Please Wait
Baxanların
5563
İnternetə qoyma tarixi: 2012/04/09
Saytın kodu fa14069 Arxiv kodu 23316
Dəstə Nizamlar hüquq və əhkam
tags xums|Yer|satış|ödəmək
Sualın xülasəsi
Yaşadığımız mənzildən başqa iki yerdə torpaq sahəmiz də vardır. Onları satandan sonra xümsünü verməliyikmi?
Sual
Allahın adı ilə! Salam. Yaşadığımız mənzildən başqa iki yerdə torpaq sahəmiz də vardır. Onları satandan sonra xümsünü verməliyikmi? Hal-hazırda (onları satmamış) bu barədə bir iş görə (xümsünü verə) bilərikmi?
Qısa cavab

Ayətullah əl-uzma Xameneinin (müddə zilluhul-ali) dəftərxanası:

Əgər kəsb qazancından – qiyməti artdıqdan sonra və ticarət məqsədi ilə alınmış olsa və xüms ilindən sonra satılsa, satışdan sonra onun xümsü verilməlidir.

Ayətullah əl-uzma Məkarim Şirazinin (müddə zilluhul-ali) dəftərxanası:

Hal-hazırda (o yerin qiymətinin) xümsünü verə bilərsiniz. Amma əgər çətinliyə düşsəniz, onu satdıqdan sonra dərhal ödəyə bilərsiniz.

Ayətullah Məhdi Hadəvi Tehraninin (damət bərəkatuh) cavabı belədir:

Əgər torpaq sahəsinə malikiyyətin vaxtından bir il keçsə, o torpağın beşdə bir hissəsinə xüms düşür və gərək onun dəyərinin beşdə biri gündəlik qiymət əsasında xüms olaraq verilsin: istər o torpaq sahəsi satılsın, istərsə də yox. Əlbəttə, əgər o tarixdən  – yəni xüms verilməli olan vaxtdan sonra torpağın qiyməti artsa, bir il keçəndən sonra artmış olan qiymətinə (də) xüms düşür.