Please Wait
Baxanların
6478
İnternetə qoyma tarixi: 2011/09/11
Saytın kodu fa1033 Arxiv kodu 16576
Dəstə Nizamlar hüquq və əhkam
Sualın xülasəsi
Hindıya onun Quranla tanışlıq və onu oxumaq istəməsini nəzərə almaqla Quran hədiyyə etməyin şərii hökmü nədir?
Sual
Hinduya onun Quranla tanışlıq və onu oxumaq istəməsi, amma eyni zamanda onun səhifələrinə əl vurmasını nəzərə almaqla, bir hinduya Quran hədiyyə verməyin şərii hökmünü bilmək istəyirəm.
Qısa cavab

Bu barədə mərcələrin nəzərini açıqlamamışdan qabaq, bir neçə məsələyə diqqət etmək lazımdır:

  1. Hindu kafirlərdən sayılır.

  2. Quranın kafirlər tərəfindən hörmətsizlik və ya nəcislənməsinə yəqin etdikdə (nəinki ehtimal), mərcələrdən heç biri onlara Quranı verməyə icazə vermirlər.

  3. Kafir oxumaq üçün əgər yaş əl ilə Qurana əl vurmasa onun nəcis olmasına səbəb olmaz.

  4. İmam Xumeyni və Ayətullah Behcət kimi bəzi mərcələr Quranı kafirə verməyi ehtiyat vacibə əsasən düzgün saymırlar ki, digər mərcələrin fətvasına müraciət etmək olar.

Təqlid mərcələrinin nəzərləri belədir:

1.      İmam Xumeyni (rh): Vacib ehtiyat budur ki, Quran kafirə verməkdən çəkinsinlər. Əgər Quran onun əlindədirsə mümkün olduqda, ondan alsınlar.[1]

O nicatul- ibad kitabında buyurur: Quranı kafirə hədiyyə etmək doğru deyil.[2]

2. Ayətullah Behcət: Vacib ehtiyat budur ki, Quranı kafirə verməkdən çəkinsinlər. Əgər Quran onun Quranıdırsa mümkün olduqda, ondan alsınlar.[3]

3. Ayətullah Xoyi, Təbrizi, Sistani və Zəncani; Quranı kafirə vermək hörmətsizliyə səbəb olan zaman haram və ondan almaq vacibdir.[4]

4. Ayətullah Safi: Quranı kafirə vermək əgər hörmətsizlik sayılsa və ya hörmətsizlik olunsa haram və Quranı ondan almaq vacibdir.[5]

5. Ayətullah Vəhid Xorasani: Quran kafirə vermək hörmətsizliyə səbəb olan zaman haram və ondan almaq vacibdir.[6]

6. Ayətullah Məkarim: Quranı kafirin əlinə vermək əgər hörmətsizliyə səbəb olsa haramdır. Əgər onun hidayət olunmasına ümidvar olsa ya İslamı təbliğ etmək üçün olsa icazəli, hətta bəzən vacibdir.[7]

7. Ayətullah Fazil: Quranı kafirə verməkdən çəkinməlidirlər. Əgər Quran onun əlindədirsə, imkan olduqda ondan alsınlar. Amma əgər Quranı ona verməkdən və ya Quranın onda olmasından məqsəd dində araşdırma və mütaliə olsa və həmçinin insan bilsə ki, kafir yaş əl ilə Qurana toxunmayacaq, iradı yoxdur.[8]



[1] - İzahlı hökmlər, cild 1, məsələ 139.

[2] - Nicatul- ibad (lil- imamil- Xumeyni), səh 303.

[3] - Ayətullah Behcətin izahlı hökmləri, məsələ 140.

[4] - Həmin.

[5] - Ayətullah Safinin izahlı hökmləri, məsələ 140.

[6] - Ayətullah Vəhidin izahlı hökmləri, məsələ 140.

[7] - Həmin.

[8] - Həmin.

Ətreaflı cavab
Бу суалын изаһлы ҹавабы јохдур.