Ətraflı axtarış
Baxanların
8700
İnternetə qoyma tarixi: 2011/09/12
Sualın xülasəsi
Əmr As həyatı boyu özündən necə çöhrələr göstərmişdir?
Sual
Əmr Asın şəxsiyyəti və onun taleyi ilə əlaqədar mətləbləri bəyan edin.
Qısa cavab

Əmr ibni As çox hiyləgər insanlardan biri olan Əmr ibni As ibni Vail Səhmidir. O, Nabiğə adlı məşhur fahişə qadından dünyaya gəlmişdir və ata tərəfdən zahirdə As ibni Vailə mənsub edilirdi. As ibni Vail Səhmi də Peyğəmbəri-Əkrəm (səlləllahu əleyhi və alih)-in oğlu Qasım dünyadan gedən zaman o həzrətə dil yarası vuraraq onu “sonsuz” adlandıran həmin müşrikdir ki, bunun ardınca “innə şaniəkə huvəl-əbtər” (həqiqətən sənin düşmənin sonsuzdur) ayəsi onun barəsində nazil olmuşdu.

Əmr ibni As Əli (əleyhis-salam)-ın xilafəti dövründə

Əmr ibni As Muaviyənin güclü qolları ünvanı ilə Siffeyen müharibəsini Əli (əleyhis-salam)-ın əleyhinə icad etdi. O, malik olduğu həmin hiyləgərliklə müharibə müddətində çoxlu müsəlmanları aldatdı. Həkəmiyyət məsələsində Əbu Musa Əşəri kimi sadəlövh insanı da aldadaraq Müaviyəyə böyük xidmətlər etdi. Bundan sonra Misirə hakim təyin edildi və 43-cü hicri ilində 90 yaşında dünyadan getdi.

Ətreaflı cavab

Əmr ibni As ibni Vail Səhmi çox hiyləgər insanlardan biri idi. O, Nabiğə adlı məşhur fahişə bir qadından dünyaya gəlmişdir. Bu aludə və əxlaqsız qadının beş nəfərlə (Əbu Ləhəb, Üməyyə ibni Xələf, Hüşam ibni Müğeyrə, Əbu Sufyan və As ibni Vail) zina etdiyinə görə bu beş nəfərdən hər biri özünün Əmr Asın atası olduğunu iddia edirdi. Nəhayət, Nabiğənin özünün nəzər verməsinə razılıq verdilər. O da As ibni Vaili onun atası təyin etdi. (Amma Əbu Süfyan deyirdi ki, Əmr mənim nəslimdəndir və mənə çox oxşayır.) Çünki Nabiğə Əbu Süfyanı paxıl hesab edir və deyirdi ki, As mənə çox kömək etmişdir![1] Beləliklə, As ibni Vail, Əmr Asın atalığı kimi seçildi. As ibni Vail də həmin müşrikdir ki, Peyğəmbəri-Əkrəm (səlləllahu əleyhi və alih)-in oğlu Qasim vəfat etdikdən sonra o həzrətə çox çirkin dil yaralı vuraraq (nəüzu billah) o həzrəti “sonsuz” adlandırdı (və dedi ki, onun oğlu yoxdur ki, nəsli ondan davam etsin). Bu çirkin dil yarasının ardınca mübarək “Kövsər” surəsi nazil oldu ki, onun axırıncı ayəsi As ibni Vailin məzəmmətindədir.[2]

Əmr ibni As Peyğəmbəri-Əkrəm (səlləllahu əleyhi və alih)-in həyatı dövründə çirkin və mənfur bir adam idi. O, yetmiş beytdən ibarət olan bir şer qoşmuş və Məkkə uşaqlarına öyrətmişdi. Uşaqlar Peyğəmbəri görən zaman o şerləri uca səslə oxuyurdular və bu da Peyğəmbərin ruhi əzab-əziyyətinə, narahatlığına səbəb olurdu. Buna görə də Peyğəmbər qarğış edərək demişdi: “Pərvərdigara! Əmr məni həcv edir, lakin mən şair deyirəm və şairlik mənə yaraşmaz ki, onun cavabını şerlə deyim. Belə isə, onun yazdığı şerin hər bir hərfinin müqabilində ona min dənə lənət göndər!”[3]

