Ətraflı axtarış
Baxanların
6017
İnternetə qoyma tarixi: 2011/10/02
Sualın xülasəsi
Nigah əxlaqın inkişafına mane olur və yaxud zəminə yaradıcı və yüksəklik vericidir? Bu barədə islam və xristiyanlıqda fərqlər mövcuddurmu?
Sual
Nigah əxlaqın inkişafına mane olur və yaxud zəminə yaradıcı və yüksəklik vericidir? Bu barədə islam və xristiyanlıqda fərqlər mövcuddurmu?
Qısa cavab

Nigah cəmiyyət və ictimaiyyətin yaranmasına ilkin addımdır. Bir çox təsir və nəticələrə malikdir. O cümlədən insanın cinsi ehtiyaclarının ödənilməsi, nəsil artırma, insanın təkamülü, rahatçılıq və rifah, paklıq və iffət və s aiddir.

Müqəddəs islam dinində nigah dinin yarısının qoruyucusu kimi tanıtdırılır.

Nigahın ictimai tərəfləri çox mühümdür. Nigah və ailə ocağının yaradılması gələcək nəsil ocağının yaradılmasının qəbul edilməsidir. Gələcək nəsillərin səadəti bundan çox asılıdır. Yaradanın bacarıqlı əlləri gələcək nəsillərin tərbiyə və qalıcılığını təşkil etmək üçün bir tərəfdən ər və arvad arasında güclü əlaqə və digər tərəfdən ata və övlad arasında əlaqə yaratmışdır. İnsani və ictimai əlaqə yaşayış mühitində inkişaf edir. Uşağın ruhunu ana və atanın təbii və fitri məhəbbətinin istiliyi mülayim edir.

Bəzi Xristiyan mütəfəkkirlər nigahın cəmiyyətin əsas korlayıcılarından hesab edirlər. Bir çoxları gələcək nəslin qalıcılığı üçün çarəsiz şəkildə nigaha icazə verirlər.

Ətreaflı cavab

Islam dinində nigah ləzzət və şəhvət məsələlərindən söhbət açılmasına baxmayaraq, müqəddəs bir iş və ibadət kimi göstərilir.

Bunun səbəbi ondan ibarətdir ki, Nigah insanın özünə pərəstiş və sevgidən digər şəxsə sevfiyə ilk addımdır. Nigaha qədər yalnız bir “ mən” var idi və hər şey “ mən” üçün idi. Nigah ilkin mərhələdir ki, bu hasar uçurdulur və digər bir varlıq “ mən”- in kənarında özünə yer tapır və onun üçün dəyər əldə edir. Bizim sənaye əsrimizdə ictimaiyyətin nizamsızlığının səbəbi ailə qanunlarının dağılmasıdır ki, nə övladların ehtiramı vardır nə də ata ananın məhəbbəti mövcutdur və nə də həyat yaldaşları arasında sevgi və məhəbbət əlaqəsi vardır.

Digər tərəfdən islam nöqtey nəzərində nigah namuslu və şərəfli həyat tərzidir. Allahın Rəsulu (s) Zeyd bin Harisə buyurmuşdur: “Evlən ki, namuslu olasan.[1] sonra belə buyurdu: Kişiləri evləndirin ki, Allah onların əxlaqını yaxşı, qidalarını geniş və comərdliyini çox eləsin.[2] Digər rəvayətdə daha mən evlənməyəcəm diyən qadına buyurulmuşdur: “Nigah iffətin qorunması üçün gərəklidir.[3]

Nigah insanın ruhi və fikri cəhətdən sakit və rahatçılığına səbəb olur. Quran bu barədə belə buyurur: Onun əlamətlərindən biri də odur ki, özünüzdən sizin üçün həyat yoldaşı yaratmışdır ki, onunla rahatçılıq tapsın və sizin aranızda məhəbbət qoymuşdur.”[4]

İslam nöqtey nəzərində cinsi meyillilik Allah tərəfindən insana verilən bir xüsusiyyətdir ki, bununla ailə qurulur, nəslin davamı və cəmiyyətin davam etməsi təmin edilir.

Bəşəriyyətin mədəniyyət tarixi onu göstərir ki, insan heç bir sahədə və heç bir xüsusiyyətdə belə zərər görücü deyildir. Elə bu səbəbdən heç bir sahədə belə idarə və ehtiyat gözlənilmir.

Cəmiyyətdə cinsi istəklərin səbəb olduğu ziyanlar Mütəfəkkir və alimləri bu məsələni həll etməyə vadar etmişdir.

Bir çoxları məsələn “ Buda, Mani, Qandi və Talıstoy” demişdirlər: Bu meyl və xasiyyəti tamamilə məhv etmək lazımdır ki, bəşəriyyət bu bəladan xilas olsun. Bu qrup insanların dəlilləri ondan ibarətdir ki, cinsi istək öz- özlüyündə çirkin bir xüsusiyyətdir və bir çox cinayət və fəsadların səbəbidir.

