Ətraflı axtarış
Baxanların
14521
İnternetə qoyma tarixi: 2011/11/19
Sualın xülasəsi
Qurani- Kərimdə sonuncu ayə hansıdır? Məgər vəhyin əlavə edilmə imkanı olmuşdurmu?
Sual
Xahiş edirəm, Peyğəmbərə (s) nazil olan sonuncu ayə barəsində izah veriniz? Və bu ayə nə zaman və hansı yaşında ona nazil olmuşdur? O həzrətin ömrünün 70 yaxud daha çox olması halında Qurana yeni ayələrin əlavə olunma imkanı var idimi?
Qısa cavab

Peyğəmbərə (s) nazil olan sonuncu ayə haqqında müxtəlif və bir çox rəvayətlər mövcuddur. Bu ayələrdən bu nəticəni əldə etmək olar ki, Peyğəmbərə (s) sonuncu kamil nazil olan surə “nəsr” olmuşdur. Bu surə ya Məkkənin fəthindən öncə yaxud fəthlə eyni zamanda nazil olmuşdur. Sonuncu nazil olan surə başlanğıc ayə baxımından, “bəraət” surəsi olmuşdur ki, hicrətin doqquzuncu ilində Məkkənin fəthindən sonra, təbuk müharibəsinə hazırlaşan zaman nazil olmuşdur. Amma ayə kimi Peyğəmbərə (s) nazil olan sonuncu ayə belə görsənir ki, dinin kamilləşmə (maidə surəsi, ayə 3) ayəsi olmuşdur. Çünki bu ayə dinin kamilləşməsini və vəhyin tamam olmasını xəbər verir. Bu ayə 18 ziy həccə hicrətin X ilində həccil- vidadan qayıdan zaman nazil olmuşdur. Əlbəttə dinin kamilləşmə ayəsini əhkamın tamam olma ayəsi kimi qəbul etmək olar. Həmçinin Bəqərə surəsinin 281- ci ayəsi Peyğəmbərin (s) vəfatından 21, 9 yaxud 7 gün öncə nazil olan sonuncu ayədir.

Amma sualın ikinci hissəsinin cavabında onu qeyd edə bilərik ki, Peyğəmbər (s) sonuncu peyğəmbər və göndərilən olduğundan, onun ömrünün uzanması halında Qurana əlavələrin imkanının olmasının mənası yoxdur. Çünki bu Allah təalanın öz xəbərini kamil və sonuncunu naqis qoyması mənasına gəlir və bu aşkar ziddiyyətdir.

Ətreaflı cavab

Peyğəmbərə (s) nazil olan sonuncu ayə barəsində müxtəlif və bir çox ayələr mövcuddur. Bu səbəbdən təfsir alimlərinin nəzərləri bir- birindən fərqlənir:

1. Bir çox şiə və əhli- sünnət rəvayətlərində qeyd olunmuşdur ki, Peyğəmbərə (s) nazil olan sonuncu surə “nəsr” olmuşdur.[1]

2. Digər rəvayətlər sonuncu ayənin “bəraət” surəsinin ilk ayəsinin olduğunu bildirir ki, bu hicrətin IX ilində Məkkənin fəthindən sonra təbuk müharibəsinə hazırlaşan zaman nazil olmuşdur. [2]

3. Bir çox rəvayətlər Quranın sonuncu ayəsinin

«وَ اتَّقُوا یَوْماً تُرْجَعُونَ فیهِ إِلَى اللَّهِ ثُمَّ تُوَفَّى کُلُّ نَفْسٍ ما کَسَبَتْ وَ هُمْ لا یُظْلَمُونَ»

“Allaha tərəf qaytarılacağınız gündən qorxun! (O gün) hər kəsə gördüyü əməlin əvəzi veriləcək və (haqsız yerə) zülm olunmayacaqdır.”[3] olduğunu nəql edilmişlər. Bu ayə nazil olduğdan sonra Cəbrail (ə) əmr vermişdir ki, bu ayəni Bəqərə surəsinin 280- cı ayəsindən sonra qeyd etsinlər. Bu hadisə Peyğəmbərin (s) vəfatından 7 yaxud 21 gün öncə baş vermişdir.[4]

4. İbn Vazeh Yaqubi inanır ki, düzgün və birbaşa olaraq rəvayətlər Quranın axırıncı ayəsinin dinin kamilləşməsi

«الْیَوْمَ أَکْمَلْتُ لَکُمْ دینَکُمْ وَ أَتْمَمْتُ عَلَیْکُمْ نِعْمَتی‏ وَ رَضیتُ لَکُمُ الْإِسْلامَ دیناً»

“Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və sizin üçün din olaraq islamı bəyənib seçdim”[5] ayəsidir. Bu qədir xumda Əli ibn Əbi Talibin (ə) seçildiyi gün nazil olmuşdur.[6]

Mərhum Ayətullah Mərifət deyir: Şübhəsiz “nəsr” surəsi bəraət surəsinin birinci ayəsindən öncə nazil olmuşdur. Çünki nəsr surəsi Məkkənin fəthini xəbər verir. (Deməli Məkkənin fəthindən öncə nazil olmuşdur.) Yaxud da Məkkənin fəth olunduğu il nazil olub. [7] Amma bəraət surəsi Məkkənin fəthindən bir il sonra nazil olmuşdur.

