Ətraflı axtarış
Baxanların
7412
İnternetə qoyma tarixi: 2012/03/14
Sualın xülasəsi
Şəhidi Əvvəlin həyatını qısa şəkildə bəyan edin.
Sual
Şəhidi Əvvəlin həyatını qısa şəkildə bəyan edin.
Qısa cavab

Şəhidi Əvvəl (birinci şəhid) adı ilə tanınan Məhəmməd ibni Məkki Amili Cəzini (rəhmətullahi əleyh) 734-cü hicri qəməri ilində Livanın Cəbəl-Amil məntəqəsində yerləşən Cəzin adlı yerdə dünyaya gəlmişdir. Atası dövrünün alimlərindən biri idi. Şəhidi Əvvəl dərslərindən bir hissəsini öz vətənində öyrənmiş və əlavə elm öyrənmək üçün sair islam məntəqələrinə hicrət etmişdir. Ömrünün axırlarında bir il ciddi nəzarət altında olmuş, sonra 786-cı hicri qəməri ilinin cumadəl-ula ayının 9-da tutularaq şəhid edilmişdir. Onun ustadları, şagirdləri və əsərləri ilə əlaqədar məlumat əldə etmək üçün ətraflı cavaba müraciət edə bilərsiniz.

Ətreaflı cavab

Şəhidi Əvvəl (birinci şəhid) adı ilə məşhur olan Əbu Əbdillah Şəmsəddin Məhəmməd ibni Məkki Amili Cəzini[1] 734-cü ildə Livanın Cəbəl-Amil məntəqəsində yerləşən Cəzin adlı yerdə elm və təqva ailəsində dünyaya gəlmişdir. Atası zəmanəsinin böyük alimlərindən biri idi.

Şəhidi Əvvəl hövzə dərslərinin bir hissəsini öz vətənində öyrənmiş və əlavə elm kəsb etmək üçün müxtəlif islam məntəqələrinə, o cümlədən Hillə, Bağdad, Dəməşq, Məkkə, Mədinə, Beytul-Müqəddəs, Əl-Xəlil, Misir və sair yerlərə hicrət etmiş, böyük alimlər ilə görüşüb söhbət aparmışdır. Əlbəttə, o zaman Hillə şəhəri islam elmlərini öyrənmək üçün xüsusi məqama malik olduğundan, orada daha artıq qalmışdır.

Şəhidi Əvvəlin xüsusiyyətlərindən bəziləri: güclü nəzər diqqətə malik olması, fiqhin bütün təfərrüatına və onun mənbələrinə (Kitab və sünnətə) dəqiq şəkildə agahlığı, sair məzhəblərin fiqhinə kamil əhatəli olmaq və s.

Ömrünün axırında bir il müddətində nəzarət altında olmuş, sonra 786-cı ilin cumadəl-ula ayının doqquzunda şəhid edilmişdir.[2]

Dəməşqin hakiminin Misir padşahlarından birinə verdiyi göstərişə əsasən onun mübarək cəsədini dar ağacından endirib sonra  yandırmışlar.

Ustadları

Şəhidi Əvvəl böyük və görkəmli alimlərdən elm öyrənmişdir. Onun elmi və mənəvi şəxsiyyətinin formalaşmasında mühüm rol ifa edən alimlərdən bəziləri: Fəxrul-Mühəqqiqin, Seyid Əmiduddin Əbdül-Müttəlib ibni Ə’rəc Hüseyni, İbni Məiyyə Dibaci Hilli kimi tanınan Seyid Tacuddin Məhəmməd ibni Qasim, Məhəmməd ibni Məhəmməd Qutbuddin Razı Buveyhi, Əli ibni Əhməd Tərrad Mətarabadi, İbni Məzidi kimi məşhur olan Əli ibni Cəmaləddin Əhməd Hilli, Seyid Əhməd ibni Əbi İbrahim Məhəmməd ibni Zöhrə Hələbi Hüseyni, Seyid Məhəmməd ibni Əhməd ibni Əbi Məali Musəvi və s.

