Ətraflı axtarış
Baxanların
13260
İnternetə qoyma tarixi: 2012/04/18
Sualın xülasəsi
Əxbarilər və üsulilər kimlərdirlər?
Sual
Əxbarilər və üsulilər kimlərdirlər?
Qısa cavab

Əxbariyyə; Əxbariyyə, həmin hədis səhabələridirlər ki, şiə onları əxbari adlandırır. Bu dəstə ictihadı batil bilir və ancaq əxbardan (rəvayət, hədis) təbəiyyət edirlər (ancaq hədis və rəvayətə tabedirlər).

Üsulilər: Əxbarilərin qarşılığında olan İslam fərihlərinin böyük bir dəstəsinə deyilir. Bunların etiqadı budur ki, Qurandan ətraflı (müfəssəl) dəlillərə istinad etməklə İslamın şəri hökmlərini ələ gətirmək üçün sünnət (Peyğəmbərin (s) buyurduqları), ağıl və icmaya əməl etmək lazımdır. Onlar "üsul- fiqh" elmindən də istifadə edirlər. Həmçinin bu elmin qaydalarından hesab olunan bəraət əsli, istishab və təxyirdən də faydalanırlar.

Üsulilər ilə əxbarilərin nəzərləri arasında olan ixtilaflardan bəzisi budur ki; üsulilər ictihadı qəbul edirlər və müctəhid olmayanın müctəhidə və mütəxəssisə tabe olmasını və terminlə təqlid etməsini zəruri bilirlər, amma əxbarilər ictihadı və müctəhiddən təqlid etməyi qadağan ediblər. Qsulilər ölmüş müctəhiddən ibtidai təqlidi cayiz bilmirlər, amma əxbarilər deyirlər; mütəxəssisə və mərcəi- təqlidə müraciətdə onun diri ya ölü olması dəyişiklik yaratmır. Əxbarilər, şiənin dörd dənəlik kitablarının hamısının səhih olduğunu güman edirlər. Çünki, bu xəbərləri (hədisləri) toplayanlar səhih (düzgün) hədisləri seçib götürüb, səhih olmayan hədisləri isə ixtisara salıblar (həzf ediblər). Amma üsulilər, bu məsələlərdə onlarla müxalifdirlər, və s....

Ətreaflı cavab

Əxbarilər və üsulilər 12 İmamçı şiələrdən olan iki dəstədir ki, şəri hökmlərin düşünülməsində iki müxtəlif yol və üsluba etiqadlıdırlar.

  1. Əxbariyyə:

Əxbariyyə, həmin hədis səhabələridirlər ki, şiə onları əxbari adlandırır. Bu dəstə ictihadı batil bilir və ancaq əxbardan (rəvayət, hədis) təbəiyyət edirlər. Bu ayrılığa səbəb olan ilk şəxsin molla Məhəmməd Əmin ibn Məhəmməd Şərif Əstərabadi (vəfatı 1033 h. q.) olduğunu güman edirlər. O, deyəsən yeni nəsl şiələrin arasında bu firqəni yaradandır və ilk şəxsdir ki, şiə müctəhidlərinin üzünə məzəmmət qapısını açıblar. O, "fəvaidul- mədinə" kitabında şiə müctəhidlərinə hücum edərək onları məzəmmət edib və haqq dini xarab etməkdə onları müqəssir bilir.

Onun etiqadına əsasən şiə alimlərinin indiki ictihadı şiənin qədim alimlərinin ictihadı əsasına deyil. O deyir: Quran ayələri möhkəm, mütəşabih, nasix və mənsuxdan ibarətdir və ondan hökmləri ələ gətirmək sadəliklə mümkün deyil. Bu cəhətdən o, əxbara (hədis, rəvayətə) müraciət etmənin zəruriliyinə etiqadlıdır.

