Ətraflı axtarış
Baxanların
9027
İnternetə qoyma tarixi: 2011/03/06
Sualın xülasəsi
İnsanlarda təfavüt və ixtilafların fəlsəfəsi, o cümlədən çirkinlik və gözəlik, hidayət və zəlalət və s. nədir?
Sual
İnsanlarda təfavütlərin və ayrı-seçkiliklərin varlığı Allah-taalanın ədaləti ilə necə izah olunur? Həmçinin bəla və müsibətlərin varlığının zərurəti nədir? Nə üçün Allah-taala birinə ruzi verir, digərinə yox; birini gözəl, digərini çirkin xəlq edir; birini hidayət edir, digərini isə boşlayır?
Qısa cavab

Ədalətin müxtəlif mənaları vardır, o cümlədən: mürəkkəb hissələrdən təşkil olunmuş bir məcmuənin hissələrinin tənzimli, müvazinətli olması, ayrı-ayrı insanların hüququna riayət etmək, haqq sahibinin haqqını özünə vermək, vücud ifazə (əta) eləməkdə ləyaqəti riayət etmək, bərabərlik, hər növ ayrı-seçkiliyin inkar edilməsi. Amma suala münasib olan məna bərabərlik və hər növ ayrı-seçkiliyin inkar edilməsidir. Bunun müqabilində zülm və ayrı-seçkilik dayanır. Yəni müxtəlif şəraitlərdə hər kəslə və hər bir şeylə eyni səviyyədə davranmaq və ya bərabər şərtlər daxilində müxtəlif rəftarların büruz edilməsi.

Varlıqların Allahla əlaqədar malik olduqları “haqlı olmaq” və “ləyaqət” məfhumu – ehtiyac, imkan, vücud və ya vücudun kamalı mənasınadır və hər bir mövcud Allah-taalanın tam fail və fəyyaz olmasının hökmü ilə layıq olduğu şeyləri əldə edir. Əgər hər bir çatışmazlıq müşahidə olunursa, Allah tərəfindən deyil, feyzi qəbul edən şəxsin tutumu nahiyəsindəndir.

Amma “Allah-taala dünyanı və onda mövcud olan varlıqları nə üçün belə yaratmışdır?” və ya “görəsən, Allahın felləri müəyyən məqsədlər üzündən yerinə yetirilir, ya yox?” sualına gəldikdə isə, mötəzilənin nəzəriyyəsinə müvafiq və əşairənin nəzəriyyəsinin əksinə olaraq Allah-taala müəyyən hədəfləri izləyir, məsləhətləri nəzərdə tutulur və ən gözəl olanı seçmək əsasında əməl edir. Buna görə də varlıq aləmi ən gözəl quruluşdadır. Şiə islam filosofları məqsədi (buna ğayət deyilir) “felin ğayəti (işin, əməlin hədəfi)” və “failin ğayəti (iş görənin hədəfi)” kimi iki qismə böldükdən sonra hər bir felin (işin, əməlin) müəyyən bir hədəfə malik olduğunu qəbul etmiş, Allah-taalanın müqəddəs zatını da hər bir şeyin son məramı, yəni “ğayətul-ğayat” (hədəflərin hədəfi)  hesab etmiş və demişlər ki, bütün əşyalar Ondan nəşət tapmış və Ona doğru da qayıdır: “Həqiqətən qayıdış Rəbbinə doğrudur.”

Varlıq aləmindəki əşyaların yaradılıb tərbiyə edilməsinin necəliyi onların zati bir xüsusiyyəti olub vücudlarının eynidir və onların hamısı bir ilahi iradə ilə gerçəkləşib (malik olduqları xislətlərlə birgə) vücuda gəlmişdir. Nəinki bir iradə ilə vücuda gəlib başqa bir iradə ilə sistemə düşmüş, tənzim olunmuş  olsun ki, bundan qabaq vücudu və haqqı olmuş olsun.

Varlıq aləmində nəzərə çarpan ixtilaflar həqiqətdə ayrı-seçkilik yox, təfavütdür. Ədalətə zidd olan şey də təfavüt deyil, ayrı-seçkilikdir. Bütün aləmə hakim olan səbəb-nəticə qanununa əsasən, təfavüt varlıqların zati xassələridir. Çünki hər bir səbəbdən xüsusi bir məlul (nəticə) baş verir (vücuda gəlir). Səbəblər müxtəlif olduğuna görə nəticələr də müxtəlif olacaqdır. Nəticənin öz səbəbindən təxəllüf etməsi (ayrı düşməsi) qeyri-mümkündür; nəticə öz səbəbi ilə uyğun olmalıdır (buna “sinxiyyət” – tənasüb və uyğunluq deyilir). Bundan əlavə, ixtilafda elə müsbət nəticələr vardır ki, həmin nəticələr eyni səviyyədə olmaqda yoxdur. Misal üçün, hərəkət və s.-ni qeyd etmək olar. Aləm bir insan orqanizminə bənzəyir: onun külliyyatının yaranıb həyata keçməsi üçün müxtəlif hissələr bir-birinin yanında və müəyyən nisbətdə cəm olmalıdır. Buna görə də ən gözəl varlıq sistemindən ibarət olan aləmin yaranması üçün (ayrı-seçkilik deyil) təfavütün varlığı zəruridir. Əgər gözəlliklə çirkinlik yanaşı olmasaydı, nə gözəllik gözəl olardı, nə də çirkinlik çirkin.

