Ətraflı axtarış
Baxanların
6549
İnternetə qoyma tarixi: 2012/01/18
Sualın xülasəsi
İmam Sadiq (əleyhis-salam)-a nisbət verilən وَلَدَنِی اَبُوبَکْرٍ مَرَّتَیْنِ (Mən iki yolla Əbu Bəkrin nəvəsiyəm) hədisi səhihdirmi? Əgər səhihdirsə, məsumlar barəsində deyilən “əslabuş-şamixə” və “ərhamul-mütəhhərə” ilə necə uyğun gələ bilər?
Sual
İmam Sadiq (əleyhis-salam)-a mənsub edilən وَلَدَنِی اَبُوبَکْرٍ مَرَّتَیْنِ (Mən iki yolla Əbu Bəkrin nəvəsiyəm) hədisi düzgündürmü? Əgər düzgündürsə məsum imamlar üçün deyilən “əslabuş-şamixə” və “ərhamul-mütəhhərə” (pak-pakizə ana bətnlərindən və pak ata sülblərindən dünyaya gəlmələri) ifadəsi ilə necə düzgün gələ bilər?
Qısa cavab

On iki imam şiəsinin etiqadlarından biri də budur ki, məsum imam hər növ ruhi-mənəvi aludəlik, çirkinlik və günahdan uzaq olmalıdır. Sualda irəli çəkilən məsələ bu etiqada heç bir zərər yetirmir. Çünki “əslabuş-şamixə və ərhamul-mütəhhərə” dedikdə məqsəd bu deyildir ki, bu şərt bütün nəsəb silsiləsinin hamısında (hətta əsil olmayın nəsəblərdə belə) mövcud olmuş olsun.

İkincisi, burada paklıq dedikdə zina və cahiliyyət dövrünün aludəliklərindən paklıq nəzərdə tutulur. Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih) bu mətləbə işarə edərək buyurur: “Mən İbrahimin duası ilə və pak sülblərdən vücuda gəlmişəm və cahiliyyət dövrünün çirkinlikləri mənə dəyməmişdir.”

Ətreaflı cavab

Sualınıza cavab vermək üçün bir neçə məsələni araşdırmaq lazımdır:

1. Ziyarətnamələrdə işarə edilən “əslabuş-şamixə” və “ərhamul-mütəhhərə” nədir?

2. Sualda deyilən rəvayət şiə tərəfindən nəql olunur, ya yox? Başqa sözlə desək, sənəd baxımından hədisin vəziyyəti necədir?

3. Sənədinə nəzər yetirmədikdə belə, rəvayətin mənası nədir?

Birinci sualın cavabında diqqət yetirmək lazımdır ki, şiə etiqadlarında danılmaz bir prinsip ünvanı ilə mövcud olan şey budur ki, məsumlar özlərinin tuli nəsəblərində (nəsillərində) yüksək dərəcədə paklığa malik olan pakizə sülblərdən və pak bətnlərdə vücuda gəlmişlər. Çünki onlar camaatı hidayət məqamında qərar tuturlar və əgər (nəuzu billah) səhih nəsəbə malik olmasalar, camaat onlara nifrət hissi ilə yanaşar. “Təthir” ayəsi də məhz bu paklığa işarə edir.[1] İbni Abbas da وَ تَقَلُّبَکَ فِی السَّاجِدِینَ “təqəllubəkə fis-sacidin (sənin səcdə edənlər arasında yer dəyişməyini) ayəsinin təfsirində[2] belə nəql edir: “Bu ayədə məqsəd Peyğəmbər (səlləllahu əleyhi və alih)-in pak-pakizə ataların sülbündən və anaların bətnlərində yerdəyişməsi olmuşdur. Allah onu peyğəmbərliyə seçdiyi vaxta qədər onun nuru ata-babalarında zahir olmuşdur.”[3]

Həmçinin Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih) öz nəslinin pak-pakizə olmasına işarə edir və belə bir pak nəsildən vücuda gəldiyini vurğulayaraq buyurur: “Mən atam İbrahimin duasının nəticəsiyəm. Mən ataların pak sülbündən anaların pak rəhiminə (bətninə) nəql olunmuşam. Cahiliyyət dövrünün qanunsuz əlaqələri onda mövcud olmamışdır.”[4]

Cahiliyyət dövrünün ərəbləri arasında qanunsuz əlaqə rəvacda olan adi bir məsələ idi. Hətta Ziyad ibni Əbih (yəni atasının oğlu Ziyad) kimi insanların atasının həqiqi mənada kimliyi naməlum olduğuna görə “naməlum ata”ya mənsub edilir,[5] anası isə Süməyyə idi. Buna görə də əxlaqsız bir mühitdə olan pak ailədən bir övlad dünyaya gəlsəydi, onun üçün böyük bir imtiyaz sayılırdı.

