Ətraflı axtarış
Baxanların
8291
İnternetə qoyma tarixi: 2012/02/13
Sualın xülasəsi
Qurani-kərimdə Peyğəmbər səhabələrinin mədh və tərifi ilə əlaqədar mövcud olan çoxlu ayələrə diqqət yetirməklə nə üçün şiələr bəzi səhabələri məzəmmət edirlər?
Sual
Allah-taala Qurani-kərimin bir çox yerlərində səhabələri tərifləmişdir. Belə ki, buyurulur:
﴿وَرَحْمَتِی وَسِعَتْ کُلَّ شَیْءٍ فَسَأَکْتُبُهَا لِلَّذِینَ یَتَّقُونَ وَیُؤْتُونَ الزَّکَاةَ وَالَّذِینَ هُمْ بِآیاتِنَا یُؤْمِنُونَ * الَّذِینَ یَتَّبِعُونَ الرَّسُولَ النَّبِیَّ الْأُمِّیَّ الَّذِی یَجِدُونَهُ مَکْتُوباً عِنْدَهُمْ فِی التَّوْرَاةِ وَالْأِنْجِیلِ یَأْمُرُهُمْ بِالْمَعْرُوفِ وَیَنْهَاهُمْ عَنِ الْمُنْکَرِ وَیُحِلُّ لَهُمُ الطَّیِّبَاتِ وَیُحَرِّمُ عَلَیْهِمُ الْخَبَائِثَ وَیَضَعُ عَنْهُمْ إِصْرَهُمْ وَالْأَغْلالَ الَّتِی کَانَتْ عَلَیْهِمْ فَالَّذِینَ آمَنُوا بِهِ وَعَزَّرُوهُ وَنَصَرُوهُ وَاتَّبَعُوا النُّورَ الَّذِی أُنْزِلَ مَعَهُ أُولَئِکَ هُمُ الْمُفْلِحُونَ﴾
“Mənim rəhmətim hər bir şeyi əhatə etmişdir. Onu təqvalı olanlar, zəkat verənlər, Bizim ayələrimizə iman gətirənlər üçün müqəddər edəcəyəm! O kəslər ki, Allahın göndərdiyi ümmi Peyğəmbərə tabe olurlar. Bu Peyğəmbərin sifətlərini onların yanında olan Tövrat və İncil kitablarda tapırlar. (Bu Peyğəmbər) onları yaxşı işlərə dəvət edir, pis işlərdən çəkindirir, pak şeyləri onlara halal, napak şeyləri haram edir, onların üzərində olan ağır yükləri və zəncirləri (onların çiynindən və boyunlarından) götürür. Ona iman gətirən, kömək və himayə edənlər, ona nazil etdiyimiz nura tabe olanlar qurtuluşa çatanlardır.”
Başqa bir ayədə buyurulur:
﴿الَّذِینَ اسْتَجَابُوا لِلَّهِ وَالرَّسُولِ مِنْ بَعْدِ مَا أَصَابَهُمُ الْقَرْحُ لِلَّذِینَ أَحْسَنُوا مِنْهُمْ وَاتَّقَوْا أَجْرٌ عَظِیمٌ * الَّذِینَ قَالَ لَهُمُ النَّاسُ إِنَّ النَّاسَ قَدْ جَمَعُوا لَکُمْ فَاخْشَوْهُمْ فَزَادَهُمْ إِیمَاناً وَقَالُوا حَسْبُنَا اللَّهُ وَنِعْمَ الْوَکِیلُ﴾
“Yara aldıqdan sonra Allahın və Rəsulunun dəvətini qəbul edən şəxslərdən ehsan və yaxşılıq edib təqvalı olanlar üçün böyük savab vardır. O kəslər ki, camaat onlara “həqiqətən insanlar sizin qarşınızda cəm olublar, onlardan qorxun!” deyəndə onların imanı artır və deyirdilər: “Allah bizə kifayətdir və O, necə də yaxşı vəkildir!”
Yenə buyurur:
﴿وَإِنْ یُرِیدُوا أَنْ یَخْدَعُوکَ فَإِنَّ حَسْبَکَ اللَّهُ هُوَ الَّذِی أَیَّدَکَ بِنَصْرِهِ وَبِالْمُؤْمِنِینَ * وَأَلَّفَ بَیْنَ قُلُوبِهِمْ لَوْ أَنْفَقْتَ مَا فِی الْأَرْضِ جَمِیعاً مَا أَلَّفْتَ بَیْنَ قُلُوبِهِمْ وَلَکِنَّ اللَّهَ أَلَّفَ بَیْنَهُمْ إِنَّهُ عَزِیزٌ حَکِیمٌ﴾
“Əgər sənə qarşı hiylə işlətmək istəsələr, Allah sənə kifayətdir. O Allah ki, səni Özünün və möminlərin köməyi ilə dəstəklədi, onların qəlbləri arasında ülfət yaratdı. Sən Yer üzündə olanların hamısını xərcləsəydin belə, onların qəlbləri arasında ülfət yarada bilməzdin. Lakin Allah onların arasında ülfət yaradır. Çünki O, qüdrətli və hikmətlidir.”
Başqa bir ayədə buyurur:
﴿یَا أَیُّهَا النَّبِیُّ حَسْبُکَ اللَّهُ وَمَنِ اتَّبَعَکَ مِنَ الْمُؤْمِنِینَ﴾