Qureyş böyükləri onun başçılığı ilə bir qrupu Həbəşistana göndərdilər ki, müşriklərin əlindən oraya pənah aparmış mühacir müsəlmanları onlara təhvil versin, lakin Nəcaşi bunu qəbul etmədi və Əmr As və onun yoldaşları əli boş qayıtdılar.[4]

Nəhayət, Əmr As hicrətin 7-ci ilində (zahirdə) müsəlman oldu, bu şərtdə ki, onun keçmiş borcları bağışlansın. Bu şərt əsasında Peyğəmbər (səlləllahu əleyhi və alih)-lə beyət etdi.[5]

Bəzi tarix kitablarının nəqlinə görə Peyğəmbər Əmr Asın müsəlman olmasından sonra onu “Zatul-səlasil” adlı səriyyəyə sərkərdə təyin etdi[6] və ondan sonra da Əmman əhalisinin zəkatını toplamağa məmur etdi.[7]

Əmr As Əbu Bəkrin, Ömərin və Osmanın xilafəti dövründə

Əbu Bəkrin və Ömərin xilafəti dövrlərində Əmr As onların ən yaxın adamlarından biri hesab olunurdu. Şamın fəthində müsəlman ləşkərinin sərkərdəsi idi. Ömərin xilafəti dövründə bir müddət Fələstinin valisi oldu, sonra Misirin fəthinə göndərildi. Misiri fəth etdikdən sonra özü orada vali oldu. Ömərin ölümündən sonra bir neçə il bu vəzifədə qaldı. Osman onu vəzifədən kənarlaşdıraraq Fələstinə qaytardı, bundan sonra o Osmanın tənqidçiləri cərgəsinə qoşuldu və çox az hallarda Mədinəyə gəlirdi.[8]

Əmr As Əli (əleyhis-salam)-ın xilafəti dövründə

Osmanın qətlindən və Əli (əleyhis-salam)-ın xilafətə çatmasından sonra həzrəti Əli (əleyhis-salam) Müaviyəni Şam valiliyindən götürdü. Müaviyə öz hökumətini xətərdə gördüyü zaman Əli (əleyhis-salam)-ı “Osmanın qatili” kimi təqdim etməyə başladı və özü də “Osmanın intiqamçıları” bayrağını qaldıraraq Əli (əleyhis-salam)-ın ədalət hökuməti ilə müxalifətə başladı. O bu yolda Əmr Asın köməklərinə və həmkarlığına çox ehtiyac duyurdu. Buna görə də Əmr Asa bir məktub yazaraq onu həmkarlığa dəvət etdi.

Əmr As cavabında yazdı: “Məktubunu aldım və oxudum. Məndən istəmişsən ki, İslam dinindən xaric olaraq səninlə birlikdə zəlalət vadisinə daxil olum, batil yolunda sənə kömək edim və Əmirəl-möminin Əlinin əleyhinə qılınc çəkim, halbuki o, Peyğəmbərin qardaşı, dostu, vəsisi və varisidir; o, Peyğəmbərin borclarını (o həzrətin hicrətindən sonra) qaytarmış, vədələrinə əməl etmişdir; o, Peyğəmbərin kürəkəni, dünya xanımlarının seyyidəsinin əri, behişt cavanlarının iki ağası olan Həsənlə Hüseynin atasıdır. Bu cəhətdən sənin dəvətini qəbul etmirəm. Amma “mən Osmanın xəlifəsiyəm” deyə iddiana gəldikdə isə, Osmanın ölümü ilə sənin vəzifən də aradan gedir və xilafətin məhv olur. Bilmirsənmi ki, Əbul-Həsən (Əli) öz canını Allah yolunda fəda etmiş və Peyğəmbərin yatağında yatmışdı?! Peyğəmbər də onun barəsində buyurmuşdu: “Mən hər kəsin mövlasıyamsa, Əli də onun mövlasıdır?![9]

