вә фәргләрини ачыглајын?
    8268 Təzə kəlam 2010/07/18
     1; Плүрализм мүхтәлиф саһаләрдә, о ҹүмләдән, дин вә әхлаг фәлсәфәсиндә, һүгуг вә сијаси вә саир ... саһәләрдә чохлуға тәрәф мејл мәнасында олуб, мүхтәлиф истифадәләри вар вә үмуми мәнада олараг тәк мејллилик вә ја мүнһәсирлијин гаршысында чох мејллилијин рәсми танынмасы демәкдир. Дини плүрализмин ...
  • Инсанын өз ишләриндә ихтијары вармы?
    8438 Qədim kəlam 2010/03/11
    Дәфәләрлә һәјатымызда өз ичәримиздә гәриб вә тәнһалыг јолларында галырыг. Һәм дә елә бир јол ки, орда һәрәкәт етмәкдән башга чарәмиз јохдур. Бу һәмән сабит вә әввәлҹәдән тәјин олунмуш һәјат јолудур. Јәни, милләт, аилә, бој, гәд-гамәт, гулаг вә саир.. мәсәләләрдә олдуғу кими. Амма, дәфләрлә ...
  • Nə üçün zairlər, xüsusilə iranlı zairlər “Bəqi” qəbiristanlığının yanında ağlayırlar?
    7591 Təzə kəlam 2010/11/10
    Bu sualın cavabı ağlamağın mahiyyətinin və harada istifadə olunmasının tanınmasına bağlıdır. Ağlamağın bir zahiri, bir də batini vardır. Onun batini insanın ülvi (emosional) duyğularından və ruhi təsirlənmələrindən qaynaqlanır. Belə ki, onun insanda hasil olması ilə eyni zamanda beyində müəyyən fəaliyyətlər baş verir və gözdən yaş ...
  • Müxtəlif qismlərdə olan hansı eşq İslamda doğru sayılır?
    13495 Nəzəri irfan 2011/07/02
    Filosoflar və ariflər eşqi bir neçə hissəyə bölmüşdürlər. Amma ümumi olaraq deyirlər eşq iki hissəyə bölünür: Həqiqi ehq, həmin Allaha, sifət və felərinə aşiq olmaqdır. Məcazi eşq, bu eşq geniş əhatəyə malikdir ki, demək olar: Məcazi eşq ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    162870 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    154920 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    117746 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    109680 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    98781 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    91289 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    53340 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    45201 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    43710 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    42874 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...