“Ey Peyğəmbər! Allah və sənə tabe olan möminlər sənə kifayətdir.”
Digər ayədə:
﴿کُنْتُمْ خَیْرَ أُمَّةٍ أُخْرِجَتْ لِلنَّاسِ تَأْمُرُونَ بِالْمَعْرُوفِ وَتَنْهَوْنَ عَنِ الْمُنْکَرِ وَتُؤْمِنُونَ بِاللَّهِ﴾.
“Siz insanlar üçün çıxarılan ən yaxşı ümmətsiniz ki, (camaatı) yaxşı işlərə dəvət edir, pis işlərdən çəkindirir və Allaha iman gətirmişsiniz.”
Yenə buyurur:
﴿مُحَمَّدٌ رَسُولُ اللَّهِ وَالَّذِینَ مَعَهُ أَشِدَّاءُ عَلَى الْکُفَّارِ رُحَمَاءُ بَیْنَهُمْ تَرَاهُمْ رُکَّعاً سُجَّداً یَبْتَغُونَ فَضْلاً مِنَ اللَّهِ وَرِضْوَاناً سِیمَاهُمْ فِی وُجُوهِهِمْ مِنْ أَثَرِ السُّجُودِ ذَلِکَ مَثَلُهُمْ فِی التَّوْرَاةِ وَمَثَلُهُمْ فِی الْأِنْجِیلِ کَزَرْعٍ أَخْرَجَ شَطْأَهُ فَآزَرَهُ فَاسْتَغْلَظَ فَاسْتَوَى عَلَى سُوقِهِ یُعْجِبُ الزُّرَّاعَ لِیَغِیظَ بِهِمُ الْکُفَّارَ وَعَدَ اللَّهُ الَّذِینَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ مِنْهُمْ مَغْفِرَةً وَأَجْراً عَظِیماً﴾
“Muhəmməd (səlləllahu əleyhi və alih) Allahın göndərdiyi Rəsuldur. Onunla birgə olanlar kafirlərin qarşısında sərt, şiddətli, öz aralarında mehribandırlar. Onların həmişə rüku-səcdə halında görərsən, halbuki daim Allahın mərhəmət və razılığını istəyirlər (ki, onları behiştə varid etsin). Onların Allaha itaət nişanələri üzlərindəki səcdə izlərindən (ibadətin təsirindən) aydın sezilir. (Məqsəd budur ki, onlar Allah xatirinə və ixlas üzündən ibadət və islah etdiklərinə görə bunun izləri möminlərin üzlərindən görünür.) Bu onların Tövratda və İincildə olan vəsfləridir. Öz pöhrələrini verən əkinə bənzəyir. Sonra bunu gücləndirirlər ki, möhkəmlənərək öz ayağı üzərində dayansın. O qədər inkişaf edər ki, əkinçiləri heyrətə gətirər. Səbəbi də budur ki, kafirləri heyrətə gətirsin və onları qəzəbləndirsin. (Yəni Allah-taala müsəlmanları elə qüdrətli edəcəkdir ki, kafirlərin qəzəblənməsinə və hiddətlənməsinə səbəb olacaq.) Amma iman gətirib yaxşı iş görənlərə gəldikdə isə, Allah onlara bağışlanmaq və böyük mükafat (behişt) vədəsi vermişdir.”
Çoxlu digər ayələrdə də Allah-taala səhabələri tərifləmişdir. Şiələr deyirlər ki, səhabələr Peyğəmbər (səlləllahu əleyhi və alih)-in həyatında imanlı idilər, amma onun vəfatından sonra mürtəd oldular. Qəribədir! Necə ola bilər ki, Peyğəmbərin vəfatından sonra bütün səhabələr mürtəd olsunlar?! Nə üçün onlar dindən çıxaraq mürtəd olmalı idilər?! Yalnız siz şiələr deyə bilərsiniz ki, onlar Əbu Bəkri xəlifə etməklə mürtəd olmuşdular. Biz də deyirik: Nə üçün səhabələrin hamısı yekdil fikirlə Əbu Bəkrə beyət etdilər?! Yoxsa onlar Əbu Bəkrdən qorxurdular?! Əbu Bəkrin çox böyük qüdrəti var idimi və onlardan zorla beyət almışdımı?! Əbu Bəkrin mənsub olduğu Qüreyşin Bəni-Teym qəbiləsinin üzvləri Qüreyşin sair qəbilələrindən az idi. Qüreyş qəbiləsində Bəni-Haşim, Bəni-Əbdüd-dar, Bəni-Məxzum kimi qəbilələrin sayı daha artıq idi və siyasi sahələrdə daha nüfuzlu idilər. Səhabələrdən zorla beyət almağa Əbu Bəkrin qüdrəti yox idisə, səhabələr onun xatirinə cihad edirdilər?! Bu onun imanına, İslam dinində öndər olmağına görə deyildirmi?
Qısa cavab

