Ətraflı axtarış
Baxanların
5995
İnternetə qoyma tarixi: 2011/03/06
Sualın xülasəsi
Müxtəlif insanların iman gətirməməsi ilə əlaqədar Peyğəmbəri-Əkrəm (səlləllahu əleyhi və alih)-in məsuliyyət daşımaması və cihad, əmr be məruf (yaxşılıqlara dəvət) və nəhy əz münkər (pisliklərdən çəkindirmək) arasında ziddiyyət yoxdurmu?!
Sual
Qurani kərimdə sirat körpüsü barəsində məlumat verilibmi?
Qısa cavab

Quranın bəzi ayələri camaatın iman gətirməməsi qarşısında Peyğəmbəri-Əkrəmi cavabdeh hesab etmir. Bunun mənası odur ki, camaatın iman gətirməməsi o həzrətin öhdəsinə deyildir. Çünki iman qəlblə əlaqədar bir məsələdir və qəlbi işlərdə icbara yol yoxdur. Əksinə, onun gerçəkləşməsi müəyyən müqəddimələri tələb edir. İnsan məhz bu müqəddimələrdən sonra iman və ya küfr yolunu öz ixtiyarı ilə seçə bilər.

Peyğəmbər (səlləllahu əleyhi və alih)-in vəzifəsi də məhz həmin müqəddimələrə şərait yaratmaq idi. O həzrətin vəzifəsi bu idi ki, camaatı İslam təlimlərinə doğru çağırsın, onların iman gətirməsi üçün lazım olan şəraiti yaratsın, nəticədə iman gətirməyənlər barəsində Allah və Onun Peyğəmbəri tərəfindən heç bir laqeydliyə yol verilməmiş olsun.

İslamda əmr be məruf, nəhy əz münkər və ibtidai cihad da camaatı zorla imana məcbur etmək məqsədi ilə deyil, İslam hökmlərinin icrası, təlimlərinin təbliği və camaatın hidayət olunması məqsədi ilə qanun halına salınmışdır.

İslamda cihad müdafiə mahiyyəti daşıyır və təcavüzün hər bir növü məhkum olunur. Lakin müdafiə bəzən ayrı-ayrı şəxslərin, bəzən hər hansı bir millətin, bəzən isə ümumi şəkildə insani hüquqları müdafiə etmək məqsədi ilə ola bilər. Biz inanırıq ki, iman, tövhid və camaatın düzgün yolda hərəkəti üçüncü qisimdəndir. Buna görə də tövhidin yayılmasına mane olanlarla müharibə aparmaq lazımıdır. Bu da həqiqətdə təcavüzkarlıq deyil, müdafiə xarakteri daşıyır.

İmanda icbara, məcburiyyətə yol olmadığından, belə bir müharibə tövhid əqidəsinin zorla qəbul etdirilməsi üçün deyil, ona görə aparılır ki, təbliğ və dəvət yolu üzərində olan maneələr aradan qaldırılsın. Əmr be məruf və nəhy əz münkər də məhz həmin məqsədlə dəyərləndirilir.

Ətreaflı cavab

Belə suala cavab verilməsi iman, əmr be məruf və nəhy əz münkər, eləcə də ibtidai cihad barəsində düzgün təsəvvür və anlayış əldə etməklə müyəssər ola bilər. İman iki əsas ünsürdən təşkil olunmuşdur: bir tərəfdən insanın əql qüvvəsi və təfəkkürü onu qəbul etməli, digər tərəfdən isə qəlb ona meyl etməlidir. Bu ikisinin heç birində zorakılığa və icbara yol yoxdur. Hər hansı bir şeyə zorla və ikrah üzündən ürək bağlamaq, məhəbbət bəsləmək olmaz. Eləcə də hər hansı bir fikri və əqidəni məcburi olaraq qəbul etmək olmaz.[1] Buna görə də Qurani-kərimdə buyurulur: “Dində heç bir məcburiyyət yoxdur...” [2]

Eləcə də Allah-taala Öz Peyğəmbərinə xitab edərək buyurur:

