Ətraflı axtarış
Baxanların
5296
İnternetə qoyma tarixi: 2012/04/09
Sualın xülasəsi
اَنْتَ تَقْضِي دَيْنِي “Sən mənim borclarımı ödəyəcəksən” hədisi borclu olmağı xoşagəlməz hal hesab edən rəvayətlərlə ziddiyyətlidirmi?
Sual
Nəql olunan məşhur rəvayətdə həzrət Peyğəmbər (səlləllahu əleyhi və alih) Əliyə buyurdu: اَنْتَ تَقْضِي دَيْنِي “Sən mənim borclarımı ödəyəksən.” Burada deyilən “borclarımı” kəlməsi zahiri və maddi borcdur, yoxsa mənəvi? Bu hədis borclu olmağı xoşagəlməz hal hesab edən rəvayətlərlə ziddiyyətlidirmi?
Qısa cavab

Lüğət və Quranda “dəyn” kəlməsi borc mənasına gəlmişdir. Bu hədisdə də “dəyn”in zahiri mənası olan borc nəzərdə tutulur. Amma görəsən, bu rəvayət borc etməyin məzəmməti ilə əlaqədar məsumlardan nəql olunan sair rəvayətlərlə təzadlıdırmı? Sualda da qeyd olunduğu kimi, bəzi rəvayətlərdə borc almaq qadağan edilmişdir. Digər tərəfdən də, Peyğəmbər, Əli, Həsən, Hüseyn (əleyhimus-salam), habelə müsəlmanlardan bir çoxu borclu olan halda şəhadətə çatmış, yaxud təbii ölümlə dünyadan getmişlər.

İki qisimdən olan rəvayətlərin arasında uyğunluq yaratmaq üçün demək lazımdır ki, rəvayətlərdəki qadağa o zamandır ki, bir şəxs ehtiyacı olmadan borc alsın. Bu da borc almağın məkruh (bəyənilməz) iş olmağına dəlalət edir. Əlbəttə, müəyyən hallarda bu işin haramlığını da göstərə bilər.

Ətreaflı cavab

Lüğət alimləri “dəyn” kəlməsini “borc almaq” kimi məna etmişlər.[1] Həmçinin, bu kəlmə Quranda dörd yerdə işlənmişdir və hamısında da borc məsələsini çatdırır.[2] Buna əsasən, qeyd olunan hədisdə “dəyn”in zahiri mənası – “borc almaq” nəzərdə tutulur.

İndi görəsən, bu məna məsumların (əleyhimus-salam) borc almaqla əlaqədar qadağaları ilə təzadlıdırmı, yoxsa yox? Məsələnin aydın olması üçün bir neçə məqamı da diqqət mərkəzində saxlamaq lazımdır:

1. Sualda qeyd olunduğu kimi, bəzi rəvayətlərdə borc almaqdan çəkindirilir, yaxud Peyğəmbər (səlləllahu əleyhi və alih)-in borclu şəxsin cənazəsinə namaz qılmadığı deyilir.

Əbi Səid Xudri deyir: Peyğəmbərin belə buyurduğunu eşitdim: “Allaha pənah aparıram küfrdən və borcdan!” Dedilər: “Siz borclu olmağı küfrlə eyni bilirsinizmi?” Həzrət buyurdu: “Bəli.”[3]

Müaviyət ibni Vəhəb deyir ki, imam Sadiq (əleyhis-salam)-a dedim: “Bəziləri deyirlər ki, Peyğəmbərin dövründə səhabələrdən biri borclu halda dünyadan getmişdi. Peyğəmbərin özü onun cənazəsinə namaz qılmağa razı olmadı; səhabələrə buyurdu ki, din qardaşınıza cənazə namazı qılın. Nəhayət, meyitin qohumlarından biri borcunu ödəməyi öhdəsinə aldı. Bu söz düzdürmü?” İmam Sadiq (əleyhis-salam) buyurdu: “Bəli, düzdür!”[4]

2. Digər tərəfdən də, Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih), Əli, Həsən, Hüseyn (əleyhimus-salam) və müsəlmanlardan bir çoxu borclu halda dünyadan getmişdilər. Peyğəmbər (səlləllahu əleyhi və alih)-in özü barəsində nəql olunur: “Yəməndən Oman meşələrinə qədər, habelə bütün Hicazdan İraqa qədər ərazilər o həzrətin hakimiyyəti altında olsaydı da, vəfat edəndə borclu idi və onun zirehli paltarı ailəsinin yeməyi üçün girov qoyulmuşdu.”[5] Həmçinin bəzi imamlar və Peyğəmbərin səhabələrindən bir çoxu da belə olmuşlar.[6]

