Ətraflı axtarış
Baxanların
9775
İnternetə qoyma tarixi: 2012/02/15
Sualın xülasəsi
Çox şəkk edən şəklərinə etina etməli deyil dedikdə hər növ şəkk nəzərdə tutulur?
Sual
Çox şəkk edən şəkklərinə etina etməli deyil dedikdə hər növ şəkk nəzərdə tutulur? Bütün Məracenin nəzəri budur, yoxsa bu məsələdə ixtilaf var?
Qısa cavab

"Çox şəkk edən üçün şəkk yoxdur" qaydasına əsasən kəsiruş- şəkk (çox şəkk edən adam) şəkkinə etina etməli deyil. Fəqihlərin əksərinin nəzərinə əsasən, bu qayda namazın özünə məxsus deyil, bəlkə onun dəstəmaz, qüsl və təyəmmüm kimi müqəddimələrinə də şamil olur, habelə həcc, alış veriş və etiqadlar kimi mürəkkəb ibadətlərədə şamil olur.

Bunlar nəzərlərinə görə bir sıra dəlillər bəyan edirlər: "Çox şəkk edən üçün şəkk yoxdur" qaydası kimi ki, ümumiliyi yetirən bir illətdir. Bir şərtlə ki, bu şəxs kəsiruş- şəkkin şəraitinə sahib olsun və onun şəkki vəsvəsə üzündən olmasın, bir cür ki, üsrfdə ona çox şəkk edən desinlər.

Ətreaflı cavab

"Çox şəkk edən üçün şəkk yoxdur" qaydasına əsasən, kəsiruş- şəkk (çox şəkk edən adam) şəkkinə etina etməli deyil, amma bu qayda- ibadətdən əlavə alış- veriş, həqqunnas, etiqadlar və... kimi başqa işlərədə şamil olur ya yox? Bu barədə bir neçə nəzəriyyə var:

Bir: Əksər fəqihlərin nəzəri:

əksər fəqihlərin nəzərinə əsasən bu qayda namaza məxsus deyil, bəlkə onun dəstəmaz, qüsl və təyəmmüm kimi müqəddimələrinə də şamil olur, habelə həcc və alış- veriş kimi mürəkkəb ibadətlər və etiqadlara da şamil olur. Bunlar nəzərlərinə görə bir sıra dəlillər bəyan edirlər; bunun kimi ki "çox şəkk edən üçün şəkk yoxdur" qaydası ümumiliyi yetirən bir illətdir.[1]

Bir şərtlə ki, bu şəxs kəsiruş- şəkkin şəraitinə sahib olsun və onun şəkki vəsvəsə üzündən olmasın bir cürə ki, ürfdə ona çox şəkk edən desinlər; bu cəhətdən, deyiblər:

  1. Vəsvəsədən doğan şəkkə, etina etmək lazım deyil.[2]

  2. İnsan qonaqlığa gedərkən, yemək istədiyi yeməyin halal olmasına çox şəkk edir. Şəkkinə etina etməli deyil gərək bənanı halallığa qoysun.[3]

  3. Həqqunnas işlərində, vasvası adam şəkkinə etina etməli deyil və gərək bənanı əməlin və işin düzgün olmasına qoysun.[4]

  4. O kəsin vəzifəsidir ki, bütün ibadi və qeyri ibadi işlərdə müxtəlif şəkklər edir, budur ki, əgər çox şəkk edənin şəraitinə sahibdirsə, şəkklərinə etina etməli deyil.[5]

  5. O kəslər ki, Allaha və İslam Peyğəmbərinə (s) imanları var, amma onlar üçün çoxlu vasvasılıq tapılır, mütaliə və axtarışa başlayırlar, onlar pakdrlar və bu vasvasılığın heç bir zərəri yordur[6] yəni kafir sayılmazlar və nəcis deyillər.

İki: Fəqihlərdən bir dəstənin nəzəri:

Amma fəqihlərdən bir dəstəsi bu qaydanı ancaq namaza məxsus bilirlər və onun başqa yerlərdə istifadə olunmadığını bildirirlər. Bəlkə deyirlər başqa yerlərdə onlara məxsus olan hökmlərə əməl etmək lazımdır.[7]

Bu hissədə şəkk və şübhə haqqında bir sıra nöqtələri bəyan edirik:

Bir. Vəsvəsə, şəkk, şübhə və təzəlzül şeytani əməllərdəndir; necə ki, xatircəmlik, yəqin və sabitlik rəhmani və mələluti feyzlərdəndir. Şeytan Allah bəndələrini düzgün və doğru yoldan çıxartmaq üçün müxtəlif vəsilələrdən və hilələrdən istifadə edir və özü ki, məkrlidir insanları yoldan çıxartmağın yolunu onların hazırladıqlarının əsasında seçir və həmin yoldan daxil olur. Bu vəsvəsələrlə mübarizə etməyin ən yaxşı yolu, şeytani vəsvəsələrə etinasızlıqdır. Şeytan insanı pisliyə dəvət edərkən insan gərək fikrini başqa şeylərlə məşğul etsin.

İki. İnsan ağıla və fikirə sahib olan bir varlıqdır, doğru yolu tanımalı və ondan ayrılmamalıdır. Məlumdur ki, bu yolun elmi çalışmaya və münəzzəm fikirə ehtiyacı vardır ki, şəxs bu yolla özü üçün mənalı bir dünya qursun və o dünyada "pak həyata" əl tapsın.