Bütün bunlarla belə, Müaviyə Misirə xilafət vədəsini ona verdiyi zaman özünü Müavinənin ixtiyarında qoydu və onunla tam həmkarlıq etdi. Bundan sonra Şam əhalisini aldatmaqla, “Osmanın intiqamı”nı bəhanə etməklə Əli (əleyhis-salam)-ın əleyhinə Siffeyn müharibəsini başladı. O, camaatı aldatmaqla, şayiə yaymaqla və onları hissiyyata qapıltmaqla müharibəni idarə edirdi. Bütün bunlarla belə həzrət Əli (əleyhis-salam) və onun vəfalı köməkçilərinin rəşadəti nəticəsində Müaviyə və Əmr As qəti məğlubiyyət ərəfəsində qərar tutdular. Əmr As o həzrətin əsgərlərini aldatmaqla və Quran vərəqlərini nizəyə keçirməklə Əli (əleyhis-salam)-ı həkəmiyyət məsələsini qəbul etməyə məcbur etdi. Əşəs ibni Qeys kimi mənfur adamlar Əmr Asın hiylələrinə aldandı və həm həkəmiyyəti, həm də sadəlövh insan olan Əbu Musa Əşərinin Əli (əleyhis-salam) tərəfindən həkəm olmasını o həzrətlə zorla qəbul etdirdilər. Əmr As bu həkəmiyyətdə əvvəlcədən ehtimal verildiyi kimi, çox sadə şəkildə Əbu Musa Əşərini aldatdı və Müaviyəni xilafətə çatdırdı. Bundan sonra həzrət Əli (əleyhis-salam) xəvaric adlı şəxslərlə müharibəyə məcbur oldu.

Əmr As da Müaviyənin vədə verdiyi kimi Misirə yola düşdü. Məhəmməd ibni Əbu Bəkr Əli (əleyhis-salam) tərəfindən Misirdə vali idi. Çox çəkmədi ki, həzrət Əli (əleyhis-salam) Malik Əjdəri Misirə yolladı, amma Malik yol əsasında Müaviyə və Əmr Asın adamlarının əli ilə zəhərləndirərək şəhadətə çatdı. Məhəmməd ibni Əbu Bəkr də çox faciəli şəkildə şəhid edildi və Əmr As Misirin icra hakimiyyəti mənsəbini qəsb etdi.[10]

Həmin mənsəbdə olduğu zaman Misirin xəracını vermədiyinə görə Müaviyə onu təhdid edib vəzifədən götürməklə hədələdi. O da “Cəlcəliyyə” bir adlı şeri yazıb Müaviyəyə göndərdi. Bu şerdə Əli (əleyhis-salam)-ın fəzilətlərindən bir çoxunu xatırlatdı və Müaviyəni təhdid etdi ki, onun ölkəsində iğtişaş yaradacaq.

Nəhayət, Misirdə o həmin hökumət məqamında 43-cü hicri ilində[11] doxsan yaşında dünyadan getdi.[12]



[1] İbni Əbil-Hədidin "Nəhcul-bəlağə"yə şərhi, 6-cı cild, səh. 282, 2-ci cild, səh. 100-101

[2] “Məcməul-bəyan”, 10-cu cild, səh. 461

[3] “Səfitətul-bihar”, 4 cildlik, “Astanu Qüds” çapı, 3-cü cild, səh. 659

[4] “Dəlailun-nübüvvət”in tərcüməsi, 2-ci cild, səh. 51

[5] “Tarixi Təbəri”, 5-ci cild, səh. 1494 və 152; “Usdul-ğabə”, 3-cü cild, səh. 742

[6] “Əl-məğazi”, 2-ci cild, səh. 77

[7] “Usdul-ğabə”, 3-cü cild, səh. 742

[8] “Usdul-ğabə”, 4-cü cild, səh. 244; “Təbəqat”, 4-cü cild, səh. 256; “Qamusur-rical”, 8-ci cild, səh. 11

[9] “Təzkirətul-xəvass”, səh. 4

[10] “Seçilmiş tarix”, səh. 197

[11] “Tarixi İslam”, 4-cü cild, səh. 90; “Murucuz-zəhəb”, 3-cü cild, səh. 23

[12]  “Murucuz-zəhəb”, 3-cü cild, səh. 23

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    162768 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    154444 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    117601 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    109486 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    98115 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    91127 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    53243 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    44703 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    43581 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    42706 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...