Ətraflı axtarış
Baxanların
8343
İnternetə qoyma tarixi: 2012/02/13
Sualın xülasəsi
Peyğəmbərin buyurduğu “qələm-kağız” hədisində “mənim yanımda mübahisə aparmaq rəva deyildir!” dedikdə məqsədi nə idi?
Sual
Peyğəmbər (səlləllahu əleyhi və alih) ömrünün son günlərində xəstəlik yatağında olarkən bəzi səhabələrin də iştirak etdiyi zaman qələm-kağız istədi ki, son vəsiyyətin yazsın. O yığıncaqda bəziləri dava-dalaş saldılar, bu da Peyğəmbərin narahat olub qəzəblənməsinə səbəb oldu. Həzrət buyurdu: “Mənim yanımda mübahisə etmək rəva deyildir!” Bu sözdə məqsədi nə idi?
Qısa cavab

Peyğəmbər (səlləllahu əleyhi və alih)-in buyurduğu “mənim üçün qələm-kağız gətirin” cümləsi sünnü və şiə kitablarında müxtəlif sənədlərlə nəql olunan məşhur hədisin bir hissəsidir. Rəyasət aşiqi olan bir dəstə adam Quranda وَمَا یَنْطِقُ عَنِ الْهَوَی “O, heç vaxt havayi-nəfs üzündən danışmır” deyə vəsf edilən Peyğəmbərin hüzurunda olan zaman onu “sayaqlamaq və yava danışmaq”la müttəhim etdilər. Bununla da Allah Peyğəmbərinə qarşı ən böyük təhqiri rəva gördülər. Bundan sonra həzrət buyurdu: “Mənim yanımdan qalxın (və uzaqlaşın), çünki mənim hüzurumda dava-dalaş və mübahisə rəva deyildir.” Bunu dedikdən sonra onları öz yanından qovdu.

Ətreaflı cavab

Peyğəmbər (səlləllahu əleyhi və alih)-in bu cümləsi “qələm-kağız” adı ilə məşhur olan hədisin bir hissəsidir. Bu, müxtəlif sənədlərlə sünnü və şiə kitablarında qeyd olunmuşdur. Bu hadisəsini Buxari öz kitabında altı dəfə və Müslim üç dəfə öz kitabında nəql etmişdir. Burada həmin hədisin mətnini “Səhihi Buxari”dən müxtəlif sənədlərlə nəql edirik:

1 . حدثنا قَبِیصَةُ حدثنا بن عُیَیْنَةَ عن سُلَیْمَانَ الْأَحْوَلِ عن سَعِیدِ بن جُبَیْرٍ عن بن عَبَّاسٍ رضی الله عنهما أَنَّهُ قال یَوْمُ الْخَمِیسِ وما یَوْمُ الْخَمِیسِ ثُمَّ بَکَى حتى خَضَبَ دَمْعُهُ الْحَصْبَاءَ فقال اشْتَدَّ بِرَسُولِ اللَّهِ صلى الله علیه وسلم وَجَعُهُ یوم الْخَمِیسِ فقال ائْتُونِی بِکِتَابٍ أَکْتُبْ لَکُمْ کِتَابًا لَنْ تَضِلُّوا بَعْدَهُ أَبَدًا فَتَنَازَعُوا ولا یَنْبَغِی عِنْدَ نَبِیٍّ تَنَازُعٌ فَقَالُوا هَجَرَ رسول اللَّهِ صلى الله علیه وسلم قال دَعُونِی فَالَّذِی أنا فیه خَیْر مِمَّا تدعوننی إلیه

1. Qəbizət, İbni Üyeynədən, o da Süleyman Əhvəldən, o da Səid ibni Cübeyrdən, o da İbni Abbasdan (rəziyəllahu ənhuma) belə nəql edir: “Cümə axşamı, necə də pis bir gün idi o cümə axşamı!.. (Sonra o qədər ağladı ki, onun göz yaşları yeri islatdı.) Sonra dedi: Cümə axşamı Peyğəmbər (səlləllahu əleyhi və səlləm)-in ağrıları şiddətləndikdə buyurdu: “Mənim üçün bir kağız (və qələm) gətirin, sizin üçün elə bir kitab (vəsiyyət) yazım ki, məndən sonra heç vaxt yolunuzu azmayasınız.” Bu zaman dava-dalaşa və mübahisəyə başladılar, halbuki heç bir peyğəmbərin hüzurunda mübahisə, dava-dalaş rəva deyilir. Sonra dedilər: “Peyğəmbər (bu sözlə) sayaqlayır!” Həzrət buyurdu: “Məndən əl çəkin (məni boşlayın)! Mənim hazırkı vəziyyətim sizin dediyiniz şeylərdən daha yaxşıdır!” [1]

