Ətraflı axtarış
Baxanların
9541
İnternetə qoyma tarixi: 2012/04/09
Sualın xülasəsi
إِيَّاكَ نَعْبُدُ وَ إِيَّاكَ نَسْتَعينُ “İyyakə nə’budu və iyyakə nəstəin” ayəsinin təfsiri nədir?
Sual
إِيَّاكَ نَعْبُدُ وَ إِيَّاكَ نَسْتَعينُ “İyyakə nə’budu və iyyakə nəstəin” ayəsinin təfsirini qısa şəkildə bəyan edin.
Qısa cavab

Ayənin tərcüməsi: “(Pərvərdigara!) Yalnız Sənə pərəstiş edir və yalnız Səndən kömək istəyirik.”[1]

Allaha ibadət etmək bəndənin Onun qarşısında “məmluk” (Onun mülkiyyəti) olmasını,[2] Ondan kömək və yardım istəməsini göstərir.[3] “Nəstəin” kəlməsinin kökü olan “ovn” mütləq şəkildə nüsrət və kömək etmək mənasındadır.[4]

“Həmd” surəsinin ilk ayələri Allahın zat və sifətində tövhidi bəyan edir, إِيَّاكَ نَعْبُدُ وَ إِيَّاكَ نَسْتَعينُ “İyyakə nə’budu və iyyakə nəstəin” ayəsi isə fellərdə və ibadətdə tövhidi çatdırır. İbadətdə tövhid budur ki, Allahın müqəddəs zatından başqa heç kəsi və heç nəyi pərəstişə və ibadətə layiq bilməyək, yalnız Onun fərmanına itaət edək, Onun zatından başqasının müqabilində bəndəlik və təslimdən uzaq olaq. Fellərdə tövhid budur ki, bütün varlıq aləmində həqiqi mənada təsir edənin yalnız Allah olduğunu bilək. Nəinki səbəblərin ardınca getməyək, əksinə inanaq ki, təsir edən hər bir səbəb yalnız Allahın fərmanı ilə təsir qoyur.[5] Bu təfəkkür və etiqad insanı Allahdan qeyri hər bir şeydən və kəsdən ayıraraq yalnız Allaha doğru yönəldir.[6]

İmam Riza (əleyhis-salam) buyurur: “İyyakə nə’budu kəlməsi bəndənin Allah dərgahına yaxınlaşıb rəğbət bəsləməsinə, əməldə ixlas göstərməsinə səbəb olur, Ondan qeyrisinə yox. “İyyakə nəstəin” daha artıq ibadətə tövfiq tapmağı, verilən nemətlərin davamını və kömək Allahdan istəməkdir.”[7]

Bir neçə təfsir incəliyi[8]

1. Yalnız Allah pərəstişə layiqdir, kömək axtarmağa layiqli olan yeganə həqiqət də Allahdır.[9]

2. Əvvəlki ayələr insanın etiqadlarına aid idi, bu ayədə isə insanın əməli, yəni pərəstiş bəyan olunur. Buna diqqət yetirməklə iki nəticə almaq olar: 1. İnsanın düşüncə və təfəkkürləri onun əməl, rəftar və davranışının əsasıdır; 2. Allah-taalanın bütün varlıq aləminə rübubiyyəti – Rəbb olması, Rəhman və Rəhim olması, qiyamət günündə mütləq hakim və malik olması Onun pərəstişə layiq olmasının ən mühüm dəlilidir.[10]

3. Allahın hüzurunda özünü görməməzliyə vurmaq (heç hesab etmək) Ona ibadətin ədəb qaydalarından biridir. “Mən” kəlməsinin yerinə “biz” kəlməsindən istifadə edilməsi bəzən qarşı tərəfi əzəmətlə yad etmək üçündür, bəzən də xudbinlik və mənəmlik hislərindən uzaq olmaq üçün. Kəlamda mövcud olan şahidlər məqsədin nə olduğunu bəyan edir. Burada bəndəlik məqamına münasib olduğundan məqsəd xudbinlikdən və mənəmlikdən uzaq olmaqdır. Buna görə də “nə’budu” kəlməsi birinci şəxsin cəm formasında gəlmişdir.

