Ətraflı axtarış
Baxanların
19312
İnternetə qoyma tarixi: 2011/11/24
Sualın xülasəsi
Nə üçün pendir yemək məkruhdur?
Sual
Mümkünsə, pendirin nə üçün məkruh olmasını bizə izah edin.
Qısa cavab

Hikmət sahibi olan Allah-taala Öz bəndələri üçün nəzərə çarpacaq böyük faydası olan şeyləri vacib, onlar üçün ciddi zərər və fəsadı olan şeyləri isə haram və ya məkruh etmişdir. Pendir barəsində məsumlardan nəql olunan rəvayətlərin məcmusundan aydın olur ki, onu təklikdə yeyildikdə məkruhdur, lakin qoz ləpəsi ilə birlikdə yeyildiyi zaman zərəri olmadığından, məkruh sayılmır.

Diqqət yetirmək lazımdır ki, yeyinti sənayesində və tibb elmində pendirin təklikdə yeyilməsinin zərərlərinə işarə edilmişdir.

Ətreaflı cavab

Mütəal Allah bütün bəndələrinə qarşı həddindən artıq mehribandır; hər hansı bir şeyi onlara vacib etməsinin səbəbi həmin şeydə mövcud olan çoxlu mənfəət və faydalar, hər hansı bir şeyi də onlara haram etməsinin səbəbi onda mövcud olan ciddi zərərlərdir. Həmçinin, bir şeyin məkruh olduğunu buyurması da onda mövcud olan nisbi zərərlərə görədir ki, haramda olan zərərin həddinə çatmır. Pendir də həmin qəbildəndir.

Pendirlə əlaqədar məsumlardan nəql olunan rəvayətlər üç qisimdir:

1. Bəzi rəvayətlərdə “onu yeyin” deyə buyurulur. Məs; İmam Baqir (əleyhis-salam) buyurmuşdur: “Pendir (dadlı) bir yeməkdir ki, mən onu yeməyi xoşlayıram.”[1]

2. Bəzi rəvayətlərdə deyilir ki, pendir yeməyin zərəri vardır, çünki insanın arıqlamasına səbəb olur.[2]

İmam Riza (əleyhis-salam) buyurur: “İki şey mədəyə daxil olarsa, onu korlayıb xarab edər: pendir və köhnə ət.”[3]

İmam Sadiq (əleyhis-salam) bir neçə şeyin xassələrini bəyan edərkən buyurmuşdur: “İki şey ziyandır və onda fayda yoxdur: qalmış, qurumuş ət və pendir.[4]

3. Bəzi rəvayətlərdə də deyilir ki, pendir və qoz ləpəsi təklikdə yeyilsə xəstəliyə və zərərə səbəb olur. Amma bu ikisi birlikdə yeyilsə, nəinki zərəri yoxdur və məkruh deyildir, üstəlik çox faydalı bir yeməkdir. Rəvayətlərdə bu iksinin birlikdə yeyilməsi “şəfa” təbiri ilə qeyd olunur.[5]

İmam Sadiq (əleyhis-salam) buyurur: “Pendir və qoz ləpəsi birlikdə şəfadır, (amma) hər biri təklikdə yeyildikdə xəstəlikdir.”[6]

Bu rəvayətlərin məcmusuna diqqət yetirməklə nəticə almaq olar ki, pendiri təklikdə yemək məkruhdur, lakin qoz ləpəsi ilə birlikdə yeyildiyi zaman zərəri olmadığından məkruh da deyildir.

Yeyinti sənayesində və tibb elmində də bu iki şey barəsində deyilir:[7]

1. Pendir sıxılmış (preslənmiş) bir qidadır və onu ətdən hazırlanmış yeməklərin əvəzinə istifadə etmək, yaxud dəyəri (enerjisi) az olan yeməklərlə qarışdırıb yemək lazımdır. Pendiri desert  kimi yeyəndə gərək yüngül yeməyin axırında olsun. Desert ağır yeməklərlə birlikdə olmamalıdır ki, mədə onu həzm edəndə təzyiqə məruz qalmasın.[8]

