Ətraflı axtarış
Baxanların
27308
İnternetə qoyma tarixi: 2010/08/13
Sualın xülasəsi
Üzün gözəlliyi üçün zikr varmı?
Sual
Üzün gözəlliyi üçün zikr varmı?
Qısa cavab

İslam nəzərindən gözəllik, maddi və mənəvi gözəlliyə bölünür. Üzün mənəvi gözəlliyi, namaz kimi mənəvi işlərlə əldə olunur. Amma üzün zahiri və maddi gözəlliyi, təbii formada maddi əməllər vasitəsi ilə əldə olunur.

Mənəvi gözəllik rəvayətlər nəzərindən: Mənəvi gözəllikdə müxtəlif zikr və əməllər təsirlidir. Məsələn rəvayətlərin birində İmam Sadiq (ə) buyurur: "Gecə namazı üzü nurani edir". Üzün nurani olması, gecə namazı kimi mənəvi əməllər vasitəsi ilə əldə olunan mənəvi məsələlərdəndir.

Maddi gözəllik: Rəvayətlər nəzərindən, üzün maddi gözəlliyində müxtəlif səbəblər təsirlidir. Məsələn burunun tükünü almaq, armud yemək, çox yeməmək və...

Buna əsasən, zikr barəsində etdiyimiz sual, mənəvi işlərə aiddir. Zikrlə insanın maddi üzünü dəyişmək olmaz. Biz insanların maddi gözəlliyi üçün, maddi əməllər qərar verilibdir.

Ətreaflı cavab

İslam nəzərindən gözəllik maddi və mənəvi gözəlliyə bölünür. Mənəvi gözəlliyi əldə etməyə daha çox təkid olubdur, baxmayaraq ki, maddi gözəlliyi də əldə etməyə tövsiyə olubdur. Amma diqqətə layiq məsələ budur ki, üzün mənəvi gözəlliyi mənəvi əməllər (namaz kimi) vasitəsi ilə əldə olunur. Üzün maddi və zahiri gözəlliyi də, təbii formada maddi işlər vasitəsi ilə əldə olunur.

Buna əsasən, bu sualın cavabın neçə formada vermək olar:

Gözəlliyin mənası.

Qurani- kərimdə və hədislərdə, "gözəl və gözəllik" mənası üçün "hüsn" və "camal və cəmil" kəlmələri istifadə olmuşdur. "Hüsn" yəni şadlıq gətirən və yaxşı olan gözəllik, yaxşılıq və ya hər hansı bir şey.[1]

Hüsn və camal eyni mənadadırlar.[2] Amma "camal" və cəmil" çox gözəllik mənasındadır.[3] Bu kəlmələr Qurani- kərimdə bu kəlmələr müxtəlif formada (məsdər və ism kimi) istifadə olub və bu mənada olan gözəllik təriflənmişdir. Məsələn: "... قُولُوا لِلنَّاسِ حُسْناً..."[4] İnsanlarla xoş danışın. " إِنْ تَمْسَسْكُمْ حَسَنَة..."[5] Sizə bir mənfəət yetişəndə onları qəmgin edir.

" فيهِنَّ خَيْراتٌ حِسان"[6] Orada (o cənnətin hamısında) xoş xasiyyətli, gözəl üzlü qadınlar vardır.

" فَاصْبِرْ صَبْراً جَميلاً"[7] Mətanətlə (gözəl) səbr et. (Cəmil səbr, gözəl və yaxşı dözüm mənasındadır. O davamlı, ümidsizliyin ona təsir göstərmədiyi və ah və nalə və dözümsüzlüyün ona yol tapa bilmədiyi bior səbr və müqavimətdir).[8]

Xülasə budur ki, bu kəlmələr müsbət və yaxşı mənada istifadə olunub və Allah- Taalanın bəndələri üçün yaxşı və şad xəbərlər daşıyır.

