Ətraflı axtarış
Baxanların
10015
İnternetə qoyma tarixi: 2011/05/17
Sualın xülasəsi
İmam ilə xəlifənin fərqi nədir?
Sual
İmam ilə xəlifənin fərqi nədir?
Qısa cavab

Bəzi sünnü alimlərinin, o cümlədən İbni Xəldunun nəzərinə əsasən, imam ilə xəlifənin arasında heç bir fərq yoxdur və onların hər ikisi bir mənaya – “din və dünya siyasətinin qorunmasında şəriət sahibinin tərəfindən naib olmaq” mənasına gəlmişdir. Amma qısa şəkildə demək lazımdır ki, Quran və rəvayətlərdən əldə olunduğu kimi, imamət məqamı çox böyük və yüksək məqamdır, hətta nübüvvət və risalət məqamından da yüksəkdir. Mənasından aydın olduğu kimi, imam o şəxsə deyilir ki, bütün dünya və dini işlərdə insanlara rəhbərliyi öhdəsinə almış olsun.

Amma “xəlifə” isə bir şəxsin canişini və onun yerində oturan şəxs mənasınadır. Aydındır ki, xəlifədə imamın şərtləri yoxdur. Şiə nəzərindən bu iki məqamın (imamət və xilafətin) bir yerdə (bir nəfərdə) cəm olması mümkündür. Necə ki, həzrət Əli (əleyhis-salam) və şiələrin sair məsum imamları həm imam ünvanına, imamın xüsusiyyətlərinə və şərtlərinə malik idilər, həm də Peyğəmbər (səlləllahu əleyhi və alih)-in canişini və onun xəlifəsi idilər. Amma bəzən bir şəxs imam olur, amma xəlifə deyildir. Misal üçün, həzrət İbrahim (əleyhis-salam)-ı qeyd etmək olar. Allah-taala o həzrəti ağır imtahanlarla sınaqdan çıxardıqdan sonra onu imamət məqamına çatdırdı, lakin o, sözün xüsusi mənasında peyğəmbərin canişini və xəlifəsi deyildi.

Bəzən bir şəxs xəlifə olur, amma imam deyildir. Misal üçün, Peyğəmbərin (Mədinədə olmadığı zaman) onun yerində oturan xəlifələri qeyd etmək olar. O həzrət Mədinədə olmayanda İbni Məktum kimi şəxsləri öz yerinə təyin edirdi. Buna əsasən, imam ilə xəlifə arasında “ümum xüsus min vəch” vardır (yəni hər imam xəlifədir, amma hər xəlifənin imam olması qəti deyildir).  

Ətreaflı cavab

Aydın olduğu kimi, “Peyğəmbərin canişini” ünvanında olan imam ilə xəlifənin arasındakı fərqdən sual olunur. Bu məsələ irfani cəhətdən yox, etiqad və kəlam nəzərindən araşdırılmalıdır. Amma irfani cəhətdən ixtisarla demək olar ki, irfani yönə malik olan xilafət elə bir şeydir ki, zahir olub davam etməsində istixlafın (xəlifə təyin etməyin) güzgüsü sayılır və xəlifə o kəsə deyilir ki, öz vəzifəsinin əvvəlində və axırında müstəxləfun ənhun (xəlifəsi olduğu şəxsin) güzgüsü, əksetdiricisi olsun, heç vaxt o qiblədən kənara çıxmasın. Şəksiz, “xəlifə – özündən qeyrisinin tərəfindən canişin olan” mənasınadır. Deməli, hər bir xəlifə xilafəti müstəxləfun ənhun tərəfindən öhdəsinə alır və gərək özündə müstəxləfun ənhun əxlaqını icad edərək ilahi hökmləri icra etsin. İlahi xilafət vücudi kamal və təşkiki məqulədir (bir-biri ilə fərqli və müxtəlif dərəcələrə malik olan kateqoriyadır), onun yüksək mərhələləri başqa peyğəmbərlər olmaqla kamil insandadır, aşağı mərhələləri isə görkəmli şəxsiyyətlər olan insanlarda mövcuddur.[1]

Buna əsasən, xilafət və canişinlik kəlməsinin daxilində bu məna gizlənmişdir: xilafət müstəxləfun ənhun xəlifədə zahir olmasıdır və xəlifə o kəsə deyilir ki, onun mənliyi və vücudu müstəxləfun ənhə bağlıdır, ondan ayrılıqda heç bir məna və həqiqət onun üçün təsəvvür oluna bilməz.