Müasir Filosoflardan biri olan “Berter Andrassel” belə söyləyir: Cinsiyyətin müxtəlif qayda və amilləri çox qədimdən mövcud olmuşdur. Xüsusiylə “Xristiyanlıq və Buda dini” olan yerdə qalib olmuş və yuxarıdakı qanun da üstünlük təşkil etmişdir.

“Ser Tark” çox qəribə misallar irəli sürərək deyir ki, çirkin və iyrənc işlər cinsi əlaqələrdə mövcutdur.

İrandan belə bir təhlükəli inanc yayılmışdır ki, qadın çirkinliyin özüdür və bu inancla birlikdə hər növ cinsi əlaqənin çirkin olduğu fikri yaranmışdır. Bu əqidə xristiyan kilsə əqidəsinin bir islah edici hissəsi hesab edilir.

Bu əqidə əsrlər boyu çoxlu sayda insanları qorxuducu və nifrət yaradıcı təsiri altına almışdır. Psixoloqların nəzərinə görə bu inanc bir çox ruhi xəstəliklərin yaranmasına səbəb olmuşdur.

Digər bir qrup o inancdadır ki, fəsad və cinayətləri məhv etmək üçün cinsi meyillərin qarşısını açmaq lazımdır. Əlbəttə bu nəzəriyyənin icra edilməsi nəticəsində cəmiyyət fəsadlaşdı və dinin adından savayı Qərb cəmiyyətində din deyə bir şey qalmadı.

Amma bu iki qadağa və azadçılıq nöqteyi nəzərləri müqabilində islamın inancı ondan ibarətdir ki, cinsi istəklər nə çirkin bir istəkdir ki, onunla tamamilə mübarizə edilməlidir və nə də onu tamamilə azad buraxmaq lazımdır. Onu düzgün yola hidayət etmək lazımdır. İslamın baxışı ondan ibarətdir ki, cinsi meyillər digər istəklər kimi insanın öz əlində olmalıdır və insan onun üzərində qələbə çala bilməlidir. İslam cinsi istəklərin qarşısının alınması yolunu nigahda görür.

İndi baxaq görək cinsi istəklərə tamamilə müxalif olan xristiyan dini nigah barəsində nə fikir irəli sürür.

Xristiyan aləmində cinsi istəklərin çirkin istək olduğu fikrinin əsas səbəbi kilsələrin təşkilində Həzrət İsa Məsihin tənha yaşaması olmuşdur. Həzrət İsa Məsih ömrünün sonuna qədər cinsi meyilliliyin zati cəhətdən çirkin bir istək olduğundan tənha yaşamışdır və Xristiyan ruhanilər ömrlərinin sonuna qədər qadın çirkabına batmamağı lazım hesab etdilər və Papa belə şəxslərin arasından seçilir. Keşiş və kardinalların yavaş- yavaş tənha yaşaması nəticəsində belə bir fikir yarandı ki, günahların və aldanmaların əsas səbəbi qadındır. Yəni kiçik şeytandır. Kişi öz- özünə günah etmir. Qadın həmişə vəsvəsə edir və kişini günaha vadar edir. Onlar Adəm, Şeytan və Həvvanın dastanını belə izah edirlər ki, Şeytan Adəmə təsir edə bilmədi və əvvəl Həvvanı aldatdı və sonra Həvva adəmi. Onlar deyirlər ki, böyük şeytan qadını aldadır, qadın da kişini vəsvəsə edir. Amma Quran bunun əksini buyurur. Bu dastanı nəql etməyə başlarkən bir digərinin ardınca gedən kimi təsvir etmir. Belə buyurur: Biz bu iki nəfərə dedik, bu ağaca yaxın getməyin. Sonra belə buyurur: Şeytan bu iki nəfəri vəsvəsə etdi. Birinin əvvəl vəsvəsə edildiyini və onun o birisini vəsvəsə etdiyini söyləmir. Adəmin xətası qədər Həvvanın da var idi. Bəlkə elə buna görədir ki, Quran Qədiseynin yanında həzrət Məryəmi yad etmişdir.

Xristiyanlıq nigahı yalnız nəslin davam etdirilməsi üçün icazə vermişdir. Amma İslam nigahı Peyğəmbərin (s) sünnəti kimi qəbul edir: Hər kəs evlənsə, dininin yarısını kamil etmişdir. İffətin qorunmasının yeganə yolunu şəraitin olduğu halda nigahda görür.

Aşağıda bir neçə ayə və hədis qeyd edirik:

Həzrət Rza (ə) buyurur: “Əgər nigah barəsində əmr verilməsəydi, Allahın (nigahda) qoyduğu ( qohumalara yaxşılıq və yadlarla qohumluq) həmin faydalar ( ictimai) kifayət edərdi ki, düşüncəli insanları ona rəğbətləndirsin.”

