Ətraflı axtarış
Baxanların
28418
İnternetə qoyma tarixi: 2011/11/24
Sualın xülasəsi
Hansı səbəbə görə “əuzu billahi minəş-şeytanir-rəcim” cümləsini “Bismillahir-Rəhmanir-Rəhim”-dən qabaq deyirik?
Sual
Hansı səbəbə görə “əuzu billahi minəş-şeytanir-rəcim” cümləsini “Bismillahir-Rəhmanir-Rəhim”-dən qabaq deyirik?
Qısa cavab

Quran və rəvayətlərə uyğun olaraq tilavətin ədəb qaydalarından biri də tilavətə başlamazdan qabaq “əuzu billahi minəş-şeytanir-rəcim” deməkdir. Hətta onu “Bismillahir-Rəhmanir-Rəhim”-dən də qabağa salmaq lazımdır. Çünki “Bismillahir-Rəhmanir-Rəhim” Quranın bir hissəsidir. Əlbəttə, şeytandan Allaha pənah aparmaq təkcə sözdə olmamalı, əksinə insanın ruhunun dərinliklərinə qədər nüfuz etməli və bütün tilavət müddəti ərzində bu haləti qoruyub saxlamalıdır.

Ətreaflı cavab

İslamda hər bir şeydən, xüsusilə Quran kimi əzəmətli ilahi bir kitabdan bəhrələnmək dəqiq proqram əsasındadır. Quranın özündəki dəlilə əsasən onun tilavətindən bəhrələnmək üçün müəyyən ədəb qaydaları və şərtlər bəyan olunmuşdur. Aşağıda onlardan bir neçəsini qeyd edirik:

1. Yalnız dəstəmaz və təharətli olduqda Quranın yazılarına toxunmağa icazə verilir. Quranda buyurulur: “Qurana paklardan başqası məss edə (ona toxuna) bilməz”.”[1]

Bu, həm zahiri paklığa işarədir, həm də bunu göstərir ki, onun dərin məfhumlarını, maariflərini və incəliklərini yalnız əxlaqi rəzalətlərdən pak olanlar başa düşə bilər. Yəni insan həqiqət və bəsirət gözlərinə pərdə çəkən çirkin sifətlərdən, rəzalətlərdən uzaq olmalıdır ki, Quranın həqiqətlərini dərk və Haqq-taalanın camalını müşahidə etməkdən məhrum olmasın.

2. Quranı “tərtil” ilə, yəni kəlmələrini dəqiq tələffüz etməklə və onda təfəkkürlə tilavət etmək lazımdır.[2]

3. Quran tilavətinə başlayan zaman rəhmət dərgahından qovulmuş şeytanın şərindən Allaha pənah aparırıq. Belə ki, bir ayədə oxuyuruq: “Quran oxuduğunuz zaman qovulmuş şeytanın şərindən Allaha pənah aparın!”[3]

İmam Sadiq (əleyhis-salam)  “bu göstərişə necə əməl edək və nə deyək?” - sualının cavabında buyurmuşdur:

أَسْتَعِیذُ بِالسَّمِیعِ الْعَلِیمِ مِنَ الشَّیْطَانِ الرَّجِیمِ

(Belə deyin:) “Əstəizu bis-bisəmiil-əlim minəş-şeytanir-rəcim.” (Eşidən və bilən Allaha sığınıram qovulmuş şeytanın şərindən).

Başqa rəvayətdə deyilir ki, İmam (əleyhis-salam) “Həmd” surəsini tilavət edən zaman belə deyirdi:

اَعُوذُ بِاللَّهِ السَّمِیعِ الْعَلِیمِ مِنَ الشَّیْطَانِ الرَّجِیمِ، وَ اَعُوذُ بِاللَّهِ اَنْ یَحْضُرُونِ

“Əuzu billahis-səmiil-əlim minəş-şeytanir-rəcim və əuzu billahi ən yəhzurun.” (Eşidən və bilən Allaha sığınıram qovulmuş şeytanın şərindən və həm də şeytanın mənim yanımda hazır olmasından Allaha pənah aparıram.)

Amma tilavət zamanı “əuzu billahi minəş-şeytanir-rəcim”in nə üçün “bismillah”dan qabaq deyilməsinə gəldikdə isə, onun səbəbi budur: “Bismillahir-Rəhmanir-Rəhim” Quranın bir hissəsi olduğuna görə tilavətə başlamazdan qabaq ondan Allaha pənah aparmaq lazımdır.