وَقُلِ الْحَقُّ مِن رَّبِّکُمْ فَمَن شَاء فَلْیُؤْمِن وَمَن شَاء فَلْیَکْفُرْ

“De, haqq Rəbbiniz tərəfindəndir; hər kəs istəsə, iman gətirsin; hər kəs də istəsə, kafir olsun.”[3]

Peyğəmbəri-Əkrəm (səlləllahu əleyhi və alih) insanları iman gətirməkdə azad qoymalıdır.[4] Camaatın iman gətirmədiyi üçün o həzrət həddindən artıq qüssələnməməli, özünü narahat etməməli idi. Quran bu barədə buyurur:  “Ey Peyğəmbər! Sən onların iman gətirmədiklərinə görə az qalırsan ki, qəm-qüssənin şiddətindən canını əldən verəsən!”[5]

Bu kimi ayələrin hamısında aşkar şəkildə buyurulur ki, etiqad, din və iman qəlbə aid olan işlərdir və bu kimi məsələlərdə icbarın heç bir təsiri yoxdur. Allah-taalanın Öz Peyğəmbərinə xitab edərək “Xatırlat, çünki sən yalnız xatırladansan və onların iman gətirməmələri qarşısında heç bir məsuliyyət daşımırsan”[6] - deyə buyurması da dəqiq şəkildə həmin məqsədi izləyir. O həzrətin vəzifəsi yalnız camaatı Allaha doğru çağırmaq idi. Dəvəti də hikmət, məntiq, dəlil-sübut və gözəl moizələrlə baş verməlidir.[7] Başqa sözlə desək, imanın gerçəkləşməsi üçün müəyyən müqəddimələr lazımdır və insan məhz o müqəddimələri qət etdikdən sonra iman və ya küfr yolunu seçə bilər. İslam Peyğəmbərinin vəzifəsi də həmin müqəddimələri hazırlamaq olmuşdur. Onun vəzifəsi bu idi ki, insanları İslam təlimlərinə doğru dəvət etsin, onların iman gətirməsi üçün lazım olan şəraiti hazırlasın. Belə ki, iman gətirməyənlər müqabilində Allah və Onun Rəsulu tərəfindən heç bir laqeydlik baş verməmiş olsun.

Əmr be məruf, nəhy əz münkər və ibtidai cihad da imanı icbar üzündən camaata qəbul etdirmək məqsədi güdmür; İslam təlimlərinin icrası, camaatın hidayəti və dinin təbliğ olunma vəzifəsini izləyir. Bütün insanlar təcavüzkarlığı pisləyir, amma hər müharibə təcavüzkarlıq deyildir; hər hansı bir insanın, yaxud bir millətin hüquqlarını müdafiə etmək məqsədi ilə müharibə etmək nəinki pis deyildir, əksinə müqəddəs hesab olunmur.

Quranda bu növ cihada işarə olunmuşdur.[8] Amma diqqət yetirmək lazımıdır ki, hüquqlar bəzən hər hansı bir şəxs və ya müəyyən bir millətlə məhdudlaşır, bəzən isə bir şəxs və ya millətin hüdudlarından aşaraq bütün insanlara aid olur. Misal üçün, azadlıq məsələsi hər hansı bir şəxsə və ya millətə məxsus deyildir, əksinə bütün insanların bu nemətdən bəhrələnmək haqqı vardır. Belə bir haqqı müdafiə etmək üçün hətta qarşı tərəfdən kömək diləməyə belə ehtiyac yoxdur.