O deyir: Zənn və güman əsasına möjkəmlənən ictihad batildir, amma hədislərin İmamlar vasitəsilə yetişdiyinə görə qəti dəlildir. Qəti dəlillər olan yerdə zənnə boyun əymək olmaz (zənn qəbul etmək olmaz).

  1. Üsuliyyə:

Əxbarilərin qarşılığında olan İslam fəqihlərinin böyük bir dəstəsinə deyilir. Bunların etiqadı bunadıt ki, Qurandan ətraflı dəlillərə istinad etməklə İslamın şəri hökmlərini ələ gətirmək üçün sünnət, ağıl və icmaya əməl etmək lazımdır. Onlar "üsul- fiqh" elmindən də istifadə edirlər. Həmçinin bu elmin qaydalarından hesab olunan bəraət əsli, istishab, zənnə əməl etmək, və rəvayətlər arasında ayrılıq və s... kimi qaydalardan faydalanırlar. Bunlar ictihadı kifayi olan vacib bilirlər, amma səlahiyyətə uyğun inhisar zaman eyni olan vacib bilirlər.[1]

Bu iki dəstənin mühüm ixtilafını elmi vasitələr və şəri hökmə yetişməyin yolu və üslubunda görmək olar. Bu üslubda aşğıdakı məsələlərdə ixtilafın olduğunu söyləmək olar.

  1. İctihad və təqlid:

Üsulilər ictihadı qəbul edirlər və müctəhid olmayanın müctəhidə və mütəxəssisə tabe olmasını və terminlə desək təqlid etməsini zəruri bilirlər, amma əxbarilər ictihadı və müctəhiddən təqlid etməyi qadağan ediblər.

  1. İbtidai təqlid:

Üsulilər ölmüş müctəhiddən ibtidai təqlidi cayiz bilmirlər, amma əxbarilər deyirlər: Mütəxəssisə və mərcəi- təqlidə müraciətdə onun diri ya ölü olması heç bir dəyişiklik yaratmır.

  1. Əxbarilər,

şiənin dörd dənəlik kitablarının hamısının səhih olduğunu güman edirlər. Çünki, bu xəbərləri (hədisləri) toplayanlar səhih (düzgün) hədisləri seçib götürüb, səhih olmayan hədisləri isə ixtisara salıblar (yazmayıblar). Onlar hədislərin dörd yerə (səhih- həsən- müvəssəq- zərf) bölünməsini qəbul etmirlər. Amma üsulilər bu məsələlərdə onlarla müxalifdirlər.

  1. Ümumi üsulilər:

Qobhe təklif bimala yutaq (taqətdən artıq təklif qəbahətlidir, bəyənilməzdir), qobhe iqab bila bəyan (yolu göstərmədən və bəyan etmədən cəzalandırmaq qəbahətlidir) və s... kimi işləri qəbul edirlər, amma əxbarilər bu əqli məsələləri qəbul etmirlər.

  1. Quranın zahirinin höccət olması:

Əxbarilərin nəzərinə əsasən əgər Quran ayələri hədis və rəvayət vasitəsilə təfsir olunmaya onların zahirinə əməl etmək olmaz. Amma üsulilər Quranın zahirini rəvayət olmayan yerdə belə höccət bilirlər.[2] İki əsr əxbari və üsuli alimlərin arasında dərin ixtilaf olub. Əxbarilər üsulilərə qalib idilər. Ağa Məhəmməd Baqir Vahid Bəhbəhani (vəfatı 1208 h q.) şəraiti dəyişdirdi və onun vaxtından müctəhidlər əxbarilərə qalib oldular. Bu gün əxbarilər daha çox azlığı təşkil edirlər.[3]

 


[1] - Dairətul- məarife təşəyyo, firqələrə giriş, əlavə və dəyişikliklə birgə.

[2] - Hövzənin bazası.

[3] - Dairətul- məarife təşəyyo.

 

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Təsadüfi suallar

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    162868 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    154912 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    117742 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    109678 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    98776 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    91288 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    53340 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    45192 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    43707 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    42868 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...