Şəhidi Əvvəl Məkkə, Mədinə, Bağdad, Dəməşq, Beytul-müqəddəs və sair kimi yerlərdə həm də sünnü alimlərindən olan 40 nəfərin elmindən bəhrələnmişdir. Onların bəzilər: İbrahim ibni Cəmaət, Qazil-quzat Əbdül-Əziz ibni Cəmaət, Əbdüs-Səməd ibni Xəlil Bağdadi və s.

 

Şagirdləri

Şiənin böyük alimlərindən bir çoxu bu məşhur fəqihin elmindən bəhrələnmişlər ki, bəzilərinin adını qeyd edirik: Miqdad ibni Əbdullah Seyvəri, Məhəmməd ibni Əbdül-Əli ibni Nəcdə Kərki, Əli ibni Həsən ibni Məhəmməd Xazin Hairi, Sitti məşayıx adı ilə məşhur olan Ümmül-Həsən Fatimə binti Şəhid  və s.

Əsərləri

Şəhid əvvəlin kitablarından: “Əl-ərbəin”,[3] “Təfsirul-baqiyatis-salihat”, “Əl-lüm’ətüd-Dəməşqiyyə”, “Ər-risalətul-əlfiyyə fis-səlat”, “Ər-risalətun-nəfliyyə fis-səlat”,[4] “Əd-durusuş-şər’iyyə fi fiqhil-imamiyyə” və s.[5]

 


[1] Əmin, Seyid Möhsin, “Ə’yanuş-şiə”, 1-ci cild, səh. 177, “Darut-təarif lil-mətbuat”, 1406-cı qəməri il

[2] Yenə orada

[3] Əmin, Seyid Həsən, “Müstədrəkatu ə’yaniş-şiə”, 1-ci cild, səh. 91, “Darut-təarif lil-mətbuat”, 1408-ci qəməri il

[4] “Ə’yanuş-şiə”, 1-ci cild, səh. 122, Şəhidi Əvvəl vacib namazlar barədə min hökmü “Əlfiyyə” kitabında, müstəhəb namazlar barədə min hökmü isə “Nəfliyyə” kitabında bir yerə toplamışdır.

[5] Yenə orada, 10-cu cild, səh. 62

 