4. İnsanın Allaha ibadəti və ibadətdə xalis niyyətdə olması yalnız ilahi köməklər sayəsində mümkündür. “Nəstəin” feli “Həmd” surəsindən əldə oluna bilən bütün vəzifələrdə kömək istəməyə şamildir, onlardan biri də yeganə Allaha pərəstiş lüzumudur ki, “yalnız Sənə ibadət edirik” cümləsindən məlum olur.

5. İnsan Allaha ibadətdə tam ixtiyar sahibi olmaqla eyni zamanda Onun yardımı və köməyi olmadan ibadət edə bilməz.[11] O, bütün işlərdə Allahın kömək və yardımına ehtiyaclıdır.

 


[1] “Fatihə” surəsi, ayə: 5

[2] Aşağıdakı görünüşlərə bax: “İbadətin yolları”, sual 8931 (sayt 9918); “İbadət Allah üçün, yoxsa özün üçün?”, sual 378 (sayt 389), “İbadətin dərəcələri və hüzuri-qəlb”, sual 14743 (sayt 14486).

[3] Bostani, Fuad Əfaram – Məhyar, Rza, “Əbcəd” lüğəti, səh. 60, “istianət” kəlməsi, “İslami” nəşriyyat, Tehran, 2-ci çap, 1375-ci şəmsi il

[4] Fərahidi, Xəlil ibni Əhməd, “Əl-eyn” kitabı, 2-ci cild, səh. 253, “Hicrət” nəşriyyatı, Qum, 2-ci çap, 1410-cu qəməri il; Cavadi Amuli, Əbdüllah, “Təsnim”, 1-ci cild, səh. 425, “İsra” nəşriyyatı, Qum,

[5] Aşağıdakı görünüşlərə bax: “Tövhidin mərtəbələri”, sual 1913 (sayt 3445); “Allah, Onun sübuti və səlbi sifətləri”, sual 2330 (sayt 2858)

[6] Məkarim Şirazi, “Təfsiri-nümunə”, 1-ci cild, səh. 42 və 43, "Darul-kutubil-islamiyyə", Tehran, birinci çap, 1374-cü şəmsi il

[7] Şeyx Səduq, Məhəmməd ibni Əli, “Mən la yəhzurhul-fəqih”, tədqiq və təshih: Ğəffari, Əli Əkbər, 1-ci cild, səh. 310, “İslami nəşriyyat”ın dəftərxanası, Qum, 2-ci çap, 1413-cü qəməri il.

[8] Haşimi, Əli Əkbər, “Təfsiri rahnəma”, 1-ci cild, “Həmd”, surəsinin 5-ci ayəsinin izahında, “Quran” mədəni-maarif mərkəzi, Qum (azacıq ixtisar dəyişikliklə)

[9] “İyyakə” məf’ulunun (tamamlıq), “nə’budu” və “nəstəin” fellərindən qabağa keçməsi həsrə dəlalət edir.

[10] “Həmd” surəsinin ilkin ayələrindən bəhs etdiyimiz ayəyə qədər diqqət yetirməklə.

[11] “İyyakə nəstəin”in mənasına diqqət yetirməklə.

 