Şübhəsiz, sizin istinad etdiyiniz ayələr, habelə bunlardan başqa ayələr də Peyğəmbər (səlləllahu əleyhi və alih)-in həqiqi tabeçiləri və səhabələrinin tərifində nazil olmuşdur. Amma həmin ayələrin özünə və Quranının başqa ayələrinə diqqət yetirməklə görürük ki, bəzi ayələr səhabələri məzəmmət edir. Eləcə də keçmiş peyğəmbərlərin tarixini tədqiq etməklə bu gerçəkliyi başa düşürük ki, Allah-taalanın bir qrupu, hətta bir şəxsi tərifləməsi onun ömrünün axırına qədər kamil əmin-amanlıqda, səhvlərdən uzaq olmasına dəlil deyildir; onlar gərək aldadıcı qürurlara düçar olmasınlar və daim ehtiyatlı olsunlar ki, düz yoldan xaric olmasınlar.

Şiələr Peyğəmbər səhabələrinə ehtiram qoymaqla eyni zamanda onların əməllərini araşdırıb tənqid etməyi öz qanuni haqları bilir və onlardan hər birinin barəsində ayrı-ayrılıqda mühakimə yürüdürlər. Bu zaman nə istisnasız olaraq onların hamısını hər növ səhvdən uzaq hesab etmək olar, nə də onların hamısını azğın insan. Belə bir əqidə nə sizin qeyd etdiyiniz ayə, nə də Quranın başqa ayələri ilə ziddiyyəti olmayacaqdır.

Amma “səhabələrin mürtəd olması”nın mənasına gəldikdə isə, dəfələrlə qeyd olunduğu kimi məqsəd şirk və cahiliyyət dövrünə qayıtmaq deyil, Peyğəmbər (səlləllahu əleyhi və alih)-in bəzi göstərişlərinə qarşı itaətsizlik etmələridir. Belə hallar o həzrətin həyatında da çox baş vermişdir, bəzi Quran ayələri də ona işarə edir. Deməli, insanların yoldan azmasına səbəb olan şey təkcə qızıl-gümüş, sərvət və fiziki güc deyil, əksinə bu mövzuda gerçəklikləri tərsinə qələmə vermək də (buna “təzvir” deyilir) mühüm bir amil kimi qiymətləndirə bilər.

Ətreaflı cavab

Bu sual həqiqətdə beş hissədən ibarətdir:

1. Quranda Peyğəmbər (səlləllahu əleyhi və alih) səhabələri təriflənmişdirmi?

2. Allah və Rəsulunun tərəfindən tərifə layiq görülən bir şəxsin və ya qrupun hər hansı qanunsuz əmələ batması, düz yoldan azmaları əsla mümkün deyildirmi?

3. İstinad etdiyiniz ayələr bütün səhabələrin isməti (günahsızlığı) ilə əlaqədar nəzərdə tutduğunuz məsələni isbat edirmi?

4. Şiələr səhabələrin Peyğəmbərdən sonra mürtəd olmasına inanırlarmı?

