Please Wait
Baxanların
7732
İnternetə qoyma tarixi: 2011/09/18
Saytın kodu fa1057 Arxiv kodu 16484
Dəstə Nizamlar hüquq və əhkam
Sualın xülasəsi
Cünub şəxs cənabət qüslü əvəzinda olan təyəmmümlə məscidə daxil olub orada bir müddət qala bilərmi?
Sual
Cünub şəxs cənabət qüslü əvəzində olan təyəmmümlə məscidə daxil ola bilər; yəni məsciddə bir müddət qala bilərmi?
Qısa cavab

Vəzifəsi təyəmmüm etmək olan cənabətli şəxs, camaat namazında iştirak etmək və ya moizəyə qulaq asmaq xatirinə məscidə daxil ola bilər. Həzrət İmam Xomeyni (r.ə.) bu sualın cavabında buyurur: "Qüsldə olan hər bir şəri təsir tamamilə onun əvəzində olan təyəmmümdə də (vaxtın dar olmasına görə olan təyəmmümdən başqa) caizdir."[1] Digər müctehidlərin də rəyi də belədir.

Həzrət Ayətullah Xamineyi bu zəmində verilən sualın cavabında buyurur: "... təyəmmümlə məscidə daxil olmaq, namaz qılmaq, Quran yazılarına toxunmaq və təharətlə yerinə yetirilməsi şərt olan digər əməlləri yerinə yetirməyin eybi yoxdur."[2]

Həzrət Ayətullah Gülpayaqani (r.ə.) belə sualın cavabında buyurur: "Şəri üzrlə (xəstəlik kimi) vəzifəsi təyəmmüm olan şəxs ixtiyari surətdə fərdi və ya camaat namazı qılmaq üçün məscidə daxil ola bilər..."[3].



[1] - "Tozih əl-məsail", ("Əl-məhşa lil-İmam əl-Xomeyni"), cild.1, səh. 396, sual:202

[2] - "Tozih əl-məsail", ("Əl-məhşa lil-İmam əl-Xomeyni"), cild.1, səh. 230, sual:182

[3] - "Məcmə əl-məsail", (lil-Gülpayaqani), cild.1, səh. 152, sual: 95

Ətreaflı cavab
Бу суалын изаһлы ҹавабы јохдур.