Ətraflı axtarış
Baxanların
7528
İnternetə qoyma tarixi: 2008/10/09
Sualın xülasəsi
Şiələr inanırmı ki, az saylı insanlar istisna olmaqla səhabələrin əksəriyyəti münafiq və kafir idilər?! Əgər belədirsə, onda nə üçün bu çox saylı kafirlər Peyğəmbər (səlləllahu əleyhi və alih)-lə birlikdə olan az saylı möminləri məhv etmədilər?!
Sual
Şiələr inanırmı ki, az saylı insanlar istisna olmaqla səhabələrin əksəriyyəti münafiq və kafir idilər?! Əgər belədirsə, onda nə üçün bu çox saylı kafirlər Peyğəmbər (səlləllahu əleyhi və alih)-lə birlikdə olan az saylı möminləri məhv etmədilər?! Əgər şiələr “Peyğəmbərin vəfatından sonra yeddi nəfər istisna olmaqla səhabələrin hamısı mürtəd oldular” - deyirlərsə, onda soruşuruq: Nə üçün onlar bu az saylı insanları məhv etmədilər və ata-babalarının dinlərinə qayıtmadılar?!
Qısa cavab

Şiələr səhabələrin sizin zehninizdə olan küfr və nifaqına inanmır; şiələr sadəcə inanırlar ki, onların çoxu Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih)-in canişinlərindən bəzisindən üz çevirdilər və həqiqi islam dinini özünün düzgün yolundan müəyyən qədər çıxararaq azğınlığa saldılar. Onlardan az saylı insanlar istisna olmaqla əksəriyyəti bu yolda sabitqədəm qalmadılar. Keçmiş ilahi peyğəmbərlərin, eləcə də əziz islam Peyğəmbərinin həyat tarixinə diqqət yetirməklə belə nəticə alırıq ki, müəyyən insanlar azlıqda olsalar da, müxaliflərin əli ilə qətlə yetirilməmiş, o azsaylıların əqidə və məramları da zamanın keçməsindən sonra dünya səviyyəsinə yayılmış, hətta müxaliflərin bir çoxu da sonrakı dövrlərdə onlara qoşulmuşlar.

Ətreaflı cavab

Bu sual əslində iki hissədən ibarətdir:

1. Şiələr səhabələrdən az sayının istisna olmaqla yerdə qalanların hamısının münafiq və kafir olduğuna inanırmı?

2. Nə üçün bu az saylı insanlar kafir olduqlarını iddia etdiyiniz çox saylı insanların tərəfindən qətlə yetirilməmişlər?

Birinci sual barəsində deyirik: Əgər küfrü “bütpərəstlik və Allaha şərik qoşmaq” kimi məna etsək, onda şiələr səhabələrin çoxunun kafir olmasına inanmır; əksinə, Peyğəmbər (səlləllahu əleyhi və alih)-ə iman gətirən yüz minlərlə insanın arasından yalnız “rəddə səhabələri” adı ilə məşhurlaşan az saylı insanlar islamdan döndüklərini aşkar şəkildə elan etdilər, səhabələrin qalanı isə islam dinində qaldılar. Amma bilmək lazımdır ki, küfr və nifaq (münafiqlik) sözləri həmişə özünün məşhur mənasına gəlmir. İbni Əbi Hatəmin “Təfsir”ində oxuyuruq: Cahiliyyət dövründə Ovs və Xəzrəc qəbilələri arasında ağır çarpışmalar davam edirdi. (İslamı qəbul etdikdən sonra) bir gün (Peyğəmbərin dövründə) özlərinin keçmişdəki acı xatirələrini xatırlayaraq qəzəbləndilər və bir-birinin üstünə silah çəkdilər. Bu hadisədən sonra Allah tərəfindən “Ali-İmran” surəsinin 101-ci ayəsi nazil oldu: “Allahın ayələri sizə tilavət olunan və Onun Peyğəmbəri sizin aranızda olduğu bir halda necə kafir olursunuz?!”[1]