Məsələnin kəlam cəhətindən araşdırılması

Lüğətdə “imam” rəhbər, “imamət” isə rəhbərlik etmək mənasınadır. Amma kəlam alimləri bu elmin (teologiyanın) terminində imamət üçün müxtəlif təriflər zikr etmiş, əksər hallarda onu “dini və dünyəvi işlərlə əlaqədar cəmiyyətə ümumi rəhbərlik və rəyasət” mənasına götürmüşlər. Buna əsasən, imam elə bir rəhbər mənasınadır ki, onun danışığı və rəftarı başqaları üçün örnək olsun, cəmiyyətin rəhbərlik məsuliyyətini öhdəsinə alsın – istər onun rəhbərliyi Peyğəmbərin tərəfindən canişinlik ünvanı daşısın, istərsə də ümumiyyətlə zatən bu məqama malik olsun.

Quranda “imam” kəlməsi çox geniş bir mənada işlədilmişdir. Belə ki, peyğəmbərlərdən bir çoxuna şamil olur. İbni Mənzurun dediyinə görə, Peyğəmbər (səlləllahu əleyhi və alih)-in özü də imamul-əimmədir – imamların imamıdır.[2] Çünki o ən yüksək rəhbərlik məqamına malikdir, onun rəhbərliyi xüsusi əsalətə (ilkinliyə) malikdir və heç kəsin canişini deyildir. Halbuki xilafət məsələsində rəhbərlik mövzusu özünə daha başqa bir forma alır: rəhbərlik “Peyğəmbərin canişinliyi” ünvanı ilə baş verir. Bu cəhətdən alimlərin bəzisi imamətin tərifində “xilafətun ənir-Rəsul” (Peyğəmbərin tərəfindən xəlifə olmaq) ifadəsini işləmişlər.

“Xəlifə” lüğətdə “bir şəxsin yerində oturmaq və onun canişini olmaq” mənasına gəlmişdir. Həqiqətdə ondan “naiblik” (əvəzedicilik) mənası əldə olunur. Buna əsasən, Peyğəmbər (səlləllahu əleyhi və alih), özünün xəlifələri və canişinləri ilə əlaqədar nəql olunan hədisdə buyurmuşdur: “Məndən sonra imamlar on iki nəfərdir ki, onların birincisi Əli ibni Əbi Talib, axırıncısı isə Məhdidir (Qaimdir). Bunlar mənim xəlifələrim, vəsilərim və övliyalarım, məndən sonra ümmətimə Allahın höccətləridir.”[3]

O həzrət məsum imamları xüsusi şəkildə “özünün canişinləri” kimi təqdim etmişdir.

Amma Peyğəmbər (səlləllahu əleyhi və alih) “Pərvərdigara, mənim xəlifələrimə rəhmət et!” buyurduğu zaman soruşdular ki, “sizin xəlifələriniz kimdir?” Həzrət buyurdu: “O kəslərdir ki, məndən sonra gələrək hədisimi və sünnətimi rəvayət edərlər.”[4] Bu hədisdə isə həzrətin canişinləri ümumi şəkildə təqdim olunmuşdur. Belə ki, Peyğəmbərin sünnətini və hədislərini rəvayət edənlər qeyb dövrünün fəqihləridir. Buna görə də (bu dövrdə) Peyğəmbərin xəlifəsi o kəsə deyilir ki, o həzrətin olmadığı bir dövrdə onun işlərini və vəzifələrini yerinə yetirsin, şəriət gətirmək məsələsi istisna olmaqla onun bütün vəzifələrini öhdəsinə alsın.

Sünnü alimlərinin əksəriyyəti xilafətlə imaməti sinonim hesab etmiş və demişlər ki, xilafət və imamət bir məna daşıyır. Bu iki kəlmədən biri hər şeyə aid edilə bilsə, digəri də həmin mənaya olacaqdır. Misal üçün, İbni Xəldun demişdir: “Xilafət din və dünyəvi siyasət işlərində şəriət sahibinə naib (əvəzedici) olmaq deməkdir. Həmin cəhətdən bu məqama “xilafət” və “imamət”, bu vəzifəni öhdəsinə alanlara isə “xəlifə” və “imam” deyilir.”[5]

