Please Wait
Baxanların
5481
İnternetə qoyma tarixi: 2012/04/18
Saytın kodu fa13697 Arxiv kodu 23686
Dəstə Nizamlar hüquq və əhkam
tags Razılğa gəlmə, şərt, əqd, pozma.
Sualın xülasəsi
Mal sahibi öz mülkünün yarsını bir xeyriyyə müəssisəsinə verir və şərt burada mədrəsənin olmas yaxud ona çevrilməsidir. Müəssisə buranı digər məqsəd üçün istifadə edə bilmərmi?
Sual
Mal sahibi öz mülkünün yarsını bir xeyriyyə müəssisəsinə verir və şərt burada mədrəsənin olması yaxud ona çevrilməsidir. İndi əgər müəssisə buranı digər məqsəd üçün istifadə etmək istərsə, şərtlərin birində qeyd olunan məkanın çevrilməsi şərtində məqsəd, buranın satılıb digər məkanın alınmasıdırmı? Yaxud da müəssisə özünə aid olan digər məkanı mədrəsə edə bilər?
Qısa cavab

Bu barədə üç nöqtəyə diqqət etmək lazımdır:

1. Yuxarıda qeyd olunan əqdin şərtinin pozulması caiz deyil. Yəni, bu məkanı dəyişdirmək yaxud da başqa məqsəd çün istifadə etmək olmaz.

Həzrət Ayətullah uzma Xameneinin dəftəri:

Əgər şərt əqddə lazım və zəruri hesab edilərsə, ona əməl etmək lazımdır və onu pozmaq caiz deyil.

Həzrət Ayətullah Mehdi Hadi Tehraninin cavabı belədir:

Şərtə əməl etmək vacibdir və əgər müəssisə əməl etməzsə, qarşı tərəf üçün əqdi (müqaviləni) ləğv etmə haqqı yaranacaqdır.

2. Yuxarıda qeyd olunan “məkanın ona çevrilməsi” barəsində iki mərcə təqlid belə cavab vermişlər:

Həzrət Ayətullah uzma Məkarim Şirazinin dəftəri:

Buradan belə görsənir ki, bu cümlədə məqsəd hər zaman buranı başqa bir məqsəd üçün istifadə edilsə, digər məkanı mədrəsə etməlidir.

Həzrət Ayətulla uzma Safi Gülpayiqaninin dəftəri:

Yuxarıda qeyd olunan cümlədə məqsəd ondan ibarətdir ki, əgər bu məkan mədrəsə üçün münasib deyilsə, müəssisə buranı digər məqsəd üçün deyil, digər yeni məkanla dəyişdirilib, bu məkan mədrəsə etməlidir.

3. Əgər məcburiyyətdən və digər məkan mədrəsə üçün seçilərsə, yeni məkan dəyər baxımından birinci məkanla eyni olmalıdır.

Bu sualın ətraflı cavabı yoxdur.