Bu yolda nə qədər çalışılsa azdır və hər kəs mərifət qazanmaq üçün çalışmalıdır. Bu məqsəd üçün addım- addım əqidə köklərini möhkəmləndirmək lazımdır ki, bütün təhlükələrdən suğortalansın və heç bir ziyan və sədəmə görməsin.bu hərəkətin birinci nöqtəsi "varlıq aləmi və insan varlığı" haqında mütaliə və düzgün nəticə almaqdır. Bu yolda insanın qarşısına çıxan şəkklər və şübhələr, təbiidir və ötəridir və belə deyil ki, həmişə zəruri və azdırıcıdır, bəlkə bəzən yəqinə tərəf və yüksək mərhələlərə ucalmaq üçün körpü ola bilər. Əlbəttə bu o haldadır ki, insan bu mərhələdən sürətlə keçə və onda dayanmaya; çünki onda gecikmək zərərlidir.[8]

Sonda qeyd olunan suala təqlid mərcələrinin cavablarını xatırladırıq:[9]

  1. Xaminei: Bir kəs ki, çox şəkk edir kəsiruş- şəkdir, əgər bir kəs namazda üç dəfə şəkk edə ya üç ardıcıl namazda (məsələn sübh, zöhr və əsr namazlarında) şəkk edə, kəsiruş- şəkkdir. Necə ki, onun çox şəkk etməsi qəzəb ya qorxu ya pərişanlıq üzündən olmasa, şəkkinə etina etməsin və kəsiruş- şəkk nə qədər ki, adi camaat halına qayıtmayıb şəkkinə etina etməli deyil.

  2. Məkarim Şirazi: Bizim fətvamıza uyğun olaraq "kəsiruş- şəkk) yəni çox şəkk edən adam şəkkinə etina etməli deyil, istər namazın rəkətlərinin ədədlərində olsun, ya namazın hissələrində olsun, ya namazın şəraitində.

Kəsiruş- şəkk o kəsdir ki, deyələr çox şəkk edir, əgər bir kəs bir namazda üç dəfə şəkk edə ya üç ardıcıl namazda şəkk etsə kəsiruş- şəkkdir.

  1. Safi ülpayqani: Ümumi olaraq kəsiruş- şəkk namazın işlərində istər zikirlərdə istər rəkətlərdə istər rukuda və səcdələrdə, şəkkinə etina etməli deyil.

  2. Sistani: Bəli.

  3. Hadəvi Tehrani: Kəsiruş- şəkk olan adam ancaq kəsiruş- şəkk olduğu yerlərdə şəkkinə etina etməli deyil və başqa yerlərdəki onun şəkinin ölçüsü adidir. Adi insanlar kimi şəkkin qanunlarına, əməl etsin.

Artıq məlumat üçün aşağıdakı göstəriciləri mütaliə edin:

"Həqqunnas", 9249 (sayt: 9221)

"Həqqunnas və bağışlanmaq tələb etmək" 7952 (sayt: 8054)

"Şəkk yerində ehtiyata hökm etmək" 3078 (sayt: 3324).

[1] - Bax: Musəvi Becnurdi, seyyid Həsən, Əl- qəvaidul- fiqhiyyəh, Mühəqqiq və Müsəhhih, Mehrizi, Məhdi və derayəti, Muhəmməd Həsən, cild 2, səh 353- 356, Əlhadi nəşri, Qum, birinci çap, 1419 hicri qəməri; Təbatəbai Qummi, Seyyid Təqi, Ələnvarul- bəhiyyəh fil- qəvaidul- fiqhiyyəh, səh 190 və 191, Məhəllati nəşriyyatı, Qum, birinci çap, 1423 hicri qəməri; Təbrizi, Cavad, istifttati cədid, cild 2, səh 71, səh 325 Qum, birinci çap, bina və bita.

[2] - nİmam Xumeyni, Seyyid Ruhullah, İstiftaat, cild 1, səh 169, səh 158, dəftəre intişarati İslami, Qum, beşinci çap, 1422 hicri qəməri.

[3] - Həmin, səh 110, sual 295.

[4] - Təbrizi, Cavad, İstiftaati cədid, cild 2, səh 71, sual 325.

[5] - Bəhcət, Muhəməd Təqi, İstiftaat, vild 2, səh 215, sual 2302, həzrəti Ayətullah Bəhcətin dəftərinin nəşri, Qum, birinci çap, 1428 hicri qəməri.

[6] - Məkarim Şirazi, Nasir, Tozihul- məsail risaləsi, səh 36, m 114, Əli ibni Əbi Talib mədrəsəsinin nəşriyyatı, Qum, əlli ikinci çap, 1429 hicri qəməri.

[7]- N. K. Əlqəvaidul- fiqhiyyəh, cild 2, səh 355 və 356.

[8] - R.K. "etiqadlarda şəkk və şübhə" göstəricisi, sual 4895, (sayt: 5356)

[9] - İslam kuest saytının vasitəsiylə dəftərlərdən istiftaat.



Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Təsadüfi suallar

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    162865 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    154904 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    117738 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    109671 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    98764 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    91284 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    53336 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    45184 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    43704 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    42862 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...