5. Səhabələrin Əbu Bəkrlə beyət etməsi onun xilafət məsələsində haqq olmasına dəlildirmi?

Bu məsələləri aşağıdakı tərtiblə izah edirik:

Amma Quranda Peyğəmbər səhabələrinin təriflənməsinə gəldikdə isə, bu məsələni biz də qəbul edirik: Allah-taala bir çox ayələrdə, o cümlədən işarə etdiyiniz ayələrdə səhabələri tərifləmişdir. Şiə alimlərindən hər hansı birinin bu gerçəkliyi inkar etmiş olmasını əsla güman etmirik. Amma bunun mənası o deyildir ki, həmin dövrdə və Peyğəmbərin həyatda olduğu xüsusi bir zamanda yaxşı əməl gördüklərinə görə Allah tərəfindən tərifə layiq görülmüş olan müəyyən şəxslər və ya qruplara ömürlərinin axırına qədər zəmanət verilmiş olsun və o zəmanətə istinad etməklə ömürlərinin axırına qədər hər nə pis əməl də görsələr, Allah tərəfindən cəzaya düçar olmasınlar və ya camaat tərəfindən tənqid edilməsinlər! Nəinki möhtərəm səhabələrə, hətta Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih) kimi böyük bir şəxsiyyətə də belə bir zəmanət verməmişdir. Allah-taala Quran-kərimdə buyurur: “Əgər Peyğəmbər Bizə yalandan bir şey aid etsəydi, Biz onu qüdrətlə tutar, sonra onun qəlbinin əsil (şah) damarını qırardıq və sizdən heç biriniz belə bir cəzaya mane ola bilməzdi!” Sonra buyurur ki, “bu, pəhrizkar şəxslər üçün ibrət dərsidir.”[1] Allahın əmri ilə Peyğəmbəri özlərinə ülgü qərar verən bütün müsəlmanlar, xüsusilə səhabələr bu ayəyə diqqət yetirməklə ondan sui-istifadə etməyi heç vaxt özlərinə icazə verməməlidirlər. Çünki Allah-taala, camaatın əqidəsi ilə əlaqədar olan işlərdə hətta Öz Peyğəmbərinə belə güzəştə getmədiyindən, qəti şəkildə demək olar ki, səhabələr barəsində də bundan daha şiddətli rəftar edəcəkdir.

Bəni-İsrail qövmü barəsində də bunun oxşarı olan hadisə baş vermişdi: Allah-taala müxtəlif ayələrdə “siz bütün dünya xalqları arasında Allahın seçilmiş bəndələrisiniz”[2] deyə onlara elan etsə də, başqa ayələrdə onları çox şiddətli şəkildə danlamış, məzəmmət etmiş və onların “məlun şəxslər”,[3] “zalım insanlar”,[4] “səfeh şəxslər”[5] və “fasiq insanlar”[6] olduğunu bildirmişdir.

Xüsusilə əhli-sünnətin nəql etdiyi aşağıdakı rəvayətə diqqət yetirsək belə bir hadisənin bizim ümmətimiz barəsində də təkrar olunmasına ehtimal verilmirmi?! Orada deyilir ki, “Bəni-İsraildə baş verən hər bir hadisə bu ümmətdə də mütləq baş verəcəkdir!”[7]

Sizcə, şənbə günündə balıq tutduqlarına görə Musa peyğəmbərin səhabələri çox şiddətli cəzalara layiq görüldüyü halda,[8] Peyğəmbər səhabələrinin ondan daha mühüm olan məsələlər, o cümlədən ondan sonrakı xilafət məsələsi barəsindəki səhv əməllərindən güzəştə getmək Allahın ədaləti ilə uyğun ola bilərmi?!

Qurana diqqət yetirməklə sualınızın ikinci hissəsinin də cavabı aydın olur. Quranda hər hansı bir qrupun təriflənməsi onların hamısının ömürlərinin axırına qədər mütləq düz yolda qalacaqlarına dəlil ola bilməz. Amma cavabın daha da aydın olması üçün sizin istinad edərək xüsusi nəticə aldığınız ayələri araşdırırıq:

Birincisi: “Ə’raf” surəsində gələn  və sizin nəzərdə tutduğunuz ayədən qabaq bəyan olunan hadisəni – Bəni-İsrail və həzrət Musa (əleyhis-salam)-ın hadisəsini diqqətlə mütaliə etsəniz, o həzrətin səhabələrinin ömürlərinin əvvəlindən axırına qədər baş verən hadisələrdə elə dəlillərlə qarşılaşacaqsınız ki, bəlkə də heç bir cavab vermədən bu ayəni istinad etdiyiniz mənbələr sırasından çıxaracaqsınız! Bu ayələrdə Musanın öz qövmü arasında olmadığı qısa müddət ərzində onların danaya pərəstiş etmələri bəyan edilir.[9] Həmçinin, ayənin davamında Musa ilə Harun (əleyhiməs-salam)-ın mübahisəsi və yalnız bu iki şəxsin ilahi imtahandan başı uca çıxması izah edilir.[10] Ondan sonra hətta Musa peyğəmbərin səhabələri arasından seçilmiş yetmiş şəxs də “səfehlər” deyə yad edilir ki, bunlar da ilahi əzaba (saiqəyə) düçar oldular.[11] Ayənin axırında deyilir ki, yalnız iman gətirən şəxslər Peyğəmbəri təzimlə yad edir, ona kömək göstərir və Qurana tabe olurlar. Yalnız bu şəxslər nicat tapanlardır.[12]