2. حدثنا قُتَیْبَةُ حدثنا سُفْیَانُ عن سُلَیْمَانَ الْأَحْوَلِ عن سَعِیدِ بن جُبَیْرٍ قال قال بن عَبَّاسٍ یَوْمُ الْخَمِیسِ وما یَوْمُ الْخَمِیسِ اشْتَدَّ بِرَسُولِ اللَّهِ صلى الله علیه وسلم وَجَعُهُ فقال ائْتُونِی أَکْتُبْ لَکُمْ کِتَابًا لَنْ تَضِلُّوا بَعْدَهُ أَبَدًا فَتَنَازَعُوا ولا یَنْبَغِی عِنْدَ نَبِیٍّ تَنَازُعٌ فَقَالُوا ما شَأْنُهُ أَهَجَرَ اسْتَفْهِمُوهُ فَذَهَبُوا یَرُدُّونَ علیه فقال دَعُونِی فَالَّذِی أنا فیه خَیْرٌ مِمَّا تدعوننی إلیه

2. Qüteybə, Süfyandan, o da Süleyman Əhvəldən, o da Səid ibni Cübeyrdən nəql edir ki, İbni Abbas dedi: “Cümə axşamı, necə də pis bir gün idi o cümə axşamı!.. Cümə axşamı Peyğəmbər (səlləllahu əleyhi və səlləm)-in ağrıları şiddətləndikdə buyurdu: “Mənim üçün bir kağız (və qələm) gətirin, sizin üçün elə bir kitab (vəsiyyət) yazım ki, məndən sonra heç vaxt yolunuzu azmayasınız.” Bu zaman dava-dalaşa və mübahisəyə başladılar, halbuki heç bir peyğəmbərin hüzurunda mübahisə, dava-dalaş rəva deyilir. Sonra dedilər: “Ona nə olub?! Sayaqlayırmı?! Ondan soruşun!” Ona etiraz etməyə başladıqda həzrət buyurdu: “Məndən əl çəkin (məni boşlayın)! Mənim hazırkı vəziyyətim sizin dediyiniz şeylərdən daha yaxşıdır!” [2]

3. حدثنا إِبْرَاهِیمُ بن مُوسَى حدثنا هِشَامٌ عن مَعْمَرٍ وحدثنی عبد اللَّهِ بن مُحَمَّدٍ حدثنا عبد الرَّزَّاقِ أخبرنا مَعْمَرٌ عن الزُّهْرِیِّ عن عُبَیْدِ اللَّهِ بن عبد اللَّهِ عن بن عَبَّاسٍ رضی الله عنهما قال لَمَّا حُضِرَ رسول اللَّهِ صلى الله علیه وسلم و فی الْبَیْتِ رِجَالٌ فِیهِمْ عُمَرُ بن الْخَطَّابِ قال النبی صلى الله علیه وسلم هَلُمَّ أَکْتُبْ لَکُمْ کِتَابًا لَا تَضِلُّوا بَعْدَهُ فقال عُمَرُ إِنَّ النبی صلى الله علیه وسلم قد غَلَبَ علیه الْوَجَعُ وَعِنْدَکُمْ الْقُرْآنُ حَسْبُنَا کِتَابُ اللَّهِ فَاخْتَلَفَ أَهْلُ الْبَیْتِ فَاخْتَصَمُوا منهم من یقول قَرِّبُوا یَکْتُبْ لَکُمْ النبی صلى الله علیه وسلم کِتَابًا لَنْ تَضِلُّوا بَعْدَهُ وَمِنْهُمْ من یقول ما قال عُمَرُ فلما أَکْثَرُوا اللَّغْوَ وَالِاخْتِلَافَ عِنْدَ النبی صلى الله علیه وسلم قال رسول اللَّهِ صلى الله علیه وسلم قُومُوا قال عُبَیْدُ اللَّهِ فَکَانَ بن عَبَّاسٍ یقول إِنَّ الرَّزِیَّةَ کُلَّ الرَّزِیَّةِ ما حَالَ بین رسول اللَّهِ صلى الله علیه وسلم وَبَیْنَ أَنْ یَکْتُبَ لهم ذلک الْکِتَابَ من اخْتِلَافِهِمْ وَلَغَطِهِمْ