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Borc verən edə bilərmi zorla haqlı borcunu geri alsın? Məsələn 5 dəqiqəlik huşsuz etməklə və ya bir neçə nəfərin köməyi ilə zorlasın?
    5256 Nəzəri əxlaq 2011/11/12
    Borclunun borcu inkar etdiyi təqdirdə və ya üzürsüz olaraq, onu ödəməkdə, problem çıxardıqda, borc verən edə bilər borc miqdarında onun malından götürsün. Amma diqqət etmək lzımdır ki: 1- Əgər bu zəmində qayda və qanin varsa, riayət olunmalıdır və qanuna uyğun əməl olunmalıdır.[1] 2- ...
  • Иман нәдир?
    6485 Təzə kəlam 2010/07/18
    Иман инсан үчүн мүгәддәс олан мәнәви ишләрә сәмими гәлбдән бағланмаға дејилир вә бу јолда өз ешг, мәһәббәт вә шүҹаәт ҝөстәрмәјә һазырдыр.    Гуранда иманын ики ганады вар; елм вә әмәл. Елм әмәлсиз күфрлә нәтиҹәләнә ...
  • Fahişə qadınla müvəqqəti evlənmək olarmı?
    11138 Nizamlar hüquq və əhkam 2014/05/22
    Fahişə qadınla daimi və müvəqqəti evlənmək haram deiyl amma, bəzi səbəblərə görə elə qadınlarla evlənmək dünya və axirətinizin xeyirinə deyildir. ...
  • Səhraların yaranmasının fəlsəfəsi nədir?
    5736 Qədim kəlam 2012/04/09
    1. Allah, Özünün xəlq etdiyi hər bir şeyi: asimanı və yeri, dağları və dəryaları, meşələri və səhraları... müəyyən məsləhət və faydalar əsasında xəlq etmişdir. Onların xilqəti haqdır və onda batilə əsla yer yoxdur.[1] Lakin bəşər övladı bu məsləhətləri dərk etməkdə acizdir. Meşələr və dəryaların ...
  • Xəyal qüvvəsindən münasib şəkildə istifadə etmək olarmı?
    6695 İrfan fəlsəfəsi 2012/04/10
    Nəfsin işlərindən biri olan xəyal (müsəvvirə) qüvvəsi insan nəfsinin batini mərtəbələrindən və idrak qüvvələrindəndir. Bu qüvvənin işi hiss olunan şeylərin cüzi (konkret) şəkil və surətini idrak edib saxlamaqdır və təxəyyül qüvvəsi adlandırılır. İnsanın nəfsi (ruh bədənə daxil olduqdan sonra nəfs adlanır) aləmin mələkut (batini) həqiqətlərini ...
  • Bəxtin mənası nədir? Bəxt və tale deyilən bir anlamın olması həqiqətdirmi?
    26348 Qədim kəlam 2011/05/09
    Bəxt, tale və şans ədəb və şer cümlələri olmasına baxmayaraq insanlar arasında daha çox istifadə olunur. Bu sözlər iki mənada işlənə bilər. 1). Səbəbsiz bir şeyin baş verməsi. Bu məna fəlsəfə elmi baxımında qəbul olunmur. Çünki fəlsəfə elmi hər bir hekayənin, hadisənin, olayın baş verməsində ondan öncə səbəbin ...
  • Dindən qaçan şəxsi necə hidayət etmək olar?
    5226 Əməli əxlaq 2011/07/28
    Belə insanlara ən yaxşı yol göstərmə aşağıdakılardan ibarətdir:1. Ona başa salmaq və soruşmaq lazımdır ki, Allah-taalanın bizə bəxş etdiyi bu qədər nemətlər – başda insanın xilqəti olmaqla ...
  • Hər kəs ölsə və onun boynunda beyət olmasa və beyət etməmiş ölsə, cahiliyyətdə ölənlər kimi ölüblər, hədisi Peyğəmbərin (s) özünə də şamil edilirmi?
    6132 Qədim kəlam 2012/01/16
    Beyətin iki tərəfi vardır. Onun bir tərəfi beyət edən , o biri tərəfi isə beyət olunandır (rəsul ya imam). Bunu nəzərə alsaq ki, Peyğəmbər, rəhbər və imamdır, buna əsasən peyğəmbər, beyət edən deyil, beyət olunandır. Bu cəhətdən aydındır ki, bu rəvayətin məqsədi (sualda qeyd olunan rəvayət ) təkcə imamı tanımaq ...
  • Bəşərin atası olan həzrət Adəmin yaranmasından neçə il keçir?
    10080 تاريخ بزرگان 2011/05/09
    Qurani- kərimdə bu barədə açıq bir şey yoxdur. Amma tarix kitablarında yazılıbdır ki, Adəmin yaranması təxminən altı ya yeddi min il bundan qabaq olubdur. Əlbəttə bu məsələnin, bəşər növünün milyonlar il qabağa aid olması barəsində olan alimlərin fikri ilə heç bir ziddiyyəti yoxdur. Yəni həzrət Adəmin nəslindən qabaq minlərlə insan ...
  • Aya namazın salamından sonra təkbir deyib başı sağa və sola döndərməyin dəlili var?
    9972 Nizamlar hüquq və əhkam 2012/02/07
    Namazın salamından sonra təkbir deyib başı sağa və sola döndərmək müstəhəb əməllərdən biridir və hədis kitablarında da ona işarə olunmuşdur. Onu düzgün yerinə yetirmək bu cürdür: 1.             Əgər namaz qılan .əxs, camaat namazında imamdırsa, qiblədən dönməmiş sağ gözüylə sağ tərəfə nəzər ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    162769 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    154449 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    117602 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    109488 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    98124 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    91129 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    53244 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    44705 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    43581 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    42708 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...