Maddi və mənəvi sualın cavabını hər iki tərəfdən araşdıracağıq:

Mənəvi gözəllik

Zahiri və maddi gözəllik (üzün gözəlliyi kimi) barəsində danışmazdan qabaq, mənəvi və daxili gözəllik və bu gözəlliyi Peyğəmbər (s) və İmamlar (ə)- ın hədisləri baxımından necə yaratmaq barəsində danışacağıq. Burada bu rəvayətlərin bəzisinə işarə edirik:

  1. İmam Əli (ə): "İnsanın gözəlliyi onun dözümlülüyündədir".[9] Çünki dözümlülüyün insanın ruhuna verdiyi aramlıq, insanın əxlaq və rəftarını çətinliklər və bəlalar qarşısında gözəlləşdirir.
  2. İmam Əli (ə): Möminin gözəlliyi onun təqvasındadır".[10]
  3. İmam Həsən Əsgəri (ə): Ağılın gözəlliyi, insanın daxili (mənəvi) gözəlliyidir".[11]
  4. Peyğəmbər (s): "Gecə namazı qılan insanın üzü gündüz gözəl olar".[12]
  5. İmam Əli (ə): "... Namaz, üzün nuraniliyidir..."[13]
  6. İmam Sadiq 9ə): "Gecə namazı üzü nurani edər"[14]

İnsanın mənəvi gözəllik və nuraniliyinə səbəb olan digər rəvayətlər də mövcuddur.

Maddi gözəllik

Hədislərdə, mənəvi gözəllikdən əlavə, maddi və zahiri gözəlliyə də əhəmiyyət verilib ki, maddi vasitələrlə əldə olunur. Rəvayətlər nəzərindən, üzün maddi gözəlliyində, müxtəlif səbəblər təsirlidir. Aşağıda maddi və zahiri gözəllik və insanın üzünü pis edənlər barəsində olan bəzi rəvayətlərə işarə edirik:

  1. İmam Sadiq (ə): Burunun tükünü almaq, üzün gözəlliyinə səbəbdir."[15]
  2. İmam Əli (ə) buyurur: Peyğəmbərlər (s) buyurdu: "Qardaşım İsa (ə) bir şəhərdən keçirdi və orada bir kişi və qadın qışqırdılar. Həzrət onlara buyurdu: Sizə nə olub və niyə qışqırırsınız? O kişi dedi: Ey Allahın Peyğəmbəri! Bu mənim həyat yoldaşımdır və heç bir pis iş də görməyib, əksinə əməl saleh bir qadındır. Amma bununla belə ondan ayrılmaq istəyirəm. Həzrət İsa (ə) buyurdu: De görüm onda hansı eyb var ki, ondan ayrılmaq istəyirsən? O kişi dedi: Qocalmamış üzü solğun və kobudlaşıbdır. Həzrət o qadına buyurdu: Ey xanım üzünün gözəlliyinin sənə qayıtmasını istəyirsənmi? O qadın dedi: Bəli. Həzrət buyurdu: Yemək yeyən zaman gərək doymamış ondan əl götürəsən. Çünki yemək mədə və qarında çox olanda, üzün gözəlliyini aparır. Qadın buna əməl etdi, üzünün gözəlliyi yenidən qayıtdı."[16]
  3. İmam Sadiq (ə): Həna pis iyi aradan aparar, üzü gözəl və təravətli edər, ağızı xoş iyli edər və insanın övladlarını gözəl və yaxşı üzlü edər.[17]
  4. Başı sərşur (torpaq növü) palçığı ilə yumaq, üzü pisləşdirər.[18]
  5. İmam Musa Kazım (ə)- dan olan bir rəvayətdə deyilir:
  6. İmam Sadiq (ə): "Armud üzü gözəlləşdirir".[19]
  7. İmam Sadiq (ə)- dan olan bir rəvayətdə deyilir: Kasni (bitki növü) bitkisi üzü gözəlləşdirər.[20]

Üzün maddi gözəlliyi barəsində digər rəvayətlər də, mövcuddur.

Buna əsasən, zikr barəsində etdiyiniz sual, mənəvi məsələlərə aiddir. Zikrlə insanın maddi simasını dəyişmək və gözələşdirmək olmaz. Biz insanların maddi gözəlliyi üçün, maddi işlər mövcuddur.

