Ətraflı axtarış
Baxanların
5444
İnternetə qoyma tarixi: 2012/02/13
Sualın xülasəsi
Bir şəxs öz malının bir hissəsini vəsiyyət edir, lakin onun miqdarını dəqiq şəkildə təyin etmir. Vəsiyyət olunmuş hissəni – “cüz”ü necə təyin etmək olar?
Sual
Bir nəfər öz malının “bir hissəsi”ni – cüz’ünü vəsiyyət edir, lakin miqdarını dəqiq şəkildə təyin etmir. Rəvayətlərdə bu məsələnin həlli üçün müxtəlif çıxış yolları bəyan olunmuşdur. O cümlədən, buyurulmuşdur ki, “cüz” dedikdə məqsəd onda bir hissədir. Çünki Allah-taala buyurur: فَخُذْ أَرْبَعَةً مِّنَ الطَّیْرِ… “O quşlardan 4 dənəsini tut...” (“Bəqərə” surəsi, ayə: 260) Başqa rəvayətdə də buyurulur: “Cüz yeddidə birdir, çünki Allah-taala buyurur: لَهَا سَبْعَةُ أَبْوَابٍ لِّکُلِّ بَابٍ مِّنْهُمْ جُزْءٌ مَّقْسُومٌ “Onun (cəhənnəmin) yeddi qapısı vardır, hər bir qapı üçün təyin olunmuş (bölünmüş) bir cüz vardır.” (“Hicr” surəsi, ayə: 44) Bu rəvayətlərə diqqət yetirməklə vəsiyyət olunmuş “cüzü” necə təyin etmək olar?
Qısa cavab

Hər iki qisimdən olan rəvayətlərin sənədinin alimlər tərəfindən qəbul olunduğuna diqqət yetirməklə, onların tərəfindən bu iki bəyan arasında ittifaq yaratmaq mümkündür, çünki onlar demişlər:

1. Keçmiş dövrlərdə mal-dövlət sahibləri öz əmlakını müxtəlif hissələrə – bəziləri on hissəyə, bəziləri yeddi hisslərə bölürdülər. Buna əsasən, insanın öz malında vəsiyyət etməsi onun malını necə bölüşdürməsindən asılıdır.

2. Daha güclü nəzər birinci qisimdən olan rəvayətlərə əməl etməkdir. İlkin prinsip mülkün (əmlakın) varislərin ixtiyarında qalmasıdır. Başqa sözlə desək, ilkin prinsip varislər tərəfindən artıq miqdarın ödənməməsidir. “Artıq miqdar” da o zaman gerçəkləşir ki, “cüz”ü yeddidə bir kimi qeyd edən rəvayətlərə əməl etsinlər.

3. Birinci qisimdən olan rəvayətləri vacibə, ikinci qisimdən olan rəvayətləri isə müstəhəbbə yoza, yəni cüzü onda bir hesab edərək vacib miqdarı həmin əsasda götürə bilərik. Amma varislərə müstəhəbdir ki, yeddidə bir deyən rəvayətlər çox olduğuna görə malın yeddidə birini vəsiyyət edilən şeylərdə sərf etsinlər.

Ətreaflı cavab

Əgər vəsiyyətdə anlaşılmazlıq kəlmələrin mənasında olan icmala (anlaşılmazlığa) qayıdırsa, məsələn, bir şəxs malından “bir hissəsini” vəsiyyət etsə və “malımın bir hissəsini filan xeyir işə xərcləyin” desə, danışan şəxsin məqsədini təyin etməklə əlaqədar bir şahid də olmasa, qayda bunu tələb edir ki, bu vəsiyyət nəzərə alınmasın və sanki ümumiyyətlə vəsiyyət etməmişdir. Bundan sonra irs bölməsində olan ümumi qayda-qanunlara müraciət etmək lazımdır. Çünki bu kəlam camaat arasında heç bir müəyyən və konkret məfhumu ifadə etmir.

Amma nəzərə alaq ki, bu bölmədə mövcud olan şəri dəlillər və mötəbər rəvayətlərin bəziləri müəmmalı kəlmələri təfsir edir. Onlara təəbbüdən (qeydsiz-şərtsiz) müraciət etmək vacibdir.[1] Belə vəsiyyətin baş verdiyi halda vəsiyyət edənin malından vəsiyyət olunan şəxsə nə qədər mal çatması ilə əlaqədar iki qisim rəvayət mövcuddur:

Birinci qisim rəvayətlər: Bəzi rəvayətlərdə “cüz” onda bir kimi təfsir olunmuşdur. Yəni gərək əmlakın onda biri vəsiyyət olunan şəxsə verilsin.

İmam Sadiq (əleyhis-salam)-dan soruşdular ki, bir nəfər öz malının “cüz”ünü vəsiyyət edir. Həzrət buyurdu: “Onun nümunəsi onda birdir.” Alimlərin çoxu da bu kimi rəvayətlərə istinad edərək malın cüzünə vəsiyyət edilərkən onda birini vacib hesab etmişlər.[2]

İkinci qisim rəvayətlər: Elə rəvayətlər də vardır ki, “cüz”ə vəsiyyəti yeddidə bir kimi təfsir edirlər. Aşağıdakı hədis kimi: Məhəmməd ibni Əli ibni Məhbub, Əhməd ibni Əbi Nəsir Bəzəntidən nəql edir ki, imam Kazim (əleyhis-salam)-dan “malının bir cüz’ünü” vəsiyyət edən şəxs barəsində soruşdum, həzrət buyurdu: “Onun (cüz’ün) mənası yeddidə birdir. Çünki Allah-taala buyurur: “Onun (cəhənnəmin) yeddi qapısı vardır və hər bir qapısı üçün cəhənnəm əhlindən bir “cüz’ü” ayrılmışdr.”[3] Buna əsasən, gərək cəhənnəm əhli yeddi hissəyə bölünsün ki, şərif ayənin təbiri ilə, hər bir hissə bir cüz hesab olunsun.”