Şübhəsiz, Ovs və Xəzrəc qəbiləsinin üzvləri bütpərəst deyildilər, amma bununla belə gördükləri bu yaramaz işə görə Allah onların barəsində “küfr” sözündən istifadə etmişdir. Bu mövzunun oxşarı digər ayələrdə də müşahidə olunur.[2] Münafiqlər də Əbdüllah ibni Übey kimi tamamilə tanınmış şəxslərə həsr edilmirdi. Üstəlik, Quranın aşkar bəyanına əsasən, hətta Peyğəmbərimiz də malik olduğu tam ayıqlıq və huşyarlığı ilə yanaşı, onların bəzilərini tanıya bilməmişdi və yalnız Allah onları tanıyırdı.[3] Mürtədlik (irtidad) kəlməsi də müxtəlif mənalara gəlmişdir. “Maidə” surəsinin 21-ci və ondan sonrakı ayələrinə müraciət etməklə nəticə alırıq ki, Bəni-İsrail tayfası Musa (əleyhis-salam)-ın dövründə mürtəd olmuşdular, amma bu, “küfr və şirkə qayıdış” mənasına olan mürtədlik deyildi. Xülasə şəkildə bilin ki, şiələrə aid edilən “onlar bütün səhabələrin kafir və mürtəd olmasına inanırlar” iddiası onların şirk və bütpərəstliyə qayıdış mənasına deyil, əksinə Allah-taalanın Ovs və Xəzrəc kimi iki tayfanın münaqişəsində istifadə etdiyi küfr mənasınadır.

Bu barədə həmin saytın 1167, 1970, 2082, 3275 və 3501 nömrəli suallarına müraciət edə bilərsiniz.

Amma sualın ikinci hissəsinə, yəni “nə üçün şiələrin nəzərinə görə kafir olan o böyük sayılı səhabələr az bir qrupu məhv edərək islamdan əvvəlki dövrə qayıtmadılar?” sualına gəldikdə isə, Quran ayələrinə diqqət yetirməklə buna oxşar bir neçə sualı da irəli çəkir və yekun təhlili axırda qeyd edirik:

1. Quranın aşkar bəyanına əsasən həzrət Nuh (əleyhis-salam) öz qövmü arasında 950 il təbliğə məşğul deyildimi?[4] Bu müddət ərzində ay saylı bir qrupdan başqası ona iman gətirdimi?![5] Əhli-sünnət təfsirlərində deyildiyi kimi, ona iman gətirənlərin sayı yüz nəfərə də çatmırdı![6] Nə üçün həzrət Nuhun özü və ona iman gətirən az saylı insanlar əksəriyyət təşkil edən böyük bir kafir qrupu tərəfindən məhv edilmədi ki, tam asayişlə öz bütlərinə pərəstişə davam etsinlər?!

2. Bəni-İsrail qövmünün əksəriyyəti Samirinin vasitəsi ilə azdırıldığı.[7] Harunun (əleyhis-salam) mövqeyinin zəiflədiyi və qətlə yetirilmə ərəfəsində olduğu zaman[8] nə üçün bu hadisədən sağlam qurtardı?!

3. Bəni-İsrail tayfası həzrət Musanın (əleyhis-salam) fərmanlarına laqeyd yanaşdığı üçün o həzrət Allaha şikayət məqamında “mən özüm və qardaşımdan başqa heç kəsə hakim deyilən” dedi və Allah da həmin dəlilə görə Bəni-İsraili qırx il ərzində çöllərdə sərgərdan etdi və onları fasiq insanlar adlandırdı.[9] Onda nə üçün onlar bu iki peyğəmbəri qətlə yetirmədilər?! (Diqqət yetirin ki, bu iki ayədə Musa və Harundan (əleyhimus-salam) başqa bütün Bəni-İsrail qövmü fasiq adlandırılmış və heç bir problem də yaranmamışdı.)

4. Həzrət İsa (əleyhis-salam)-ın köməkçiləri onun fərmanlarından imtina etdikləri, Quranın aşkar buyurduğu kimi, “onlardan küfr hiss etdiyi zaman”[10] və həvarilərdən az bir qrupundan (on iki nəfərdən) başqa heç kəs o həzrətə müsbət cavab vermədiyi zaman[11] nə üçün bu az qrup sairlərin vasitəsi ilə məhv edilmədi və bununla belə məsihi dini dünya səviyyəsinə yayıldı?!

5 Nəhayət, nə üçün əziz Peyğəmbərimiz (səlləllahu əleyhi və alih) Məkkədə olduğu 13 il ərzində, xüsusilə köməkçilərinin az olduğu ilk illərdə kafirlərin vasitəsi ilə qətlə yetirilmədi və nəticədə Mədinəyə hicrət edərək islamı dünya səviyyəsində yarmağa fürsət yarandı?!