Bir rəvayətdə deyilir ki, Cəbrəil (əleyhis-salam) Quran barəsində Peyğəmbər (səlləllahu əleyhi və alih)-ə dediyi ilk söz bu idi:

أَسْتَعِیذُ بِالسَّمِیعِ الْعَلِیمِ مِنَ الشَّیْطَانِ الرَّجِیمِ

“Ey Muhəmməd, de: əstəizu bis-səmiil-əlim minəş-şeytanir-rəcim – sonra belə de:

بِسْمِ اللَّهِ الرَّحْمنِ الرَّحِیمِ اقْرَأْ بِاسْمِ رَبِّکَ الَّذِی خَلَقَ

“Bismillahir-Rəhmanir-Rəhim, iqrə’ bismi Rəbbikəlləzi xələq.”[4]

Əlbəttə, şeytanın şərindən Allaha pənah aparmaq təkcə sözdə olmamalı, tilavət edən şəxsin ruhunun dərinliklərinə nüfuz etməlidir. Belə ki, insan Quran tilavət edən zaman şeytani xislətlərdən uzaqlaşmalı və ilahi sifətlərlə zinətlənməlidir ki, haqq kəlamın başa düşülməsi, həqiqətin ürək oxşayan camalının müşahidə edilməsi qarşısında olan maneələri öz fikir və xəyal mühitindən təmizləyib aradan qaldırsın.[5]

Buna əsasən, dildə olmasa da belə, bütün tilavət müddəti ərzində şeytanın şərindən Allaha pənah aparmaq lazımdır.



[1] “Vaqiə” surəsi, ayə: 56:

لا یَمَسُّهُ إِلَّا الْمُطَهَّرُونَ

[2] “Müzzəmmil” surəsi, ayə: 4:

وَ رَتِّلِ الْقُرْآنَ تَرْتِیلًا

[3] “Nəhl” surəsi, ayə: 98:

فَإِذا قَرَأْتَ الْقُرْآنَ فَاسْتَعِذْ بِاللَّهِ مِنَ الشَّیْطانِ الرَّجیمِ

[4] “Müstədərəkül-vəsail”, 4-ci cild, səh. 264-265:

الشَّیْخُ أَبُو الْفُتُوحِ الرَّازِیُّ فِی تَفْسِیرِهِ، عَنْ عَبْدِ اللَّهِ بْنِ عَبَّاسٍ‏قَالَ أَوَّلُ آیَةٍ نَزَلَتْ أَوْ أَوَّلُ مَا قَالَهُ جَبْرَئِیلُ لِرَسُولِ اللَّهِ ص فِی أَمْرِ الْقُرْآنِ أَنْ قَالَ لَهُ یَا مُحَمَّدُ قُلْ أَسْتَعِیذُ بِالسَّمِیعِ الْعَلِیمِ مِنَ الشَّیْطَانِ الرَّجِیمِ ثُمَّ قَالَ قُلْ بِسْمِ اللَّهِ الرَّحْمنِ الرَّحِیمِ اقْرَأْ بِاسْمِ رَبِّکَ الَّذِی خَلَقَ‏

