Ətraflı axtarış
Baxanların
5628
İnternetə qoyma tarixi: 2012/04/09
Sualın xülasəsi
وَابْتَلُواْ الْيَتَامَى حَتَّىَ إِذَا بَلَغُواْ النِّكَاحَ “Yetimlər həddi-buluğa çatana qədər onları imtahan edin” ayəsinin mənası nədir?
Sual
وَابْتَلُواْ الْيَتَامَى حَتَّىَ إِذَا بَلَغُواْ النِّكَاحَ “Yetimlər həddi-buluğa çatana qədər onları imtahan edin” ayəsi barəsində bir qədər izah verin.
Qısa cavab

Allah-taala bu ayədə yetimlərin qəyyumlarına göstəriş verib buyurur ki, onların mal-dövlətlərinə nəzarət edin, sərmayələrini qoruyub saxlayın. Qəyyumluq dövründə yetimləri, həddi-buluğa və ağlı kəsən dövrə çatdıqları zamana qədər sınaqdan keçirin. Onların həddi-buluğa və əqli kamilliyə çatdıqlarını bildiyiniz zaman mal-dövlətlərini özlərinə qaytarın. Bu imtahanın səbəbi budur ki, həddi-buluğa və izdivac həddinə çatdıqları zaman öz mal-dövlətlərindən düzgün istifadə etmək, onları özünün fərdi və ictimai mənfəətlərində sərf etməklə əlaqədar kifayət qədər (əqli) inkişaf etmələri məlum olsun. Yetimin malını mənimsəmək və israf etməkdən çəkinin. Əgər qəyyumun öz mal-dövləti vardırsa, yetimin malından heç bir şey (əmək haqqı olaraq) özünə götürməsin. Əgər yoxsuldursa, adi qaydada və həyat zərurətinə münasib olaraq onun ixtiyarında olan mal-dövlətdən əmək haqqı götürsün.

Buna əsasən, qəyyumların vəzifəsi budur ki, yetimlərin əql, düşüncə və səlahiyyətlərini yoxlasınlar; əqli cəhətdən kamal həddinə çatdıqları surətdə mal-dövlətlərini və sərvətlərini onların özünə qaytarsınlar.

Ətreaflı cavab

Sualda qeyd olunan ayənin[1] şəni-nüzulu Sabit ibni Rəfaə və onun əmisi barəsindədir. Sabitin atası Rəfaə dünyadan getmiş və Sabit kiçik yaşlarında yetim qalmışdı. Onun əmisi Peyğəmbər (səlləllahu əleyhi və alih)-in yanına gəlib soruşdu: “Qardaşım oğlu mənim öhdəmdədir. Onun mal-dövlətindən nə qədər istifadə edə bilərəm? Mal-dövlətini nə vaxt ona qaytarmalıyam?”

Bu zaman yuxarıdakı ayə nazil oldu.[2]

Məsələnin hökmünün aydınlaşması üçün əvvəlcə ayədəki əsas kəlmələri bəyan edir, sonra əsas mətləbə qayıdırıq. “İbtəlu” əmr felinin məsdəri olan “ibtila” kəlməsi imtahan mənasınadır.[3] “Nikah buluğu” dedikdə məqsəd insanın izdivac yaşlarına çatmasıdır. Deməli, həqiqətdə “Nikah həddinə çatmaq” əqli məcazdır. “Anəstum” feli də “iynas” kökündən alınmışdır və müşahidə mənasınadır, onda mehr-məhəbbət və ülfət mənası da gizlənmişdir.[4] Onun kökü “üns”dür. “Rüşd” kəlməsi əqli cəhətdən püxtələşmək mənasınadır.[5]

“Dəf edin və qaytarın” cümləsi göstərir ki, yetimin malını onun öz əlinə vermək lazımdır. “Fəə’tu” kəlməsinin yerinə gələn “fədfəu” kəlməsi buna görədir ki, o, həm təhvil vermək mənasını çatdırır, həm də zəhmət və məsuliyyətləri özündən dəf etməyə dair bir kinayədir. Bu ifadə çox aydın bir təbir olmaqdan əlavə, onda incə bir kinayə də vardır.