Başqa sözlə desək, əsarətdə olan, həbsdə saxlanan bir şəxsin özünün də bunu təsəvvürünə gətirməməsi, kömək istəmək fikrinə düşməməsi mümkündür; amma əgər onu xilas etmək qüdrətinə malik olan başqa bir şəxs bu məsələdən agah olsa və onun azadlığı üçün müəyyən tədbir görsə, bütün insanlar belə bir əməli “qanuni müdafiə” ünvanı ilə təhsin və sitayiş edirlər. Çünki, bu iş şəxsi və milli deyil, insani yönə aiddir. Buna görə də daha artıq müqəddəsliklə yad edilir.[9]

İnsan hüquqlarının müdafiə nümunələrindən biri olan əmr be məruf və nəhy əz münkər məsələsində hansısa millətə, tayfaya məxsus olmayan mənəvi dəyərlər müdafiə olunur. Həqiqətdə bu göstəriş ona görə verilmişdir ki, insanlar Allaha doğru dəvət olunsunlar. Onun bəzi mərtəbələri əməldə icbar və zor işlətməklə nəticələnsə də, bu işlər camaatın zorla iman gətirməsi üçün deyil, əksinə buna görədir ki, cəmiyyətin hidayətinə lazım olan şəraitlər hazırlansın, cəmiyyət səhnəsi paklaşdırılsın, mənəvi tərəqqi yolu üzərində olan maneələr aradan qaldırılsın, nəticədə bu yolu ötüb keçmək istəyənlər tam azad şəkildə öz məqsədlərinə nail ola bilsinlər.

İman və tövhid də insani hüquqların ayrılmaz bir hissəsi hesab olunur. Çünki, din və tövhid düzgün yoldur,[10] bütün insanların səadəti ona bağlıdır və heç bir vəchlə şəxsi bir məsələ kimi qələmə verilə bilməz. Buna görə də başqası ilə vuruşmaq tövhidi qəbul etdirmək məqsədi ilə baş vermir – çünki, tövhid zorakılığı qəbul etmir – əksinə, ona görə müharibə aparılır ki, təbliğ və haqqa dəvət yolu üzərində olan maneələr aradan qaldırılsın.

Biz əqidə azadlığının deyil, fikirləşmə və düşüncə azadlığının tərəfdarıyıq. Çünki fikirləşmək dəlil-sübut və məntiq mənasınadır, əqidə isə insanın qəlbində nüfuz edən etiqad mənasınadır. Mümkündür, hər hansı bir əqidənin heç bir fikri (və məntiqi) əsasları olmasın. Yəni sırf təqlid və ya adət üzündən olan belə əqidələr insanları əsarətə doğru sürükləyir. Məhz bu halda məntiqi əsaslara malik olmayan belə əqidə ilə mübarizə bəşəriyyətin buxovlardan, kor-koranə təqliddən irəli gələn əsarətdən azad edilməsi məqsədi daşıyır və həqiqətdə bəşəriyyətin əleyhinə deyil, onun azadlığının müdafiəsi məqsədi ilə aparılan müharibə sayılır.[11]

İman və tövhidin bəşərin danılmaz və fitri haqqı olmasının, insani hüquqların ayrılmaz bir qismi sayılmasının səbəbi budur ki, iman və tövhid fərdin və cəmiyyətin mənəvi həyat amilidir. Həzrət Əli (əleyhis-salam) buyurur: اَلتَّوْحِیدُ حَیَاةُ النَّفْسِ “Tövhid ruhun həyatıdır”[12] Qurani-kərim də kafiri tövhiddən məhrum olduğuna görə ölü hesab edir və onu dirilənin qarşılığı qərar verib buyurur: لِیُنْذِرَ مَنْ کَانَ حَیًّا وَ یَحِقَّ الْقَوْلُ عَلَى الْکَافِرِینَ “ta ki, o (Peyğəmbər) diri olan şəxsləri ilahi əzabdan qorxutsun və haqq əzab vədəsi kafirlərə gerçəkləşsin.”[13]

Deməli, qeyd olunan ayə və rəvayətin məcmusu göstərir ki:

Əvvəla, tövhid fərdin və insani cəmiyyətin mənəvi həyat amilidir. İkincisi, bu həyat amili bütün bəşəriyyətin danılmaz haqqıdır və bütün insanların ondan istifadə etməyə haqqı vardır. Bundan əlavə, həyat, Xaliqinin bütün bəşər övladlarına verdiyi bir haqq olduğundan, nəinki başqalarını ondan məhrum etmək olmaz, hətta insanın özünün də özünü bu nemətdən məhrum etməyə haqqı yoxdur.

