Ətraflı axtarış
Baxanların
9520
İnternetə qoyma tarixi: 2012/03/14
Sualın xülasəsi
Səbəb-nəticə qanununun qaçılmaz və istisnasız bir qanun olduğuna diqqət yetirməklə Allahın bağışlamasına ümid necə mümkün ola bilər? Məqsəd budur ki, insan yolunu səhv getdikdə onu necə bərpa etmək olar?
Sual
Səbəb-nəticə qanununun qaçılmaz və istisnasız bir qanun olduğuna diqqət yetirməklə Allahın bağışlamasına ümid necə mümkün ola bilər? Məqsəd budur ki, insan yolunu səhv getdikdə onun əvəzini çıxıb necə bərpa edə bilər?
Qısa cavab

Bildiyimiz kimi, bu dünya səbəb-nəticə aləmidir. Yəni hər səbəbin ardınca ona mütənasib olan xüsusi bir nəticə gəlir. Bu eynilə riyaziyyatdakı 2x2 hasilinin nəticəsinə oxşayır ki, avtomatik şəkildə dördə bərabərdir. Bu qanunda heç bir istisna halı yoxdur. İnsanın şəriət və əxlaqa zidd olan əməlləri onun həyat və əxlaqında avtomatik olaraq öz mənfi təsirlərini qoyur. Lakin bu qanunların müxtəlif səviyyələri vardır. Onların hər biri digərini pozmadan özündən əvvəlki qanundan üstündür və ona hakimidir. Əgər müəyyən bir yerdə insanların tövbə edərək bağışlanması qanunu, yaxud məhəbbət və eşq qanunu həyata keçərsə, onun əvvəlki (pis və yaramaz) əməllərindən çoxunu kölgədə qoyur, amma əvvəlki qanunun haqq olmasını heç vaxt pozmur və dəyişdirmir. Belə ki, Allah-taala da “Mənim rəhmətim qəzəbimdən irəlidir” deyə bu məsləyə işarə etmişdir. Buna əsasən, bəndələrin Allah tərəfindən bağışlanması Onun rəhmətinə qayıdan daha yüksək qanunlara tabedir.

Ətreaflı cavab

Bildiyimiz kimi, bu aləm səbəb-nəticə qanunu əsasında yaradılmışdır. Yəni hər bir səbəb öz ardınca özünə mütənasib olan xüsusi bir nəticəni gətirir. Riyaziyyatda 2x2 vurma əməliyyatının hasili avtomatik olaraq dörddən ibarətdir və bu qanunda heç bir pozuntu və istisna halı yoxdur. İnsanların şəriətə və əxlaqa zidd olan əməlləri də avtomatik olaraq onların həyat və əxlaqlarında mənfi təsirlər qoyur. Fəlsəfə və kəlam elmində də deyilir ki, behişt və cəhənnəm insanların bu dünyadakı əməllərinin nəticəsidir. Yəni behişt və onun nemətləri, habelə cəhənnəm əzabı şəkilində zahir olan şeylər insanların əməllərinin nəticəsindən başqa bir şey deyildir. Amma bunu da bilmək lazımdır ki, bütün aləm, ona hakim olan qanunlar, göstərişlər və formullar varlıq aləminin xaliqi olan Allah tərəfindən verilən fərmana tabedir. Aləm qanunları riyazi düsturlar kimi dəqiqdir, lakin bu qanunların müxtəlif səviyyələri vardır və onlardan biri digərini pozub aradan aparmır. Hər bir qanun özündən qabaqkı qanundan üstündür və ona hakim kəsilmişdir.

Buna əsasən, əgər müəyyən bir yerdə bəndələrin tövbə edərək bağışlanması qanunu, yaxud məhəbbət və eşq qanunu həyata keçərsə, əvvəlki (günahlarla əlaqədar) hesab-kitablardan bir çoxunu kölgədə qoyacaq, özü də əvvəlki qanunun haqq olmasını pozmayacaq, onu dəyişdirməyəcəkdir. Misal üçün, əgər insanın əncam verdiyi çirkin bir əməlin zahirdə və batində ağır, acınacaqlı təsirləri vardırsa, lakin ləvvamə nəfsinin oyanması ilə insan öz çirkin əməllərindən həqiqi mənada peşman olur, onun qəlbi Allah dərgahında xəcalət hissi, həya, zəlillik və xüşu (Allah əzəmətindən yaranan qorxu) ilə dolur. Bu halda bəndə artıq heç vaxt o çirkin əməli yerinə yetirməz, üstəlik Allah qarşısında yüksək mərifət və mənəvi oyanış məqamına çatar ki, bunların da özünə məxsus xüsusiyyətləri, əsərləri vardır. O cümlədən, Allah tərəfindən bağışlanmaq və bütün günahların təsirlərinin aradan getməsi. Allah-taala bu məsələyə işarə edərək buyurur: “Mənim rəhmətim qəzəbimdən irəlidir”[1]