Amma bəla və müsibətlərə gəldikdə isə, demək lazımdır ki, varlıq aləmində müxtəlif bəla və müsibət növləri mövcuddur: bəzi bəlalar insanın öz əməllərinin nəticəsidir. Bəzilərinin səhlənkarlığı nəticəsində baş verən digər bəlalar da, o cümlədən, ata-ananın rəftarı nəticəsində yaranan bəlalar, övlada nəsib olur. Bunun hər ikisi insana aiddir və Allaha aid istinad verilməsi düzgün deyildir.

Bəzən bəla günahın aradan qaldırılması, təmizlənməsi üçün baş verir və həqiqətdə günahların kəffarəsi (cəriməsi) sayılır. Belə müsibət və bəlalar insanın qəflət yuxusundan ayılmasına səbəb olur, yaxud bəzən ayrı-ayrı insanların imtahan olunub təkamülə çatması üçün baş verir. Bunun nəinki ədalətlə təzadı yoxdur, üstəlik eynilə Allah tərəfindən olan rəhmət və kəramətdir.

Amma “nə üçün Allah bəzi insanlara ruzi verir, bəzilərini isə ruzidən məhrum edir?” sualına gəldikdə isə, bu, düzgün söz deyildir. Çünki bütün canlıların ruzisi Allahın öhdəsinədir. Lakin ruzini axtarmaq üçün səy edib fəaliyyət göstərmək və bu yolda çalışmaq bəndələrin vəzifəsidir, bütün zahiri və qeyri-zahiri səbəblərin cəm olunub tərtibə salınması ilahi təqdir əsasındadır. Allah-taala bir kəsi heç bir səbəb olmadan ruzidən məhrum etmir.

Rəvayətlərdə iki növ ruzi qeyd olunur: tələb edən və tələb olunan ruzi. Tələb edən ruzi o ruzidir ki, özü insanın arxasınca gəlir, tələb olunan ruzi isə o ruzidir ki, insan onun ardınca gedir. Tələb edən ruzi eynilə insanın vücudu, varlığı, ömrü və s.-dir. Tələb olunan ruzi isə insanların səy və fəaliyyət göstərməsi və lazımi imkanlardan istifadə etməsi ilə əldə olunur.

İlahi hidayət və zəlalət barəsində də demək olar ki, Allahın hidayəti iki növdür: təkvini və təşrii. Təkvini hidayət də ümumi və xüsusi olaraq iki qismə bölünür. Ümumi təkvini hidayət bütün bəndələrə nəsib olur – istər kafir olsun, istərsə də mömin. Lakin xüsusi təkvini hidayət yalnız Allahın xüsusi bəndələrinə məxsusdur.

Allahın bir bəndəni zəlalətə salması (onu öz başına boşlaması) heç vaxt səbəbsiz və ilk əvvəldən baş vermir, Allahın pak və müqəddəs zatı bir səbəb olmadan heç kəsi zəlalətdə boşlamır. Amma əgər bəndə Allahın əmr və nəhylərinə (təşrii hidayətinə) tabe olmayıb günah yolunu seçərsə, Allah-taala onu öz halına boşlayır. Buna “ilahi izlal” deyilir.

Ətreaflı cavab

Sual verilir ki, məxluqların, xüsusilə insanların arasındakı təfavüt düzgündürmü? Nə üçün Allah-taala birinə ruzi verir, digərini ruzidən məhrum edir?! Birini gözəl, digərini çirkin xəlq edir?! Birini hidayət edir, digərini isə zəlalətə salır?! Bunlar Allahın ədaləti ilə təzadlı deyildirmi?!

Bu suala cavab vermək üçün ilk növbədə ədalətin mənasını araşdırmalıyıq. Bu kəlmə üçün dörd məna deyilmişdir:

1. Müvazinətli olmaq.

Müxtəlif hissə və detalların işlədildiyi və xüsusi bir hədəf, məqsəd üçün nəzərdə tutulan müəyyən bir məcmuəni nəzərə alaq. Belə ki, onda hər bir hissə üçün kəmiyyət və keyfiyyət baxımından müəyyən bir şərait olmalıdır ki, hissələr arasındakı əlaqəyə (müvazinətə) riayət olunsun. Məhz belə olan halda həmin məcmuə uzunmüddətli və əbədi qala, onun xoşa gələn əsərləri zahir ola, onun üçün nəzərdə tutulan rolu ifa edə bilər. Misal üçün, əgər bir cəmiyyət əbədi qalıb davam etmək istəyirsə, gərək mötədil və müvazinətli olsun... İctimai müvazinət cəhətindən zəruri məsələ budur ki, onun xoşa gələn əsərləri, ehtiyaclarının miqdarı nəzərdə alınsın, o ehtiyaclara mütənasib olaraq büdcə və qüvvə sərf edilsin. Məhz belə olan halda “məsləhət” məsələsi irəli gəlir. Burada məsləhət dedikdə məqsəd küllü məcmuənin ehtiyaclarını təmin edə bilən bir məsləhətdir. Belə ki, onda küllü məcmuənin qalıb davam etməsi üçün izlənilən hədəflər diqqət mərkəzində olsun.

