Ətraflı axtarış
Baxanların
11383
İnternetə qoyma tarixi: 2011/06/28
Sualın xülasəsi
Hicabın fəlsəfəsi nədir? Niyə görə İslam qadınlara məhdudiyyət qoyur?
Sual
Hicabın fəlsəfəsi nədir? İslamda deyilir ki, kişi və qadın bərabər yaradılmışdır. Bəs niyə İslam təkcə qadınlara məhdudiyyət qoyur? Əgər kişi və qadın arasında fərq yoxdursa, onda kişilərin də hicabı olmalıdır.
Qısa cavab

Qadın və kişi bəzi aspektdən; vahid zat və gövhərdən yaradılışda, təhsil almaq, qələm və söz azadlığı və s. kimi ictimai hüquqlardan yararlanmada bərabərdirlər.

Lakin fiziki və ruhi cəhətdən bir-biri ilə çox sayda fərqləri vardır və bu fərqliliklər ictimaiyyətdə hicabı qorumaq və ona riayət etmək kimi hökmlərin özünəməxsus qanuna malik olmasına səbəb olur. Qadın gözəllik təcəssümü, kişi isə eşq simvoludur. Təbii ki, kişiyə deyil, qadına özünü nümayiş etdirməməsi deyilməldir.

Əlbəttə belə də deyil ki, örtünmək sırf qadınlara məxsusdur və kişilərin hicaba əsla ehtiyacı yoxdur.

Ətreaflı cavab

Cavabın aydın olması üçün bir neçə nöqtəyə diqqət yetirmək zəruridir:

1.   Qadın və kişi bəzi aspektdən; vahid zat və gövhərdən yaradılışda[1], ailə qurmaq, təlim və tərbiyə, hüquq haqqı, fikir azadlığı, söz və qələm azadlığı və s. kimi ictimai hüquqlardan yararlanmada bərabərdirlər.

2.   Qadın və kişi bir çox aspektdən bərabər olmaları ilə yanaşı bir çox cəhətlərdən də fərqlidirlər.

Əllamə Təbatəbai bu mövzu haqqında belə deyir: "Qadın kişi ilə müştərək cəhətlərə malik olmaqla yanaşı, bəzi cəhətlərdən onunla fərqlidir. Çünki qadının beyin, qəlb, damar, əsəb sistemi, boy və çəki kimi quruluş xüsusiyyətləri (Anatomiyada izah edildiyi kimi) kişidəki xüsusiyyətlərdən geridədir. Bu da kişinin möhkəm və cüssəli cisiminin müqabilində qadının zərif və lətif cismə malik olmasına, habelə dostluq, qəlb kövrəkliyi, gözəlliyə aludəlik, bəzənməyə meyllilik kimi incə hisslərin qadında və idealistliyin kişidə qabarıq olmasına səbəb olur. Beləliklə, qadın həyatı "sentimental", kişi həyatı isə "idealist" həyatdır."[2]

3.   Örtük əsil mənada qadınlara məxsus deyil və bir həddə qədər kişilərə də lazımdır.[3]

4.   Bizim nəzərimizcə qadın örtüyün fəlsəfəsi bir neçə məqama qayıdır. Onlardan bəziləri ruhi, bəziləri ailəvi və bəziləri də ictimaidir yönlüdür.

a.   Ruhi yöndən hicab cəmiyyətin psixoloji sağlamlığına kömək edir.

b.   Ailəvi yöndən hicab ailə üzvləri arasında əlaqələrin möhkəmlənməsinə və ər-arvad münasibətlərinin tam səmimiliyinə səbəb olur.

c.   İctimai yöndən isə hicab iş qüvvəsinin haqqının hifzinə və ictimai fəaliyyətin qorunmasına səbəbdir.

Başqa sözlə desək, İslam cinsi ləzzət növlərinin (gözlə, toxunmaqla və s. kimi) ailə mühiti və qanuni nigah çərçivəsinə sığmasını, ictimaiyyətin isə sırf iş və fəaliyyət üçün olmasını istəyir. İndiki dövrdə iş və fəaliyyəti cinsi ləzzətlər ilə qarışdıran Qərb sisteminin əksinə olaraq İslam bu iki mühitin tam şəkildə bir-birindən ayrı olmasını istəyir.[4]

5.   Deyilənlərdən əlavə qadınların artıq və tam örtünməsinin zərurətinə sübut onlardakı xas xüsusiyyətlərin mövcudluğudur. Çünki qadın gözəllik təcəssümü, kişi isə eşq simvoludur. Təbii ki, kişiyə deyil, qadına özünü nümayiş etdirməməsi deyilməldir. Kişilərə (qadınlar kimi) örtünmə əmri verilmədiyi halda onlar praktiki surətdə qadınlardan daha örtülü formada evdən çıxırlar. Çünki kişi özünü göstərməyə meylli qadından fərqli olaraq, özünü nümayişə yox, baxmaq və göz gəzdirməyə meyllidir.

