Please Wait
Baxanların
7171
İnternetə qoyma tarixi: 2012/02/13
Saytın kodu fa7381 Arxiv kodu 21644
Dəstə Məsumların (Əleyhimussəlam) sirəsi
Sualın xülasəsi
“Aşura” ziyarətində Əhli-beyt (əleyhimus-salam) düşmənlərinə yüz dəfə lənət oxumaq, habelə İmam Hüseyn (əleyhis-salam)-a yüz dəfə salam göndərməyin necəliyinin sənədi
Sual
Bəzi alimlər inanırlar ki, müqəddəs “Aşura” ziyarətində Əhli-beyt düşmənlərini yüz dəfə lənətləmək və imam Hüseyn (əleyhis-salam)-a yüz dəfə salam göndərmək əvəzinə bu cümlələrin təkcə axır hissəsini təkrarlamaq kifayətdir və ziyarətin bu cümlələrinin hamısını yüz dəfə oxumağa ehtiyac yoxdur. Əgər bu söz səhihdirsə, lütfən onun sənədini bəyan edin.
Qısa cavab

“Aşura” ziyarətinin axırında imam Hüseyn (əleyhis-salam)-a yüz dəfə salam göndərmək və onun düşmənlərini yüz dəfə lənətləmək üçün kifayət qədər fürsət olmasa, bu ziyarəti başqa cür də oxumaq və onun savabını qazanmaq olar. İmam Hadi (əleyhis-salam)-dan  belə nəql olunur: “Hər kəs Aşura ziyarətinin (Əhli-beytin düşmənlərinə) lənətə şamil olan cümləsini – “Əllahumməl’ən əvvələ zalimin zələmə ...” bir dəfə kamil oxusa, sonra 99 dəfə “Əllahumməl’ənhum cəmiən” desə, Əhli-beyt düşmənlərinin lənətlənməsinə şamil olan bu cümlələrin hamısını yüz dəfə oxuyan şəxs kimidir. Həmçinin əgər salam olan hissəsini də bir dəfə axıra kimi oxuduqdan sonra 99 dəfə “Əssəlamu ələl-Huseyn və əla Əliyyibnil-Huseyn və əla ovladil-Huseyn və əla əshabil-Huseyn” desə, salam verilən hissənin hamısını yüz dəfə oxumuş şəxs kimidir.”[1]



[1] “Şifaus-südur fi şərhi ziyarətil-Aşur”, Hacı Mirzə Əbul-Fəzl Tehrani Kəlantər (1273-1316 qəməri illər), tədqiqat və təkmil: Seyid Əli Müvəhhid Əbtəhi İsfahani, Qum, “Seyiduş-şühəda” çapı, 1368-ci şəmsi il (iki cildlik)

Ətreaflı cavab
Бу суалын изаһлы ҹавабы јохдур.