Ətraflı axtarış
Baxanların
8200
İnternetə qoyma tarixi: 2011/06/28
Sualın xülasəsi
Aşura ziyarətində Bəni Üməyyənin hamısına niyə lənət edirik və deyirik:
Sual
Aşura ziyarətində Bəni Üməyyənin hamısına niyə lənət edirik və deyirik:
«لَعَنَ اللَّهُ بَنى اُمَیَّةَ قاطِبَةً»
"Lənətullahu Bəni Üməyyətə qatibə?" Bəni Üməyyənin yaxşılarının nə günahı var ki, lənət olunmalıdırlar?
Qısa cavab

İlahi dinin aydın hökümlərindən biri budur ki, Allah Taala heç bir dəstə və nəsli başqalarının günahlarına görə dünyəvi və axirət əzabına düçar etməz. Bu şərtlə ki, o günahın baş verməsində bir növ təsir qoyan ya ona razı olmasın və o günahdan çəkinsinlər. Quran və rəvayətlər nəzərindən bir dəstə ya qəbiləyə qoşulmağın meyarı, həmin dəstə ilə fikri və əməli uyğunluqdur. Necə ki, Allah Nuhun oğlunu Nuhun əhlindən saymır və onun səbəbini Nuhla əməldə uyğunsuzluğun olmasını bildirir. Buna əsasən, lənətlənən Bəni Üməyyədən məqsəd, onlarla fikir və əməl cəhətdən uyğun olan şəxslərdir. Yəni məqsəd Seyyidüş- şühədanın qətlinin səbəbkarları, tarixi cəhətdən təsir qoyanlar, o qətlə razı olanlar, İmaməti inkar edənlər və Bəni Üməyyəni yaxşılığa əmr və pislikdən çəkindirməyənlərdir. Amma onların yaxşılarına lənət yetişmir.

Ətreaflı cavab

Quranın möhkəm əsaslarından biri budur ki, heç kəs başqasının günahına görə, danlanmaz və dünyəvi və axirət əzabına düçar olmaz.[1] Bu şərtlə ki, günahın baş verməsində bir növ təsir qoyan ya ona razı olmasın və ya ondan çəkindirmiş olsun. Bunların hamısında cəza və əzab başqalarının günahına görə deyil, əksinə həmin günahların özünə görədir.

Həzrət Saleh (ə)- ın dəvəsini Səmud tayfasından bir nəfər öldürmüşdü,[2] amma Qurani- kərim o günahıonların hamısına aid edir[3] və onların hamısını cinayətkar və cəzaya layiq bilir.[4] Çünki onların hamısı bu günahda razı idilər. Əli (ə) buyurur: Səmud tayfasının müştərək sevinc və qəzəbi onların müştərək bədbəxt talelərinin olmasına səbəb oldu.[5]

Qurani kərim, Peyğəmbər (s)- lə eyni dövrdə yaşayan yəhudiləri onların keçmiş nəsillərinə görə, çox danlamışdır. Məsələn, buzova pərəstiş, zülmkarlıq, Allahın sözlərini təhrif etmək, İlahi Peyğəmbərləri inkar etmək, onları öldürmək və... [6] Bu danlamaların səbəbi,baxmayaraq ki, həmin dövrün yəhudiləri belə bir günahlar etməmişdirlər. O idi ki, onlar özlərinin keçmişdə yaşayanları ilə fəxr edir və onlardan razı idilər.

Bəni Üməyyənin arasında İmamların İmamlığın əllərindən alınması, onların və şiələrinin şəhid olmasında, bəzisi səbəb cəhətdən səbəbkar, bir dəstəsi bir- başa səbəbkar, bir dəstəsi tamaşaçı və bir dəstəsi də razı və fəxr edən idi.

Ona görədə, onların hər biri etdiyi günahlara görə, lənətlənmişdirlər.

Quran və rəvayətlər nəzərindən bir dəstə ya tayfaya qoşulmağın meyarı, həmin dəstə ilə fikir və əməldə uyğun olmaqdır. Necə ki, Allah Nuhun oğlunu Nuhun əhlindən saymır və onun səbəbini Nuhla əməldə uyğunsuzluqda bəyan edir.[7] Ona gərə də baxmayaraq ki, Bəni Üməyyənin bir dəstəsi yaxşı olubdur. Amma İmamlar onları Bəni Üməyyədən saymırdılar.

Nümunə olaraq, Əbdül- əziz ibn Mərvanın övladlarından olan Səd adlı bir şəxs, qadınlar kimi uca səslə ağlaya- ağlaya İmam Məhəmməd Baqir (ə)- ın hüzuruna yetişdi. İmam buyurdu: Hansı səbəbdən ağlayırsan? Səd dedi: Necə ağlamayım ki, mən də Quranda lənətlənmiş ağacdanam? İmam Baqir (ə) buyurdu: Sən onlardan deyilsən. Sən biz Əhli- beytdənsən. Allahın sözünü eşitməmisən ki, buyurdu: Kim mənə tabe olsa, məndən olacaq.[8] Nəticədə deməliyik ki, bütün Bəni Üməyyənin lənətlənməsi, Bəni Üməyyə ilə fikir və əməl nəzərindən uyğun olan şəxslərə aiddir.