Zənnimizcə, Qurani-kərimdən qeyd etdiyimiz və bütün islam firqələri tərəfindən qəbul edilən şahidlərə diqqət yetirməklə “nə üçün imam Əli (əleyhis-salam) və onun azsaylı köməkçiləri yerdə qalan səhabələrin əli ilə məhv edilmədi?” - kimi sualı verməyə lüzum olmasın. Çünki müşahidə etdiyiniz kimi tarixdə buna çoxlu oxşar hallar vardır. Keçmiş peyğəmbərlərin köməkçilərinin az olmasına, camaatın böyük bir qrupunun küfrdə qalmasına, yaxud onlardan çoxunun (iman gətirdikdən sonra yenidən) küfr və nifaqa qayıtmasına baxmayaraq, o peyğəmbərlərin dəvətləri yenə də bərqərar idi! Halbuki şiələr “mürtəd olmağı” küfr, dinsizlik və cahiliyyət dövrünə qayıdış kimi məna etmirlər. Səhabələrdən bir çoxunun küfr və nifaqına hökm edən həmin rəvayətlərdə (onların düzlüyü qəbul olunduğu surətdə) küfr və nifaq Allaha şərik qoşmaq və bütpərəstlik mənasına deyildir. Bununla belə, görəsən Əhli-beyt (əleyhimus-salam) məktəbinin qalıb davam etməsində təəccübə yer vardırmı?!

Bizim təhlilimiz budur ki, Peyğəmbərin (səlləllahu əleyhi və alih) vəfatından sonra səhabələrin bəziləri islam dinində qalsalar da və şəriət göstərişlərinin çoxuna zahirdə əməl etsələr də, cahiliyyət adət-ənənələrinin təsirləri onların ruhiyyələrində müəyyən qədər qalmışdı, buna görə Peyğəmbərə tam və kamil şəkildə tabe ola bilmədilər və nəticədə mühüm məsələ olan xilafət məsələsində elə dərin ixtilafa düçar oldular ki, onun nəticəsi indiyə qədər də davam etməkdədir.

Diqqət yetirmək lazımdır ki, Quran həzrət Musanın dilindən nəql edərək “özümdən və qardaşımdan başqa heç kəs mənim fərmanlarıma itaət etmir!” deyə buyurmasından “Bəni-İsrailin hamısı öz dinlərini tərk edərək küfr və şirkə üz gətirmişdilər” - deyə nəticə almaq olmaz. Əksinə, onlar öz gələcək vəziyyətlərinin və müqəddəratlarının təyinində mühüm rol oynayan mövzuların bəzisində, o cümlədən müqəddəs ərazilərə daxil olmaq əmrində Musanın fərmanına itaətsizlik etdilər və nəticədə uzun illər azğınlıqda yaşadılar, çöllərdə sərgərdan qaldılar. Halbuki Musa və Harunu (əleyhiməs-salam) qətlə yetirməmişdilər. Təəssüflər olsun ki, bizim ümmətdə də belə bir vəziyyət yarandı: möhtərəm səhabələr Peyğəmbərin vəsiyyətini bir kənara qoydular, sünnü və şiə alimlərinin hamısının etirafına əsasən “Peyğəmbərin qardaşı” və o həzrətlə münasibəti “Harunun Musa ilə münasibətində olan” bir şəxsi – Əli (əleyhis-salam)-ı ev dustağı etdilər.[12] Bununla da əməldə Bəni-İsrailin yaratdığı vəziyyəti qarşıya çıxartdılar. Belə ki, Əli (əleyhis-salam) İslamdakı bütün parlaq keçmişinə baxmayaraq siyasi səhnədən uzaqlaşdırıldı və bu ümmətin Harunundan müsəlmanların hərtərəfli istifadəsi özünün son həddinə qədər endi. Bu böyük səhv də islam ümmətinin özünə münasib və layiqli olan mövqeyinə çatmağa mane oldu.

Elə də deyildir ki, cəmiyyətə hakim olan əksəriyyət daim öz müxaliflərini fiziki cəhətdən məhv edərək onları qətlə yetirmiş olsunlar; əksər hallarda öz məsləhətlərini bunda görürdülər ki, onları məhv etmədən də əməldə elə şərait yaratsınlar ki, onlar siyasi səhnədən uzaqlaşdırılsınlar və başqa sözlə “onların başını pambıqla kəssinlər.”