 


[1] - avər Pənah, Əbəlfəzl, Ənvarul- irfan fi təfsiril- Quran, cild 6, səh 412- 413, Sədr nəşriyyatı, Tehran, çap birinci, 1375 hicri; Qorşi, seyid Əli Əkbər, Qanusi- Quran, cild 2, səh 134, Darul- kutubul- islamiyyə, Tehran, çap altıncı, 1371, jicri şəmsi; Rağib İsfəhani, Hüseyn bin Məhəmməd, Əl- müfrədat fi qəribil- Quran, səh 235, Darul- elmi əddariş- şamiyə, Dəməşq Beyrut, çap birinci, 1412 hicri qəməri.

[2] - Ət- təhqiq fi kəlimatil- Quranil- kərim, cild 2, səh 109; Əl- müfrədat fi qəribil- Quran, səh 202.

[3] - Qamusi- Quran, cild 2, səh 52, Əl- müfrədat fi qəribil- Quran, səh 202.

[4] - Bəqərə surəsi, ayə 83.

[5] - Ali- imran surəsi, ayə 120ş

[6] - Ər- rəhman surəsi, ayə 70.

[7] - Əl- məaric surəsi, ayə 5.

[8] - Məkarim Şirazi, Nasir, Təfsiri nümunə, cild 25, səh 17, Darul- kutubul- İslamiyyə, Tehran, çap birinci, 1374 hicri şəmsi.

[9] - Təmimi, Amədi, Əbdül- vahid bin Məhəmməd, Qürərul- hikəm, səh 285, h 6392, Təbliğat dəftərinin nəşriyyatı, Qum, 1366 hicri şəmsi:

«جمال الرجل حلمه»

[10] - Ğurərul- hikəm, səh 269, h 5862:

«جمال المؤمن ورعه»

[11] - Məclisi, Məhəmməd Baqir, Biharul- ənvar, cild 1, səh 95, h 37, Əl- vəfa müəssisəsi, Beyrut, Livan:

«وَ حُسْنُ الْعَقْلِ جَمَالٌ بَاطِنٌ»

[12] - Tusi, Əbu Cəfər Məhəmməd bin Həsən, Təhzibul- əhkam, cild 2, səh 119, h 217, Darul- kutubul- İslamiyyə, Tehran, çap dördüncü, 1407 hicri qəməri:

«مَنْ صَلَّى بِاللَّيْلِ حَسُنَ وَجْهُهُ بِالنَّهَارِ»

[13] - Şəiri, Tacəddin, Cameul- əxbar, səh 72, Rəzi nəşriyyatı, Qum, 1363 hicri şəmsi.

[14] - Hürr Amuli, Məhəməd bin Həsən, Vəsailuş- şiə, cild 8, səh 151- 152, h 10278, Alul- beyt müəssisəsi, Qum, çap birinci, 1409 hicri qəməri.

«صَلَاةُ اللَّيْلِ تُحَسِّنُ الْوَجْه‏»

[15] - Kuleyni, Məhəmməd bin Yəqub, Əl- kafi, cild 6, səh 488, Darul- kutubul- İslamiyyə, Tehran, 1365 hicri şəmsi:

«أَخْذُ الشَّعْرِ مِنَ الْأَنْفِ يُحَسِّنُ الْوَجْهَ»

[16] - Şeyx Səduq, İləluş- şərai, Zəhəni Tehraninin tərcüməsi, Seyid Məhəmməd Cavad, cild 2, səh 590- 591, Möminin nəşriyyatı, Qum, çap birinci, 1380 hicri şəmsi.

[17] - Əl- kafi, cild 6, səh 484:

«الْحِنَّاءُ يَذْهَبُ بِالسَّهَكِ وَ يَزِيدُ فِي مَاءِ الْوَجْهِ وَ يُطَيِّبُ النَّكْهَةَ وَ يُحَسِّنُ الْوَلَدَ»

[18] - Şeyx Səduq, İləluş- şərai, cild 1, səh 292, Davəri nəşriyyatı, Qum, çap birinci.

[19] - Biharul- ənvar, cild 69, səh 170:

«السَّفَرْجَلُ يُحَسِّنُ الْوَجْه»

[20] - Biharul- ənvar, cild 63, səh 208.

 

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    162769 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    154454 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    117603 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    109491 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    98130 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    91132 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    53244 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    44708 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    43584 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    42709 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...