Şübhəsiz, bu ayələrin bəyanı sadəcə camaatın başını qatmaqdan ibarət olan əhvalat nəql etmək deyil; əksinə buna görədir ki, Peyğəmbər (səlləllahu əleyhi və alih)-in səhabələri ondan ibrət dərsi alaraq Bəni-İsrailin başına gələn hadisələrə düçar olmasınlar. Təəssüflər olsun ki, müsəlmanların bəziləri ondan öyüd-nəsihət almamışdır. Belə ki, onun bir nümunəsi Peyğəmbərin mübarək ömrünün axırlarındakı vəsiyyət hadisəsinə aiddir ki, onun sənədləri qeyd olunacaqdır. Siz o hadisəni Peyğəmbər barəsində ehtiram hesab edirsiniz, yoxsa hörmətsizlik?!

İkincisi: “Ali-İmran” surəsinin 172-173-cü ayələrində də tədqiqat apardıqda başa düşürük ki, bu ayə üç mərhələyə nəzər yetirir. Belə ki, əvvəlcə səhabələr “Ühüd” müharibəsindən qaçdıqlarına görə məzəmmət olunurlar, lakin sonradan Peyğəmbər (səlləllahu əleyhi və alih)-in göstərişinə tabe olduqlarına görə təqdirə layiq görülürlər. Amma mühüm məsələ budur ki, yuxarıdakı ayədə aşkar şəkildə deyilir ki, onlara vədə verilən əcr və savab yalnız yaxşı işlərinin və təqvalarının davam etdiyi surətdə onlara veriləcəkdir. Bu da bizim əqidəmizdir. Yəni səhabələr ömürlük olaraq Allah tərəfindən olan himayədən bəhrələnməmişlər, əksinə hər vaxt pəhrizkar olub yaxşı əməl görsələr, onlara ilahi rəhmət şamil olar, bundan qeyri hallarda isə bu haqqa malik deyildirlər.

Üçüncüsü: Sizin istinad etdiyiniz şeylərdə – “Ənfal” surəsində bəyan olunur ki, “Allah-taala səhabələr arasında ülfət və mehribançılıq qərar vermişdir. Həm də deyilir ki, əgər siz yer üzündə olan bütün mal-dövləti infaq etsəydiniz də, heç bir ülfət bərqərar edə bilməzdiniz!” Bunun özü də səhabələr arasında ixtilafın varlığını göstərir ki, Allahın fəzl və mərhəməti ilə ittihada çevrilmişdir. (Onlar gərək tam mənada ehtiyatlı olsunlar ki, Bəni-İsrail kimi Allahın onlara verdiyi mərhəmət ilahi əzaba çevrilməsin). “Ənfal” surəsinin sonrakı ayələrində[13] həmin mətləbə işarə olunur. Belə ki, insanlar daim öz əməlləri səbəbi ilə bəzən ruhi yüksəlişə malik olur, bəzən də tənəzzülə uğrayırlar. Belə ki, Allah-taala Peyğəmbər səhabələrindən olan bir insan üçün müəyyən bir dövrdə elə bir dəyər qərar vermişdir ki, onlardan təkcə biri on nəfər müşrikə bərabər qərar verilmişdir. Amma sonralar və elə Peyğəmbərin həyatında bu işin dəyəri azalmış və onlardan hər biri yalnız düşmənlərdən iki nəfərin qarşısında qərar vermişdir. Onlara xatırlatmışdır ki, “siz dünya həyatını axirət həyatından irəli keçirmişsiniz, az qalırdı ki, sizə böyük bir əzab nazil olsun.” İndi əgər bir şəxs Peyğəmbərin vəfatından sonra da böyük səhabələrin müəyyən qədər tənəzzülə uğrayaraq geriləmiş olmasına inansa, bu əqidə yuxarıdakı ayələrin məzmunu ilə ziddiyyətlidirmi, yoxsa belə bir tənəzzülə uğramanın mümkünlüyü dəqiq olaraq ilahi ayələrin məzmunu ilə uyğun gəlir?!

