Ətraflı axtarış
Baxanların
6256
İnternetə qoyma tarixi: 2012/03/14
Sualın xülasəsi
Bir rəvayətdə deyilir ki, yaxşı əməl sahibi olan cinlər behiştə getməyəcəklər; əksinə onlara fasiq və günahkar şiələrin yanında – behiştlə cəhənnəm arasındakı bir məkanda yer veriləcəkdir. Bu barədə nəzəriniz nədir?
Sual
Salam. Aşağıdakı hədisin sənədini tədqiq edin və əgər cinlərin behiştə daxil olması barəsində səhih hədislər vardırsa, bizə göndərin. İmam (əleyhis-salam)-dan soruşdular ki, mömin cinlər behiştə daxil olacaqlarmı? Həzrət buyurdu: “Xeyr, lakin Allah-taala cinlərə və şiələrdən olan fasiqlərə behiştlə cəhənnəm arasında xəlq etdiyi bağlarda yer verəcəkdir.”
Qısa cavab

Bir çox ayələr göstərir ki, cinlər də insanlar kimi ilahi vəzifələrə (şəriət təkliflərinə) malikdir, öz əməl, rəftar və davranışları müqabilində cavab verərək əməllərinin əvəzini alacaqlar.[1] Allah-taala “Ər-Rəhman” surəsində insanlara və cinlərə xitab edərək buyurur:

وَ لِمَنْ خافَ مَقامَ رَبِّهِ جَنَّتان

“Öz Pərvərdigarının məqamına riayət (əmr və fərmanlarına əməl) edən şəxslər üçün iki behişt vardır.”[2]

Bu ayədə bu iki behiştin yalnız mömin insanlara məxsus olduğu heç bir vəchlə qeyd edilməmişdir. İmam Baqir (əleyhis-salam) buyurur: Allah-taala Adəmə vəhy etdi: “Mən cinləri və insanları Özümə pərəstiş etməkdən başqa bir məqsədlə yaratmamışam. Behişti Mənə ibadət və itaət edən, peyğəmbərlərimə tabe olanlar üçün xəlq etmişəm. Cəhənnəmi də Mənə qarşı kafir olan, itaətsizlik (asilik) və günah edənlər, peyğəmbərlərimə tabe olmayanlar üçün yaratmışam; belə şəxslərə necə əzab verəcəyimlə əlaqədar heç nədən çəkinmərəm.”[3]

Qeyd olunanlara diqqət yetirməklə belə nəticə almaq olar ki, yaxşı əməl sahibi olan cinlərin də yeri behiştdir. Amma “Təfsiri Qummi”də qeyd olunan[4] (və bunun ardınca da digər kitablarda nəql olunan) “cinlər fasiq (günahkar) şiələrlə birlikdə behiştlə cəhənnəm arasında olan bir bağda yerləşəcəklər” hədisinə gəldikdə isə, onun sənədi bir neçə cəhətdən düzgün deyildir, o cümlədən:

1. Bunun məzmunu çoxlu ayə və rəvayətlərlə təzadlıdır;

2. Bir rəvayətdə “alim belə bir mətləbi dedi” – deyə nəql olunur, amma bu alimin kim olması məlum deyildir. Buna əsasən, onun Məsum (əleyhis-salam)-a isnad verilməsi şübhəlidir.

3. Bu nəql mürsəl rəvayət olduğu üçün dinin külli meyarları ilə qarşılaşması mümkün deyildir.

 


[1] “Ən’am” surəsi, ayə: 130, “Ə’raf” surəsi, ayə: 38 və 179, “Əhqaf”, surəsi, ayə: 29-31, “Cin” surəsi, ayə: 14-16, “Zariyat” surəsi, ayə: 56

[2] “Ər-Rəhman” surəsi, ayə: 46

[3] Kuleyni, Məhəmməd ibni Yəqub, “Kafi”, 2-ci cild, səh. 8, "Darul-kutubil-islamiyyə", Tehran, 1365-ci şəmsi il

[4] Əli ibni İbrahim, "Təfsiri Qummi”, 2-ci cild, səh. 300, Qum, 1404

 

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Təsadüfi suallar

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    162868 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    154914 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    117743 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    109679 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    98778 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    91288 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    53340 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    45194 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    43708 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    42869 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...