Dünya müvazinətli və mötədil bir sistemdir. Əgər müvazinət və mötədillik olmasaydı, əbədi qalmaz, onda nəzm-intizam və hesab-kitab olmazdı.

Bu mənaya olan ədalətin qarşısında zülm yox, “tənasübün olmamağı” dayanır ki, bəhsimizin mövzusundan – ayrı-seçkilik və təfavütlər mövzusundan xaricdir. Tənasüb mənasında olan ədalət bəhsi müvazinətsizliyin, tənasüb və uyğunluğun olmamasının müqabilində dayanmaqla aləm sisteminin məcmusu və küllü nəzərindəndir; lakin zülmün müqabilində olan ədalət bəhsində hər bir fərd və hissə, başqa hissələrdən təcrid olunmuş halda nəzərə alınır.

2. Ədalətin ikinci mənası ayrı-ayrı şəxslərin hüquqlarının təmin və riayət edilməsi, haqq sahibinin haqqının özünə verilməsidir. Zülm – başqalarının hüququnu tapdalayıb zay etmək, onların hüququna təcavüz edib öz ixtiyarına keçirməkdən ibarətdir. Ədalət və zülmün bu mənası bir tərəfdən üstünlüklər prinsipinin əsasındadır, digər tərəfdən də bəşərin zatı xüsusiyyətlərindən nəşət tapır; belə ki, bir sıra etibarı düşüncələrdən istifadə edib müəyyən vacib və qadağan olunmuş məsələlər düzəltməyə, onlardan hüsnü (gözəlliyi) və qübhü (bəyənilməzliyi) çıxarmağa və s. məcbur olur. Bunlar bəşərə məxsus olan işlərdir və Allahın müqəddəs zatına belə şeylərə yol yoxdur. Çünki O, kainatın qeydsiz-şərtsiz malikidir, Onunla müqayisədə heç bir varlığın da hansısa üstünlüyü və irəliliyi yoxdur.

3. Vücud ifazə edilməsində (verilməsində) ləyaqətin riayət olunması və ifazədən mərhum etməmək; Varlıq aləmdəki mövcudlar öz qabiliyyətləri və Allah-taaladan feyzi qəbul etmək baxımından bir-biri ilə fərqlidir. Hər bir varlıq hansı mərtəbədə olursa-olsun, ifazəni qəbul etmək baxımından xüsusi istedada və tutuma malikdir. Mütləq kamal və mütləq fəyyaz olan Allah-taalanın müqəddəs zatı hər bir varlığa onun üçün mümkün olan şeyləri – vücud və kamalı əta edir və onu əsirgəmir.

Hikmət sahibləri inanırlar ki, heç bir varlıq Allah üzərində haqqa malik deyil ki, Allah o haqqı verməklə vəzifəsini yerinə yetirmiş, borcunu ödəmiş olsun. Allahın ədaləti Onun vücud fəzli ilə eynidir.

4. Ədalətin digər mənası bərabərliyin varlığı və hər növ ayrı-seçkiliyin inkar edilməsidir. Əgər məqsəd “ədalət tələb edir ki, heç bir ləyaqətə riayət olunmasın və hər bir şeylə, hər bir şəxslə eyni səviyyədə davranılsın” olsa, bu ədalət eynilə zülmdür. Amma əgər ədalət “bərabər tutum və qabiliyyət zəminində bərabərliyə riayət etmək” mənasına olsa, əlbəttə düzgün mənadır, ədalət belə bir bərabərliyi tələb edir və bu bərabərlik də onun tələbləridir.

Varlıqlar arasında ixtilaf və təfavütlə əlaqədar demək lazımdır ki: onların Allah qarşısında malik olduqları haqq və qəbul etmə ləyaqətinin məfhumu vücudun imkanı, ehtiyac və kamalın vücudu mənasınadır. Hər bir varlıq vücud imkanını, yaxud hər hansı bir növdən olan kamalın imkanını qəbul etməyə səlahiyyətli olsa, Özünün tam fail və ifazəsi, fəyyazlığı vacib olmasının hökmü ilə Mütəal Allah ona vücud və ya kamalı ifazə edir. “Allahın ədaləti” bütün varlıqlar barəsində ümumi feyz, ehsan və bəxşiş hüdudlarının genişliyi mənasınadır. Belə ki, o varlıqlar “vücud” (varlıq) imkanından, yaxud varlıqda kamaldan bəhrələnirlər. Allah-taala da bunların arasında heç bir ayrı-seçkilik qoymur, onları məhrum etmir.[1]

Sual oluna bilər ki, nə üçün Allah-taala bu dünyanı və onun varlıqlarını belə yaratmışdır?! Nə üçün müxtəlif əşyalar qabiliyyət, imkan və istehqaqda (layiq olmaqda) bir-biri ilə fərqlidir? Allah-taalanın işləri və felləri insanların felləri kimi, müəyyən səbəblər üzündən irəli gəlirmi və qərəzlər üzündən yaranırmı? Allahın işlərində də insanların işləri kimi “niyə və nə üçün?” sualları verilir?