حَتَّى إِذا بَلَغُوا النِّكاحَ ... “Nikah dövrünə çatdıqları vaxta qədər” cümləsi əvvəldəki “imtahan edin” cümləsinin tamamlayıcısıdır. Mənası budur ki, yetimi müntəzəm surətdə imtahandan keçirin və bu imtahan müməyyizlik dövründən izdivac yaşlarına çatana qədər davam etməlidir. Həmin vaxt əqli cəhətdən inkişaf həddinə çatdığını görsəniz, mal-dövlətini onun öz əlinə (ixtiyarına) verin. Bu təbir imtahanın müəyyən qədər davam etməsini göstərir, habelə bunu da çatdırır ki, yetim uşaq əqli cəhətdən ayırd etmə həddinə çatmaq istədiyi, yəni imtahan olunmağa ləyaqətli bir vaxta çatdığı zaman onu imtahandan keçirin və bu imtahan izdivac yaşlarına qədər davam etməlidir.

Məsələnin təbiəti də bunu tələb edir. Çünki sadəcə bir-iki dəfə imtahan etməklə uşağın əqlinin kamil olmasını təyin etmək olmaz; uşaqda əqli kamillik müşahidə olunana qədər imtahan davam etməlidir. Uşaq müməyyizlik həddindən sonra əvvəlcə “rəhaq” həddinə,[6] sonra isə izdivac yaşlarına və əqli inkişaf həddinə çatır.[7]

Buna əsasən, ayənin məcmusunun mənası belə olur: Yetimi imtahandan keçirin, əgər onda əqli kamillik müşahidə etsəniz, mal-dövlətini onun özünə qaytarın. Kəlamın bu cür düzümü bizə çatdırır ki, izdivac yaşlarına çatmaq yetimin mal-dövlətini özünə təhvil vermək üçün tam səbəb deyil, sadəcə onu tələb edəndir – müqtəzidir. Səbəb o zaman tamamlanar və yetim öz malında müstəqil şəkildə istifadə edə bilər ki, əqli inkişaf həddinə də çatmış olsun. Çünki maddi istifadələrdə yaşca həddi-buluğa çatmaqdan əlavə, əqli buluğ da şərtdir. Buradan aydın olur ki, islam dini həddi-buluğ məsələsini bütün sahələrdə eyni mənaya götürməmişdir. İbadət, cəza qanunları və diyə kimi məsələlərdə buluğu şəri yaş həddinə, yəni izdivac yaşına çatmaq hesab edir. Amma mal-dövlətində təsərrüf etmək, məhkəmədə iqrar etmək və s. məsələlərdə əqli kamala çatmaqdan ibarət olan digər bir şərt də əlavə edilir. Bu, islamın şəriət qanunları barəsində işlətdiyi incəliklərdən biridir. Çünki əgər, mal-dövlətdən istifadə və sair kimi işlərdə əqli kamal məsələsini şərt hesab etməsəydi və mötəbər saymasaydı, yetimlər kimi insanların ictimai həyatında xələl və  pozuntu əmələ gələrdi.[8] İmam Sadiq (əleyhis-salam)-dan sözü gedən ayədəki “rüşd” kəlməsinin mənası barəsində soruşdular, həzrət buyurdu: “Rüşd – mal-dövlətin qorunmasına dair qüdrət və bacarıqdır.”[9]

Deməli, yetimlərin qəyyumlarının vəzifəsi budur ki, onların düşüncə, səlahiyyət, iqtisadi cəhətlərdən və s. əqli kamallarını yoxlasınlar, əqli qüvvələri kamal mərhələsinə çatdığı zaman onların mal-dövlətini öz ixtiyarlarına təhvil versinlər.[10]

Allah-taalanın yetimlərin qəyyumlarına vacib etdiyi məsələlərdən biri də budur ki, onların mal-dövlətini ciddi nəzarət altında saxlasınlar, yetim malını mənimsəməkdən və israf etməkdən çəkinsinlər. Əgər qəyyumun öz mal-dövləti vardırsa, yetimin malından özü üçün (əmək haqqı ünvanı ilə) heç nə götürməsin, əgər yoxsuldursa, adi qaydada və həyatın zərurəti qədər onun ixtiyarında olan maldan əmək haqqı götürsün.[11] Əlbəttə, əgər yetimin sərmayəsi nəzərə çarpmayacaq dərəcədə cüzi olsa, ondan heç nə götürməsinlər.[12]

Digər məsələ budur ki, yetim ağlı kamal həddinə çatanda əmlakını təhvil verdiyiniz zaman şahid tutun! Allah-taala şahidlik üçün kafi olsa da, bu şahidlik iki cəhətdən diqqət mərkəzində ola bilər: Birincisi budur ki, gələcəkdə yetimin “qəyyumu və kəfili tərəfindən onun özü və sərmayəsindən boş-boşuna xərclənməsi və israf edilməsi” ilə əlaqədar iddiası olmasın. İkincisi budur ki, əgər camaat arasında belə bir şayiə yayılsa özünü müdafiə etmək üçün qəyyumun tutarlı sənədi olsun.