Bu iki kəlmə (imamət və xilafət) sinonim olaraq iki kəlmə şəkilində işlədilsə də, belə nəzərə çarpır ki, müxtəlif mənalara malikdirlər. Çünki imamət mənasının gerçəkləşməsində rəhbərlik şərtdir. İmam gərək öz dediklərinə əməl etsin, həm danışıqda, həm də əməl və rəftarda camaata rəhbərlik etsin. Lakin xilafət kəlməsinin lüğət mənasının gerçəkləşməsində bu məsələ kifayətdir ki, bir şəxs xəlifə ünvanı ilə Peyğəmbərin canişini kimi təyin olunsun və onun olmadığı bir dövrdə o həzrətin işlərini yerinə yetirsin. Hətta xəlifə öz sözlərinə uyğun əməl etməsə də, yenə də lüğət baxımından ona xəlifə adı vermək olar.

Buna əsasən, imamət və xilafət sinonim deyildir, bu iki mənanın bir şəxsdə cəm olması da mümkündür. Misal üçün, əgər Peyğəmbər (səlləllahu əleyhi və alih) Əli (əleyhis-salam) kimi dini göstərişlərə əməl edən, əməl cəhətindən insanların rəhbəri olan görkəmli bir şəxsi öz canişini və xəlifəsi təyin etsə, cəmiyyətin ictimai-siyasi işlərini ona həvalə etsə, din və şəriət qanunlarının qorunub saxlanmasını onun öhdəsinə qoysa, belə bir şəxs həqiqətdə həm imam, həm də ilahi hökmləri icra, dini proqramları və qayda-qanunları tətbiq etmək məqamında xəlifə sayılır.

Bəzən Həzrəti İbrahim (əleyhis-salam) kimi bir şəxsin imam olduğu halda xəlifə olmaması mümkündür. Məqsəd budur ki, həzrət İbrahim xüsusi mənada “Peyğəmbərin canişini və xəlifəsi” deyildi, yəni eyni zamanda həm imam, həm də xəlifə deyildi. Amma şübhəsiz, “Allahın xəlifəsi” ünvanını daşıyırdı. Çünki bütün peyğəmbərlər Allahın yer üzündəki canişinləri və xəlifələridir.

Bəzən də bir işə “xilafət” aid edilə bilsə də, “imamət” demək düzgün deyildir. Yəni mümkündür, bir şəxs xəlifə və canişin olsun, amma imam olmasın. Misal üçün, Peyğəmbər (səlləllahu əleyhi və alih) bir şəxsi özünün xəlifəsi və canişini qərar verərək onun olmadığı dövrdə müəyyən işləri yerinə yetirməyi ona həvalə etsə, lüğət cəhətindən belə bir şəxs Peyğəmbərin xəlifəsi adlandıra bilər, amma bütün işlərdə cəmiyyətin rəhbəri və “mütləq imam” sayıla bilməz.

Həmçinin əgər cəmiyyət üzvləri öz aralarından müəyyən bir şəxsi seçərək Peyğəmbərin işlərindən hər birini ona həvalə etsələr, öz əqidələrinə əsasən onu xəlifə adlandıra bilərlər. Lüğət cəhətindən də bu işin eybi yoxdur, amma onun barəsində həqiqi və gerçək rəhbər və mütləq imam ifadəsi işlənə bilməz.

Quran nəzərindən imamətin çox yüksək dəyəri və məqamı vardır. Quran onu insan təkamülünün son mərhələsi hesab edir. Belə ki, yalnız müstəsna insanlar belə bir məqama çata bilərlər. Belə ki, buyurur: “Yada sal o zamanı ki, Allah İbrahimi müxtəlif vasitələrlə imtahana çəkdi və İbrahim bu imtahanları layiqincə yerinə yetirdikdə Allah buyurdu: “Mən səni insanların imamı və rəhbəri qərar verdim.”[6]

Qəti şəkildə demək lazımdır ki, həzrət İbrahim (əleyhis-salam)-a verilən imamət məqamı ən yüksək və ən uca bir məqam idi ki, bu qədər imtahanları layiqincə verdikdən sonra Allah tərəfindən belə bir məqama layiq görülmüşdü. Buna əsasən, imamət məqamı nübüvvətdən də yüksəkdədir. Əlbəttə, imamət məqamı müəyyən hallarda, o cümlədən ulul-əzm peyğəmbərlərdə olduğu kimi nübüvvətlə bir yerə yığıla bilər.

