Ətraflı axtarış
Baxanların
5973
İnternetə qoyma tarixi: 2007/11/29
Sualın xülasəsi
Bəzi vacib və ya müstəhəb əməlləri yerinə yetirməyə ciddiyyətli olmaq namazın əvəzini verə bilərmi?
Sual
Ehtiyaclı şəxslərə və xəstələrə kömək etmək, məscid və s. şeylər tikməklə namaz qılmamağın əvəzini ödəmək olarmı?
Qısa cavab

Suala cavab verməzdən əvvəl bir məsələni izah etmək zəruridir: İslamın hökmləri və göstərişləri məsləhət və məfsədə əsasında olsa da, bəşərin əqli təklikdə şəriət hökmlərinin bütün faydalarını, eləcə də onların tərk edilməsinin bütün zərərlərini dərk edə bilməz; bu barədə Allahın vəhyinə və məsumların (əleyhimus-salam) sözlərinə tabe olmaq lazımdır. Buna görə də sualda dediyiniz kimi, “ehtiyaclı şəxslərə və xəstələrə kömək etməklə, məscid və s. yerlər tikməklə namaz qılmamağın əvəzini çıxmaq olarmı?” sualının cavabında Quranda və sünnətdə bu mətləbə dair bir dəlil olub-olmamasını araşdırmaq lazımdır. Biz də cavabda deyirik: Fiqhdə və şəriətdə bəzi vacib əməllər təxyiri şəkildədir, yəni bir əməlin yerinə başqa bir işi görmək olar. Məsələn, orucun kəffarəsində şəxs 60 gün oruc tutmaq, 60 fəqiri doyuzdurmaq və ya onların hər birinə 750 qram təam verməkdən hər birini seçməkdə ixtiyar sahibidir.[1] Amma vacib namazlar barəsində buyurulan bəzi rəvayətlərdən məlum olur ki, heç bir şey onun əvəzini ödəyə bilməz; üstəlik sair yaxşı əməllərin qəbul olunması da namazın qəbul olunması ilə şərtlənir. Aşağıdakı rəvayət kimi: “Qiyamətdə bəndədən soruşulan (mühasibə olunan) ilk şey namazdır: əgər o qəbul olunsa, sair (yaxşı) əməllər də qəbul olunacaqdır; yox, əgər qəbul olunmasa, sair (yaxşı)  əməllər də qəbul olunmayacaqdır.”[2]

Hər bir halda namaz üçün heç bir əvəz edici olmadığı halda öz gümanımız əsasında əməl etsək Allah dərgahında heç bir bəhanəmiz olmayacaqdır. Bu barədə bir misal çəkirik: əgər bir şəxsdə çoxlu xəstəlik olsa və həkim də hər bir xəstəlik üçün xüsusi bir dərman nüsxəsi yazsa, xəstə şəxs xüsusi bir dərman (məsələn ürək dərmanı) əvəzinə təkrar şəkildə başqa bir dərman (məsələn, şəkər xəstəliyinin dərmanını) qəbul edə bilməz. Müstəhəb və digər vacib əməlləri yerinə yetirməklə namaz kimi mühüm və əsaslı bir vacibdən qafil olmaq, onun yerinə başqa bir əməl əncam vermək olmaz.

Amma gecə namazı kimi müstəhəb namazlardan bəzilərini sədəqə verməklə bərpa etmək olar.[3]

 


[1] “Tovzihul-məsaile mərace”, 2-ci cild, səh. 928

[2] Mühəddis Nuri, “Müstədrəkül-vəsail”, 3-cü cild, səh. 25

[3] “Ər-rovzətul-bəhiyyə fi şərhil-Lüm’ətid-Dəməşqiyyə”, qədim çap, 1-ci cild, səh. 109

وَ يُسْتَحَبُّ قَضَاءُ النَّوَافِلِ الرَّاتِبَةِ الْيَوْمِيَّةِ اسْتِحْبَابًا مُؤَكَّدًا وَ قَدْ رُوِيَ: أَنَّ مَنْ يَتْرُكْهَا تَشَاغُلاً باِلدُّنْيَا لَقِيَ اللهَ مُسْتَخِفًّا مُتَهَاوِنًا مُضِيعًا لِسُنَّةِ رَسُولِ اللهِ ص فَإِنْ عَجَزَ عَنِ الْقَضَاءِ تَصَدَّقَ عَنْ كُلِّ رَكْعَتَيْنِ بِمُدٍّ فَإِنْ عَجَزَ فَعَنْ كُلِّ أَرْبَعٍ فَإِنْ عَجَزَ فَعَنْ صَلاَةِ اللَّيْلِ بِمُدٍّ وَ عَنْ صَلاَةِ النَّهَارِ بِمُدٍّ فَإِنْ عَجَزَ فَعَنْ كُلِّ يَوْمٍ بِمُدٍّ وَ الْقَضَاءُ أَفْضَلُ مِنَ الصَّدَقَةِ

 

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    162768 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    154440 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    117599 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    109484 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    98103 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    91127 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    53241 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    44701 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    43580 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    42704 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...