Bununla əlaqəli göstərici: Saytın 3372- ci nömrəsi.



[1] - Ən- nəcm surəsi, 38- 41.

«لا تزر وازرة وزر اخری»

"La təziru vazirətun vizrə uxra" cümləsi, Ənam surəsi, ayə 164, İsra surəsi, ayə 15, Fatir surəsi, ayə 18, Zümər surəsi, ayə 7- də gəlibdir.

[2] - Qəmər surəsi, ayə 29, Həqiqətən Səmud tayfasının dəvəsini bir nəfər öldürdü. Nəhcül- bəlağə, Doktor Sübhi Salehin çapı, xütbə 21, səh 319.

[3] - Əraf surəsi, ayə 77, Hud surəsi, ayə 65. Şüəra surəsi, ayə 157. Şəms surəsi, ayə 14.

[4] - O dəvəni Səmud tayfası öldürdü. Allahları onların günahının cəzasına onları məhv etdi və yurdlarını hamarladı. (Yerlə yeksan etdi). SŞəms surəsi, ayə 14.

[5] - Ey camaat! İnsanları bir yerə yığan yalnız sevinc və kədərdir. Səmud tayfasının dəvəsini yalnız bir kişi öldürdü. Allah əzabı onların hamısına göndərdi. Çünki onların hamısı onun işindən razı idilər. Allah Taala buyurdu: Onu öldürdülər və peşman oldular. Nəhcül- bəlağə, xütbə 201, səh 319. Doktor Sübhi Salehin çapı, Ət- təbətul- ula. Beyrut.

[6] - Bəqərə surəsi, ayə 51- 92, Nisa surəsi, ayə 153. Bəqərə surəsi, ayə 92, Bəqərə surəsi, ayə 85- 87. Ali- imran surəsi, ayə 21- 112- 181- 183. Nisa surəsi, ayə 155.

[7] - Hud surəsi, ayə 46.

«قالَ یا نُوحُ إِنَّهُ لَیْسَ مِنْ أَهْلِکَ إِنَّهُ عَمَلٌ غَیْرُ صالِحٍ فَلا تَسْئَلْنِ ما لَیْسَ لَکَ بِهِ عِلْمٌ إِنِّی أَعِظُکَ أَنْ تَکُونَ مِنَ الْجاهِلینَ»

[8] - Şəbistəri, Nəsrullah, Əl- lulu- un məzid fi şərhi ziyarəti mövlana Əbi Əbdillahiş- şəhid, səh 133, Furuği daneş, Tehran.