Dördüncüsü: “Ali-İmran” surəsinin 110-cu ayəsində – sizin bəyan etdiyiniz kimi – bir neçə məsələyə diqqət yetirmək lazımdır: Birincisi budur ki, Peyğəmbərin ümmətinin məcmusunun ən yaxşı ümmət olmasında şəkk yoxdur. Amma bu mövzu sizin müddəanızı sübuta yetirə bilməz. Çünki digər peyğəmbərlərin də vəfatından sonra onların ardıcılları arasında kəskin ixtilaf yaranmış, bəzən bir-biri ilə müharibə apararaq bir-birini qətlə yetirilmişlər.[14] Hətta bu ixtilaflar nəticəsində onların dinlərindən quru bir addan başqa heç nə qalmamışdır. Amma bu ümmət arasında çoxlu ixtilaf yaranmasına baxmayaraq, bu məsələ dini meyarların hamısının aradan getməsinə səbəb olmamışdır.

Nümunə üçün: Bu ümmət həzrət Peyğəmbər, Quran, namaz, qiblə, oruc, həcc, cihad, infaq və s. məsələlərdə bir-biri ilə yekdil fikirdə olmuş, yüksək dəyərləri indiyə qədər qoruyub saxlamışlar. Buna görə də müsəlmanların mədəni mirası digər dinlərin hamısından artıqdır. Bunun özü də təklikdə İslam ümmətinin ən üstün ümmət olması fikrini dəstəkləyir. Siz hansı bir dində həcc kimi bir əzəmətli mərasim tapa bilərsiniz?!

Bu ayədəki digər incəlik budur ki, ondan sonrakı bir neçə ayədə[15] həmin xüsusiyyətlər kitab əhlinin barəsində də zikr olunur və deyilir ki, onların imanı var idi, gecə ibadətlə məşğul olur, əmr be məruf edirdilər... Amma bu xüsusiyyətləri onların həmişə haqq yolda olmasına dəlil hesab etmək olmaz. Belə ki, yuxarıdakı ayədə irəli sürülən meyarlar əsasında əməl etdikləri surətdə müsəlmanlar ən yaxşı ümmət olacaqlar. Amma əgər nümunə üçün, zahirdə müsəlmanlardan olan bir çoxları əmr be məruf, nəhy əz münkər etmək əvəzinə Peyğəmbərin övladı imam Hüseynlə mübarizəyə qalxıb onu şəhadətə yetirsələr, yenə də onlar ən yaxşı ümmət hesab oluna bilərmi?! Bunu da bilirik ki, bu ayə təkcə səhabələrə deyil, bütün müsəlmanlara aiddir. İslamın zühur etdiyi dövrlərdən indiyə qədər müsəlmanların arasında çox ağır və güclü müharibələr baş vermişdir. Misal üçün, “Siffeyn” müharibəsində döyüşən tərəflərdən birində – İmam Əli (əleyhis-salam)-ın tərəfində Əmmar və sair, qarşı tərəfdə isə Müaviyə, Əmr As və sair var idi və bunların hamısı da səhabə idilər! Sizdən soruşuruq: hər iki ordu bu şərif ayənin nümunəsi ola bilərmi?! Bu halda heç bir haqq batildən seçilə bilməz! Yaxud o ordudan hər birini “ən yaxşı ümmət” ünvanı ilə dəyərləndirə bilərikmi?!

“Ənfal” surəsinin 64-cü ayəsi ilə əlaqədar təfsir alimləri arasında bəhs vardır: Yəni görəsən, ayənin mənası budurmu ki, “Allah-taala Öz Rəsulunu və möminləri qoruyub saxlayandır”, yoxsa “Allah və möminlər Peyğəmbərin arxasıdır”?![16] Amma əgər hətta sizin istinadınız ola bilən  bu mənanı qəbul etsək, onda ayənin davamında buyurulan “mənittəbəkə minəl-mu’minin – sənə tabe olan möminlər” hissəsinə əsasən yalnız Peyğəmbərə tabe olanlar onun arxası sayıla bilər, nəinki, bəzən Peyğəmbərin əmr və fərmanına qarşı itaətsizlik edən hər bir səhabə. Bu mövzunun oxşarı Peyğəmbərin həyat yoldaşlarının bəzilərini təhdid edən digər ayələrdə də gəlmişdir.[17] Burada Allah-taala buyurur: “Əgər siz iki qadın Peyğəmbərin əleyhinə əlbir olaraq iş görsəniz, Allah Rəsulunun köməyi və arxasıdır, bundan sonra Cəbrəil və (səhabələrin hamısı yox, təkcə) saleh möminlər və mələklər onun arxası olacaqdır.”[18]

