Ətraflı axtarış
Baxanların
7864
İnternetə qoyma tarixi: 2008/01/24
Sualın xülasəsi
Mən hənəfi məzhəbinə tabeyəm. Şəri cəhətdən internet vasitəsi ilə bir kəslə tanış olmaq və izdivac etmək caizdirmi? Belə bir izdivac davam edib möhkəm qala bilərmi?
Sual
Mən hənəfi məzhəbinə tabeyəm. Şəri cəhətdən internet vasitəsi ilə bir kəslə tanış olmaq və izdivac etmək caizdirmi? Belə bir izdivac davam edib möhkəm qala bilərmi?
Qısa cavab

Siz hənəfi məzhəbinə tabe olduğunuza görə münasib olar ki, bu məzhəbin alim və fəqihləri ilə əlaqə yaradaraq cavabınızı onlardan alasınız. Şübhəsiz, onlar bu barədə özlərinə məxsus olan cavabları verəcəklər. Amma bizim İranda yaşayan və şiə məzhəbində olduğumuzu bilə-bilə sual verdiyinizdən, belə hesab edirik ki, bu mühüm məsələdə müxtəlif məzhəb  alimlərinin  nəzəriyyələri ilə əlaqədar tədqiqat aparmaq istəyirsiniz. Biz Əhli-beyt (əleyhimus-salam) fiqhinə əsasən cavab verəcəyik ki, həqiqət hamıya aşkar olsun.

Əvvəldə demək lazımdır ki, qadın-kişi arasında yaranan ailə münasibətləri (izdivac) insanın kamilləşməsinə səbəb olur. Yəni ariflərin maarifinə və ilahi məhəbbət vadisindəki aşiqlərin nəzərinə görə bütün dünya Allahın ad və sifətlərinin cilvəgahı, təzahür yeridir. Qadın və kişi də bu təcəllinin nümunələrindən biridir. Amma hər kəs öz növbəsində və müxtəlif məsələlərlə əlaqədar nəzərinə əsasən, Allah-taalanın camal və ya cəlal sifətlərinin təzahürü sayılır.

Başqa sözlə desək, kişi müxtəlif məsələlərə qəhhar (üstünlük, qüdrət) görüşlə nəzər saldığına görə Allahın cəlal sifətlərini göstərib nümayiş etdirir. Qadın da varlıq aləminə zərif, lətif və gözəllik görüşü ilə nəzər saldığına görə Allahın gözəl və camal sifətlərinin təzahürü sayılır. Buna görə də qadınla kişinin arasında bərqərar olunan ailə münasibətlərini varlıq güzgüsündə onlar üçün təkamül səbəbi hesab etmək olar. Çünki Allahın cəlal və camal xüsusiyyətləri “sifətlər güzgüsü”ndə bir yerdə nümayiş etdirilir. Buna görə də İslam dinində evlənib ailə qurmaq məsələlərinə son dərəcə böyük əhəmiyyət verilir, onların bir-birinin səviyyəsində olması bu münasibətlərin təşkilində ən mühüm bir ünvan və amil sayılır. Bir-birinə münasib olmaq da onların qarşılıqlı olaraq hər birinin digəri barəsində dəqiq agahlıq əldə etmələrini tələb edir ki, hissiyyata qapılmadan hər biri digəri barəsində tam və hərtərəfli agahlığa malik olmaqla uğurlu bir izdivacın şahidi olsunlar.

Mərhum İmam Xomeyni “Təhrirul-vəsilə” kitabında buyurur: “Yaxşı olar ki, insan həyat yoldaşı ünvanı ilə seçmək istədiyi şəxsin xüsusiyyətlərini diqqətlə araşdırsın, bu barədə laqeyd yanaşıb səhlənkarlığa yol verməsin. Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih)-dən nəql olunan bir rəvayətdə deyilir: “Özünüz üçün pak-pakizə ailədən olan qadınlar seçin. Çünki belə ailələr övlad tərbiyəsində çox dərin təsirlərə malikdir.” O həzrət başqa bir hədisdə buyurur: “Özünüz üçün pak nəsillərdən olan həyat yoldaşı seçin, çünki övladlar dayılardan (anan tərəfdən) bir çox sifətləri irs aparırlar.”[1]

