Ətraflı axtarış
Baxanların
5825
İnternetə qoyma tarixi: 2007/11/29
Sualın xülasəsi
Nə üçün biz Allahın sifətləri barədə elmli ola-ola günah edirik?
Sual
Biz Allahın elm, qüdrət və hikməti barədə elmli olduğumuz halda nə üçün günah edir və Onun əmr və fərmanlarından boyun qaçırırıq?
Qısa cavab

Allah-taalanın bizim əməllərimiz barədə elmli, bizi cəzalandırmağa qadir və Öz işlərində hikmət sahibi olması barədə agahlığımız bizi itaətə vadar etmir. Necə ki, şeytan Allah-taalanın sifətlərini bilirdi, amma bununla belə Onun əmrlərinə qarşı üsyankarlıq etdi.

Allahın sifətləri barədə elm və agahlıq etiqad və imanla yanaşı olan halda insanı əmələ vadar edir. Amma əgər insan öz qəlbinin cilovunu tüğyançı nəfsin istəklərinə təhvil versə, artıq iman və etiqad üçün, nəticədə Allah-taalaya bəndəlik üçün heç bir yer qalmır.

Deməli, Allaha bəndəlik etmək üçün elm və agahlıqdan əlavə, Ona qəlbən iman gətirməliyik. Qəlbdə imanın vücuda gəlib sabitləşməsi üçün gərək onu zəiflədən, aradan aparan amillər (tüğyançı nəfsin istəkləri, dünyaya ifrat bağlılıq, şeytan vəsvəsələrinin qəlbə daxil olması və s.) aradan aparılsın. Həm də imanın yaranmasına qəlbdə şərait yaratmalıyıq (Allaha itaətin dünya və axirətdəki müsbət təsirləri, eləcə də itaətsizliyin ağır, acınacaqlı nəticələri barədə təfəkkür etmək və s.)

Ətreaflı cavab

Qurani-kərimdə və məsumların (əleyhimus-salam) rəvayətlərində Allah-taala üçün müəyyən mənada insanla əlaqəli olan sifətlər zikr olunmuşdur. Bu sifətlərdən biri xaliqiyyətdir ki, bütün aləmin və insanın vücuda gəlməsinə səbəbdir.

Rübubiyyət – Allahın sifətlərindən digər biridir ki, bəsləyən, tərbiyə edən mənasınadır.

Alim və qadir olmaq – yəni Allah-taalanın zatı hər bir şeyə alim (elmli) və hər bir işi görməyə qüdrətlidir.

Rəuf və mehriban olmaq. Yəni Allah-taala bəndəsinə hamıdan, hətta insanın özündən də artıq mehribandır. Bu sifətlər barədə elm nə qədər artıq və köklü olarsa, ilahi əmr və fərmanların yerinə yetirilməsində insana bir o qədər çox kömək edir.

Amma elm və agahlıq təklikdə insanı əmələ vadar etmir.[1] Fironçuların elmi var idi, buna baxmayaraq kafir oldular. Allah-taala bu barədə buyurur: “(Fironçular zülm və təkəbbür üzündən) qəlblərində yəqin olduğu halda Allahın ayələrinə qarşı kafir oldular.”[2]

Allahın nümunə ünvanı ilə zikr etdiyi şəxslərdən biri Bələm Bauradır. O, alim olsa da əməl məqamında özünü itirdi və yolunu azdı. Quran buyurur: “Onlara ayələrimizi verdiyimiz şəxsin (Bələmin) hadisəsini oxu, amma o (axırda) elmdən məhrum oldu, şeytan onun ardınca düşdü və azğınlardan oldu. Əgər istəsəydik, o ayələrin vasitəsi ilə onu yüksəyə qaldırardıq, lakin o, yerə yapışaraq öz nəfsinin istəklərinə tabe oldu.”[3]

Elm onun möhtəvasına iltizamlı olub əməl etməyə sadəcə şərait yaradır, lakin bu şərait o zaman təsirli olur ki, onun ardınca iman gəlmiş olsun. Elm və iman bilikdə olduqda əməl üçün şərait yaranır. Əlbəttə, bu yol üzərində mövcud olan maneələri də aradan qaldırmaq lazımdır. Quran həmin maneələri belə zikr edir:

a) Nəfsin istəklərinə tabe olmaq

Əqli və şəri yönləri nəzərə almadan nəfsin istəklərinə itaət etmək insanın düz yoldan azmasına, Allahın əmr və göstərişlərinə etinasız yanaşmasına səbəb olur. Quran belə insanlar barəsində buyurur: “Öz həvayi-nəfisni özünə məbud seçən bir şəxsi görmədimi?! Allah onu, elmli olduğu halda azğınlığa saldı, onun qəlbinə möhür vurdu, gözlərinə pərdə saldı. Allahdan başqa bir kəs onu hidayət edə bilərmi?! Buna diqqət yetirmirsinizmi?!”[4]