Buna əsasən, dini təlimlərdə bir tərəfdən borc almaq qadağan edilir, digər tərəfdən də gördüyümüz kimi, məsumların özü və onların səhabələri də borc alırmışlar. Bu qəbildən olan iki cür rəvayətlərin arasında uyğunluq yaratmaq üçün gərək borc alan şəxslərin arasındakı fərqləri araşdıraq:

a) Borc alanlardan bəziləri həqiqi mənada ehtiyaclıdırlar və ehtiyaclarını aradan qaldırmaq yalnız borc almaqla mümkündür. Misal üçün, həyat və məişətlərinin ən zəruri tələbatlarını ödəmək və ilkin vəsaitlərini təmin etmək üçün ehtiyaclı olan şəxslərin borc alması, zərurətə diqqət yetirməklə vacib olur.

b) Bəzi insanların ehtiyacı zərurət həddində olmasa da,  ailə rifahını və məişət ehtiyaclarını adi səviyyədə təmin etmək yaxşı işlərdən olduğuna görə ailəsinin məişət və güzəranını sahmana salmaq,  rifahını təmin etmək məqsədi ilə borc alması yaxşıdır.

v) Bəzi hallarda müəyyən insanlar ehtiyaclarını təmin etmək üçün deyil, şan-şöhrət, eyş-işrət, əyləncəlik məqsədi ilə və ehtiyaclarından artıq miqdarda rifah üçün borc edirlər. Bu məsələ şəriətdə qadağan edilir. Əgər möminin hörmətinin aradan getməsinə səbəb olarsa, haram da ola bilər.

Borc almağın qadağan edilməsinin hikmət və fəlsəfələrindən bəzilərini qeyd edirik:

a) Borc almaq gecə narahatçılığa və gündüz xarlığa səbəb olur. Əli (əleyhis-salam) buyurur: “Borc almaqdan uzaq olun! Çünki  o, insanın gündüz zəlil, gecə isə hüznlü, qəm-qüssəli olmasına səbəb olur.”

b) Borclu şəxsin ödəməli olduğu haqq Allah yolunda şəhid olmaqla belə, aradan qalxmır. İmam Baqir (əleyhis-salam) buyurur: “Hər bir günah əməl Allah yolunda şəhid olmaqla bərpa olunur, yalnız borc istisnadır. Heç bir şey onu əvəz edib kəffarəsi ola bilməz. Yalnız o zaman öhdəsindən götürürlər ki, borclu şəxs onu ödəsin, yaxud dostları onun tərəfindən ödəsinlər, yaxud da borc sahibi güzəştə getsin.”

v) Camaat borc almağa daha artıq cürət etməsinlər.

Peyğəmbər (səlləllahu əleyhi və alih)-in borclu səhabələrinə cənazə namazı qılmaması ilə əlaqədar İmam  (əleyhis-salam) buyurur: “Əlbəttə, Peyğəmbərin bu əməli buna görə idi ki, camaat borc almağa cürət etməsinlər; nəinki borc almaq doğrudan da haramdır.” Çünki  bəyan olunduğu kimi, Peyğəmbəri-əkrəm, bəzi imamlar və müsəlmanlardan çoxu dünyadan gedən zaman borclu idilər.[7] Digər tərəfdən də, bir çox hədislərdə borc vermək məsələsi tövsiyə edilir. Belə ki, əgər borc almaq haram olsaydı, borc verməyə təşviqin heç bir əsası və mənası olmazdı.[8]

Mərhum Əllamə Məclisi Peyğəmbər (səlləllahu əleyhi və alih)-in bu iki rəftarı (borclu halda ölən şəxsin borcuna o həzrətin zəmanət və kəfaləti ilə şiə və sünnülərin hədisində gəldiyi kimi, Peyğəmbərin borclu şəxsin cənazəsinə namaz qılmaması) arasında uyğunluq yaratmaq üçün deyir: “İslamın əvvəllərində (borclunun cənazə) namazının tərk olunması o zaman idi ki, müsəlmanların sayı az idi və beytul-mal (ümumxalq əmlakı) boş idi. Amma Peyğəmbər tərəfindən borclara zəmanət verilməsi Beytul-malın artmasından, fəthlər nəticəsində qənimətlərin çoxalmasından sonra idi.”[9]