Buna əsasən, insanların fitri haqlarını müdafiə etmək lazım, küfr və şirk amilləri ilə mübarizə aparmaq zəruridir. Yəni hər hansı bir fərd, yaxud müəyyən qrup bir insanın və ya cəmiyyətin zahiri həyatına xəsarət vurmaq, onları fiziki cəhətdən aradan aparmaq istədiyi zaman onları müdafiə etmək lazım və vacib olduğu kimi, hər hansı şəxs və ya qrup bir insanın və cəmiyyətin mənəvi həyatını məhv etmək, onlara zərbə vurmaq və onları kafir etmək, yaxud onların İslam və iman gətirməsinin qarşısını almaq istədikləri zaman da onları müdafiə etmək zəruri və vacib olacaqdır.

Buna görə də İslam dininin ən mühüm proqramlarından biri olan cihad mütləq onun əsil parametrləri olan rəhmət, insani hüquqların dirçəldilməsi, səadət və mənəvi həyatın yolu üzərində olan maneələrin aradan qaldırılması ilə birlikdə nəzərə alınmalıdır:

“Əgər Allah insanların bəzisini, digərlərinin vasitəsi ilə aradan aparıb dəf etməsəydi, yer üzündə fəsad yaranardı, lakin Allah bütün aləmlərə fəzl və mərhəmət sahibidir.”[14]

“Əgər Allah insanların bəzisini, digərlərinin vasitəsi ilə dəf etməsəydi, yəhudilərin sövmiələri, məsihilərin monastırları, namaz qılınan və Allahın zikr olunduğu məscidlər çox-çox dağılıb xarab olunardı.”[15]

Yer üzünün fitnə-fəsad və puçluqdan qorunması, dini mərkəzlərin dağıdılmasının qarşısının alınması elə bir rəhmətdir ki, təcavüzkarları dəf etmədən, maneçilik törədənləri aradan qaldırmadan mümkün deyildir. Buna görə də belə maneələrin dəf edilməsi, yol üzərində olan tikanlı maneələrin təmizlənib aradan qaldırılması, insanın mənəvi dirçəlişinə, tərəqqisinə maneçilik törədənlərin yol üstündən götürülməsi və s. xeyirxah işlərin və ilahi rəhmətin bariz nümunələrindən hesab olunur.[16]

Bir sözlə, əziz İslam Peyğəmbəri (səlləllahu əleyhi və alih) camaatın iman gətirməməsi qarşısında məsuliyyət daşımır; onun vəzifəsi yalnız insanların ixtiyar üzündən iman gətirməsi üçün lazım olan mühit və şəraiti hazırlamaqdır. İslamda əmr be məruf və nəhy əz münkər, eləcə də ibtidai cihad məhz həmin məqsədlə qanun halına salınmışdır.[17]



[1] Bax: Görünmüş: “Dində məcburiyyət”

[2] “Bəqərə” surəsi, ayə: 256

[3] “Kəhf” surəsi, ayə: 29

[4] “Yunus” surəsi, ayə: 99: “Əgər sənin Pərvərdigarın istəsəydi, yer üzündə olan bütün insanlar hamılıqla (icbar üzündən) iman gətirərdilər. Yoxsa sən camaatı imana məcbur etmək istəyirsən?!”

[5] “Şüəra” surəsi, ayə: 3; “Kəhf” surəsi, ayə: 6

[6] “Ğaşiə” surəsi, ayə: 22: “Sonra xatırlat; çünki, sən yalnız xatırladarsan. Sənin onlara heç bir hakimiyyətin yoxdur ki, onları imana məcbur edəsən.” Bax: “Əl-mizan” təfsiri, 6-cı cild, səh. 162-165

[7] “Nəhl” surəsi, ayə: 125

[8] “Bəqərə” surəsi, ayə: 190, “Həcc” surəsi, ayə: 38-41, “Tövbə” surəsi, ayə: 36

[9] Quranda buyurulur: “Nə üçün Allah yolunda, eləcə də zalımların əlində əsir olaraq zəiflədilmiş kişilər, qadınlar və uşaqların (azadlığı) yolunda cihad etmirsiniz?! Belə isə, məzlumların zalımların əsarət caynaqlarından xilas olması üçün gərək vuruşasınız.”

