Saytın kodu
az21689
Arxiv kodu
31861
Sualın xülasəsi
Xarici kəsrət və nəfsi kəsrətin mənası nədir?
Sual
Salamun Ələykum.
Xahiş edirəm bu terminləri qısa da olsa izah edin:
1- Kəsrət,
2- Xarici kəsrət,
3- Nəfsi kəsrət.
Qısa cavab
- Kəsrət: Kəsrət və vəhdət məntiqi tərifə ehtiyacı olmayan məlum mənalardandır. Ona görə də, onlara edilən tərif ləfzi tərif və ismin izahıdır. Məsələn kəsrətin tərifində belə deyilir: "Kəsrət bölünmə heysiyyətidir". Yəni qisimləri var. Bölünə bildiyinə görə ona kəsrət deyilir.[1]
- Xarici və nəfsi kəsrət: Xarici və nəfsi kəsrət məsələsi iki baxışa (fəlsəfə və irfan)əsasən araşdırıla bilər.
A)- Filosoflar xarici və nəfsi kəsrəti izah edərkən deyirlər: Biz xarici varlıqlarda iki növ kəsrət görürük: Biri xarici ərəzlər cəhətindən olan kəsrət. Məsələn bunun at, onun insan və digərinin aöac və... olduğunu görürük. Digər kəsrət, vücudun özünə aiddir: Məsələn bu varlıq felən (həqiqətən) mövcuddur. (Bilfel) və o biri potensiyaldır və sonradan mövcud ola bilər. (Bil qüvvə) Yaxud bu vahiddir və o biri çox, yaxud bu sonradan vücuda gələndir və o qədimdir. Bu mümkündür və o vacib.
Birinci cəhətdən olan kəsrətə (vücuda mahiyyətin ariz olması olduğuna görə),[2] xarici kəsrət deyirlər. Amma vücudun özünün bölünmələri yolu ilə ona ariz olan ikinci cəhət kəsrət, vücudun vacib və mümkünə y vahid və çoxa, ya bilfel və bil qüvvə və... bölünməsi, bu növ kəsrət vücudun zatındadır və ondan xaric və onun bir hissəsi deyil, bu növ kəsrəti, nəfsi kəsrət adlandırmaq olar.[3]
B)- İrfanda xarici və nəfsi kəsrətin izahı ona görədir ki, ariflər bəzən kəsrəti Allahın zatı mərhələsini nəzərə almaqla və ariflərin dili ilə zatın mərtəbəsində açıqlayırlar, bəzən isə, Allahın zatından xaric. Zat mərhələsini nəzərə almaqla nəfsi kəsrət adlandırmaq olar. İkinci cəhətdən olan kəsrəti xarici kəsrət adlandırmaq olar.[4]

[1] - Təba Təbayi: Seyid Məhəmməd Hüsyn, Bidayətul hikmət, səh 127 və 128. İslami nəşrlər müəssiəsi, Qum, Tarixsiz.
[2] - Əlbəttə vücudun əsil olmasına əsasən mahiyyətin yaranması da, vücud olsa da, lakin burda məqsəd budur ki, mahiyyətdən vücuda ariz olan vücud, vücudun zatından deyil.
[3] - Bax: Təba Təbayi, Seyid Məhəmməd Hüseyn, Nihayətul hikmət, səh 17 və 18, İslami nəşrlər müəssiəsi, Qum, beşinci çap, 1404, hicri qəməri tarixi ilə.
[4] - Bax: İbn Türkə, Sainəddin Əli ibn Məhəmməd, Təmhidul qəvaid, səh 54, Ali təhsil və mədəniyyət nazirliyinin nəşriyyatı, Tehran, 1360, hicri şəmsi tarixi ilə.