Mədə narahatlığı olan adamlar qoz ləpəsini təklikdə yeməkdən ehtiyat etməlidirlər. Belə insanlar üçün qoz ləpəsi ilə pendiri birlikdə yemək münasibdir.[9]

2. Pendirin təbiəti soyuqluqdur və gec həzm olunur. O, mərzə və qoz ləpəsi ilə birlikdə yeyilərsə, kökəlməyə və dərinin yumşalmasına səbəb olur.[10]

3. Pendir bədənə çox yavaş-yavaş sorulur və həzm olunur, iştahanı azaldır. İsti təbiətə və iltihablı mizaca malik olan insanlar üçün onun ziyanı azdır. Bunun əksinə olaraq, soyuq təbiətli və bəlğəmli insanlar üçün ondan müntəzəm surətdə istifadə edilməsi ziyanlıdır. Pendir bəzi mizaclarda çox şiddətli qulunc yaranmasına səbəb olur. Bu da bağırsağın bağlanması və ya “ilaus” adlı xəstəliyə səbəb olur.[11]

4. Pendirdə kalsium, qozda fosfor vardır

Pendirdəki kalsiumun həzm olunub bədənə sorulması üçün fosfora ehtiyaclıdır. Əgər o, qoz ləpəsi ilə birlikdə yeyilməsə qanda mövcud olan kalsium beyindəki fosforun bir miqdarını aradan aparır, nəticədə zehnin zəiflənməsinə səbəb olur.

Buna əsasən, gecə vaxtı, yəni şam yeməyi əvəzinə pendirlə qoz ləpəsini yeyin. Çünki kalsiumla fosforun bədənə sorulması üçün ən yaxşı vaxt gecədir.[12]

Bir nəfər İmam Sadiq (əleyhis-salam)-dan pendirin faydası barəsində soruşduqda həzrət buyurdu: “O, zərərə səbəb olur və faydası da vardır.”

Həmin kişi gecə vaxtı imamın yanına gəldikdə gördü ki, o həzrət şam yeməyi üçün oturmuşdur. Qabağında pendirlə dolu bir qab vardır. O kişi heyrətə düşüb dedi: “Siz sübh çağı mənim pendir yeməyimi məzəmmət etdiniz, amma indi özünüz süfrəyə qoymuşsunuz?!”

Həzrət buyurdu: “Sübh çağı pendir yemək bəyənilmir (məkruhdur), amma axşam üstü yaxşıdır. Bunu da bil ki, cinsi qüvvəni artırır.”[13]

5. Pendirdə “tiramin” adlı bir maddə vardır ki, onun normadan çox miqdarı zehnin kütləşməsinə səbəb olur. Bu maddənin təsirini aradan aparmaq üçün bədəndə müxtəlif anzimlər (hormonlar) ifraz olunur. Bu anzimlərin təsirlərini gücləndirmək üçün bədəndəki misin miqdarını artırmaq lazımdır. Onun da ən yaxşı yolu pendirlə birlikdə mislə zəngin olan qoz ləpəsini birlikdə yeməkdir.



[1] “Kafi”, 6-cı cild, səh. 339:

مُحَمَّدُ بْنُ یَحْیَى عَنْ أَحْمَدَ بْنِ مُحَمَّدِ بْنِ عِیسَى عَنِ ابْنِ مَحْبُوبٍ عَنْ عَبْدِ اللَّهِ بْنِ سِنَانٍ عَنْ عَبْدِ اللَّهِ بْنِ سُلَیْمَانَ قَالَ سَأَلْتُ أَبَا جَعْفَرٍ ع عَنِ الْجُبُنِّ فَقَالَ لِی لَقَدْ سَأَلْتَنِی عَنْ طَعَامٍ یُعْجِبُنِی ....