Deməli, ümumi rəvayətlər toplusu belədir:

A)            Sonuncu surə kimi, Peyğəmbərə Nəsr surəsi nazil olmuşdur. Ayələr baxımından sonuncu nazil olan surə Bəraət olmuşdur.

B)            Ayələr baxımından, Yaqubinin nəzəri burada tərcih edilmişdir ki, sonuncu ayə dinin kamil olması ayəsidir. Çünki bu ayə dinin kamilləşməsi elan edir və vəhyin sona çatmasını xəbər verir.

Amma Bəqərə surəsinin 281 ayəsi barədə iki nəzəriyyə mövcuddur:

1. Bu ayə həccətül vədada qurban bayramı günü Peyğəmbərə (s) nazil olmuşdur. [8] Əgər bu rəvayət düzgün olarsa sonuncu ayə dinin kamil olması ayəsidir. Çünki bu ayə 18 ziy həccə həccətül vədadan qayıdarkən nazil olmuşdur.

2. Əgər bu rəvayət düzgün olarsa sonuncu ayə bu olmalıdır. Bu halda deyə bilərik ki, dinin kamil olması ayəsi sonuncu əhkam ayəsidir və Bəqərə surəsinin, 281- ci ayəsi Peyğəmbərə vəhy olunan sonuncu ayədir.[9]

Amma sizin sualınızın ikinci hissəsində ki, soruşursunuz əgər Peyğəmbərin (s) ömrü uzanardısa Qurana ayələrin əlavə olunma imkanı var idi ya xeyr, burada diqqət etməliyik ki, qəti dəlillərə əsasən İslam Peyğəmbəri (s) sonuncu peyğəmbər olmuşdur. Və Quran Allahın sonuncu məsajıdır. Burada qeyd etməliyik ki, Allah- təala öz sonuncu kamil məsajını Peyğəmbər (s) vasitəsilə insanlara çatdırmışdır. İndi Əgər Peyğəmbərin (s) ömrü qısa olardısa bütün bu məsajlar Peyğəmbərin (s) qısa ömründən nazil olardı və əgər Peyğəmbərin (s) ömrü uzun olardısa bütün bu xəbərlər uzun- uzadı Peyğəmbərə (s) nazil olardı. Buna görə nübuvvətin sona çatması barəsində qəti dəlillərə əsasən Peyğəmbərin (s) ömrünün uzanması halında Qurana ayələrin əlavə olmasının mənası yoxdur. Çünki bu o deməkdir ki, Allah- təala öz sonuncu və kamil xəbərini naqıs qoymuşdur və sona çatdırmışdır. Bu açıq- aşkar ziddiyyətdir.

Daha çox məlumat üçün burada ustad Hadəvi Tehraninin dediklərini qeyd edirik:

Quran və tarix

Məgər Quran günün həqiqət və maarifi ilə əlaqədardırmı? Əgər Peyğəmbər (s) digər zaman və məkanda peyğəmbərliyə seçilərdisə, yenə də həmin ayələr və həmin dildə ona nazil olardı? Məgər Quranın tarixi tərəfləri vardırmı?

Bəziləri bu suallara cavabda totalitarizm yolunu tutmuşal və deyirlər: Quran ayələri vəhyani işdir və zaman və məkana aid deyirlər. Həmçinin tarixlə heç bir əlaqəsi yoxdur. Onların nəzərlərinə əsasən əgər Peyğmbər (s) digər zaman və məkanda pryğəmbərliyə seçilərdisə elə həmin ayələr heç bir dəyişiklik olmadan nazil olacaqdı.

Bu baxış müqabilində, bir qrup tamamilə nisbi şəkildə bu suallara cavab vermişlər. Quranın mətni xüsusi şəraitlə əlaqədardır ki, nazil olmuşdur. Əgər zaman və məkan dəyişərdisə, yalnız dili dəytişməyəcəkdi bəlkə Quranın mətləbi də dəyişəcəkdi. Onlar inanırlar ki, əgər Peyğəmbərin (s) ömrü uzun olardısa yaxud o həzrət daha tez peyğəmbərliyə seçilərdisə və onun risalət müddəti daha çox olardısa, Qurana ayələr əlavə edilərdi və Quranın həcmi indikindən bir neçə dəfə çox olardı.

Bu məsələnin və sualın düzgünlüyünü dəyərləndirmək üçün bir neçə nöqtəyə diqqət etmək lazımdır:

1. Əvvəldə qeyd etdiyimiz kimi insan həyatında dəyişilən şeylər onun həyatının zahiri hissəsinə aiddir və insanın əsl şəxsiyyəti və cövhəri bu dəyişiklərlə çevrilmir. Bununla tarixi mövqelərin fərqi, bu müxtəlif vəziyyətlərdə mövcud insanların mahiyyətini fərqli etmir.