Şübhəsiz, Peyğəmbər (səlləllahu əleyhi və alih)-in vəfatından sonra hakimiyyəti ələ alan şəxslər bilirdilər ki, həzrət Əli (əleyhis-salam)-ın və onun azsaylı tərəfdarlarının fiziki cəhətdən məhv edilməsi onların özlərinin məhvi ilə nəticələnəcəkdir. Çünki ümumi müsəlmanlar siyasi şəraitə tabe olaraq imam Əlidən üz çevirsələr də, onun Peyğəmbərin nəzərində olan dəyərli məqamından, islamın inkişafı yolunda misilsiz rəşadət və fədakarlığından xəbərsiz deyildilər. Belə bir ehtimal verilirdi ki, imam Əlinin və onun xüsusi köməkçilərinin qətlə yetirilməsi ümumxalq kütlələrinin qiyamına və etirazına səbəb olsun. Buna əsasən, dövrün hakim dairələri (məcburiyyət üzündən) onların varlığına dözməyi qərara aldılar və mövcud fikir ixtilaflarına baxmayaraq, çətin problemlərlə qarşılaşdıqları çoxlu hallarda da İmam Əlidən həmkarlıq etməsini xahiş edirdilər.

Sonrakı dövrlərdə səhabələrdən çoxu bu səhvi bərpa edərək Əli (əleyhis-salam)-ın köməkçiləri cərgəsinə keçdilər. Belə ki, Əli (əleyhis-salam)-ın Cəməl, Siffeyn və Nəhrəvan müharibələrində apardığı döyüşlərdə Peyğəmbər səhabələrindən çoxunun iştirak etməsi bu müddəaya dair şahiddir.

Bunu da qeyd edək ki, Peyğəmbərdən sonra ictimaiyyətin vəziyyəti o qədər dəyişilmişdi ki, artıq heç kəs rəsmi şəkildə cahiliyyət dövrünə – ona qəlbən etiqadları olsa da – qayıtmaqdan danışa bilməzdi, islamın külliyyəti onlar üçün inkar oluna bilmirdi və onun aradan aparılması da mümkün deyildi. Buna əsasən, aşkarda şərab içən və islamın zəruri və danılmaz hökmlərini ayaq altına salan Yezid kimi mənfur hakimlər də özlərini müsəlman hesab edir və avam xalq kütlələrini aldatmaq üçün Peyğəmbərin canişini olduğunu iddia edirdilər. Bu vəziyyətin oxşarını hal-hazırda da islam ölkələrinin çoxunda müşahidə edirik: Onların rəhbərləri islam hökmlərindən heç birinə əməl etmir, qeyri-müsəlman ölkələrin əsas və prinsiplərinə tam mənada əməl edirlər, lakin eyni halda özlərini müsəlman hesab edir və islamı yığıncaqlarda iştirak edirlər.

Deməli, imam Əli (əleyhis-salam) və onun azsaylı köməkçilərinin öldürülməməsini və sair müsəlmanların şirk və bütpərəstliyə qayıtmamasını şiə əqidəsinin yanlış olduğuna bir dəlil hesab etmək olmaz.

 


[1] İbni Əbi Hatəm, “Təfsirul-Quranil-əzim”, “Nəzar Müstafa Baz” çapxanası, Səudiyyə Ərəbistanı, 1419-cu qəməri il, 3-cü cild, səh. 720.

[2] “Ali-İmran” surəsi, ayə: 52 və 167, “Maidə” surəsi, ayə: 41 və s.

[3] “Tövbə” surəsi, ayə: 101

[4] “Ənkəbut” surəsi, ayə: 14

[5] “Hud” surəsi, ayə: 40

[6] İbni-Kəsir, “Təfsirul-Quranil-əzim”, “Darul-kutubil-elmiyyə”, Beyrut, 1419-cu qəməri il, 4-cü cild 279

[7] “Taha” surəsi, ayə: 85

[8] “Əraf” surəsi, ayə: 150

[9] “Maidə” surəsi, ayə: 25-26

[10] “Ali-İmran” surəsi, ayə: 52

[11] “Qurtəbi, “Əl-camiu liəhkamil-Quran”, “Nasir Xosrov” nəşriyyatı, Tehran, 1364-cü şəmsi il, 4-cü cild, səh. 97

[12] Məhəmməd ibni İsmail Buxari, “Səhihi Buxari”, “Darul-fikir”, Beyrut, 1401-ci hicri qəməri il, 4-cü cild, səh. 208, 5-ci cild, səh. 129

 

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Təsadüfi suallar

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    162871 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    154924 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    117746 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    109683 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    98781 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    91290 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    53340 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    45204 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    43710 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    42874 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...