Həyat yoldaşı seçərkən diqqətli olmaqla əlaqədar mövlamız İmam Sadiq (əleyhis-salam)-dan  belə nəql olunur: “(Diqqətlə) baxın görün, kiminlə həmneşin olursan?! Kimi öz sərvətində şərik edirsən?! Kimi özünün sirlərinə və dininə agah edirsən?! Bu işi əncam verməyə dair qəti qərara gəldiyin zaman yaxşılıq və gözəl əxlaqda məşhur olan iffətli bir qadını həyat yoldaşı seç!”[2]

O həzrət yenə buyurur: “Qadın eynilə insanın boyuna asılan boyunbağı kimidir. Belə isə, boynuna necə boyunbağı asacağına diqqət yetir!”[3]

Bu dəyərli kəlamdan aydın olur ki, çox ciddi və həssas bir məsələ olan ailə münasibətləri barədə çox diqqətli və ehtiyatlı olmaq lazımdır, eləcə də bu iş mümkün qədər təfəkkür və tədqiqat əsasında baş verməlidir. Çünki bu mühüm məsələ “islami ailə” təşkil edilməsi ilə birbaşa əlaqəlidir və islam cəmiyyətinin ilk ocağıdır. Eyni zamanda gələcək nəslin yaranıb formalaşmasında da birbaşa rol ifa edir. Odur ki, bu məsələyə sağlam  ağıl əsasında, ötəri hisslərə və duyğulara qapılmadan, cavanlıq dövrünün xam xəyallarına aldanmadan və bir sözlə, bu kimi işlərdən tamamilə uzaq olan bir fəzada yanaşmaq lazımdır.

Buna əsasən, evlənmək kimi müqəddəratı həll edən həssas və mühüm bir məsələyə gerçək və əql əsasında nəzər salmaq istəsək, bilməliyik ki, internetdəki axtarış gələcək həyat yoldaşının ruhi xüsusiyyətləri barəsində kamil məlumat və dərin agahlıq üçün münasib yol deyildir – hətta əgər bu barədə axtarış aparan şəxs son dərəcə ağıla, yüksək səviyyədə huşa və zəkaya malik olsa da belə. Əlbəttə, ayıqlıq və huşyarlıqdan istifadə etməyə çox da ehtiyac duyulmayan bəzi xüsusiyyətləri, misal üçün: qarşı tərəfin elmə, incəsənətə və s. şeylərə olan marağını dərk etmək olar. Amma daha artıq təfəkkürə və diqqətə ehtiyac duyulan bir çox sifətlər barədə internetdən başqa yollarla tədqiq edilməlidir.

Başqa sözlə, internetdən ona hakim olan fəza, imkanlar və bacarıq əndazəsində təvəqqe etməliyik, bunlardan artıq yox. Buna əsasən, sualınızın ikinci hissəsinə – internetdə baş verən izdivacın möhkəm olub davam etməsi ilə əlaqədar hissəsinə cavab veririk: ideal həyat yoldaşını tanımaqda internet kamil bir vasitə deyildir. Demək olar ki, bu mühüm məsələnin müqəddimələri nə qədər əyani gerçəklik əsasında olsa, bir o qədər müvəffəqiyyət və uğurla yanaşı olacaqdır. Bunun müqabilində isə bu müqəddimə işləri ötəri hisslərə qapılmaqla və məntiqi əsas olmadan hazırlansa, daha az müvəffəqiyyətlə qarşılaşacaqdır. Buna əsasən, internetlə baş verən izdivacı qəti uğursuzluğa məhkum etmək olmaz. Eyni zamanda, onun uğurlu olacağını da qəti şəkildə demək olmaz. Əksinə, bu məsələ bir çox müqəddimələrə bağlıdır ki, onların ən mühümü nəzərdə tutulan həyat yoldaşının ruhi xüsusiyyətləri barədə tam və dəqiq agahlığın olması, həyatda qadınla kişinin hədəflərinin uyğun olmasıdır. Bu da ruhiyyələrin eyni olmasında və özünə münasib həyat yoldaşının seçilməsində böyük rol ifa edən ikinci məsələdir. Əlbəttə, qarşı tərəfin mədəni mövqeyi, hansı ictimai sinifdən olması, dini əqidəsi və s.nin də belə bir izdivacın uğurlu olub-olmamasındakı təsirini  nəzərdən qaçırmaq olmaz.

İnternet izdivacının fiqhi yönləri

İnternet izdivacı fiqhi baxımdan aşağıdakı iki yönə malikdir:

a) Naməhrəmlə danışmaq;

b) İnternet yolu ilə nikah əqdinin icrası.