Mötəzilə firqəsi Allahın işlərində müəyyən məqsədin izləndiyinə inanır və ğayətin (hədəfin) olduğunu deyirlər. Allah-taalanın Quranda təkrar bəyan olunan “Həkim” sifətini həmin mənaya yozaraq deyirlər ki, Onun da işləri müəyyən hədəfə malikdir, işlərini müəyyən və konkret hədəflər əsasında, ən gözəlini seçib üstünlük verməklə və tam kamil bilik üzərindən əncam verir. Buna əsasən, mövcud quruluş və nizam (sistem) ən gözəl və ən kamil sistemdir, yəni ən gözəl surətdə və mümkün olan ən gözəl şəkildə xəlq olunmuşdur.

Əşairə firqəsi isə Allah-taalanın fellərindəki qərəz (məqsəd) və ğayəti inkar edir və Qurandakı “hikmət”in məfhumunu ədalətə izah edirlər. Onlar deyirlər ki, Allah-taalanın əncam verdiyi hər bir şey hikmətdir, nəinki Allah hikmətli olan şeyləri əncam vermiş olsun. Bu qrupun nəzərindən “Allahın felləri bir sıra məsləhətlər üzündən baş verir” demək səhv sayılır.[2]

Şiə fəlsəfəsi və kəlam məktəbində tövhidlə əlaqədar məsələlərdə bütün nəzəriyyələr tövhid əsasındadır. Buna görə də ğayət (hədəf) və qərəz (məqsəd) məsələsinin feldə (işdə) və faildə (iş görəndə) olan ğayətlərə bölgüsündən sonra, eləcə də Allah-taala barəsində hikmətin məfhumunun “inayət” məfhumuna və əşyaları, onların ğayətlərinə (yaradıldıqları hədəfə) çatdırmaq mənasına olması ilə məsələ aydın olur. İslam həkimlərinin (filosoflarının)  nəzərinə görə hər bir işin ğayəti (hədəfi) vardır və Allah-taalanın müqəddəs zatı küllü ğayətdir, yəni ğayətlərin sonudur. Bütün varlıqlar Ona doğru qayıdır: “Həqiqətən qayıdış yeri yalnız Rəbbinə doğrudur.”[3]

“Dünyanın varlıq sistemi onun zati məsələsidirmi?” sualına cavabda demək lazımdır ki, varlıqların tərtibi və nizamı onların vücudu ilə eynilik təşkil edir və Allah tərəfindən onlara ifazə olunur. Onlara nizam bağışlayan da Allahın vahid bir iradəsidir, amma nəinki, bir iradə ilə onları yaratmış, digər iradə ilə onlara nizam bağışlamış olsun; yəni əgər sistemdən ikinci iradə götürülsə, onların əsl yaranışına təəllüq tapan iradə qalmış olsun. Tuli (biri digərinin davamında olan) nizamdakı varlıqlar elə bir səbəblə yekunlaşır ki, Allah-taalanın iradəsi birbaşa ona təəllüq tapmışdır. Allahın vücuda gətirməklə əlaqədar iradəsi bütün əşyalar və nizamlarla əlaqədar iradəsi ilə eynidir.[4]

Ayrı-seçkilik və təfavütün fərqi: Xilqətdə mövcud olan şey ayrı-seçkilik deyil, təfavütdür. Təfavüt budur ki, bərabər olmayan şəraitlərdə fərq qoyulsun, lakin ayrı-seçkilik odur ki, bərabər olan şəraitlərdə bir-biri ilə eyni olan istedad və qabiliyyətlərdə varlıqların aralarında fərq qoyulmuş olsun. Başqa sözlə desək, ayrı-seçkilik əta edənin tərəfindən, təfavüt isə qəbul edənlərin nahiyəsindəndir. Misal üçün, əgər müəllim bir-biri ilə eyni şəraitdə olan şagirdlərinə müxtəlif qiymətlər versə, bu, ayrı seçkilikdir. Lakin əgər imtahan almaqla, istedad və ləyaqətlərinə əsasən hər şagirdə bir qiymət versə, bu zaman təfavüt hasil olur.[5]

Varlıqların təfavütü onların zatı tələbləridir, səbəb-nəticə qanunundan irəli gəlir. Çünki bütün dünya əvvəldən axıra qədər vahid bir ilahi iradə ilə vücuda gəlmişdir, bəsit olan ayrı-ayrı iradələr səbəbi ilə yox. Quranı-kərim buyurur: “Biz hər bir şeyi müəyyən əndazə və qədərdə yaratdıq, Bizim işimiz birdən başqa deyildir; eynilə bir göz qırpımında baş verir.”[6]

Bu əqidəyə əsasən, yaranış üçün müəyyən və konkret tərtib, xüsusi nizam vardır. Buna görə də səbəb-nəticə qanunu vücuda gəlir, yəni hər bir nəticənin xüsusi səbəbi və hər bir səbəbin də xüsusi nəticəsi vardır. Səbəb-nəticə sistemində hər bir varlığın müəyyən və konkret yeri vardır. Yəni hər bir nəticə müəyyən və konkret bir şeyin nəticəsidir. Buna görə də nəticə öz səbəbindən ayrı düşmür. Misal üçün, insanın vücud səbəbindən heyvan gerçəkləşmir və bunun əksi də doğrudur.