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Təsadüfi suallar

  • Јарадылышдан һәдәф нәдир? Әгли дәлиллә бәјан един. Әҝәр һәдәф тәкамүлдүрсә, онда нәјә ҝөрә Аллаһ-таала инсаны камил јаратмамышдыр?
    8502 Qədim kəlam 2010/04/22
     Аллаһ-таала сонсуз варлыг олуб, бүтүн камал сифәтләринә малик, фејз јарадан вә фејз верәндир. Онун камалы тәләб едир ки, јарадылыша лајиг олан һәр бир шеји јаратсын. Демәли, Аллаһ-таала фејз верән олдуғуна ҝөрә јаратды. Јәни, јардылышын һәдәфи вә јарадылышын сәбәби, Аллаһын фејз ...
  • Zərdüşt ayini ilahi din olubdurmu?
    10273 Qədim kəlam 2010/12/02
    Zərdüşt dininin mahiyyəti, Qatın məzhəbi nəğmələrinə diqqət etməklə, tam tövhidi mahiyyəti olubdur. Amma Avestada olan mətnlərə diqqət edəndə, iki Allaha pərəstişin əlamətləri gözə çarpır. Bu əlamətlərin, üzə çıxması "Mani" və sonrakı Zərdüştçülər tərəfindəndir. Deməli indiki şirklə dolu avestanın mətninə diqqət etməklə, Zərdüşt dininin təhrif olmasını deməliyik. Baxmayaraq ki, bu dinin ...
  • İkinci iş barəsinə fətva vardırmı? Ümumiyyətlə ikinci işin olması dünyapərəstlikdir?
    6127 Nizamlar hüquq və əhkam 2012/01/16
    Şəriət baxımından ikinci iş (vəzifə) üçün heç bir maneə (qadağa) yoxdur. İslam dini və müqəddəs şəriət tərəfindən məzəmmət olunan dünyapərəstlik, dünyaya bağlılıq, mənəviyyat və axirətdən uzaqlıqdır. Belə bir şeyin bir işdə tapılması mümkündür. Bəzən bir iş və az gəliri olan insanlararast gəlinir ki, dünyaya daha çox bağlı olurlar. Bir halda ...
  • Həzrət Xədicə (s.ə)- in həyatını qısa olaraq bəyan edin.
    3426 تاريخ بزرگان 2019/10/09
  • Niyə mərcə təqlidin ölümündən sonra fətvaları etibarsız sayılır?
    6181 Əhkam və hüquq fəlsəfəsi 2011/06/19
    Qeyd etmək lazımdır ki, ictihad bir sıra fərqli elementlərə malikdir; o cümlədən ictihad mənbələri (Quran, sünnət, ağıl və s.) kimi və yaxud onların mövzu və şərtləri (elm, müctehidin dini mətnlərdən çıxarışı və s.) kimi bu qəbildən olan elementlərə işarə etmək olar. Hər bir müctehid, daim bu fərqlilik və ...
  • Mələklərin ömrü nə qədərdir? Yaxın mələklərdə ölürlərmi? Necə?
    7645 Qədim kəlam 2011/09/12
    Rəvayətlərə əsasən mələklər Peyğəmbər (s) və İmamların (ə) ruhlarının yaranmasından sonra yaranıblar. Onların hamısı hətta Cəbrayil, İsrafil və İlahinin digər yaxın mələkləri qiyamətdən qabaq öləcəklər. Mələklərin ölümünün necəliyi barəsində ehtimal var ki, məqsəd onların misali qaliblərindən ruhun əlaqəsinin kəsilməsi yaxud onların davamlı fəaliyyətlərinin işdən düşməsidir. ...
  • Aya qırx hədis əzbərləmək rəvayəti ki, Peyğəmbərdən (s) nəql olunmuşdur düzgündür? Qırx hədisin nə olduğunu açıqlayın.
    6525 Hədis elmləri 2012/02/07
    Əziz İslam Peyğəmbəri məruf "Qırx hədis" rəvayətində ki, şiə mənbələrində[1] vəbəzi sünni mənbələrində[2] müxtəlif şəkillərdə qeyd olunmuşdur, qırx hədis əzbərləməyə çoxlu sifariş olunmuşdur, bu isabət kimi "Mənim ümmətimdən hər kəs qırx hədis, o hədislərdən ki, insanlar öz ...
  • Dinlə elm arasında necə uyğunluq yaratmaq olar?
    6488 İslam fəlsəfəsi 2011/06/27
    Din və elmi iki zidd yol hesab edənlər ilahi dinləri, xüsusilə aydın İslam dinini düzgün tanımamışlar. Bundan əlavə diqqət etməmişlər ki, dinin təsir dairəsi elm və texnologiyanın təsir dairəsindən tam surətdə fərqlidir və təsir dairələrinin fərqliliyi, ziddiyət anlamına gəlmir. Din üç hissədə: İnsanın özü ilə əlaqəsi, insanın başqaları ilə rabitəsi ...
  • Xatəm dinin kamil olmasını necə isbat etmək olar?
    5886 Qədim kəlam 2010/11/10
    Əvvəla, “kamil” kəlməsinin mənasını izah etməyi lazım bilirik. “Kamil” “naqis”in (nöqsanlının) müqabil nöqtəsi və antonimidir. Ümumiyyətlə, islamın kamil bir din olduğunu dediyimiz zaman məqsədimiz budur ki, onda heç bir nöqsan yoxdur. Daha aydın desək, bu din dünya və axirətdə səadətli həyatın tələb etdiyi hər ...
  • Allah- Taala qadınlara naməhrəm olmadığı halda, nə üçün qadınlar namaz qılarkən kamil hicabla olmalıdırlar?
    9577 Əhkam və hüquq fəlsəfəsi 2011/05/31
    Şübhəsiz ki, dünyada elə bir şey yoxdur ki, Allah Taala məchul olsun və Allahın o şeydən xəbəri olmasın. Belə ki, bu anlamı Allaha Taalaya nisbət vermək mümkün deyil. Təbii ki, öz bəndələrinə də naməhrəm deyil. Amma insan ibadət zamanı özünü Allahın hüzurunda hiss etməli və onunla söhbət etməlidir. Bu zaman ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    162896 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    155012 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    117785 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    109729 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    98890 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    91334 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    53364 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    45296 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    43744 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    42911 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...