Son məsələ: Yetimlərin necə imtahan olunması barəsində ixtilaf vardır; bəzi alimlər demişlər: Yetim əgər oğlandırsa, onu imtahan etmək üçün qəyyumu bir aylıq, yaxud ondan az miqdar məişət xərclərini yetimə verib necə xərcləyəcəyini desin və onu öz ixtiyarına boşlasın, sonra onu necə xərclədiyinə nəzarət etsin. Əgər düzgün xərcləsə, əqli kamala çatdığı məlum olur və gərək malını özünə qaytarsın. Əgər bunun əksinə olarsa, deməli əqli həddi-buluğa çatmamışdır. Əgər qız olsa, ev işlərini və qadınlara aid olan işləri ona həvalə etsin və necə işləyəcəyini izah etsin, sonra düz işləyib-işləmədiyinə baxsın. Əgər işləri düz yerinə yetirsə, deməli əqli cəhətdən kamala çatıbdır və gərək qəyyum mal-dövlətini ona təhvil versin. Əks halda əqli həddi-buluğa çatıncaya qədər gözləməlidir.[13]

 


[1] “Nisa” surəsi, ayə: 6: “Yetimləri, həddi-buluğa çatıncaya qədər sınaqdan keçirin! Əgər onlarda (əqli cəhətdən kifayət qədər) inkişaf görsəniz, mal-dövlətlərini onlara qaytarın! Onlar böyüməzdən qabaq mal-dövlətlərini israf üzündən mənimsəməyin! Hər kəs ehtiyacsız olsa (yetimi saxladığına görə əmək haqqı almaqdan) çəkinsin. Hər kəs fəqir və yoxsuldursa, layiqli surətdə (yetimə çəkdiyi zəhmətlərə müvafiq olaraq onun malından) götürsün. Mal-dövlətini onlara qaytardığınız zaman şahid tutun! Baxmayaraq ki, Allah mühasibə üçün kifayətdir...”

[2] “Əsbabul-nuzul,” tərcüməçi: Zəkavəti, Əli Riza, səh. 78, “Ney” nəşriyyatı, Tehran , 1-ci çap 1383-cü şəmsi il.

[3] İbni Mənzur, “Lisanul-ərəb”, 14-cü cild, səh. 83, “ibtila” kəlməsi

[4] Təbatəbai, Seyid Məhəmməd Hüseyn, “Əl-mizan fi təfsiril-Quran”, tərcüməçi: Musəvi Həmədani, Məhəmməd Baqir, 4-cü cild, səh. 274, “İslamı nəşriyyat”ın dəftərxanası, Qum, 5-ci çap, 1374-cü şəmsi il; Əmin, Seyyidə Nüsrət, “Məxzənul-irfan dər təfsiri Quran”, 4-cü cild, səh. 17, “Müsəlman qadınlar mədəni-maarif hərəkatı”, 1361-ci şəmsi il

[5] İbni Mənzur, “Lisanul-ərəb” 3-cü cild, səh. 175, “rüşd” kəlməsi

[6] Bu, uşaqlıq və cavanlıq arasındakı yaş həddidir və həqiqətdə yeniyetməlik çağlarıdır. “Əbcədi” lüğəti, səh 803, “rəhq” kəlməsi

[7] “Əl-mizan fi təfsiril-Quran”, 4-cü cild, səh. 275

[8] Yenə orada

[9] Hürr Amili, “Vəsailuş-şiə”, 19-cu cild, səh. 369, “Alul-beyt”, nəşriyyatı, Qum, 1409-cu qəməri il

وَ عَنْ يُونُسَ بْنِ يَعْقُوبَ قَالَ قُلْتُ لِأَبِي عَبْدِ اللَّهِ (ع) قَوْلُ اللَّهِ فَإِنْ آنَسْتُمْ مِنْهُمْ رُشْداً فَادْفَعُوا إِلَيْهِمْ أَمْوالَهُمْ أَيُّ شَيْ‏ءٍ الرُّشْدُ الَّذِي يُؤْنَسُ مِنْهُ قَالَ حِفْظُ مَالِهِ

[10] Təbərsi, “Məcməul-bəyan fi təfsiril-Quran”, tərcümə və təhqiq: Setudə, Rza, 5-ci cild, səh. 29, “Fərahani”, nəşriyyatı, Tehran, 1-ci çap, 1360-cı şəmsi il