Bu nəzəri dəstəkləyən məsələ sünnülərin vasitəsi ilə gəlib çatan hədisdir. Orada deyilir ki, borclu halda ölmüş şəxsi o həzrətin yanına gətirirdilər və həzrət buyururdu: “Borcunu ödəmək üçün bir şeyi vardırmı?” Əgər “varıdır” desəydilər, ona namaz qılır və buyururdu: أَنَا أَوْلَى بِالْمُؤْمِنِينَ مِنْ أَنْفُسِهِمْ “Mən möminlərə, onların özündən artıq ixtiyar sahibiyəm. Əgər borcu vardırsa mənim öhdəmə olsun, onun qoyub getdiyi mallar isə varislərə çatar.”[10]

 


[1] Müstəfəvi, Hüseyn, “Əttəhqiq fi kəlimatil-Quranil-kərim”, 3-cü cild, səh. 287, “Kitab tərcümə və nəşr” qurumu, Tehran, 1360-cı il

[2] “Nisa” surəsi, ayə: 11 və 12

[3] Şeyx Səduq, “İləluş-şəraye”, 2-ci cild, səh. 527-529, 1-ci çap, Qum, Bi. Ta

[4] Şeyx Səduq, “Mən la yəhzuruhul-fəqih”, tərcüməçi: Ğəffari, Əli Əkbər, 4-cü cild, səh. 242-243, “Səduq” nəşriyyatı, 1-ci çap, Tehran, 1367-ci şəmsi il

[5] Qütb Ravəndi, “Əl-xəraicu vəl-cəraih”, 2-ci cild, səh. 885, “İmam Məhdi (əleyhis-salam)”  mədrəsəsi, 1-ci çap, Qum, 1409-cu şəmsi il

[6] Bu barədə nəql olunan rəvayətləri oxumaq üçün bax: “İləluş-şəraye”, 2-ci cild, səh. 527-529

[7] “İləluş-şəraye”, 2-ci cild, səh. 527-529

[8] Faizsiz borcun əhəmiyyəti ilə əlaqədar “Qərzul-həsənə və onun sədəqəyə olan üstünlüyü” sualına – sual 13033 (sayt 12763) baxa bilərsiniz.

[9] Kuleyni, “Üsuli-kafi”,  3-cü cild, səh. 728, “Üsvə” nəşriyyatı, üçüncü çap, Qum, 1375-ci şəmsi ili

[10] Yenə orada

 

