Ətraflı axtarış
Baxanların
5586
İnternetə qoyma tarixi: 2012/03/14
Sualın xülasəsi
Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih)-in nübüvvətə seçilməsindən sonra şeytanların və cinlərin qeybi xəbərlərlə əlaqəsinin kəsilməsi necə olmuşdur?
Sual
Şeytan gələcəkdən xəbər verə bilərmi? Peyğəmbəri-əkərm (səlləllahu əleyhi və alih)-in nübüvvətə seçilməsindən sonra onların qeybi xəbərlərlə əlaqəsi necə kəsilmişdir?
Qısa cavab

Rəvayətlərə uyğun olaraq tarix boyu kahinlik və nübüvvət bir-birinə tamamilə zidd olan istiqamətlərdə hərəkət etmişdir. Şeytanlar xüsusi və məhdud qeybi məlumatları öz pərəstişkarlarına xəbər verirdilər. Peyğəmbərlərin göndərilməsi ilə onlar tədrici olaraq asimanlardan qovulurdular. İslam Peyğəmbərinin dövründə və Quranının həqiqətinin asimandan nazil olunması ilə eyni zamandan bütün asimanlardan qovuldular. Həmin vaxt şeytanlar asimanlarda çoxlu mələklərin keşikçi qoyulduğunu gördülər; onlar cinlərin və şeytanların yuxarı aləmlərə nüfuz etməsinə mane olurdular. Bu məsələ “Cin” surəsində qeyd olunmuşdur.

Ətreaflı cavab

Rəvayətlərə uyğun olaraq tarix boyu kahinlik və nübüvvət bir-birinə tamamilə əks olan istiqamətdə davam etmiş və şeytanlar tədrici olaraq asimanlardan qovulmuşlar. İslam Peyğəmbəri (səlləllahu əleyhi və alih)-in risalətə seçildiyi dövrdə, eləcə də Quran həqiqətinin nüzulu və haqqın camalının zühur etməsi ilə eyni zamanda şeytanlar da vəhy asimanlarından, hətta birinci asimana qədər belə, tamamilə qovulmuşlar və vəhyi oğurlamaları üçün heç bir yol qalmamışdır.[1]

Bəzi rəvayətlərə uyğun olaraq – tarixdə də şahid olduğumuz kimi – əvvəlki dövrlərdə münəccimlik, kahinlik və s. peşələr camaat arasında çox yayılmışdı. Çünki o zaman cinlər və şeytanlar asimanlara gedir, müəyyən məlumatları gətirib öz müridləri və pərəstişkarlarına xəbər verirdilər.

Həzrət İsa (əleyhis-salam)-ın zühurundan etibarən dördüncü asimandan yuxarı qalxa bilmədilər. Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih)-in risalətə göndərildiyi vaxt heç bir asimana gedə bilmədilər və orada güclü mühafizəçilərin qoyulduğunu gördülər.[2] Bu da yalnız o həzrətin böyük məqamına görə idi. Çünki əgər bu şeytani və çirkin varlıqlar asimanlara yol tapa bilsəydilər, şübhəsiz, çoxlu məlumatlar əldə edə bilərdilər, bu da camaatın həddindən artıq azğınlaşmasına səbəb olar, nəticədə insanlara ilahi höccət tamamlanmazdı.[3]

Hamısı şeytani məqsədlərlə asimana nüfuz edən şeytanların, kahinlərin, cinlərin və s. və hamısı bu işdən məhrum edildilər, asimanların yolu mömin və arif insanların üzünə daha çox açıldı, Peyğəmbərin meracına, seyri-süluk əhlinin və irfançıların namazı üçün yol açıldı və hicablar kənara çəkildi.

Bu iki hadisəni mülahizə etməklə görürük ki, axirəz-zamanda və Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih)-in risalətindən başlayaraq şeytanların qeybi xəbərləri eşitməsi qadağan edildi və bu qadağaya mütənasib olaraq mömin insanlar bu böyük mənəvi mənzərələri müşahidə etməyə dəvət olundular. Belə ki, Peyğəmbər ümmətində imamət məsələsinin zahir olması, bu dövrdə saysız-hesabsız və mislsiz ariflərin  zahir olması da bu həqiqətin danılmaz şahididir.