İşarə etdiyiniz axırıncı hal “Fəth” surəsinin bir ayəsidir. Onda Peyğəmbərin səhabələri üçün müəyyən xüsusiyyətlər bəyan etməkdən əlavə, daim iman və yaxşı əməl sahibləri olan insanlar üçün ilahi mükafat nəzərdə tutulur. Sizin əqidənizcə, daim imanlı və yaxşı əmələ sahib olan, amma “Ühüd” və “Hüneyn” müharibəsi zamanı müharibə səhnəsindən fərarilik edənlərin hamısı ayədə buyurulan اَشِدَّاءُ عَلَی الْکُفَّارِ “kafirlərə qarşı şiddətli” sayılırmı?! Yaxud Əli (əleyhis-salam)-ın əleyhinə qiyam edərək qanlı müharibələr törədənlərə, habelə Peyğəmbərin yeganə övladı olan Fatimeyi-Zəhraya qarşı hörmətsizlik edən və onu şəhadətə çatdıran şəxslərə  رُحَمَاءُ بَیْنَهُمْ “öz aralarında rəhmli olanlar” ünvanı aid oluna bilərmi?! Dünyapərəstliyə uyan, vəzifə. şan-şöhrət davası edən və dünya malı cəm etməyə qərq olan, özləri üçün yaşıl sayırlar düzəldən səhabələr یَبْتَغُونَ فَضْلًا مِنَ اللهِ وَ رِضْوَانًا Allah tərəfindən fəzl, mərhəmət və Onun razılığını istəyənlər” ola bilərlərmi?!

Maraqlıdır ki, həmin surənin 6, 11, 12 və 15-ci ayələrinə nəzər saldıqda zahirdə müsəlman olan bəzi şəxslərin Allah tərəfindən məzəmmət olunmasını görürük.

Deməli, səhabələrin mədhi ilə əlaqədar sizin istinad etdiyiniz ayələri biz də qəbul edirik, amma heç bir vəch ilə iddia edib “onlar hər növ eyib və nöqsandan uzaq idilər, onların əməlləri barəsində heç bir tənqid etməyə haqqımız yoxdur!” demək olmaz.

Bunu da qeyd edək ki, Allah-taala çoxlu ayələrdə səhabələri tərifləmiş, bunun müqabilində isə bir çox ayələrdə onları məzəmmət etmişdir. Misal üçün, onların “Ühüd” müharibəsində fərar etmələrinin dəlili bəzi səhabələrin işlətdiyi günahlar kimi qeyd olunur.[19] Başqa yerlərdə qeyd olunur ki, səhabələrin arasında olan bəzi şəxslər müharibə qənimətlərinin Peyğəmbər tərəfindən bölüşdürülməsinə dair eyib tuturdular, əgər onlara qənimət çatsaydı, razı və xoşnud olur, əks halda o həzrətə qəzəblənirdilər![20] Çox hallarda onların bəziləri müxtəlif bəhanələr gətirməklə Peyğəmbərin göstərişlərindən imtina edir, o Həzrətin verdiyi müjdələri (nəuzu bllah) yalan hesab edirdilər![21] Buna əsasən, Allah-taala da bütün səhabələri eyni səviyyədə qoymamışdı; əksinə onlardan bəziləri fasiq idilər və sözünün qəbul edilməməsi ilə əlaqədar Allah müsəlmanlara xəbərdarlıq verir, bu barədə möminləri daha artıq tədqiqat aparmağa dəvət edirdi.[22]

Şiələr bütün Quran ayələrini, eləcə də səhabələrin əməl və rəftarlarını tədqiq etməklə, onların zəif və güclü cəhətlərini nəzərdə almaqla məntiqi və normal bir mövqe seçmiş, məcmu halında deyil, ayrı-ayrılıqda hər bir səhabə barəsində onun məhz öz əməl, rəftar və davranışına uyğun olaraq mühakimə yürütmüşlər. Amma onların hamısını eyni səviyyədə qəbul edərək onların barəsində hər növ tənqidi qadağan etməmişlər. Onlarda mövcud olan bu qədər ziddiyyətlər və təzadlarla yanaşı, şiələr onların hamısını haqq ilə müvafiq hesab etmirlər! Şiələrin bu əqidələri Quranının hansı ayəsinin əksinə hesab olunur?!