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Təsadüfi suallar

  • Yəfuriyyə firqəsinin mənşəyi və onların əqidələri nə olubdur?
    5586 تاريخ کلام 2012/06/13
    Bu firqə haqqında tarixdə çoxlu məlumat öz əksin tapmayıbdır. O ki, tarixi mənbələrdə gəlib, budur ki: "Yəfuriyyə" firqəsi Muhəmməd ibni Bəşirintabeçiləri olubdurlar ki, Musa ibni Cəfərin (ə) İmamətinə dayanıbdır və sonralar onun İmamətinidə inkar edirlər. Bu dəstənin etiqadı olub ki, o kəslər ki, Musa ...
  • Əhli- sünnənin nəzərində bəyan olunan Əhli- beyt kimlərdirlər?
    7052 Qədim kəlam 2012/09/01
    "Əhlul- beyt" kəlməsi Qurani- kərimdə iki dəfə zikr olubdur.[1] Bir dəfə İbrahim (ə)- ın ailəsi üçün və müzakirə mövzusu olan o biri ayə də, Əhzab surəsinin 33- cü ayəsidir. Bu ayənin axırında, Allah Əhli- beytin pak edilməsinə olan iradəsindən xəbər verir. Tarix boyu bu ...
  • Quranın hansı ayəsi tövhidin mərhələlərini bəyan edir? Onun mərhələləri hansılardır?
    11947 Qədim kəlam 2012/07/22
    Quran və dini məfhumlarda ən geniş yayılan, dərin və dolğun mənalı məsələlərdən biri olan tövhidin bir çox növləri və mərtəbələri vardır. Quranın bir çox ayələrində tövhid məsələsi çox müfəssəl və dərin şəkildə irəli çəkilmişdir. Bu, Quranın əsaslı məfhumlarda və mühüm məsələlərdə tutduğu yoldan ibarətdir. Hal-hazırda bu üslub ...
  • Həzrət Fatimeyi-Zəhra (əleyha salam)-ın çox da ömür sürmədiyi halda ilahi peyğəmbərlərin məqamına çatması qəribə deyildirmi?!
    5598 Qədim kəlam 2012/01/19
    Qurani-kərimin aşkar buyurduğuna görə həzrət İsa (əleyhis-salam) beşikdə olan zaman Allah dərgahında yüksək bir məqama malik olmuşdu:فَأَشارَتْ إِلَیْهِ قالُوا کَیْفَ نُکَلِّمُ مَنْ کانَ فِی الْمَهْدِ صَبِیًّا  قَالَ إِنِّی عَبْدُ اللَّهِ آتانِیَ الْکِتَابَ وَ جَعَلَنِی‏ نَبِیًّا وَ جَعَلَنِی‏ مُبَارَکاً أَیْنَ ما کُنْتُ وَ أَوْصَانِی‏ بِالصَّلاةِ وَ الزَّکاةِ ...
  • Rüşvət almaq haramdırmı?
    10277 Nizamlar hüquq və əhkam 2012/10/06
    Rüşvət "rşv" " ر ش و" kəlməsindən olan ərəb kəlməsidir və üç formada "ra" hərfinin fəthə (ə) zəmmə (u) və kəsrə (i), işlənibdir. Bu kəlmə tək formadadır və onun cəmi "roşa" yaxud "rişa" (ra hərfinin zəmmə (u) ya kəsrəsi (i) ilə)-dir. Fars dilində muzd mənasındadır.
  • Behiştdə fiqh hökümləri vardırmı?
    6782 Qədim kəlam 2011/06/19
    Бу суалын хүласә ҹавабы јохдур. Изаһлы ҹавабы сечин. ...
  • Hal-hazırdakı və keçmişdəki mərcəyi-təqlidlərin baş yarmaq barəsindəki fətvalarını bəyan edin.
    7881 Nizamlar hüquq və əhkam 2011/07/28
    İmam Hüseyn (əleyhis-salam)-a əzadarlıq məsum imamlar (əleyhimus-salam) və din rəhbərləri tərəfindən həmişə təkid edilmiş, bu mərasim tarix boyu davam etmişdir. Bəzi şəhərlərdə, məntəqələrdə və ölkələrdə İmam Hüseyn (əleyhis-salam)-a və onun vəfalı səhabələrinə əzadarlıq üslublarından biri də baş yarmaqdan ibarətdir. ...
  • إِيَّاكَ نَعْبُدُ وَ إِيَّاكَ نَسْتَعينُ “İyyakə nə’budu və iyyakə nəstəin” ayəsinin təfsiri nədir?
    9617 Təfsir 2012/04/09
    Ayənin tərcüməsi: “(Pərvərdigara!) Yalnız Sənə pərəstiş edir və yalnız Səndən kömək istəyirik.”[1] Allaha ibadət etmək bəndənin Onun qarşısında “məmluk” (Onun mülkiyyəti) olmasını,[2] Ondan kömək və yardım istəməsini göstərir.[3] “Nəstəin” kəlməsinin kökü olan “ovn” mütləq şəkildə nüsrət ...
  • Səbr və bölgü dəlili necədir və necə əməl edir?
    5449 İslam fəlsəfəsi 2012/03/11
    Səbr və bölgü dəlili müxtəlif elmlərdə, həmçinin fiqh üsulu elmində istifadə edilir və Baxmayaraq ki, həmişə ona istinad etmək olmaz, lakin bir çox hallarda höccətdir. Çünki məntiq kitablarında daha geniş yayılmış isbatların dördlü növləri qeyd edilmişdir. Amma bunun barəsində söhbət açılmır. İlk başda bu dəlillərin terminlərin mənasını ...
  • Öz iradəmizi necə gücləndirək?
    12471 Əməli əxlaq 2011/04/13
    İradəli şəxs o insandır ki, çətinliklə üzləşdikdə, onun öhdəsindən layiqincə gəlsin, onu yerinə yetirmək qərarına gəlir və öz səyi və payidarlığıyla onu icra edir. Aşağıdakı göstərişlər iradənin təqviyət olması üçün sifariş olunmuşdur: 1. Həyatınızda və yaxud hər hansı bir işi ilk mərhələdə yerinə yetirmək üçün onun hədəfini özünüz üçün ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    162865 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    154906 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    117738 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    109671 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    98764 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    91284 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    53336 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    45185 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    43704 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    42862 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...