Aydındır ki, imam Səccad (əleyhis-salam)-ın əziz anası İranın, imam Zaman (əleyhis-salam)-ın əziz anası isə Romanın əyan-əşraflarının övladlarından idi. Bu qadınların hər ikisi pak-pakizə insan olsa da, lakin Şəhrbanunun atası (Xosrov Pərviz) həmin şəxsdir ki, Peyğəmbərin məktubunu cırmış və o həzrət tərəfindən lənətlənmişdi. Tarixdə də onun çoxlu cinayətlər törətdiyi qeyd olunur. Amma Quran ayəsinə əsasən,[6] bəzən Allahın sünnəti bu əsasda olur ki, kafirin nəslindən mömin şəxs vücuda gətirir və ya bunun əksinə olaraq, möminin nəslindən imansız bir insan dünyaya gəlir ki, Nuh (əleyhis-salam)-ın oğlu və imamların bəzi övladları bu müddəaya dair şahiddir.

Sualın ikinci hissəsinin cavabında demək lazımdır ki, bu rəvayət mərhum Ərbilinin “Kəşful-ğummə” kitabında mövcuddur.[7] İmam Sadiq (əleyhis-salam)-ın anası Əbu Bəkrin oğlu Məhəmmədin oğlu Qasimin qızıdır. O həzrətin nənələrindən biri də Əbu Bəkrin nəslindəndir.

Mərhum Ərbili böyük imamiyyə alimlərindən olsa da, bu rəvayəti sünnü alimlərindən olan İbni Covzinin “Sifətus-səfvət” kitabından nəql edir. Belə ki, alimlərdən bir qrupu onu zəif hesab etmişlər. Buna görə də onun mötəbər və qəbul olunası sənədi yoxdur. Hədisin sənədini nəzərə almasaq belə, onun məzmunu məsumların nəsəbi ilə əlaqədar ziyarətnamələrdəki sözlərinə zərər vurmur. Çünki bəyan etdiyimiz kimi, “əslabuş-şamixə” və “ərhamul-mütəhhərə” dedikdə məqsəd odur ki, peyğəmbərlərin və övsiyaların ata-anaları zina, fisq-fücur, əxlaqsızlıq kimi işlərdən və iyrənc sifətlərdən, ruhi eybəcərliklərdən uzaq idilər, imamların nəsəb (nəsil) silsiləsini araşdırdıqda bu reallığı dərk edəcəyik. Amma məsumların baba-nənələrinin hamısının məsum olması və günahkar olmaması şiənin iddia etdiyi bir məsələ deyildir ki, bu əqidəni müdafiə etməyə məcbur olaq. Nümunə üçün, Bəni-İsrail peyğəmbərlərindən çoxu Yusif (əleyhis-salam)-ın qardaşlarının birinin nəslindəndir ki, müəyyən qədər digər qardaşlarına və Yusifə zülm etməkdə şərik olmuş və günah işlər törətmişdilər.[8]



[1] “Əhzab” surəsi, ayə: 33

[2] “Şüəra” surəsi, ayə: 18

[3] Əbul-Həsən Əli ibni Məhəmməd, Mavərdi, səh. 20, “Darul-məktəbətil-Hilal”, Beyrut, 1409-cu h.q ili

[4] Məclisi, Məhəmməd Baqir, "Biharul-ənvar", 38-ci cild, səh. 63, “Vəfa” müəssisəsi, Beyrut , 1404-cü h.q ili

[5] Əsqəlani, İbni Həcər, “Əl-isabə fi təmyizis-səhabə”, 2-ci cild, səh. 527, “Darul-kutubil-elmiyyə”, Beyrut, 1415-ci h.q ili

[6] “Rum” surəsi, ayə: 19:

یُخْرِجُ الْحَیَّ مِنَ الْمَیِّتِ وَ یُخْرِجُ الْمَیِّتَ مِنَ الْحَیِّ

[7] Ərbili, Əli ibni İsa, “Kəşful-ğummə”, 2-ci cild, səh. 160, “Məktəbətu Bəni-Haşim”, Təbriz, 1381-ci h.q ili

[8] Təbərsi , Fəzl ibni Həsən, “Məcməul-bəyan fi təfsiril-Quran”, 5-ci cild, səh. 102, “Nasir Xosrov” nəşriyyatı, Tehran, 1372-ci h.q ili