[2] “Kafi”, 6-cı cild, səh. 7, hədis 315:

عَنْهُ عَنْ بَعْضِ أَصْحَابِهِ رَفَعَهُ قَالَ قَالَ أَبُو عَبْدِ اللَّهِ ع ..... وَ اللَّذَانِ یَضُرَّانِ مِنْ کُلِّ شَیْ‏ءٍ وَ لَا یَنْفَعَانِ مِنْ شَیْ‏ءٍ فَاللَّحْمُ الْیَابِسُ وَ الْجُبُنُّ قُلْتُ جُعِلْتُ فِدَاکَ ثَمَّ قُلْتَ یَهْزِلْنَ وَ قُلْتَ هَاهُنَا یَضُرَّانِ فَقَالَ أَ مَا عَلِمْتَ أَنَّ الْهُزَالَ مِنَ الْمَضَرَّةِ

[3] “Biharul-ənvar”, 66-cı cild, səh. 104

[4] “Vəsailuş-şiə”, 17-ci cild, səh. 39

[5] “Biharul-ənvar", 62-ci cild, səh. 294

[6] “Kafi”, 6-cı cild, səh. 340:

مُحَمَّدُ بْنُ یَحْیَى عَنْ أَحْمَدَ بْنِ مُحَمَّدٍ عَنِ ابْنِ مَحْبُوبٍ عَنْ عَبْدِ الْعَزِیزِ الْعَبْدِیِّ قَالَ قَالَ أَبُو عَبْدِ اللَّهِ ع الْجُبُنُّ وَ الْجَوْزُ إِذَا اجْتَمَعَا فِی کُلِّ وَاحِدٍ مِنْهُمَا شِفَاءٌ وَ إِنِ افْتَرَقَا کَانَ فِی کُلِّ وَاحِدٍ مِنْهُمَا دَاءٌ

[7] Əhməd Əmin Şirazi, “İslam və dərmansız müalicə”