Başqa bir ayədə də buyurulur: “Əgər sənin çağırışına əməl etməsələr, bil ki, onlar yalnız öz həvayi-nəfslərinə tabe olurlar. Allah tərəfindən hidayət olmadan öz həvayi-nəfsinə tabe olanlardan da azğın bir şəxs varmı?!”[5]

b) Dünya həyatına məftun olmaq və ona xəta əsasında nəzərə salmaq

Əgər bir şəxs dünya həyatından sonra heç bir həyatın olmadığına inanaraq dünya həyatını özünün yekun hədəfi seçsə və bütün səylərini dünyəvi ehtiyaclarını təmin etməyə yönəltsə, axırda axirət həyatından və Allaha bəndəlikdən qafil olacaqdır.[6] Dünya barəsində bu cür təfəkkür və meyllər insanın Allaha iman gətirib mömin bəndə olmasına mane olur. Allah-taala belə insanları vəsf edərək buyurur: “Bizimlə görüşə (qiyamətə) ümidvar olmayan, dünya həyatına ürək bağlayan və onunla xatircəm olanların, habelə Bizim ayələrimizdən xəbərsiz olanların yerləri (yaramaz) əməlləri səbəbi ilə cəhənnəm odudur.”[7]

Başqa bir ayədə buyurur: “Siz dünya matahının ardınca gedirsiniz, halbuki Allah sizin üçün axirəti istəyir.[8]

v) Şeytani vəsvəsələrə uymaq

Şeytan insana qəlb yolu ilə vəsvəsə edərək[9] onun çirkin əməllərini zinətləndirib gözəl qələmə verir,[10] insana yalan vədələr verir,[11] insanı öz gələcəyindən qorxudur[12] və bu yollarla onun iman gətirib Allaha xalis bəndəlik etməsinə mane olur. Allah-taala bu barədə xəbərdarlıq edərək buyurur: “Ey Adəm övladları! Şeytan sizi aldatmasın, necə ki, sizin ata-ananızı (aldadaraq) behiştdən çıxartdı.”[13]

Qəlbdə iman və bəndəlik hissinin yaranması daxili bir mühərrikə ehtiyaclıdır. İnsanın rəftarlarında əsas hərəkətverici qüvvə kamallara və ləzzətlərə nail olmaq ümidi, xəsarət və zərərlərdən qorxub qaçmaq hissi olduğuna görə Quran həm iman və bəndəliyin dünya və axirət savablarına, həm də küfr və üsyankarlığın dünya və axirət cəzalarına işarə etmiş, peyğəmbərləri “ilahi nemətlərə müjdə verən və ilahi əzabdan qorxudanlar” kimi təqdim etmişdir.[14]

Əməllərin dünyəvi mükafatları

1. “Əgər abadlıqların əhalisi iman gətirib təqvalı olsaydılar, asimandan və yerdən xeyir-bərəkət qapılarını onların üzünə açardıq.”[15]

2. İman və bəndəliyin axirət savabları:

“Hər kişi və qadın mömin olan halda yaxşı iş görərsə, belə insanlar behiştə daxil olacaqlar.”[16]

3. Küfr və itaətsizliyin dünyəvi cəzaları

“Sizə çatan müsibətlər gördüyünüz (yaramaz və pis) əməllər səbəbi ilədir və Allah onların bir çoxlarını əfv edib bağışlayır.”[17]

4. Küfr və itaətsizliyin axirət cəzaları

“Onlar üçün dünyada xarlıq və axirətdə böyük əzab vardır.”[18]

Allah-taalaya bəndəlik etmək üçün ilahi və tövhid əsasında olan bəndəlikdən əlavə, iman və yəqin sahibi olmaq, maneələri aradan qaldırmaq və yaxşı əməllər görmək də lazımdır.

 


[1] Elm ilə iman arasındakı fərq barədə əlavə məlumat almaq üçün bax: “Qırx hədisin şərhi”, İmam Xomeyni, səh. 37; “Quranda əxlaq”, Misbah Yəzdi, səh. 140

[2] “Nəml” surəsi, ayə: 14

[3] “Əraf” surəsi, ayə: 175-176

[4] “Casiyə” surəsi, ayə: 23

[5] “Qəsəs” surəsi, ayə: 50. Bu barədə aşağıdakı ayələrə bax: “Əraf” 176, “Kəhf” 28, “Taha” 16, “Furqan” 43, “Sad” 26, “Məhəmməd (səlləllahu əleyhi və alih)” 16, “Nəcm” 23

[6] Aydındır ki, əgər dünya həyatı olmasa, axirət həyatı, behişt və cəhənnəm də olmayacaqdır. Dünya Allahın xəlq etdiyi varlıqlardan biri ünvanı ilə məzəmmətə layiq görülməməlidir. Əslində bu nemətdən düzgün istifadə edilməməsi məzəmmət olunur.

[7] “Yunis” surəsi, ayə: 7-8

[8] “Ənfal” surəsi, ayə: 67

[9] Şeytanın ümdə işi qəlbdə vəsvəsə yaratmaqdır: “Taha” surəsi, ayə: 120

[10] “Nəhl” surəsi, ayə: 63 , “Nəml” surəsi, ayə: 24

[11] “Nisa” surəsi, ayə: 120

[12] “Bəqərə” surəsi, ayə: 268

[13] “Əraf” surəsi, ayə: 27

[14] “Nisa” surəsi, ayə: 165

[15] “Əraf” surəsi, ayə: 96

[16] “Nisa” surəsi, ayə: 124

[17] “Şura” surəsi, ayə: 30

[18] “Bəqərə” surəsi, ayə: 114; Behişt və cəhənnəmin vəsfi barədə bax: Misbah Yəzdi, “Əqaid təlimləri”, 3-cü cild, səh. 90-91

 

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    162768 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    154440 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    117599 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    109483 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    98102 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    91127 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    53241 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    44698 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    43580 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    42704 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...