Buna görə də səbəb özünün tamam zatı ilə məlunun baş verməsinin mənşəyidir. Hər bir şey özünə məxsus yerə malikdir və onun öz yerinin başqa yerdə fərz olunması onun zatının əldən verilməsi ilə bərabərdir. Quranı-kərimdə bu məsələyə işarə etmişdir.[7]

Varlıq aləmi müxtəlif hissələrdən təşkil olunan insan vücuduna (varlığına) bənzəyir ki, hər bir hissə özünə münasib olan yerdə qərarlaşmalıdır. Başqa sözlə desək, bu məcmuənin gerçəkləşməsi üçün həm hissələr bir-biri ilə müxtəlif (fərqli) olmalıdır, həm də hər bir şey özünə məxsus yerdə olmalıdır ki, ən gözəl quruluş yaranmış olsun.[8]

Dünyada təfavütün varlığı zəruridir.

Dünyanı məcmu halında nəzərə aldıqda mütləq qəbul etməliyik ki, bu küllü nizamda və ümumi müvazinətdə alçaqlıq-yüksəkliklərin, enişli-yoxuşların, əzab-ləzzətlərin, müvəffəqiyyət və məhrumiyyətlərin hamısı zəruridir. Əgər təfavüt və ixtilaf olmasaydı, onda müxtəlif varlıqlar vücuda gəlməzdi. Dünyanın gözəlliyi və əzəməti, geniş səviyyədə çeşidli və rəngarəng olması da təfavüt və ixtilafların varlığındandır. Çirkinliklər gözəllikləri bəyan edəndir. Çirkinliklərin dünyanın məcmusunun bir hissəsi olmasına və külli nizam onların varlığına bağlı olduğuna görə,  üstəlik gözəlliklərin cilvələndirilməsi və aşkar edilməsi baxımından da onların varlığı zəruridir. Əgər çirkinliklə gözəllik arasında fərq olmasaydı, onda  nə gözəllik, nə də çirkinlik məlum olmazdı. Əgər hamı eyni səviyyədə olsaydı nə hərəkat olardı, nə cazibələr, nə də eşq. Çünki hər bir şeyin eyni səviyyəli olduğu zaman bütün gözəlliklər, yaxşılıqlar, hərəkatlar, həyəcanlar və təkamül aradan gedərdi.

Cahan çün çeşmo xətto xalo əbrust,

Ke hər çizi be caye xiş nikust

Dünya göz, xətt-xal, qaş kimidir,

Ki hər şey öz yerində gözəldir.

Misal üçün, “çirkin və pis bir şeyin filan faydası vardır” sözünün mənası bu deyildir ki, filan şəxs gözəl olması mümkün olan halda məxsusən çirkin yaradılmışdır ki, digərlərinin gözəlliyinin dəyəri məlum olsun və nəticədə “nə üçün bu iş əksinə olmamışdır?!” deyə sual olunsun. Əksinə, onun mənası budur ki, hər bir varlıq özünün mümkün olan kamal və camalından maksimal dərəcədə əldə etməsi ilə eyni zamanda bu ixtilafın (fərqin) ardınca gözəl nəticələr də gəlir. O cümlədən, gözəlliyin dəyər tapması, cazibənin yaranması, hərəkat və s. Bundan əlavə, bütün varlıq aləmi səbəb-nəticə əsasında qurulmuş bir məcmuədir, hər bir nəticə (məlul) özünün məxsus illətinin (səbəbinin) vasitəsi ilə vücuda gəlir və ondan ayrılması qeyri-mümkündür.[9]

Amma nə üçün həyatda bəla və müsibətlərin insanla yanaşı olmasına gəldikdə isə, cavabında demək lazımdır: Bəla və müsibətlərin müxtəlif qisimlər vardır:

1. Bəzi bəlalar insanın çirkin əməl və günahlarının nəticəsidir. İnsan öz əli ilə özünün bədbəxtliyinə şərait hazırlayanda bu kimi bəlaları Allahın öhdəsinə yozmaq olmaz. Belə ki, Qurani-kərim də bu mətləbə işarə edərək buyurur ki, yer üzündə olan fəsad və zülm zalım və sitəmkar insanın əməlinin nəticəsidir və Xaliqə aid edilməməlidir.

2. Bəzilərinin səhlənkarlığı nəticəsində baş verən bəlalar başqalarının həyatına təsir qoyur. Misal üçün, ata və ananın gigiyena məsələlərinə riayət etmədiklərinə görə onlardan xəstə və əlil övlad dünyaya gəlir. Bu qisim bəlaları da Allahın öhdəsinə qoymaq yanlışdır.

Əvvəldə işarə edildiyi kimi, varlıq aləmi səbəb-nəticə əsasında qurulmuş bir məcmuədir və hər bir səbəbdən özünə məxsus olan nəticə baş verir. Misal üçün, eyibli səbəbdən eyibli və xəstə nəticə əldə olunur.