Bəziləri də bu kimi rəvayətlərə istinad edərək malın bir hissəsi vəsiyyət ediləndə “yeddidə biri” vacib bilmişlər.[4]

Hər iki qisimdən olan rəvayətlərin sənədi alimlər tərəfindən qəbul olunduğundan, zahirən birinci nöqtədə bu iki dəstə bir-biri ilə təzadlı görünür. Amma fəqihlər bu qisim rəvayətlər arasında ortaq məxrəc yaratmaqla əlaqədar bəzi nəzərlər vermişlər ki, onların bəzilərinə işarə edirik:

1. Keçmiş dövrlərdə mal-dövlət və əmlak sahibləri öz mal-dövlətlərini müxtəlif hissələrə: bəziləri on yerə, bəziləri yeddi yerə bölürdülər. Buna əsasən, insanın öz malında vəsiyyət etməsi malının necə bölgüsü ilə əlaqədar olurdu.[5]

2. Daha güclü nəzər birinci qisimdən olan rəvayətlərə əməl etməkdir. Çünki ilkin prinsip (mal sahibi dünyadan gedəndən sonra) mülkün (əmlakın) varislərin ixtiyarında qalması və başqa sözlə, varislər tərəfindən artıq miqdarın ödənilməməsidir. Artıq miqdar da o zaman mümkündür ki, “cüz”ü yeddidə bir kimi təbir edən rəvayətlərə əməl etmiş olalar.[6]

3. Birinci qisimdən olan rəvayətləri vacibə, ikinci qisimdən olan rəvayətləri isə müstəhəbbə yoza bilərik. Yəni “cüz”ü onda bir hesab edərək vacib miqdarı həmin əsasda hesablaya bilərik.

Amma varislərə müstəhəbdir ki, (“cüzü” malın yeddidə biri kimi qeyd edən rəvayətlər çox olduğuna görə) malın yeddidə birini vəsiyyət edilən yerlərdə sərf etsinlər.[7]

Diqqət yetirmək lazımdır ki, əgər meyitin vəsiyyət etdiyi sərf olunacaq miqdar malın üçdə birindən artıq olsa, üçdə birdən artıq miqdara vəsiyyət o zaman səhih olar ki, varislər buna razı olsunlar.”[8]

Həzrət Ayətullah Məhdi Hadəvi Tehraninin (damət bərəkatuh) yuxarıdakı suala cavabı belədir: “Meyitin öz malının üçdə birinə qədər vəsiyyət etməsi vərəsənin icazəsi olmadan da qüvvədədir. Onun miqdarını təyin etmək üçün gərək yəqin olunan miqdarla kifayətlənsinlər. Baxmayaraq ki, ehtiyat müstəhəb budur ki, ehtimal verilən çox miqdara əməl etsinlər.”



[1] Musəvi Bocnurdi, Seyid Həsən, “Əl-qəvaidul-fiqhiyyə”, 6-cı cild, səh. 291, “Əl-Hadi” nəşriyyatı, Qum

[2] Şüştəri, Məhəmməd Təqi, “Ənnəc’ətu fi şərhil-Lüm’ə”, 8-ci cild, səh. 230, “Səduq” kitab mağazasının çapı, Tehran, birinci çap, 1406-cı il

[3] Tusi, Əbu Cəfər, Məhəmməd ibni Həsən, “Təhzibul-əhkam”, 9-cu cild, səh. 209, hədis 828, “Darul-kutubil-islamiyyə”, Tehran, dördüncü çap, 1407-ci il. “Hicr” surəsi, ayə: 44

[4] Şüştəri, Məhəmməd Təqi, “Ənnəc’ətu fi şərhil-Lüm’ə”, 8-ci cild, səh. 233, “Səduq” kitab mağazasının nəşri, Tehran, 1406-cı il

[5] Qummi, Səduq, Məhəmməd ibni Əli ibni Babəveyh, “Mən la yəhzuruhul-fəqih”, mütərcim: Ğəffari, Əli Əkbər, 6-cı cild, səh. 50, “Səduq” nəşriyyatı, Tehran, birinci çap, 1409-cu qəməri il

[6] Hilli, Miqdad ibni Əbdüllah, “Kənzul-irfan fi fiqhil-Quran”, tərcüməçi: Bəxşayeşi, Əbdür-Rəhim Əqiqi, 2-ci cild, səh. 585, Qum, birinci çap; Amili, Seyid Məhəmməd Hüseyn Tərhini, “Əzzubdətul-fiqhiyyə fi şərhir-Rovzətil-bəhiyyə”, 6-cı cild, səh. 38, “Darul-fiqhi littibaəti vən-nəşr”, Qum, dördüncü çap, 1427-ci il

[7] Şüştəri, Məhəmməd Təqi “Ənnəc’ətu fi şərhil-Lüm’ə”, 8-ci cild, səh. 233, “Səduq” kitab mağazası, Tehran, İran birinci çap 1406-cı

[8] Xomeyni, Seyid Ruhullah Musəvi, “Tozihul-məsail”, səh. 578, məsələ 2589, birinci çap, 1426-cı qəməri il

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    162769 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    154450 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    117602 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    109488 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    98127 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    91131 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    53244 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    44706 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    43581 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    42708 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...