Peyğəmbər (s) buyurur: “Subay kişiləri evləndirin ki, əxlaqları gözəl, ruziləri bol və comərdlikləri çox olsun.”[5]

Bir qadın altıncı İmamın hüzuruna gəlib, söylədi: Allahın müvəffəqiyyətini və səlahiyyətini artırsın, Mən dünyadan əl çəkən bir qadınam. Buyurdu: Sən dünyadan əl çəkmək dedikdə nə nəzərdə tutursan? Dedi: Evlənməmişəm. Buyurdu: Niyə? Dedi: Savab üçün. Buyurdu: Geri dön, əgər tənha yaşamaq fəzilət olsaydı, İslamın birinci xanımı Fatmeyi Zəhra (s), səndən daha çox layiq olardı. Zəhranın fəzilətinə çata bilməyən bir kəs qabağda yer axtarır.

Peyğəmbərdən (s) nəql olunur: Göylərin qapısı dörd vaxt açılır: Yağış yağdığı zaman, övladın atasının üzünə baxtığı zaman, kəbə evinin qapısını açan zaman və nigah əqdi bağlandığı zaman.[6]

İmam Sadiq (ə) buyurur: Evli kişinin iki rükət namazı, subay kişinin yetmiş rükət namazından üstündür.[7]

Bir rəvayətdə belə buyurulur: Hər kəs fəqirlik qorxusundan evlənməzsə, Allaha ümid bağlamamışdır, çünki Allah buyurur: Əgər kişilər fəqir olsalar, Allah özünün kərəm və fəzilətindən ehtiyacsız edər. [8]

Bu barədə hədis və rəvayətlər kifayət qədərdir ki, nigahı yalnız yaxşı əməl kimi hesab etməklə yanaşı, müstəhəb əməl də hesab edir.

Amma bütün bunlar islamın bütün nigahları düzgün qəbul etməsinə əsas vermir. Bu baxımdan islamda sağlam cəmiyyət o cəmiyyət hesab edilir ki, ailələri sağlam, düzgün nigah və tanıma ilə olsun. [9]

İslam bizim üçün bütün mərhələlər üçün çox gözəl yol göstərmələr və nümunələr təyin etmişdir. Gözəl həyat yoldaşının və sağlam evliliyin xüsusiyyətlərini bizə bəyan etmişdir.

Bunların bir hissəsini aşağıda izah edirik:

1.             Həqiqi iman sahibi olması, ona görə ki, belə şəxs Allahla qəlbi əlaqəsinin olması ilə əlaqədar bu şəxs etibarlı şəxsdir.

2.             Yaxşı əxlaq sahib olması, tərəflərin və digər ailələrin həyatında sevinc və şadlığa səbəb olur. Rəvayətlərdə qeyd olunmuşdur ki, insanın pis əxlaqa sahib olması onu tez qocaldır.

3.             Ailəvi əsl- nəcabətə sahib olması, belə ki, Peyğəmbər (s) buyurur: zibillik göyərtisindən istifadə etməyin, yəni pis ailədəki gözəl qadından uzaq olun. Quran buyurur: Biz qadın və kişini bir- biriləri üçün yaratdıq və qadını kişinin təskinlik mənbəyi hesab edərək, bildirir ki, qadın kişi üçün xeyirdir.

4.             Külli miqdar mehriyədən çəkinmək, Peyğəmbər (s) buyurur: Mənim ümmətimin ən gözəl qadını, gözəlliyi çox, mehriyyəsi az olandır.

5.             Əlavə, ləhv və ləb şənliklərindən çəkinmək. Allahın rəhmət qapılarının bağlanmasına səbəb olan şənliklərin keçirilməməsi. Belə olmadıqda belə həyatın davamına zəmanət verilmir.

Daha çox mətləb üçün aşağıdakı mənbələrə müraciət edə bilərsiniz:

1.             İslam və qərb dünyasında cinsi əxlaq. ( Murtəza Mütəhhəri)

2.             Zən dər İslam ( Tərcümeyi Əhməd Cənnəti)

3.             Həzrət Zəhra ( Fəzlullah Kompani)



[1] - Şeyx Hürr Amili, Vəsailü Şiə, cild 20, səh 35.

[2] - Məhəmməd Baqir Məclisi, Bəharul Ənvar, cild 103, səh 222.

[3] - Şeyx Hürr Amili, Vəsailü Şiə, cild 20, səh 166.

[4] - Rum surəsi, ayə 21.

«و من آیاته ان خلق لکم من انفسکم ازواجا لتسکنوا الیها و جعل بینکم مودة و رحمة ان فی ذلک ‏لآیات لقوم ‏یتفکرون»

[5] - Əl Nəvadir Lil Rəvəndi, səh 36.

[6] - Baharul Ənvar, cild 100, səh 221, bab 1

«کراهة العزوبة و الحث على...»

[7] - Həmin

[8] - Əl Kafi, cild 5, səh 331.

[9] - Baxın: Məqale: Əhəmiyyəte ezdevac dər islam və moqise an ba məsihiyyət, Pur Səidi.

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Təsadüfi suallar

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    162864 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    154896 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    117736 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    109668 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    98754 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    91283 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    53335 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    45166 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    43698 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    42859 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...