İnsandan insan, heyvandan heyvan vücuda gəlir “gəndum əz gəndum beruyəd, co ze co!” (buğda buğdadan, arpa da arpadan əmələ gələr), bununla belə Allah-taala Özünün sonsuz lütf və kərəminin tələbi ilə, eləcə də ehsan, bəxşiş və fəzl üzündən axirətdə belə (əlil və xəstə) insana əvəz verməklə onun narahatlıqlarını bərpa edəcəkdir.

3. Bəzi bəlalar insanın törətdiyi günah əməllərin təsirini aradan qaldırmaq məqsədi daşıyır. Bu bəlalar nəinki Allah-taalanın ədaləti ilə təzadlı deyildir, əksinə Onun rəhmət və mərhəmətinin tələbidir. Çünki bu, həqiqətdə günahların kəffarəsi (cəriməsi) sayılır ki, axirətdə insan günah yükündən azad olsun. O, dünyanın ötəri müsibət və bəlalarına giriftar olsa da, əvəzində axirətin əbədi əzablarından xilas olur.

4. Bəzi bəlalar insanların Allaha doğru istiqamətləndirilməsində, yaxud qafil insanların qəflətdən oyadılmasında, unutqanlıqdan xaric olmasında və özünün keçmişdəki səhvlərini anlamasında rol oynayır. Bu qisim də Allahın rəhmət və mərhəməti sayılır.

5. İnsanların həyatında baş verən bəzi bəlalar və çətinliklər onların təkamül və inkişafına səbəb olur və onlar müxtəlif sahələrdə inkişaf edirlər. Əgər insan hazırkı vəziyyətində müəyyən qədər irəliləyişlərə nail olubsa, həmin problemlərin yaranmasına görədir.

6. Bəzi bəlalar müxtəlif (adi) insanların imtahan və sınağı, Allah dostlarının və övliyaların isə məqamının yüksəlməsi məqsədi daşıyır. Quranın buyurduğuna görə bu, elə bir sünnətdir ki, heç vaxt dəyişdirilə bilməz və bütün ümmətlər üçün həmişə mövcud olmuşdur. Quranda buyurulur: “Biz sizi qorxu və aclıqla, mal-dövlətin, canın və səmərələrin nöqsanlı olması ilə imtahan edəcəyik. (Peyğəmbərə göstəriş verilir ki,) səbir edənlərə müjdə ver!”[10]

Amma “Allah bəzilərinə ruzi verir, bəzilərini isə ruzidən məhrum edir” sözünə gəldikdə isə, bu söz düzgün deyildir. Çünki yer üzündə (və asimanda) olan bütün canlıların ruzisi Allahın öhdəsinədir: “Yerdə elə bir canlı yoxdur ki, onun ruzisi Allahın öhdəsinə olmasın.”[11]

Allahdan başqa heç kəs raziq – ruzi verən deyildir. Ruzi müqəddər olunmuşdur, amma onu əldə etmək üçün səy göstərmək, fəaliyyət etmək lazımdır. Ruzini axtarmaq bəndənin vəzifəsidir, işlərin tərtibə salınması, bütün zahiri və qeyri-zahiri səbəblərin tədarük görülməsi isə – belə ki, onların əksəriyyəti bəndələrin ixtiyarından xaricdir – Allah-taalanın təqdirdir və iradəsi ilədir.[12]

Allah-taala əsaslı bir səbəb olmadan heç kəsi ruzidən məhrum etmir. Əlbəttə müqəddər olunmuş ruzini əldə etmək üçün heç bir səy və fəaliyyət göstərməyən insan ondan məhrum olacaqdır. Hər bir halda ruzi əldə etmək və ya ruzidən məhrum olmaq Allahın elm və iradəsi ilədir və ruzidə heç kəs müstəqil deyildir.[13]

Rəvayətlərdə ruzi iki qismə bölünür: Tələb edən ruzi və tələb olunan ruzi. Tələb edən ruzi o ruzidir ki, özü insanın ardınca gəlir və həmişə onu təqib edir. Bu kimi ruzi Allah-taalanın qəza və hökmündədir və heç bir vəchlə dəyişdirilə bilməz. Tələb edən ruzi insanın varlığı, ömrü, imkanları, ailə mühiti, ləyaqətləri, tutumları və s.dir.

İnsanlar tərəfindən tələb olunan ruzi isə onu tələb edən şəxs üçün müqəddər olunur. İnsan onun ardınca getməsə, lazım olan şərait və imkanları tədarük görməsə, belə ruziyə nail ola bilməz.[14]

“Allah-taala nə üçün bəzilərini hidayət edir, bəzilərini isə zəlalətə salır?”  sualına gəldikdə isə, xülasə şəkildə belə demək olar:[15]

İlahi hidayət iki qisimdir: təkvini hidayət və təşrii hidayət.

Təkvini hidayət də iki qisimdir:

1. Ümumi təkvini hidayət; Bu bütün dünya varlıqlarına şamil olur və hər bir varlıq ona doğru üz tutmuşdur.

2. Xüsusi təkvini hidayət. Bu, Allahın xüsusi bəndələrinə şamil olur. Onlar ki, ümumi ilahi hidayətdən əlavə, əmr və nəhylərə itaət etdiklərinə (Allahın təşrii hidayətinə tabe olduqlarına) görə Allah-taalanın xüsusi mərhəmətlərinə layiq görülür. Bu növ hidayət “ikinci dərəcəli, ikinci ünvanlı” hidayət adlandırılır.