[8] “Nə yemək və bişirmək lazımdır?” kitabı, səh. 251

[9] “Rüşd” elm jurnalı

[10] “Məxzənul-ədviyə, “c” hərfi

[11] “Əvvəlin danişgah”, 6-cı cild, səh. 256

[12] Yenə orada, səh. 227

[13] "Biharul-ənvar", 66-cı cild, səh. 106

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Təsadüfi suallar

  • Qeyri müsəlman qadının açıq- saçıq şəkli.
    6613 Nizamlar hüquq və əhkam 2011/10/31
    Naməhrəm qadının şəklinə baxmağın, naməhrəm qadının özünə baxmaqla hökmü ryni deyil. Buna əsasən, əgər baxmaq ləzzət üzündən və günaha düşmək qorxusu olmasa, şəkil də görənin tanıdığı müsəlman qadına aid olmasa, iradı yoxdur. Qeyd etmək lazımdır ki, fiqhi və şərii hökm nəzərindən belə şəkillərə qeyd olunan ...
  • “Аллаһын илк јаратдығы әглдир” – сөзүнүн мәнасы нәдир?
    6705 İslam fəlsəfəsi 2010/10/13
    Фәлсәфи терминолоҝијада әгл (шәриәт вә Гуранда дејилән мәләк дә адландырмаг олар) елә бир субстансијадыр (ҝөвһәрдир) ки, һәм затән (өзлүјүндә) вә һәм дә фелән (ишдә)  мүҹәррәддир. Јәни, затән мадди олмајыб, ишләрини һәјата кечирмәкдә бәдән кими мадди аләтә еһтиајҹы јохдур. Әлбәттә бу там мүҹәррәд варлығы ...
  • Həzrət Abbas su gətirən zaman nə mədhi oxuyurdu?
    6922 Dahilərin sirəsi 2011/12/25
    Keçmiş zamanlarda doyüşlərdən öncə öz doyüşçülərini ruhlandırmaq üçün müxtəlif şüarlar və mədhlər (təriflər) söyləyirdilər. İmam Hüseyn və onun yavərləri də aşura günü bir çox əzici və məna dolu şüar və mədhlər söyləmişlər. O cümlədən Həzrət Hüseynin (ə) böyük qardaşı həzrət Əbulfəz Abbasın da aşura günü müxtəlif vaxtlarda ...
  • İşdə inzibatçılığı ictimai adətlərlə – “təarüflə” necə cəm etmək olar?
    5535 Əməli əxlaq 2012/06/23
    “İnzibat” kəlməsi “yaxşı əncam vermək”, “möhkəmlətmək”, “dəqiqlik” və “hifz etmək” mənasına olan “zəbt” kökündəndir.[1] Şəri cəhətdən işə ona şəriət hökmlərindən hər biri: vacib, müstəhəb, mübah, məkruh və haram aid edilə bilər. İş inzibatı da – ona iltizamlı olmağın mənşəyini nəzərə almaqla – ...
  • Nə üçün seyyidüş- şühədanın əzadarlığına roza oxumaq deyirik?
    6402 تاريخ کلام 2011/12/25
    Rozaxanlıq termini xətiblərin və minbər əhlinin «روضة الشهداء» "rovzətüş- şühəda" kitabı oxumaq adətindən irəli gəlibdir. Bu kitab Kərbəla hadisəsini zikr edən ilk kitablardandır ki, Molla Hüseyn Kaşifiyi Səbzvarinin (M 910 q) vasitəsiylə fars dilində yazılıbdır uzun müddət əzadarlıq məclislərində oxunulubdur. Buna görə əzadarlıq məclisləri rozaxanlıq adıyla ...
  • Hansı İmamın, başqa İmamlara nisbət məxsus sifətləri və xüsusiyyətləri vardır?
    6860 Məsumların (Əleyhimussəlam) sirəsi 2012/03/11
    Məzhəbi təlimlərə əsasən Məsum İmamların iki cür heysiyyəti və varlığı vardır. Biri nurani, o biri isə cismani. Nurani varlıq cəhətindən onların hamısı birdirlər, amma cismani və dünyəvi varlıq cəhətindən zaman və məkanın şəraitinə uyğun olaraq onardan hər birinin məxsus xüsusiyyətləri vardır. Məsələn: İmam Əli (ə) şücaət və ...
  • Heyz quslunun fəlsəfəsi nədir?
    8861 Əhkam və hüquq fəlsəfəsi 2012/04/17
    İslamın bütün hökm və qanunları, camaatın maddi və mənəvi məsləhət və mənfəətlərini qorumaq üçün, və heç bir başqa hədəfin burada rolu yoxdur. Allah bu hökmlərlə, həm mənəvi paklıq həm də cismi paklğın camaat üçün yaranmasını istəyir. Əslində quslun, o cümlədən heyz quslunun hikməti, zahiri və ...
  • Zəlalət yaradan kitablar və onun hökmü nədir?
    5133 Nizamlar hüquq və əhkam 2012/04/09
    “Zallə” (zəlalət yaradan) kəlməsi “zəlal” və “zəlalət” kökündən alınmışdır və hidayətin antonimidir. Termində isə “qəti və danılmaz olan haqqın əksi” mənasınadır, istər islam dininin etiqad prinsiplərinin, istər şiə məzhəbinin, istərsə də şiənin qəti əqidələrindəki məsələlərin əksinə olsun. Bu şərtlə ki, o məsələlərin haqq olması qəti olsun. Buna ...
  • Nə üçün bəzi jele və kisellər haran və ya haladırlar?
    10694 Nizamlar hüquq və əhkam 2011/05/31
    Kiselin müxtəlif növü vardır ki, onların bəziləri halal və bəziləri isə haramdır. Bunun səbəbləri isə onun tərkibidir. Əgər jelenin və kiselin tərkib hissəsi bitkilərdən və bəzi kimyəvi maddələrdən hazırlanıbsa, onun xarici və daxili pak olmaqla yanaşı yeyilməsi və istifadəsi halaldır. Bundan əlavə kiselin və jelenin tərkibinə əti halal olan heyvanın ...
  • Нәјә ҝөрә намазы вә диҝәр ибадәтләри әрәбҹә охумајылыг?
    6904 Əhkam və hüquq fəlsəfəsi 2010/09/29
    Ислам вәһдәт вә бирлик дини олуб бүтүн мүсәлманлары бир ҹәбһәдә гәрар вермәк истәјир. Белә бир ҹәмијјәтин ваһид бир дили олмалыдыр, чүнки, бир-бириндән фәргләнән дилләр васитәси илә әсл вәһдәт мүмкүн дејилдир. Әксәр дилшүнасларын играрына әсасән, дүнјада ән ҝениш вә дәрин мәналары өзүндә ҹәмләшдирән әрәб дилини Исламда бејнәлхалг ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    162863 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    154895 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    117736 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    109668 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    98754 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    91283 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    53335 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    45166 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    43698 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    42859 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...