3. İbrahim ibni Musa, Hişamdan, o da Mə’mərdən, o da Əbdullah ibni Məhəmməddən, o da Əbdur-Rəzzaqdan, o da Mə’mərdən, o da Zuhəridən, o da Übeydullah ibni Əbdullahdan, o da İbni Abbasdan (rəziyəllahu ənhuma) nəql edir ki, Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və səlləm) dünyadan köçmək ərəfəsində olarkən bir dəstə adam o həzrətin evində idi və onun ətrafını tutmuşdu, o cümlədən Ömər ibni Xəttab da o həzrətin evində idi. Həzrət buyurdu: “Gəlin sizin üçün elə bir şey (vəsiyyət) yazım ki, onun bərəkəti ilə heç vaxt məndən sonra yolunuzu azmayasınız” Ömər dedi: “Həqiqətən ağrılar Peyğəmbərə qələbə çalmışdır (nəuzu billah, sayaqlayır)! Allahın Kitabı bizim əlimizdədir və Allahın Kitabı bizə kifayətdir (vəsiyyətə ehtiyac yoxdur)!” Orada olanların arasında səs-küy, dava-dalaş və ixtilaf yarandı. Bəziləri dedilər: “Gətirin həzrət yazsın və heç vaxt yolunuzu azmayasınız.” Bəziləri də Ömərin sözünü təsdiqlədilər. Həzrətin hüzurunda ixtilaf, əbəs sözlər və səs-küy çoxalanda həzrət buyurdu: “Mənim yanımdan qalxın (və çölə çıxın)!” Übeydullah dedi: “İbni Abbas bu hadisədən sonra həmişə deyərdi: “Bütün müsibət o idi ki, Peyğəmbərin istədiyi şeyləri yazmağa qoymadılar, ta ki, o həzrətdən sonra ixtilafa düşməsinlər və yollarını azmasınlar...” [3]

Bəzi müsəlmanların o həzrətin hüzurunda və ona qarşı nəinki itaətsizlik, üstəlik son dərəcə hörmətsizlik sayılan bu hərəkəti ilə Peyğəmbər üçün çox narahatçılıq yarandı. O həzrət də özündən münasib əksül-əməl (reaksiya) göstərməli idi. Yuxarıdakı rəvayətlərə uyğun olaraq o həzrətin iki cür əksül-əməli qeyd olunur:

1. “Mənim yanımdan qalxın (uzaqlaşın), çünki mənim yanımda mübahisə aparmaq rəva deyildir” [4]

Bu rəvayət onların təhqiramiz sözlərindən və yersiz ixtilaflarından Peyğəmbərin nə qədər narahat olduğunu aydınlaşdırır.

2. Mübahisələr qızışıb şiddətlənən zaman o həzrətə qarşı çox çirkin və nalayiq sözlər dedilər. Həzrət buyurdu: “Məni öz halıma boşlayın! Çünki mənim olduğum bu vəziyyət məni dəvət etdiyiniz şeylərdən çox yaxşıdır.” [5]

Hər iki halda Peyğəmbərin sözünün mənası tamamilə aşkardır. Çünki o həzrət ümmətinin hər bir sahədəki vəzifəsini bəyan etmiş, o cümlədən özündən sonrakı imam və canişin barəsində dəfələrlə xatırladaraq Əli (əleyhis-salam)-ı təqdim etmişdir. Hal-hazırda da bir dəstə adamın o həzrətin hüzurunda rəyasət uğrunda mübarizə apararaq nübüvvətin əsli ilə əlaqədar münaqişə yaradacaqlarını görürdü. Halbuki, Quran o həzrətin barəsində “O, heç vaxt havayi-nəfs üzündən danışmır” deyə buyurduğu bir şəxsi yava danışmaq və sayaqlamaqla müttəhim edirdilər. Belə böyük şəxsiyyətli insanın müqəddəs nübüvvətinə qarşı yönəldilən bu təhqirə görə onların sözünə dözmədi və onları öz yanından qovdu.