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Təsadüfi suallar

  • Дини сијасәтдән ајыран секулјаризм тәфәккүрү неҹә јараныб?
    7627 Təzə kəlam 2009/11/10
    Гәрбдә интибаһ дөврүндән сонра христиан-килсә һакимијјәтинин јени јаранан елми-фикри ҹәрәјанларла чарпышдығы дөвр нәһајәт, динин сијасәтлә ајры олдуғу тәфәккүрү мејдана чыхартды. “Секулјаризм” фикри гәрб тәфәккүр дүнјасына мәнсубдур. Бунун да әсаслы сәбәбләри вардыр. Һәр һалда илаһи идејалары ашыламајан, ади ...
  • Kovsər hovuzu nədir?
    9962 Təfsir 2010/10/03
    "Kövsər" çoxlu xeyir mənasındadır. Onun üçün çoxlu dəlil və faktlar qeyd etmək olar. Məsələn: Kövsər arxı və hovuzu, şəfaət, nübüvvət, hikmət, elm, çoxlu nəsl, çoxlu zürriyyə və sair.Kövsərin iki mənası var, biri dünyaya aid (Fatimeyi- Zəhra (s), o biri isə axirətə (kövsər hovuzu)- na aiddir. Kövsər hovuzu, Behiştdə ləzzətli ...
  • Quranın dəfi və ya tədrici nazil olmasından nə qədər keçir?
    7044 Quran elmləri 2010/11/10
    Quranın bir dəfəlik, Peyğəmbərin (s) qəlbinə nazil olması qədr gecəsində (ramazan ayının gecələrindən biri) olmuşdur. Bəzi ayə və rəvayətlərə nəzər saldıqda, bu ehtimalı vermək olur ki, qədr gecəsi həmin ramazan ayının igirmi üçüncü gecəsidir və Quranın (dəfi) bir dəfəlik nazil olması tədricən əlli altı ...
  • Вилајәти фәгиһин васитә илә сечилмәси гајдасында дөвр ирады гаршыја чыхыр. Буну неҹә һәлл етмәк олар?
    7091 Nizamlar (Qurluşlar) 2010/02/06
    Һазырда Иран Ислам Республикасында вилајәти фәгиһи сечән мүтәхәссисләр (хубраган) мәҹлисини мүһафизләр шурасы тәсдиг едир. Инди бела бир шүбһә јараныр ки “әҝәр мүһафизләр шурасыны рәһбәр тәсдиг едирсә, мүһафизләр шурасынын үзвүләри вилајәти-фәгиһи сечән мүтәхәссисләри тәсдиг едирсә, вә онлар да рәһбәрлији сечирсә, бу мәсәлә гејри-мүмүкүн олан ...
  • Niyə biz Aşura ziyarətinin səcdəsində bu müsibətə görə şükr edirik?
    6184 Əməli əxlaq 2012/02/07
    Nemətlərə şükr eləmək rəvayətlərdə xüsusi mövqeyi olan mövzulardandır.[1] Mömin və dinə bağlı insan Allah və yaratdıqları barəsində dəqiq mərifətə malik olsa Allah tərəfindən ona çatan hər bir şeyə şükr eləyər. Ona görə də bu insan həmişə Allah qarşısında öz vəzifəsini yerinə yetirir. İstər yaxşı, ...
  • Şeytanın nəfsi-əmmarə ilə fərqi nədir?
    12461 Əməli əxlaq 2011/09/07
    İnsanın həqiqi mahiyyəti – onu nəfs adlandırırlar – müxtəlif qat və şaxələrdən ibarətdir. Qurani-Kərimdə onun üç mərtəbəsinə (əmmarə, ləvvamə və mütməinnə) işarə olunmuşdir.Nəfsi-əmmarənin mənası budur ki, heyvani meyllər insana hakim olur. O elə bir halətidir ki, nəfs həmişə insana pisliklər və şəhvanı istəklərinin tələbini yeinə yetirmək fərmanı verir.Şeytana ...
  • Nəzirin deyiliş qaydası və düzgün şəraiti nədir? Həddi buluğa çatmayanın nəzir etməsi düzgündür ya yox?
    9989 Əhd etmək, nəzr etmək və and içmək 2015/05/30
    Nəzirin tərifi: Nəzir budur ki, insan Allaha görə hər hansı bir yaxşı işi yerinə yetirəcək və ya hər tərki gözəl olan hər hansı bir əməli tərk edəcək.[1] Nəzirin növləri: Nəzir iki növdür: 1.Şərtli nəzir; Şərtli nəzir və ya şükür nəzri o nəzirdir ki, insan ...
  • Quranda burucdan məqsəd nədir?
    14130 Təfsir 2012/02/15
    "Buruc" kəlməsi gələn ayələrin zahiri mənası budur ki, Allah buyurur: "Biz səmada (hansı ki, yerin yuxarı tərəfindən ibarətdir) günəş və ayın mənzilləri olan bürc və qəsrlər qərar verdik və ona baxanlar üçün zinətlə bəzədik və zinət ulduzlardır.Bu kəlmə həm hasarlı və möhkəm bürc və qalalar olan qədimi ...
  • Allah insanların həyatında nə baş verəcəyini bilirdi, bunu da bilirik ki, çox insanlar cəhənnəmə gedəcək, əgər bunlardan biri qiyamət günü Allahdan sual etsə ki, nə üçün məni yaratdın? Sən bilirdin ki, mən cəhənnəm əhli olacağam, Allahın ona cavabı nə olacaq?
    8325 Qədim kəlam 2011/01/02
    İnsan o zaman ilahi əzaba düçar olur ki, insanın ixtiyarında olan hidayət vasitəsi olan daxili və xarici peyğəmbərlərdən istifadə etmir. Allahaın insanların gördüyü işlərdən agah olması, onları xəta işlərə məcbur etmir. Həqiqətdə isə Allahın elmi insanların rəftarını bəyan ...
  • Əhli- beytin hədəf və rolu nədir?
    8221 Qədim kəlam 2011/06/28
    Peyğəmbər (s)- in Əhli- brytinin fəziləti (ki, həmin beş ali- əbadır, yəni həzrət Məhəmməd (s), Əli, Fatimə, Həsən və Hüseyn (ə) ) Şiə və sünnidən olan çoxlu rəvayətlərdə nəql olunmuşdur. Peyğəmbər (s)- in bu şəxslərin məqam və mövqeyinə təkid etməsinin səbəbi, qohumluq əlaqələrinə görə olmamışdır. Əksinə onların fikir, düşüncə, əməl, ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    162867 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    154912 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    117742 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    109678 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    98774 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    91287 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    53340 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    45191 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    43707 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    42868 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...