Əhli-sünnətin əksinə olaraq şiələr inanırlar ki, Peyğəmbərin canişinliyindən ibarət olan imamət eynilə nübüvvət kimidir, seçki yolu ilə yox Allah tərəfindən təyin olunan bir məqamdır. Buna görə də imam vəhy məsələsi istisna olmaqla bütün işlərdə Peyğəmbərlə eyni səviyyədədir. Amma əhli-sünnətə gəldikdə isə, onlar Peyğəmbərin canişinini Allah tərəfindən təyin olunan bir məqam yox, ictimai bir nemət və məqam hesab edirlər. Belə ki, camaat tərəfindən xəlifəyə verilir və xəlifə seçki yolu ilə bu məqama nail olur.

Şiə nəzərindən belə bir məqam – imamət o zaman qanuni olur ki, Allah tərəfindən təyin edilmiş olsun. Adətən belə bir məqama malik olan şəxs də özünün bütün işlərində, eləcə də ilahi hökmlərin və şəriət məsələlərinin bəyanında məsum (günahdan, xətadan və unutqanlıqdan uzaq) olmalıdır.

Beləliklə əhli-sünnətlə şiələrin imamət məsələsindəki ixtilafı üç əsas məsələdə zahir olur:

1. İmamət ilahi məqamdır;

2. İmamın elmi Allah tərəfindən verilir və hər növ xətadan uzaqdır;

3. İmam məsum olmalıdır.

Əlbəttə, məsum olmaq imamət məqamında olmağı gərəkli etmir. Çünki şiənin etiqadına əsasən, həzrət Zəhra (əleyha salam) da məsum idi, amma ona imamət məqamı verilməmişdi. Eləcə də Həzrət Məryəm ismət məqamına malik idi.

Bəziləri belə bəhslərə irad tutaraq deyirlər ki, Peyğəmbərin canişinliyi və xilafət məsələsi tarixi bir məsələ olmuşdur və keçmişə aiddir, hal-hazırda bu bəhslərin nə kimi faydası vardır?!

Şiə nəzərindən imamətə etiqadın çoxlu müsbət nəticələri vardır ki, təkcə xilafətə etiqadla əldə olunmur. O cümlədən:

Əvvəla: İmamət üsuli-dinin bir hissəsi və nübuvvətin davamıdır. Çünki şiələr imaməti hidayət və təbliğlə əlaqədar Peyğəmbərin məsuliyyətlərinin davamı hesab edirlər. Buna əsasən, din dünyanın axırına qədər daim canlı qalacaqdır.

İkincisi: Zəruri bəhslərdən biri olan “hökumət quruluşu” barəsində bəhs də bu məsələnin təfərrüatındandır. Quran və hədisdə islam hakimi və rəhbərlə əlaqədar yüzlərlə hökm və fərman vardır. İmamət məqamının Allah tərəfindən təyin edildiyini qəbul etdiyimiz təqdirdə bu hökmlərin icrası elə şəxslərə həvalə edilməlidir ki, ümmətə rəhbərlik məsuliyyəti Allah tərəfindən onlara verilmiş olsun.

Üçüncüsü: Üsuli-dinin bəyan olunması, ilahi maarifin təqdimi, fürui-din hökmlərinin bəyanı və insanların hidayət olunması[7] və s. kəlami mövzunun səmərələrindən biridir ki, imam onu öhdəsinə alır.

Yuxarıdakı hədəflər yalnız elə seçilmiş şəxslərin sayəsində mümkündür ki, onların vücud tutumları geniş olsun və onun sayəsində ilahi dinin şərh olunmasının dəqiq proqramlarını öhdəsinə alsın. Bu da imamətə etiqad sayəsində mümkün ola bilər.



[1] Cavadi Amuli, Əbdüllah, “Təsnim” təfsiri, 3-cü cild, səh. 56

[2] İbni Mənzur , “Lisanul-ərəb”, 14-cü cild, səh. 29, “üm” kəlməsi

[3] Şeyx Səduq, “Mən la yəhzuruhul-fəqih”, 4-cü cild, səh. 180

[4] Yenə orada, səh. 420

[5] İbni Xəldun, “Müqəddimə”, səh. 191

[6] “Bəqərə” surəsi, ayə: 124

[7] Şiənin əqidəsinə görə batini hidayət imamın xüsusiyyətlərindəndir və belə bir

üsusiyyət xəlifənin məfhumunda yoxdur.

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Təsadüfi suallar

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    162894 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    155002 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    117782 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    109724 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    98875 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    91331 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    53362 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    45287 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    43741 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    42907 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...