Sualınızın dördüncü və beşinci hissəsi ilə əlaqədar demək lazımdır ki, bu saytda həmin məsələ barədə çoxlu suallara cavab verildiyindən onları mütaliə etməyi tövsiyə edirik.[23] Lakin qısa şəkildə demək lazımdır ki, bizim nəzərdə tutduğumuz mürtədlik şirkə və bütpərəstliyə qayıtmaq mənasına deyil, Allahın və Peyğəmbərin əmr və fərmanlarından imtina etmək mənasına götürülür. Bu məsələ Peyğəmbərin vəfatından sonrakı dövrlərlə bitmir; elə o həzrətin həyatında da çoxlu hallarda baş vermişdir. Nümunə üçün, “Ühüd” və “Hüneyn” müharibəsində fərarilik edənləri, Üsamənin ordusuna getməkdən imtina edənləri, Peyğəmbərin ömrünün son anlarında o həzrətin əmrinin qarşısında dayananları, o həzrətin son vəsiyyətini yazmaqla əlaqədar kağız-qələm istəməsi ilə müxalifət edənləri və s.[24] qeyd etmək olar. Bunu da xatırladaq ki, müəyyən şəxsləri haqq yoldan azdırmaqda yalnız fiziki güc və pul rol oynamır; əksinə, zəhərli təbliğatlar və haqqın tərsinə cilvələndirilməsi də əvvəlki amillərdən daha güclü bir amil sayıla bilər ki, onun oxşarını keçmiş ümmətlərdə müşahidə etmişik. Samirinin vasitəsi ilə Bəni-İsrailin danaya sitayiş etməyi onlardan biridir.



[1] “Haqqə” surəsi, ayə: 44-48

[2] “Bəqərə surəsi, ayə: 47-122

[3] “Nisa” surəsi, ayə: 46-47, Maidə” surəsi, ayə: 13-78 və sair

[4] “Bəqərə” surəsi, ayə: 51

[5] “Ə’raf “surəsi, ayə: 155

[6] “Ə’raf” surəsi, ayə: 163

[7] “Səhihi Tirmizi”, “Darul-fikir”, Beyrut, 1403-cü hicri qəməri ili, 4-cü cild, səh. 135

[8] “Bəqərə” surəsi, ayə: 65 “Nisa” surəsi, ayə: 47, “Ə’raf” surəsi, ayə: 163

[9] “Ə’raf” surəsi, ayə: 148

[10] “Ə’raf” surəsi, ayə: 15-151

[11] “Ə’raf” surəsi, ayə: 154

[12] “Ə’raf” surəsi, ayə: 157

[13] 65-68-ci ayələr

[14] “Bəqərə” surəsi, ayə: 253 və sair

[15] “Ali-İmran” surəsi, ayə: 113-114

[16] Məhəmməd ibni Əhməd ibni Qurtəbi, “Əl-camiu li əhkamul-Quran”, “Nasir Xosrov” nəşriyyatı, Tehran, 1364-cü hicri şəmsi, 8-ci cild, səh. 43

[17] Müfəssirlər Ömər ibni Xəttabdan nəql edirlər ki, bu ayədə təhdid olunan şəxslər Aişə və Həfsədir. Bax: “Təfsiri Qurtəbi”, 19-cu cild, səh. 189.

[18] “Təhrim” surəsi, ayə: 4

[19] “Ali-İmran” surəsi, ayə: 133

[20] “Tövbə” surəsi, ayə: 58

[21] “Əhzab” surəsi, ayə: 12-13

[22] “Hücrat” surəsi, ayə: 6: “Əgər fasiq şəxs sizə bir xəbər gətirsə, bu barədə tədqiqat aparın.” Təfsirlərə diqqət yetirmələrə məlum olur ki, bu “fasiq” səhabələrdən biri idi və sonralar Əli (əleyhis-salam)-ın düşmənlərindən birinə çevrilmişdir.

[23] Səhabələrin mürtəd olması ilə əlaqədar aşağıdakı suallara müraciət edə bilərsiniz: sual 2291 (sayt 3500), sual 2792 (sayt 3275), sual 1015 (sayt 1167), sual 1589 (sayt 1970), sual 1348 (sayt 2982). 2795-ci sualın mütaliəsində ənsarın birinci xəlifə ilə necə beyət etməsi barədə mütaliə edə bilərsiniz və bu barədəki anlaşılmazlıq müəyyən qədər aradan qalxa bilər.

[24] “Səhihi Buxari”, 5-ci cild, səh. 137-138, “Darul-fikir”, Beyrut, 1401-ci qəməri il

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Təsadüfi suallar

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    162851 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    154851 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    117712 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    109644 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    98686 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    91257 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    53328 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    45128 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    43686 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    42843 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...