[11] Beyzavi, Əbdüllah ibni Ömər, “Ənvarut-tənzil və əsrarut-tə’vil”, tədqiq: Məhəmməd Əbdür-Rəhman, Əl-mürə’şəl, 2-ci cild, səh. 61, “Daru ehyait-turasil-ərəbi”, Beyrut, 1-ci çap; Əmin, Seyyidə Nüsrət, “Məxzənul-irfan”, 4-cü cild, səh. 18, “Müsəlman qadınlar mədəni-maarif hərəkatı”, 1361-ci şəmsi il:

عَنْ زُرَارَةَ وَ مُحَمَّدِ بْنِ مُسْلِمٍ عَنْ أَبِي عَبْدِ اللَّهِ ع قَالَ مَالُ الْيَتِيمِ إِنْ عَمِلَ بِهِ الَّذِي وُضِعَ عَلَى يَدَيْهِ ضَمِنَ وَ لِلْيَتِيمِ رِبْحُهُ قَالَا قُلْنَا لَهُ قَوْلُهُ وَ مَنْ كانَ فَقِيراً فَلْيَأْكُلْ بِالْمَعْرُوفِ قَالَ إِنَّمَا ذَلِكَ إِذَا حَبَسَ نَفْسَهُ عَلَيْهِمْ فِي أَمْوَالِهِمْ فَلَمْ يَجِدْ لِنَفْسِهِ فَلْيَأْكُلْ بِالْمَعْرُوفِ مِنْ مَالِهِمْ

“Vəsailuş-şiə”, 17-ci cild, səh. 258

[12] Şeyx Tusi, “Ət-təhzib”, 6-cı cild, səh. 341, "Darul-kutubil-islamiyyə", Tehran, 1361-ci şəmsi il:

"... عَنْ مُحَمَّدِ بْنِ الْفُضَيْلِ عَنْ أَبِي الصَّبَّاحِ الْكِنَانِيِّ عَنْ أَبِي عَبْدِ اللَّهِ (ع) فِي قَوْلِهِ عَزَّ وَ جَلَّ وَ مَنْ كانَ فَقِيراً فَلْيَأْكُلْ بِالْمَعْرُوفِ فَقَالَ ... إِذَا كَانَ يُصْلِحُ لَهُمْ أَمْوَالَهُمْ، فَإِنْ كَانَ الْمَالُ قَلِيلًا فَلَا يَأْكُلْ مِنْهُ شَيْئاً

[13] Əbul-Futuh Razi, Hüseyn ibni Əli, “Rovzul-cinan və ruhul-cənan fi təfsiril-Quran”, tədqiq, Yahəqqi, Məhəmməd Cəfər və Naseh, Məhəmməd Məhdi, 5-ci cild, səh. 251, “Astani qüdsi Rəzəvi”nin islami tədqiqat qurumu, Məşhəd, 1408-ci qəməri il

 

