Please Wait
Baxanların
5976
İnternetə qoyma tarixi: 2011/10/24
Saytın kodu fa1209 Arxiv kodu 16533
Dəstə Nizamlar hüquq və əhkam
Sualın xülasəsi
Xörək yeməkdən ötrü ev sahibindən icazə almaq lazımdırmı?
Sual
Ev sahibinin icazəsi olmadan xörək yemək günah sayılırmı, əgər icazə almasaq və yüz faiz bilsək ki, ev sahibi xörək yeməyimizə razıdır, bu halda ev sahibindən icazəsiz xörək yeyə bilərikmi?
Qısa cavab

İslam baxışında hər bir qidanını halal və pak olmasından əlavə, onun mübah olması da lazımdır. Yəni, yediyimiz xörəyin sahibi buna razı olmalı və ya onun razılığına tam şəkildə elmimiz olmalıdır. Başqalarının malını onların icazəsi olmadan yemək haramdır. Amma, bəzi vaxtlar əgər ev sahibi kimisə öz evinə qonaq çağırıbsa, süfrəs açıb xörəklər hazırlayıbsa yaxud, bağ sahibi kimisə öz bostanına çağırıb ona meyvə hazırlayıbsa artıq bundan sonra təzədən bütün bunlardan istifadə etməkdən ötrü icazə almağa ehtiyac yoxdur. Lakin, əgər insan şəkk eləsə ki, görəsən ev sahibi bu qidalardan yeməyinə razıdır ya yox, belə olan halda ondan icazə almaq vacibdir.[1]

Ayətullah-üzma Xamneyinin (Allah ömrünü uzun eləsin!) idarəsindən bu sual olunmuşdur ki, ev sahibinin razı olduğunu tam bildiyimiz halda yenə də ondan icazə almağımız vacibdirmi? Cavabında buyururlar: Tam elm ələ gətirmək kifayətdir.[2]

Ayətullah-üzma Məkarim Şirazinin bu sulala cavabında oxuyuruq:  Ev sahinindən tam icazənin olmasına işarələr də olması, məsələn, onun bizi evinə dəvət etməsi kimi əməllər buna kifayətdir.



[1] İmam Xomeynidən (rəhmətullah) şəri suallar kitabı, c.2;səh.510, 511, 512; 19-cu saldan sona.

[2] Vilayət fəqihin idarəsindən şəri suallara cavab bölməsi

Ətreaflı cavab
Бу суалын изаһлы ҹавабы јохдур.