Peyğəmbərlərin (əleyhimus-salam) göndərilməsi və səmavi kitabların nazil olması ilə yerinə yetirilən təşrii hidayət kafir və möminin hər iksinə şamil olur, lakin bəziləri düzgün yol seçmədiklərinə görə Allahın buyurduğu düzgün yoldan qeyrisində hərəkət edir və ilahi cəzalara layiq görülürlər. Lakin Allahın zəlalətə salması iki qisim deyildir və Allah ibtidaən (heç bir səbəb olmadan) heç kəsi zəlalətə salmır. Lakin əgər insan öz Xaliqinin nemətlərinin şükürünü yerinə yetirməsə, Onun əmr və fərmanlarına tabe olmasa, öz fitrət və xilqətinin əksinə olaraq inhirafa, azğınlığa düşsə, Allah-taala onu öz halına boşlayar. Bu boşlamaq da onun azğınlığa düşməsi və süquta uğramasıdır. Bu da ilahi izlaldan başqa bir şeydir.

Əlavə məlumat üçün təfsir kitablarına və s.-yə bax.[16]



[1] Mütəhhəri, Mürtəza, “İlahi ədalət”, səh. 54-60; Molla Sədra, “Əsfari ərbəə”, 2-ci cild, “Kainatın necə vücud tapması” bəhsi.

[2] Mütəhhəri, Mürtəza, “İlahi ədalət”, səh. 23, “Sədra” nəşriyyatı, 1380; Sübhani, “İlahiyyat”, 1-ci cild, səh. 273-292

[3] “Nəcm” surəsi, 43; “İlahi ədalət”, səh. 30

[4] Yenə orada, səh. 97; “İlahi maarif”, səh. 94-104, “Səmt” nəşriyyatı, 1376

[5] Bax: Mütəhhəri, Mürtəza, “İlahi ədalət”, səh. 111

[6] “Qəmər” surəsi, 49-50

[7] “Saffat” surəsi, 164

[8] Təbatəbai, Məhəmməd Hüseyn, “Əl-mizan”, 13-cü cild, səh. 194; Mütəhhəri, Mürtəza,

İlahi ədalət”, səh. 107; Təbatəbai, Məhəmməd Hüseyn, “Nihayətul-hikmət”, 8-ci mərhələ, səh. 156, “Camieyi müddərisin” çapı; Molla Sədra, “Əsfari ərbəə”, 2-ci cild, “illət və məlul” bəhsi, səh. 268; “Vizarəti irşad” nəşriyyatı; “Amuzeşi fəlsəfə”, Misbah Yəzdi, Məhəmməd Təqi, 35-36-cı dərslər.

[9] Mütəhhəri, Mürtəza, “İlahi ədalət”, səh. 143-144

[10] “Bəqərə” surəsi, 155. Bax: Sübhani, Cəfər, “İlahiyyat”, 1-ci cild, səh. 290; “İlahi maarif”, səh. 100, “Səmt” nəşriyyatı; Molla Sədra, “Əsfari ərbəə”, “Vizarəti irşad” nəşriyyatı, “şərur” bəhsi, səh. 445; Təbatəbai, Məhəmməd Hüseyn, “Nihayətul-hikmət”, 12-ci mərhələ, 17-18-ci fəsillər, səh. 308; İmam Xomeyni, “Qırx hədis”, səh. 39

[11] “Hud” surəsi, ayə: 6

[12] İmam Xomeyni, Ruhullah, “Qırx hədisin şərhi”, səh. 560

[13] Görünüş: “Ruzi kəsb etməkdə insanın rolu”

[14] "Nəhcul-bəlağə", 31-ci məktub

[15] Görünüş: “Hidayət və ilahi izlal”

[16] “Əl-mizan”, 1-ci cild, səh. 43, 45 ... “Təsnim” təfsiri, Cavadı Amuli, Əbdüllah, 1-ci cild, səh. 457-478, 493, 516-527, Həmçinin 2-ci cild, səh. 515-521; “Quranda hidayət”, Cavadı Amuli, Əbdulah