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Təthir ayəsi Quranın hansı surəsindədir?
    11178 Təfsir 2011/11/03
    Məruf təthir ayəsi, Əhzab surəsinin 33- cü ayəsidir. Bu ayədə Allah- Taala öz iradəsiylə əhli- beyt adlı bir dəstəni hər tərəfli pak olmasını açıqlamışdır. Bu ayə bir çox ayələrdən biridir ki, bir sıra rəvayətlər- yetmiş rəvayətdən çox- onun nazil olması məqamında sünnü və şiələrdən bizə ...
  • Nə üçün Quranda "leyl" (kecə) kəlməsi həmişə "nəhar" (gündüz) kəlməsindən qabaq gəlibdir?
    7560 Təfsir 2012/03/11
    Quranda gecə və gündüzün biri digərindən qabaq və sonra gəlməsi haqqında, Quranı kərimin təfsirçiləri tərəfindən müxtəlif fikirlər açıqlanıb ki, onların ən mühümlərinə işarə olur: Bəzilərinin etiqadı budur ki, "gecənin" "gündüzdən" qabaq gəlməsi ona görədir ki, qüdrətli Allah gecəni gündüzdən əvvəl yaratdı.[1]
  • Peyğəmbər (səlləllahu əleyhi və alih)-in nəzərindən başqalarına hədiyyə verməyin qayda-qanunları hansılardır?
    7046 Əməli əxlaq 2012/04/09
    Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih)-in əməli rəftar və davranışlarından biri başqalarına hədiyyə vermək və başqaları da hədiyyə verdikdə onu qəbul etmək idi. Amma o həzrətdən nəql olunan rəvayətlərə əsasən, bu iş insanın özü və başqaları üçün əzab-əziyyətə, məşəqqətə səbəb olmamalıdır. Çünki bu işdə əsas məqsəd ülfət və ...
  • Qadının irsi kişi ilə hansı halda bərabərdir?
    7011 İrs 2013/08/27
    Ümumiyyətlə iki halda qadınla kişinin irsi bərabərdir: Ata və ananın irsi (çox halda) 2. Meyyitin ana tərəfdən olan qohumlarının irsi. Qadın işçilərin sayının çox olması, qadınla kişinin irsinin bərabər olması ya bərabər olmamasına səbəb olmur. Bəli biz bu sözü qəbul edirik ki, cəmiyyətin düzgün yolda inkişafı üçün, ...
  • Bəxtin mənası nədir? Bəxt və tale deyilən bir anlamın olması həqiqətdirmi?
    31824 Qədim kəlam 2011/05/09
    Bəxt, tale və şans ədəb və şer cümlələri olmasına baxmayaraq insanlar arasında daha çox istifadə olunur. Bu sözlər iki mənada işlənə bilər. 1). Səbəbsiz bir şeyin baş verməsi. Bu məna fəlsəfə elmi baxımında qəbul olunmur. Çünki fəlsəfə elmi hər bir hekayənin, hadisənin, olayın baş verməsində ondan öncə səbəbin ...
  • Firon necə əməllərinə görə ki, Allahın imtahan vəsiləsiydi əzab çəkəcək?
    7551 Təfsir 2012/04/17
    Allahın dəyişməyən qanunlarından biri bəndələrin imtahanı və sınağıdır. Bu imtahan fərqli hadisələr və müxtəlif vəsilələrlə yerinə yetirilir. Bəzi hallarda Allah zalimləri digər kəslərin imtahan vəsiləsi qərar verir. Bir halda ki, zalim özü bilmir ki, Allahın imtahan vəsiləsidir. Zalimin imtahan vəsiləsi olması onun pislərindən və əzaba ...
  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    166317 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Инсанын өз ишләриндә ихтијары вармы?
    9799 Qədim kəlam 2010/03/11
    Дәфәләрлә һәјатымызда өз ичәримиздә гәриб вә тәнһалыг јолларында галырыг. Һәм дә елә бир јол ки, орда һәрәкәт етмәкдән башга чарәмиз јохдур. Бу һәмән сабит вә әввәлҹәдән тәјин олунмуш һәјат јолудур. Јәни, милләт, аилә, бој, гәд-гамәт, гулаг вә саир.. мәсәләләрдә олдуғу кими. Амма, дәфләрлә ...
  • Qurani kərimdə Qədir xum barəsində olan ayələr əhli sünnət tərəfindən dəyişdirilmişdirmi?
    14675 Qədim kəlam 2010/11/10
    Bir çox böyük Quran təfsirçiləri, istər sünnü olsun istərsədə şiə məktəbindən, bu mətləbi belə qəbul edirlərki, "Əlyəvm yəisəl- ləzinə   əl islamə dinən" Maidə surəsinin üçüncü ayəsinin içərisində mötərizədə olan bir cümlədir, və bir çoxları da bu nəzərdədilər ki, bu mötərizə cümləsi əvvəldən və Peyğəmbərin (s) izni ilə ...

Ən çox baxılanlar

  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    168371 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    166317 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    121700 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    115769 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    114752 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    96328 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    60206 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    56408 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    48967 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    47167 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...