[5] “ "Təfsiri nümunə", 11-ci cild, səh. 401 və 402

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Təsadüfi suallar

  • Üzüyün sağ ələ taxıması zəruridirmi?
    19296 Nizamlar hüquq və əhkam 2011/08/09
     Peyğəmbər (s) və imamların (ə) sünnələrindən biri də ələ üzük taxmaqdır. Rəvayətlərimizdə onun növü, quruluşu və şəkli haqda məlumat verilmişdir. Əlavə olaraq üzüyün sağ ələ taxılması rəvayətlərdə tövsiyə olunmuşdur. İslam dininin üzük taxmaq barədə bəyan etdiyi bütün hökmlər müstəhəb hökmlərdir. Yalnız kişilərin qızıl ...
  • Bədənin ruh üçün alət olması mövzusunda təbii vasitə ilə texniki vasitə arasında fərq nədir?
    5578 İrfan fəlsəfəsi 2012/03/11
    Fəlsəfədə texniki və təbii terminləri texniki və təbii varlıqların müqaisəində istifadə edilir. Məsələn: İnsanın bədəni təbii cismdir. Bir texniki cismin taxtıdır. Bədən təbii tərkib olan üzvlərdən ibarətdir. Lakin taxtın öz hissələri (taxta, mıx və s) texniki tərkibdir. Bədənin ruh üçün alət olması da təbii yolladır. Texniki deyil. ...
  • Allahın gözlə görünə bilmədiyini nəzərə alsaq “Mütəffifin” surəsində deyilən “ən Rəbbihim ləməhcubunə – Rəbbindən hicab arxasındadırlar” dedikdə məqsəd nədir?
    6365 Təfsir 2012/02/13
    Hicab kəlməsinin mütləq maddi mənada işlənməsinin lüzumu yoxdur. Çünki əqli və nəqli dəlillərə əsasən, Allah maddi varlıq deyildir.[1] Buna görə də yuxarıdakı ayədə işlənən hicab kəlməsi maddi məna daşımır. Necə ki, sair ayələrdə də işlənən hicab kəlməsindən maddi şeylər nəzərdə tutulmur:وَ إِذَا قَرَأْتَ ...
  • Həzrət Adəmin (ə) yaradılışından öncə cinlərin öz nəslindən peyğəmbərləri olmuşdur?
    10628 Qədim kəlam 2011/06/19
    Quran-məciddə cinin varlığı təsdiq olunmuş və xüsusiyyətləri bəyan edilmişdir.Baxmayaraq ki, cin barəsində məlumatımız məhduddur, bir çox sübutlar əsasında Adəmdən (ə) öncə cinlərin içində öz peyğəmbərləri olduğunu demək olar:  1.      Cinlər insanlar kimi təklif və ...
  • Nə üçün mürtədlik məsələsində, qadın və kişinin hökmü fərqlidir?
    7164 Əhkam və hüquq fəlsəfəsi 2011/11/19
    İslam insanlardan istəyir ki, kifayət qədər dəlil və məlumatla bu İlahi dini qəbul etsinlər və onun sayəsində hidayət tapmasınlar, amma qəbul edəndən sonra, dini buraxıb kafir olan şəxslər üçün ağır cəzalar nəzərdə tutubdur; çünki bu İslam ziddinə təbliğ üçün vəsilə olub və başqa müsəlmanları mənfi təsir altına sala bilər.
  • Qurani- kərim baxımından özünü düşünmənin mənası nədir?
    6889 Təfsir 2012/04/18
    Özünü tanıma Quranda, fitri və daxili istedadları diriltmək və tərbiyələndirmək vasitəsi ilə öz həqiqətini yenidən ələ gətirmə mənasınadır. Bu həqiqət onun vücudunda gizlənibdir. Öz həqiqətini ələ gətirəndən sonra növbə, İlahi adlar sifətlər və varlıq aləminin həqiqətlərinin qəlbi dərk olunmasına yetişir. Özünü tanımanın fitri, dünyəvi və ...
  • Türbət suyunu əldə etmək üçün, su, yağış suyu olmalıdırmı? Ona dua da oxunmalıdır yoxsa lazım deyil? Xahiş edirəm tam izah verin.
    8287 Nizamlar hüquq və əhkam 2011/10/02
    Türbət suyunu hazırlamaq üçün, pak və gigiyena suyu kifayətdir.[1] Hərçənd, fərat suyu[2] zəmzəm suyu[3], yaxud neysan ayında[4] olan yağış suyu kimi bəzi suların daha çoxImtiyazları var. yağış suyu da çox vaxt saf və təmiz olduğuna görə, bəlkə adi sulardan daha yaxşı ...
  • “Hicr” surəsinin 91-ci ayəsində deyilən “müqtəsimin” kəlməsində məqsəd nədir?
    6218 Təfsir 2012/07/22
    Bu şərif ayədə gələn الْمُقْتَسِمِينَ “əl-müqtəsimin” kəlməsi “ayrılıq salanlar və bölənlər” mənasınadır. Bu ayənin şəni-nüzulu (kimlərin barəsində nazil olması) ilə əlaqədar təfsirlərdə bir neçə ehtimal verilmişdir: 1. Kafir başçılar; belə ki, onlar həcc mövsümündə öz qüvvələrini Məkkənin yollarında və girişlərində bölüşdürürdülər ki, müsafirlərə desinlər: ...
  • Ağır təbii hadisələr ilahi əzabdır, yoxsa onların maddi səbəbləri vardır?
    7212 Qədim kəlam 2011/04/16
    Baş verən müxtəlif ağır təbii hadisələr, o cümlədən sel, zəlzələ, tufan yalnız əzab vermək məqsədi daşımır, əksinə onun əlavə olaraq çoxlu müsbət nəticələri də vardır. O cümlədən: ilahi nemətlərin xatırladılması, qəflət yuxusundan oyatmaq, istedadların çiçəklənməsi, yer üzündə həyatın davamı, eləcə də zalımların, inadkarların və tüğyançıların əzaba düçar ...
  • Ислам вә бир прогармын зәрурилији.
    6100 Təzə kəlam 2009/11/10
    Бу вахта гәдәр дин алимләри вә фәгиһләр дүнјанын һәр бир саһәсинә аидијјаты олан ислам маарифи адлы бир хәзинәдән онун јалныз, ҹүзи һиссәләрин бәјаны илә мәшғул олмушлар. Ислама бу бахыш, бу вахта гәдәр сәбәб олуб ки ислам һаггындакы мүбһисәләр үмуми вә низамнамә шәкилиндә ҝетмәсин. Һәмчинин, исламын ҝөзәл ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    162901 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    155025 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    117788 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    109738 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    98919 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    91341 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    53369 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    45313 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    43748 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    42916 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...