Bu barədə əlavə məlumat almaq üçün aşağıdakı suallara müraciət edin:

a) Görünüş: “Peyğəmbərin vəsiyyətinin yazılmasına maneçilik”, sual 19154 (sayt 18542)

b) Görünüş: “Şiə və Peyğəmbərdən sonrakı canişin və xilafət”, sual 17123 (sayt 16841)

v) Görünüş: “Kağız-qələm hədisi barəsində”, sual 10163 (sayt 10177)



[1] “Səhihi Buxari”, 3-cü cild, səh. 1111, nömrə 2888, Müəllif: Məhəmməd ibni İsmail Əbu Əbdillah Buxari Co`fi, (256-cı hicri ilində vəfat edib), “Darun-nəşr”, “Daru İbni Kəsir”, Yəmamə, Beyrut, 1407-ci il (1987), ikinci çap, Müstəfa Dibul-bəğanın tədqiqi

[2] “Səhihi Buxari”, 4-cü cild, səh. 1612, nömrə 4168

[3] “Səhihi Buxari”, 5-ci cild, səh. 2146, nömrə 5345, “Qovlul-məriz: qumu ənni” bölməsi

[4] “Səhihi Buxari”, 5-ci cild, səh. 2146, nömrə 5245, “Qovlul-mərizi: Qummu ənni” babı

[5] “Səhihi Buxari”, 4-cü cild, səh. 1612, nömrə 4168, 3-cü cild, səh. 1111, nömrə 2888, müəllif: Məhəmməd ibni İsmail Əbu Əbdillah Buxari Co’fi (256-cı ildə vəfat edib), “Darun-nəşr”, “Daru İbni Kəsir”, Yəmamə, Beyrut, 1407-ci (1987) il ikinci çap, Mustəfa Dibul-bəğanın tədqiqi