Belə bir müharibə insan haqlarının müdafiəsi hesab olunur. İslamda yalnız müdafiə müharibələrinə icazə verilmişdir. Amma müdafiə yönlü müharibənin məfhumunun xüsusi meyarları (istilahda olan ibtidai cihadın da müdafiə mahiyyəti) vardır.

[10] Hər bir halda ilkin prinsipə əsasən, müharibənin müdafiə ünvanı ilə olmasında hamı yekdil fikirdədir; ixtilaf yalnız hansı müharibələrin ibtidai olmasındadır. Yəni bunun nümunəsinin tətbiq edilməsində ixtilaf vardır.

[11] Bax: “Cihad və onun Quranda qanuni olma halları”, Şəhid Mütəhhəri, səh. 5-70

[12] “Ğurərul-hikəm”in şərhi, 1-ci cild, səh. 145

[13] “Yasin” surəsi, ayə: 70 (Məqsəd budur ki, Peyğəmbəri-Əkrəm (səlləllahu əleyhi və alih) diri insanları ilahi əzabdan qorxutsun və kafirlərə höccəti tamam etsin ki, onlara ilahi əzab fərmanı qətiləşsin.) "Təfsiri-nümunə", 1-ci cild, səh. 438

[14] “Bəqərə” surəsi, ayə: 251

[15] “Həcc” surəsi, ayə: 40

[16] Bax: Cavadı Amuli, Əbdüllah, “Həmasə və irfan”, səh. 23-27

[17] Əlavə məlumat üçün bax: “Əl-mizan” təfsiri, 2-ci cild, səh. 61-71, 2-ci cild, səh. 342-343, 6-cı cild, səh. 162-165