Naməhrəmlə danışmaq barəsində qəti şəkildə demək olar ki, naməhrəm qadınla danışmaq – hətta izdivacdan başqa məqsədlə də olsa, caizdir və belə bir əməl haram deyildir. Yalnız o halda haramdır ki, bu söhbətlər insanın şəhvət hisslərinin təhrik olunmasına səbəb olsun. Yaxud belə söhbətlər haram nəticələrə gətirib çıxarsın. Belə olan halda bu söhbətlərin haramlığına hökm olunur.

Mərhum İmam Xomeyni buyurur: “Əqva nəzər budur ki, naməhrəm qadının səsini eşitmək ləzzət almaq və şəhvət məqsədi ilə olmazsa, caizdir. Həmçinin qadın da – mənfi təsirlər qoymaması şərti ilə naməhrəm kişilərin səsini eşidə bilər. Əlbəttə, ehtiyat hökm edir ki, zərurət hallarından qeyrisində cavan qadının səsinə qulaq asmasınlar.”[4]

Amma əgər evlənmək məqsədi ilə olsa, islam bu hökmü daha geniş nəzərlərlə bəyan edir: nəinki onun səsini eşitmək və onunla söhbət etmək, hətta izdivac məqsədi ilə naməhrəm qadının gözəlliklərinə baxmağa icazə verir.[5]

İmam Xomeyni (rəhmətullahi əleyh) bu barədə buyurur: “Zahiri quruluş ilə agah olmaq və izdivac etmək məqsədi ilə – ləzzət qəsdi və şəhvət istifadəsi olmadan – naməhrəm qadına baxmaq caizdir, əgər belə bir agahlıq hasil olmazsa, yenidən baxa bilər.”[6]

İkinci cəhət: Nikah əqdinin  internet vasitəsi ilə icrası

İnternet yolu ilə icra olunan nikah əqdinin xüsusunda bəzi müasir müctəhidlərin nəzəri belədir: “Hətta nikahda belə, yazılı əqd caiz və qüvvədədir, baxmayaraq ki, ehtiyat şifahi əqdin icrasıdır.”[7]

Amma mərcəyi-təqlidlərin əksəriyyətinin nəzəri budur ki, əgər nikah əqdi sırf şəkildə internet məktubu yolu ilə, o cümlədən e-mayl ilə icra olunarsa və qadın onda kişiyə “zəvvəctukə nəfsi ələs-sədaqil-məlum”, kişi də cavabında “qəbiltuz-zəvacə” yazsa, belə bir əqd batil və etibarsızdır.[8] Amma əgər əqdin icrası səs vasitəsi ilə, yaxud başqa sözlə mesencer vasitəsi ilə və şifahi surətdə baş versə, belə ki, qadın və kişi, yaxud bu ikisinin vəkilləri bir-birinin səsini eşitsələr, bu halda əqd səhihdir və internet telefon rolunu oynayır. Şiə fəqihlərinin nəzərinə əsasən nikah əqdinin telefon vasitəsi ilə icrası caizdir.[9]

 


[1] “Təhrirul-vəsilə”, “nikah” bölməsi, 1-ci məsələ, səh. 694

[2] Yenə orada

[3] Yenə orada

[4] “Təhrirul-vəsilə”, “nikah” kitabı, məsələ 29, səh. 701

[5] “Əl-Lüm’ətül-Dəməşqiyyə”, “nikah” kitabı

[6] “Təhrirul-vəsilə”, “nikah” kitabı, məsələ 28

[7] Məhdi Hadəvi Tehrani – yazılı nəzərini elan edərkən.

[8] İmam Xomeyni (rəhmətullahi əleyh) nikah əqdi və onun hökmləri barədə buyurur: “Sadəcə tərəflərin razılığı və nikahda əqdin (şifahi tələffüz olmadan) yazılması kifayət deyildir.” Ayətullah Sistani buyurur: “Daimi və ya müvəqqəti nikah əqdində şifahi icab və qəbul əqdin səhihlik şərtidir, sadəcə tərəflərin razılığı və ya əqdin (tələffüz edilmədən) yazılması kifayət deyildir.” “Tovzihul-məsail”in müntəxəbatı, məsələ 953

[9] “Siratun-nəcat”, Ayətullah Xoi (rəhmətullahi əleyh), 3-cü cild, səh. 353; “İslamda qadının hökmləri”, Ayətullah Sistani, səh. 207, məsələ 368

 

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Təsadüfi suallar

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    162850 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    154842 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    117711 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    109644 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    98673 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    91256 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    53327 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    45126 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    43683 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    42841 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...