Bildiyimiz kimi, Allahın qəzəbi insanların qəzəbi kimi deyil; Onun qəzəbi yalnız zalımlara qarşı rəva görülür. Bunun özü də Onun ədalətinə işarə edir. Əvvəldə dediyimiz kimi, Allahın ədalət qanunu pozulmur, əksinə rəhmət qanunu ondan irəli keçir. Hər bir insan Allah dərgahına bu yöndən üz gətirsə, nəinki əvvəldə ondan baş verən çirkin əməllər bir daha ondan baş verməyəcəkdir, üstəlik hesab-kitabsız olaraq behiştə daxil olacaqdır. Çünki Allahın müxlis bəndələrinin məqamı olan məhəbbət məqamında aşağı səviyyəli hesab-kitablara ehtiyac yoxdur. Quranda buyurulur:

وَ ما تُجْزَوْنَ إِلاَّ ما كُنْتُمْ تَعْمَلُونَ إِلاَّ عِبادَ اللَّهِ الْمُخْلَصينَ

“Onlara, əməl etdiklərindən başqa (artıq) şeylər əvəz verilməz, yalnız Allahın müxlis bəndələrindən başqa.”[2]

Bu, ilahi sünnətlərin və qayda-qanunların biri digərinin davamında olmasının nümunəsidir ki, onu hər bir zəmində tətbiq etmək olar. Deməli, Allah-taalanın günahları bağışlaması Onun rəhmətinə qayıdan aşağıdakı daha yüksək qanuna tabedir:

وَ لِلَّهِ ما فِي السَّماواتِ وَ ما فِي الْأَرْضِ يَغْفِرُ لِمَنْ يَشاءُ وَ يُعَذِّبُ مَنْ يَشاءُ وَ اللَّهُ غَفُورٌ رَحيمٌ

“Yerdə və səmalarda olanların hamısı Allaha məxsusdur, O, istədiyi bəndələri bağışlayır, istədiyi bəndələrə əzab verir. Allah bağışlayan və mərhəmətlidir.”[3]

Sadə bəyanla desək, ilahi əzab yalnız insanların günah əməl və itaətsizliklərinin nəticəsində olsa da, Allahın bağışlamağı və mərhəməti bu qaydaya istisna halı gətirir. Bunun özü də bir qanun, yaxud külli bir qanuna əlavə edilən bir maddə hesab olunur. Bütün varlıq aləmini Özünün qüdrət əlləri ilə yaradan və aləmi səbəb-nəticə qanunu əsasında bərqərar edən Allah bu qayda-qanunlarda istisna halı da vermişdir. Allah (tövbə edən) bəndələri bağışlamaqla onların keçmiş xətalarını bərpa edir. Belə bir qüdrətin də nəticəsi bu olur: إِنَّ الْحَسَناتِ يُذْهِبْنَ السَّيِّئاتِ “Həqiqətən yaxşı əməllər pis əməlləri aradan aparır.”[4]

Bütün dünyadakı qayda-qanunlar Allaha itaət etdiyi kimi, Allahın iradəsi bu qayda-qanunların qüvvədən düşməsini istədiyi halda da itaət edəcəklər və Onun istədiyi kimi olacaqdır.

Əlaqədar görünüşlər:

“Bəşərin həyatında günahın vəzi təsirləri”, sual 13258 (sayt 12835)

“Günahın sonrakı nəsillərdə təsirinin büruzə çıxması”, sual 10762 (sayt 10468)

 


[1] Kuleyni, “Kafi”, 2-ci cild, səh. 274 "Darul-kutubil-islamiyyə", Tehran, 1308-ci şəmsi il

[2] “Saffat” surəsi, ayə: 40-41

[3] “Ali-İmran” surəsi, ayə: 129

[4] “Hud” surəsi, ayə: 1104

 

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    162769 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    154454 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    117604 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    109492 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    98132 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    91137 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    53245 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    44711 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    43584 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    42710 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...