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Bir sünnü kişini necə şiyə etmək olar? Aya şiyə bir qızı bir oğlanla ki,sünnüdür evləndirmək olarmı?
    10876 Nizamlar hüquq və əhkam 2012/06/13
    Şiyə və sünnü hər ikisi müsəlmandırlar və bir çox məsələlərdə bir, və bəzi məsələlərdə fərqləri də vardır ki inkar etmək olmaz. Amma bu ixtilaflar birlik və dini ğardaşlığa ziyan yetirməməlidir.əlbətdə iki məzhəb arasında əsir fikirlərinin bir birbirinə yaxın olması üçün olan dialoqlar yaxşı bir işdir ...
  • Möminun surəsinin 101- ci ayəsi ilə saffat surəsinin 27 və 50- ci ayələrinin ziddiyyətini necə həll edirsiniz?
    5968 Təfsir 2012/07/16
    Quran ayələrində ümumi şəkildə və sualda qeyd olunan ayələrdə xüsusi şəkildə, heç bir ziddiyyət yoxdur. Çünki, "o gündə heç kəs digərindən kömək və sual xahişi etməz" buyuran ayələr, qiyamətin ilk mərhələlərinə işarə edir. Bu o günün qorxu və heyranlığının çox olması səbəbindəndir. Həmin qorxu və heyranlığın çoxluğu ...
  • Zinadan doğulan uşaq (vələduz- zina) barəsində olan hədislər hansılardır?
    9299 Hədis elmləri 2012/01/16
    Zinadan doğulan uşağın (vələduz- zina) xüsusi hökümləri var ki, Peyğəmbər (s)-dən və pak imamlar (ə)dan olan rəvayətlərdə açıqlanıbdır. O hədislərin bəzisinin ünvanı bunlardır: 1-     Vələduz-zinanın irsi: Vəsailuş- şiə, cild 26, səh 274:
  • İnsanın zatı haradan və nədən bəhrələnir və onun insanın rəftarında nə kimi əhəmiyyəti var?
    7436 Qədim kəlam 2011/05/31
    "Himəti mütəsliyə"nin bu barədə nəzəri budur ki, "zatlar ibtidai mərhələdə qeyri müəyyən şəkildə mövcud olurlar. Sonra isə yaradılış qanunlarına uyğun olaraq cismlənərək müəyyən olurlar. Üçüncü mərhələdə isə insan olaraq fərqli olaraq fəaliyyət göstərirlər". İnsanın zatı mənəvi və maddi qolda daşıyısı olaraq ilk yaradılışdan insanla birlikdə olurlar. Adətən maddi ...
  • İşdə inzibatçılığı ictimai adətlərlə – “təarüflə” necə cəm etmək olar?
    5522 Əməli əxlaq 2012/06/23
    “İnzibat” kəlməsi “yaxşı əncam vermək”, “möhkəmlətmək”, “dəqiqlik” və “hifz etmək” mənasına olan “zəbt” kökündəndir.[1] Şəri cəhətdən işə ona şəriət hökmlərindən hər biri: vacib, müstəhəb, mübah, məkruh və haram aid edilə bilər. İş inzibatı da – ona iltizamlı olmağın mənşəyini nəzərə almaqla – ...
  • İblisin əhvalatı həqiqidir, yoxsa təmsil üçündür?
    7269 Təfsir 2010/11/10
    Cavab verməmişdən öncə, qeyd etmək lazımdır ki, əşyaları tərif etməyin yollarından biri, "məsəl" ilə tərif etməkdir. Yəni insanların çoxunun asanlıqla onu anlamaları üçün, əqli həqiqətləri, hissi və toxunula bilən şeylərə oxşatmaqdır. Çünki insanlar hiss olunan şeylərə adət ediblər. Bizim fikrimizcə, Quranın məsəllərində bu üslubdan istifadə olunub. Qurani məcid müxtəlif yerlərdə, ...
  • Quranın nəzərində insan cahil zülmkardır, yoxsa Allahın xəlifəsi?
    7095 Təfsir 2011/01/13
    1.     Quranı kərim, müxtəlif ayələrdə insanın uca cə ali məqam sahibi olduğunu bəyan edir. Digər tərəfdən isə onu, bəzi ayələrində, zəif. Zalim, cahil kimi bəyan edərək danlayaraq qınayır.
  • İmam camaat namazın rükətlərinin sayında səhv edərlən, məmumların vəzifəsi nədir?
    6138 Nizamlar hüquq və əhkam 2011/05/05
    Əgər imam camaat namazın rükətlərinin sayında şəkk etsə, ya namazı səhv qılsa və məmun namazın rükətlərinin sayında yəqini olsa, bunu imam camaata anlada və onu rükətlərin sayı və vəzifəsindən xəbərdar edə bilər.[1] Amma bu xəbərdarlıq elə formada olmalıdır ki, namazın batil olmasına səbəb olmamalıdır. Məsələn, əllə işarə, Allahu ...
  • Nə üçün qədr gecəsində bədənə zəfəran sürtmək qadağan edilmişdir?
    7837 Əməli əxlaq 2011/04/16
    1). Zəfəranın üç əsas xüsusiyyəti vardır: Yemək ədviyası, dərman və gözəllik kimi istifadə olunması. 2). Zəfəranı bədənə sürtmək haram deyildir. Amma bu hədisə əsasən qədr gecəsi bədənə çox zəfəran sürtmək mələklərin ona salam verməməsinə səbəb olur. bunun əsas səbəbi bu ola bilər ki, bədənə çox zəfəran sürtmək, onun iyinin ...
  • Nəsnasın keyfiyyəti və varlığı necədir?
    5415 Hədis elmləri 2015/05/04
    Nəsnas müxtəlif formalarda təsvir olunub. Bəzi rəvayətlərə əsasən həzrəti Adəmin (ə) yaradılışından öncə olublar. Əlbəttə digər rəvayətlərə əsasən insanlardan bir dəstəsi mənəvi saflıqdan uzaq olmağa, heyvani hisslərinin güclü olmasına və bir çox günahları törətdiklərinə görə nəsnasın nümunələrindən hesab ediliblər. ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    162769 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    154454 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    117603 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    109491 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    98130 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    91135 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    53244 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    44708 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    43584 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    42709 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...