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Təsadüfi suallar

  • Nə zaman ata və ananın əvəzinə namaz qılmaq olar?
    11615 Nizamlar hüquq və əhkam 2011/10/31
    Namaz və orucda diri insan üçün əvəz edicilik düzgün deyil. Mükəlləf hər bir şəxsə vacib namazlarını hansı formada edə bilirsə (ayaq üstə, oturan halda, uzanan halda və ya hətta işarə ilə) özünün yerinə yetirməsi vacibdir. Həzrət İmam Xumeyni (rh) və digər mərcələr buyurublar:
  • Yeməklərin daxilində olan nəcis maddələrin, bişməklə dəyişilir və pak olurmu?
    7062 Nizamlar hüquq və əhkam 2011/05/10
    İstihalə (dəyişilmə) pak edicilərdən biridir. Onun mənası budur ki, nəcis şeyin cinsi elə dəyişilsin ki, pak şey formasına düşsün. Məsələn, nəcis çubuq yana və kül ola ya it düzluqda bata və duza çevrilə. Amma əgər onun cinsi əvəz olmasa, nəcis buğdanı un edib ya çörək bişirmək kimi, pak olmaz."
  • Nə üçün Allah-taala bütün kamal sifətlərinə malik olmalıdır?
    5249 İslam fəlsəfəsi 2012/02/18
    Aləmə hakim olan vəhdət bu təsəvvürə – yəni “hər hansı bir varlığın yalnız xüsusi bir növdən olan kamallara malik olması, sair kamallardan heç birinə ehtiyaclı olmaması” təsəvvürünə mane olur Bu məsələ yalnız camaat arasında deyilən və etibari kamallarda təsəvvür oluna bilər. Amma bunun vücud mərtəbələrində həyata keçməsi mümkün deyildir. ...
  • Həyat təhlükəsi olduğu halda etibat aliyat ziyarətinə getmək haram deyilmi?
    5315 Nizamlar hüquq və əhkam 2011/10/02
    Pak insanların və Məsumların (ə) qəbrlərinin ziyarəti üçün etibati aliyətə getmək çox bəyənilmiş və Məsum İmamlar (ə) tərəfindən sifariş edilmişdir. Çünki məsum İmamların (ə) adlarının yenidən canlanması və yad edilməsinə səbəb olur və böyük savabı vardır. Bu halda əgər belə səfərlərdə həyati təhlükə vardırsa, zərərin ölçüsü ilə islamın qorunması, şiəliyin ...
  • Qülüvv nədir? Ondan necə uzaqlaşmaq olar?
    6639 Qədim kəlam 2012/06/23
    Lüğətdə “qülüvv” artıqlıq və yüksəlişə deyilir. Başqa sözlə desək, qülüvv həddi-hüdudu aşmaqdır. Daha yaxşı ifadə ilə: hər bir şeydə öz məqam, hədd və əndazəsindən aşmağa və onun hüdudlarını keçməyə qülüvv deyilir. Allah-taala Quranda qülüvvə belə işarə edir: “Ey kitab əhli! Dininizdə qülüvv etməyin (həddinizi aşmayın) və Allah ...
  • Sürmə çəkilmiş halda dəstəmaz və ya qüsl almaq olarmı?
    6658 Nizamlar hüquq və əhkam 2012/02/13
    Dəstəmaz və qüsl alarkən  dəstəmaz və qüsl üzvlərində suyun dəriyə çatmağına mane olacaq bir şey olmamalıdır. Buna görə də əgər sürmə təkcə gözün iç tərəfinə çəkilərsə, qüsl və dəstəmazın səhihliyinə heç bir zərər yetirmir. Amma əgər gözün ətrafına, yaxud qaşın yerinə çəkilsə, bu zaman baxmaq lazımdır ki, ...
  • Quran və rəvayətlərdə həzrət Xızır (ə) barəsində bəhs olunmuşdurmu?
    24007 تاريخ بزرگان 2011/11/21
    Qurani- kərimdə bir başa olaraq həzrət Xəzər (ə)- ın adı gəlməmişdir bəlkə bu ünvanla: " عَبْداً مِنْ عِبادِنا آتَیْناهُ رَحْمَةً مِنْ عِنْدِنا وَ عَلَّمْناهُ مِنْ لَدُنَّا عِلْماً" [i] ki, onun elm və bəndəlik məqamını açıqlayır və Musa ibni İmranın müəllimi olaraq ondan yad edilmişdir. Bir çox rəvayətlərdə böyük ...
  • Quranla ünsiyyətdə olub, ona məhəbbət göstərməyin yolu nədir?
    5862 Əməli əxlaq 2011/10/24
    ƏgərQuranıntilavətiilahiniyyətlə, təfəkkürvəonaəməlləbirlikdəolsaöz-özünəQuranlainsanınarasında
  • Həzrət Məhəmmədin (s) doqquz yaşlı həyat yoldaşı var idimi?
    6662 زندگی خصوصی 2019/06/12
    İslam Peyğəmbərinin həyatına, onun ailələrinin xüsusiyyəti və Peyğəmbərin (s) onlarla olan rəftarına nəzər saldıqda, bunun şahidi oluruq ki, əgər Peyğəmbər (s) bir neçə ailə həyatı qurmuşdur, hikmət üzündəndir ki, biz onlardan bəzilərinə işarə edirik:Peyğəmbərin (s) Ayişəylə evlənməsi barəsində demək olar ki, bu izdivac Ayişənin ...
  • Kitaba, əslə və təsnifə malik olmaq hədis ravisinin tərif və etibarına dəlalət edirmi?
    5982 Hədis nəql edənlər 2012/06/23
    Rical alimlərinin sözlərində “kitab” özünün adi və məşhur mənasınadır və həm əslə, həm də təsnifə (yəni məsum imamın səhabələrinin vasitəsi ilə hədis nəqli üçün qələmə alınan və kitab şəkilinə salınan həmin şeyə) şamil olur. Alimlərin bəziləri, məsələn, Əllamə Məclisi, Seyid Bəhrul-ülum və Şeyx Səduq (rəhmətullahi ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    162899 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    155016 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    117785 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    109731 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    98900 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    91336 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    53365 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    45301 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    43745 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    42914 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...