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Təsadüfi suallar

  • Lütfən, həzrət Yusif (əleyhis-salam)-ın əhvalatında parlaq nöqtələri mənim üçün bəyan edin.
    6912 Məsumların (Əleyhimussəlam) sirəsi 2012/07/22
    Quranda “əhsənul-qisəs” (ən gözəl hekayə və əhvalatlar) kimi qeyd olunan həzrət Yusif (əleyhis-salam)-ın hadisəsi şəxsi, əxlaqi, ictimai və ailə məsələləri baxımından çox gözəl ibrət dərslərinə şamildir ki, aşağıda bəzilərini qeyd edirik: 1. Peyğəmbərlərin hamısı insanları Allah yolunda dəvət edərkən ifa edəcəkləri rollarını tanımış, lazımınca yerinə ...
  • Nə üçün ölümdən qorxuruq?
    6501 Qədim kəlam 2012/02/13
    Ölümdən qorxmağın müxtəlif səbəbləri ola bilər ki, bu fürsətdə xülasə olaraq onlardan bəzilərinə işarə olunur.1.             Camaatın bir çoxu ölümü fəna yoxluq və məhv olmaq mənasına təfsir edirlər.Aydındır ki, insan fənadan və yoxluqdan qorxur. Əgər insan ölümü bu ...
  • Nə üçün illik ruzini xums ilinin əvvəlindən bir gün qabaq alırlar ki, onunda xumsunu versinlər?
    5331 Nizamlar hüquq və əhkam 2012/03/11
    Hər bir şəxs xumsu hesab etdiyi hər bir ilin daxilində bütün gəlirindən əgər israf etmədən öz yaşayışı və ailəsinin yemək- içməyi üçün istifadə edərsə xumsi yoxdur amma əgər bu ruzidən xums ilinin sonunda artıq qalarsa onun xumsunu verməlidir, baxmayaraq ki, xumsun verilməsindən bir neçə gün belə əvvəl ...
  • Sürmə çəkilmiş halda dəstəmaz və ya qüsl almaq olarmı?
    6646 Nizamlar hüquq və əhkam 2012/02/13
    Dəstəmaz və qüsl alarkən  dəstəmaz və qüsl üzvlərində suyun dəriyə çatmağına mane olacaq bir şey olmamalıdır. Buna görə də əgər sürmə təkcə gözün iç tərəfinə çəkilərsə, qüsl və dəstəmazın səhihliyinə heç bir zərər yetirmir. Amma əgər gözün ətrafına, yaxud qaşın yerinə çəkilsə, bu zaman baxmaq lazımdır ki, ...
  • İslamda Collekt düşüncə (toplum təfəkkür, nizamlaşmış düşüncələr) nəzəriyyəsi barəsində bizə məlumat vermənizi xahiş edirik.
    6613 Təzə kəlam 2011/09/10
    Бу суалын хүласә ҹавабы јохдур. Изаһлы ҹавабы ...
  • Quranın müqəttiə hərflərinin mənası nədir?
    14167 Quran elmləri 2011/11/17
    Müqəttiə hərfləri o hərflərdir ki, bəzi surələrin əvvəlində gəlir və müstəqil mənaları yoxdur. Bu hərflərin təfsirində müxtəlif nəzərlər və rəylər deyilibdir ki, ən doğru nəzər budur ki, bu hərflər rəmzdirlər Peyğəmbər və övliyalar ondan xəbərdardırlar. «صراط علی حق نمسکه» Cümləsi bəzi mühəqqiqlərin sözüdür və rəvayətlərdə kökü yoxdur. ...
  • Вилајәти-фәгиһин дәлилләри нәдир?
    7108 Nizamlar hüquq və əhkam 2010/02/06
    “Вилајәт-фәгиһ” бәһсини мүхтәлиф јолларла исбат етмәк олар. Амма, бу бәһсдә биз јалныз, мәсәләни әгли вә нәгли илә дәлилләринә кифајәтләнәҹәјик:А) Әгли дәлил:Әгл һөкм едир ки, етигад вә мәнәвијјата сөјкәнән бир һөкумәтин ...
  • Nə üçün bəzi jele və kisellər haran və ya haladırlar?
    10695 Nizamlar hüquq və əhkam 2011/05/31
    Kiselin müxtəlif növü vardır ki, onların bəziləri halal və bəziləri isə haramdır. Bunun səbəbləri isə onun tərkibidir. Əgər jelenin və kiselin tərkib hissəsi bitkilərdən və bəzi kimyəvi maddələrdən hazırlanıbsa, onun xarici və daxili pak olmaqla yanaşı yeyilməsi və istifadəsi halaldır. Bundan əlavə kiselin və jelenin tərkibinə əti halal olan heyvanın ...
  • İçməli suların məxsusən şampan və arpa sularının ki, çox az miqdarda spirti var, adətən halal adı altında satılır, hökmü nədir?
    5364 Nizamlar hüquq və əhkam 2015/02/12
    Əgər isbat olunarsa ki, sadaladığınız bu içkilərdə məst edici spirt var, onu içmək məst ediciləri içmək kimi haramdır. Amma əgər spirtsiz olarsa, onu içməyin iradı yoxdur. Daha geniş Məlumat əldə etmək üçün aşağıdakı sualların cavablarına müraciət edə bilərsiniz: 1313 (Saytda: 1309) (Paklığın hökmü və sənaye spirtinin ...
  • Dini və qeyri-dini məktəblər arasında nə kimi fərqlər vardır?
    8259 Nəzəri əxlaq 2012/04/19
    Əvvəldə xatırlatmaq lazımdır ki, islam dini ilə təhrif olunmamış digər dinlər arasında əsas oxşarlıq və müştərək cəhət – yer üzündə tövhid və Allaha pərəstişin bərqərar edilməsi, insanların Allahdan başqasına pərəstiş və bəndəlikdən xilas olmasıdır. Quranda buyurulur: “Biz hər bir ümmətdə bir peyğəmbər göndərdik ki, (camaata) “Yeganə Allaha ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    162865 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    154898 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    117737 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    109669 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    98758 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    91284 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    53336 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    45177 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    43700 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    42861 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...