2. Din insanın mahiyyət və zatına diqqət edir ki, sabit və dəyişilməyən əmrdir. Əlbəttə dinlər tarix boyu öz ardıcıllarının istedadlarının gücləndiyindən kamilləşməyə doğru hərəkət etmişlər. Bu təkamül hərəkəti sonuncu dində özünün ən son həddinə çatmışdır. O din ki, vəy vasitəsilə bütün hər şeyi bəyan edir və təhriflərdən uzaqdır. Bu səbəbdən digər dinin zühuruna imkan yaratmır.

3. Peyğəmbər ki, dini insanlara hədiyyə edir, günün insanlarının dil və maarifinin həqiqətləri ilə onlarla söhbət etməlidir ki, anlaşılma imkanı yaransın və onla bu xəbəri başa düşsünlər. Bu səbəbdən əgər bir peyğəmbər ibrani dilində danışıan camaat arasında peyğəmbərliyə seçilərsə insanlarla həmin dildə danışmalıdır ki, onun sözlərini başa düşsünlər. Digər tərəfdən öz xəbərini onların başa düşəcəyi tərzdə təmsil yaxud izahlar verməlidir. Deməli tarixi zaman və məkan seçilmiş peyğəmbərin gətirdiyi xəbərlərin möhtəvasına və dilinə təsir edir və bu tərtiblə sabit ünsürlərin kənarında mövqe ünsürlər də dində özünü göstərir.

Bununla yanaşı əgər peyğəmbər (s) ingilis dilli yerdə peyğəmbərliyə seçilərdisə şübhəsiz, Quran ingilis dilində nazil olardı. Əgər o yerdə insanlar dəvə əvəzinə pinqivinlə əlaqədar işlər görsəydilər, dəvənin yaradılış gözəlliyinə işarə etmək əvəzinə pinqivinin mövüzəvi yaradılışından danışacaqdı.

Amma bu quranın mətləbinin dəyərsiz olması demmək deyil. Buna görə:

Birincis,i əgər bu fərqlər olardısa, yalnız insan həyatının zahiri ilə əlaqədar mövqe ünsürlərlərlə əlaqədar olacaqdı və insanın mahiyyətinə sirahət edən sabit ünsürlərə təsir etməyəcəkdi. Digər sözlə sonuncu kamil din hər zaman və məkanda birdir. Hərçənd, əgər digər zaman və məkanda zühur edərdisə, dil və bəzi mövqe möhtəvası dəyişməsi mümkündür.

İkincisi, Peyğəmbərin zaman və məkanda seçilməsi İlahi hikmət və elm ilə baş verir. Peyğəmbərin (s) o zamanki tarixi vəziyyətdə ərəb körfəzində peyğəmbərliyə seçilmişdirsə dəlilsiz və hikmətsiz deyil. Quranın ərəb dilində olması da onu göstərir ki, sonuncu dinin İlahi hikmətlərinin məfhumunu çatdırmaq üçün bu dil münasib olmuşdur. İslamın o şəraitdə cahil ərəblərə nazil olması onu göstərir ki, İslamın məfhumunun qalıcı olması üçün ən yaxşı o şərait olmuşdur. Deməli əgər Quran dəvəyə işarə edirsə, bu dinləyicilərin bu heyvanla tanışılıqlarına görədir. Amma dinləyicilər üçün Quran həqiqiqətinin bəyan edilməsi üçün bu növ mərifətin seçilməsi onu göstərir ki, o mətləb üçün ən münasib misal “dəvə” olmuşdur.

Deməli İlahi hikmətin sonuncu din vasitəsilə çatdırılması üçün həmin sayda ayələr, həmin ərəb dilində və həmin misal və xüsusiyyətlər daha münasib olmuşdur. Buna görə deyə bilərik ki, əgər Peyğəmbərin (s) nübuvvəti uzanardısa, ayələrin sayı və möhtavası dəyişməyəcəkdi.

Peyğəmbərin (s) sonuncu nübuvvət olması dəlilləri barəsində daha ətraflə məlumat almaq üçün: 386- cı suala ( sayt:399), sirre xatəmiyyəte dine islam” indeksinə müraciət edə bilərsiniz.



[1] - Təbərsi, məcməil bəyan, cild 10, səh 554. Bohrani, təfsire borhan, cild 1, səh 29. Syuti, əl intiqan, cild, səh 27.

[2] - Feyz Kaşani, təfsire safi, cild 1, səh 680.

[3] - Bəqərə surəsi, ayə 281

[4] - Təfsire şebr, səh 83.

[5] - Maidə surəsi, ayə 3.

[6] - Tarixe Yaqubi, cil 2, səh 35.

[7] - Əsbabil nuzul, Bəhameşil cəlalin, cild 2, səh 145.

[8] - Zərkeşi, borhan, cild 1, səh 187.

[9] - Ayətullah Muhəmmədhadi Mərifət, təlxisul təhmid, cild 1, səh 80 və 81.

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Təsadüfi suallar

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    162891 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    154990 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    117777 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    109721 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    98853 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    91322 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    53359 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    45278 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    43737 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    42904 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...