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Təsadüfi suallar

  • İmam Zamının həyat yoldaşı və övladı varmı?
    6607 Qədim kəlam 2011/06/25
    İmamZamanın (əc) həyatyoldaşıvəövladınınolmasıehtimalolunurvə həmçinin, Həzrətinqeybdə
  • Nə üçün Məhəmməd ibni Hənəfiyyə Kərbəla hadisəsində İmam Hüseyn (əleyhis-salam)-a kömək etmədi?! Onun “imamət iddiasında olması” düzdürmü?
    12557 Nizamlar hüquq və əhkam 2012/01/18
    Tarix boyu Məhəmməd ibni Hənəfiyyənin böyük şəxsiyyəti barəsində rəva görülən təhriflərə diqqət yetirməklə onun şəxsiyyəti, əxlaqı və imani fəzilətləri barəsində mühakimə yürütmək ciddi şəkildə çətindir. Amma tarixi mənbələrdə pərakəndə vəziyyətdə mövcud olan şahidlərdən onun həyat tarixinin müxtəlif yönləri barədə kifayət qədər məlumat əldə etmək olar. Əli (əleyhis-salam)-ın bu oğlu barəsində ...
  • Nə üçün İmam Hüseynə (ə) Sarəllah deyirlər?
    10784 Nəzəri əxlaq 2011/12/25
    “Sar” sözü həm qan intiqamı həm də qan mənasındadır. Birinci mənaya əsasən İmam Hüseynə (ə) onun qanının himayəçisi və qan intiqamçısının Allah olduğundan, “Sarəllah” deyilir. Amma, əgər “sarəllah” Allahın qanı kimi tərcümə edilsə, aşağıda qeyd edilən dəlillərə əsasən İmam Hüseynə (ə) “Sarəllah” deyilir:
  • Aya qırx hədis əzbərləmək rəvayəti ki, Peyğəmbərdən (s) nəql olunmuşdur düzgündür? Qırx hədisin nə olduğunu açıqlayın.
    6514 Hədis elmləri 2012/02/07
    Əziz İslam Peyğəmbəri məruf "Qırx hədis" rəvayətində ki, şiə mənbələrində[1] vəbəzi sünni mənbələrində[2] müxtəlif şəkillərdə qeyd olunmuşdur, qırx hədis əzbərləməyə çoxlu sifariş olunmuşdur, bu isabət kimi "Mənim ümmətimdən hər kəs qırx hədis, o hədislərdən ki, insanlar öz ...
  • “Silsilətuz-zəhəb” hədisində imamətlə tövhidin əlaqəsi nədir?
    7530 Qədim kəlam 2012/01/18
    Bu rəvayətdən məlum olur ki, tövhid məqamına nail olmaq insanı ismət (toxunulmazlıq) məqamına daxil edir. Bu məqama daxil olmaq da “Allahın güzgüsü (göstəricisi)” mənasına olan vilayətə (daxil olub ondan) keçmədən mümkün deyildir.Bu məsələni dərindən dərk etmək üçün bir neçə məsələni araşdırmaq lazımdır:1. Əgər “vilayət yalnız Allaha məxsusdur” deyilsə, ...
  • İmam Hüseyn (ə)- ın Dəməşqdə üç ya dörd yaşında dünyadan gedən Rüqəyyə ya Səkinə adlı qızı olubmu?
    11297 تاريخ بزرگان 2011/12/25
    Tarixçilərin çoxu kitablarında imam Hüseyn (ə)- ın Rüqəyyə, Fatimeyi- Suğra və ya digər adda azyaşlı qızının olmasına ad çəksələr də, amma kitabların bəzisində bu balaca qızın həyatı və şam xarabalığında onun qəmli əhvalatı bəyan olubdur. Bizim tarixi və rəvayi mənbələrdə bu məsələyə sübutlar da var. Biz nümunə olaraq onların ...
  • Səcdəyə getdiyimiz zaman hansı üzv əvvəl yerə dəyməlidir?
    5829 Nizamlar hüquq və əhkam 2012/02/09
    Səcdə namazın vacib hissələrindəndir və vacib və müstəhəm şərait və hissələrə malikdir; o yerlər ki, səcdədə müstəhəb hesab olur, odur ki, kişi səcdəyə getdiyi zaman ilk növbədə əllərini, qadın isə əvvəl dizlərini yerə qoymalıdır.[1]
  • Ayaqqabı geyməyin qaydaları nədir?
    6892 Əməli əxlaq 2012/04/19
    İslam dini səmavi dinlərin sonuncusu, ən kamili və hər tərəflisidir. Onun təlimləri hər bir zamanda və məkanda insanın fərdi və ictimai yönlərinin hamısına nəzər yetirir, onun bütün ehtiyaclarına qənaətbəxş cavab verir. İslam dinində ayaqqabı geymək barəsində də müəyyən qayda-qanunlar təyin edilmişdir. O cümlədən: Ayaqqabını qəşəng və səliqəli ...
  • Məryəm surəsinin on yeddinci ayəsində "Ruhun (Cəbrail) təzahürünün" mənasını açıqlayın?
    7328 Təfsir 2011/01/02
    "Təməssül" sözü lüğətdə "kiminsə önündə durmaq nəyə və ya kiməsə oxşamaq, təsəvvür etmək, qiyafələnmək" və bu kimi mənaları verir. Amma yuxarıda qeyd etdiyimiz ayədə "Allahın mələyi insan qiyafəsinə düşərək həzrəti Məryəmin (s) qarşısında dayanır. Həzrəti Məryəm (s) də onun kamil bir insan olduğunu təsəvvür edir." Əlbəttə ayənin zahiri, ...
  • Bir-biri ilə müqayisədə bəzi günahlar digərlərindən bir neçə qat artıq cəzaya malikdir?
    7027 Nəzəri əxlaq 2011/11/24
    Quran ayələrindən və Əhli-beyt (əleyhimus-salam) hədislərindən məlum olur ki, günahların dünya və axirətdəki cəzalarının müxtəlif mərtəbələri vardır. Quranda şirk günahı “zülmün ən böyük mərtəbəsi” ikimi qeyd olunur. Həmçinin bəzi günah işləri görən adamlara ilahi əzab vədəsi verilir ki, bu da həmin ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    162865 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    154898 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    117737 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    109669 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    98757 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    91284 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    53336 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    45172 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    43700 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    42860 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...