Kişinin göz gəzdirməyə meylliliyi qadını daha çox özünü göstərməyə sövq edir və bu cəhətdən "təbrəc" (bəzənmək) qadının xüsusiyyətlərindəndir.[5]

Qadının daha çox örtünməsi onun kişi qarşısında dəyərinin artmasına səbəb olması sonuncu nöqtədir.

Qadının özü ilə kişi arasında pərdə saxlaması məxvi vasitələrdən biridir. Qadın məqam və cəmiyyətdə tutduğu yerin kişi müqabilində qorunması üçün ondan istifadə etmişdir. İslam qadını bu vasitədən istifadəyə sövq edir. İslam qadının daha mətinli, vüqarlı və iffətli hərəkət etməsinə və özünü kişilərə nümayiş etdirməməsinə təkid etmişdirsə, bu onun ehtiramının artmasından ötrüdür. Həmçinin hamının asanlıqla əldə etdiyi dəyərsiz bir mala çevrilməsin.[6]

Başqa sözlə desək, İslamın təyin etdiyi həddə qadının örtülü olması onun böyüklük və ehtiramının artmasına səbəbdir. Çünki, onu əxlaqsız fərdlərin təcavüzündən amanda saxlayır. Deməli, hicab məhdudiyyət deyil, bəlkə toxunulmazlıqdır. Həm qadını, həm də cəmiyyəti günaha batmaqdan amanda saxlayır.

Ətraflı məlumat üçün:

1.           Ayətullah Əhməd Mühsini Qorqani, "Dər nab dər sədəfi-hicab" İslam elmləri nəşriyyatı

2.           Məhəmmədi İştihardi, Məhəmməd, "Hicab bəyangəri-şəxsiyyət", ilk çap, "Müavinəti-mübarizə" nəşri ilə "Məfasidi-İctimaiyi-NACA" nəşri

3.           Rəzzaqi, Əhməd, "Fəsad amilləri və hicabsızlıq və onlarla mübarizə yolları", Dördüncü çap, "Sazmani-təbliğati-İslami" nəşriyyatı. 1371 şəmsi tarixlə.

4.           Şücai, Məhəmməd, "Dürr və sədəf", Üçüncü çap, nəşr: 1378 hicri-şəmsi

5.           Mütəhhəri, Mürtəza, "Hicab məsələsi", "Sədra" nəşriyyatı

6.           Qiraəti, Möhsin, "İslamda qadın örtüyü", doqquzuncu çap, "Nasir" nəşri. 1370 h.ş.

7.           Cəvadi, Amuli, "Qadın cəlal və camal güzgüsündə", ikinci çap, "Fərhəngi-rəca" nəşri. 1370 h.ş.

8.           Fəttahizadə, Fəthiyyə, "Hicab, Quran və sünnə baxımından", İkinci çap, "Dəftəri-təbliğati-İslami" nəşri, 1376 h.ş.



[1] - "Nisa", 1

«"یا ایها الناس اتقوا ربکم الذی خلقکم من نفس واحدة و خلق منها زوجها و بث منهما رجالا کثیرا و نساء و اتقوا الله الذی تسالون به و الارحام ان الله کان علیکم رقیبا".»

[2] - "Əl-Mizan" tərcüməsi, cild.2, səh. 416

[3] - Məsələn övrəti örtmək vacibdir. Bədənin başqa yerlərini isə naməhrəmin görməsinə, fitnə və fəsada səbəb olarsa örtmək vacibdir. Məgər baş və üz kimi adətən açıq olan yerlər. "Yeni məsələlər", cild 7, səh. 228

[4] - Mürtəza Mütəhhəri, "Məcmuəye-asar", cild. 19, səh. 432

[5] - Mürtəza Mütəhhəri, "Məcmuəye-asar", cild. 19, Hicab məsələsi, övrətin örtülməsi

[6] - Bax: Yenə orada, az dəyişikliklə

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Təsadüfi suallar

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    162867 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    154911 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    117742 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    109678 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    98772 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    91287 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    53338 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    45191 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    43707 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    42867 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...