 


[1] Onlar tərtiblə bir asimandan digərinə qovularaq yuxarı asimanlardan məhrum olurdular. Nəhayət, Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih) dünyaya gələn zaman onun mübarək vücudu bərəkətinə bütün asimanlardan məhrum oldular. İmam Əli (əleyhis-salam)-dan belə rəvayət olunur: “Peyğəmbərin doğulduğu gecədə İblis çoxlu qəribəliklər gördü və asimana köçmək istədi. O dövrə qədər  onun üçüncü asimanda yeri var idi və şeytanlar oradan xəbərləri eşidərək oğurlayırdılar. Şeytanlar qəribəlikləri hiss etdikləri zaman bu xəbərləri də  eşitmək və oğurlamaq qərarına gəldilər, lakin bütün asimanların onların üzünə bağlandığını gördülər.” “Təfsiri hidayət”, 16-cı cild, səh. 468, “Astani Qudsi Rəzəvi”nin islami tədqiqat qurumu; Məclisi, Məhəmməd Baqir,  "Biharul-ənvar",  “Vəfa” müəssisəsi, Beyrut, 1404

[2] Rəvayətdə deyilir ki, Adəm (əleyhis-salam)-ın dövründən başlayaraq həzrət İsa (əleyhis-salam)-ın təvəllüdünə qədər şeytanlar asimanlara gedir və məlaikələrdən müəyyən məlumatları və işləri öyrənir, kahinlərə xəbər verirdilər. İsa (əleyhis-salam) dünyaya gəldiyi zaman dördüncü asimandan yuxarı getmələri qadağan olundu. Amma Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih) dünyaya gəldiyi zaman heç bir asimana gedə bilmədilər. Onlar asimana yaxınlaşdığı zaman Allah-taala od şölələri ilə onları vurub yandırırdı ki, ora yaxınlaşa bilməsinlər. Deməli bu وَ أَنَّا لَمَسْنَا السَّماءَ فَوَجَدْناها مُلِئَتْ حَرَساً شَدِيداً وَ شُهُباً “Biz göyə qalxdıq və onu güclü gözətçilər və şöləli oxlarla dolu gördük” ayəsində buyurulan məsələ həzrət Məsihin təvəllüdündən sonra olmuşdur. Lakin onlar yenə də asimana yaxınlaşır, orada yer tuturdular ki, mələklərin səsini eşitsinlər. وَ أَنَّا كُنَّا نَقْعُدُ مِنْها مَقاعِدَ لِلسَّمْعِ “Biz əvvəllər (mələklərin sözünü) eşitmək üçün göyün bəzi yerlərində oturardıq” ayəsinin mənası da həmin dövrə aiddir. Amma فَمَنْ يَسْتَمِعِ الْآنَlakin indi kim qulaq asmış olsa, şöləli bir oxun onun pusqusunda durduğunu görər” ayəsinə əsasən, Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih)-in təvəllüdündən sonra ora getmələri tamamilə qadağan olundu.” Təyyib, Seyid Əbdül-Hüseyn, “Ətyəbul-bəyan fi təfsiril-Quran”, 13-cü cild, səh. 229, “İslam” nəşriyyatı

[3] İmam Sadiq (əleyhis-salam) buyurur: “Amma asiman xəbərlərini eşidə biləcəkləri bir yerdə qərarlaşan şeytanlara gəldikdə isə, həmin dövrdə onlar üçün heç bir maneə yox idi və onların başına yandırıcı qığılcımlar nazil edilmirdi. Bu iş Peyğəmbər (səlləllahu əleyhi və alih)-in dövründə tamamilə qadağan edildi. Çünki, bu yolla müəyyən hadisələr baş verə, vəhy işində və asimani xəbərlərin yetirilməsində çətinliklər yarana bilərdi. (Onların qarşısı alındı ki,) yer əhalisi Allah tərəfindən gələn, höccətin onlara tamamlanmasına və şəkk-şübhənin aradan getməsinə səbəb olan şeylərdə çətinlik çəkməsinlər.” Təbərsi, “Əl-ehticac”, 2-ci cild, səh. 339, “Mürtəza” nəşriyyatı.

 

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Təsadüfi suallar

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    162870 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    154917 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    117744 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    109680 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    98779 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    91288 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    53340 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    45196 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    43708 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    42870 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...