Hər bir aqil və həddi bulluğa çatmış şəxsə həccin vacib olması üçün müstəti[1] olmalıdır. Bu şərt ödənildikdə həcconun üçün vacib olur. Yəni, həccin başlanğıc şərtləri ödənilməlidir ki, həcc vacib olsun. [2] Məsələn: Əgər həccə getmək üçün növbəyə yazılma imkanı vardırsa, ilk fürsətdə növbəyə yazılmalıdır.
Amma yixarıdakı sual Mərcə təqlidlərin dəftərlərindən soruşulmuşdur. Bunlar aşağıdakı kimidir:
Həzrət Ayətullah uzma Xameneinin dəftəri:
Əgər əvvəllər həcc onun üçün vacib olmuşsa və özü həccə gedə bilmirsə və yaxşı olma ümididə yoxdursa, öz yerinə bir şəxs seçməlidir ki, onun üçün həcci yerinə yetirsin. Lakin əvvəllər həcc onun üçün vacib olmamışsa, xəstəlikdə yazılmış həcc ona vacib deyil və mal onun öz ixtiyarındadır.
Həzrət Ayətullah uzma Məkarim Şirazinin dəftəri:
Hal hazırda yaşayan insanın həcc əməllərinin yerinə yetirilməsi üçün başqa şəxsə verilməsi düzgün deyil. Bu o şərtlə edilə bilər ki, şəxs qocalıq yaxud xəstəlik üzündən həccə gedə bilməsin və yaxşılaşmasına yaxud qüdrətinin olmasına ömrünün sonuna qədər ümid edilməsin.
Həzrət Ayətulla Safi Gülpayiqaninin dəftəri:
Əgər mali istitaətə (imkana) malikdir, amma cismi cəhətdən imkana sahib deyilsə, vacib ehtiyata əsasən yerinə şəxs seçməlidir ki, onun həcc əməllərini yerinə yetirsin. Burada onun böyük oğlunun olması vacib deyil.
Həzrət Ayətullah uzma Sistaninin dəftəri:
Cismi cəhətdən imkan olmazsa və ömrünün sonuna qədər yaxşılaşma ümidi olmazsa, öz yerinə bir şəxsi seçməlidir ki, onun həcc əməllərini yerinə yetirsin.
Həzrət Ayətullah Mehdi, Hadi Tehraninin cavabı belədir:
1. Vacib həccin bir neçə ümrəyə çevrilməsi caiz deyil.
2. Bu məsələdə: Bu şəxs öz yerinə bir şəxsi seçməlidir ki, onun həcc əməllərini yerinə yetirsin və bu onun böyük oğlunun olması vacib deyil.
[1] - Həm maddi cəhətdən (səfərin xərc puluna sahib olmalıdır) həm də cismi cəhətdən (cismani qüdrəti olmalıdır) həm də yol baxımından (yol açıq olmalıdır) şərtlər ödənilməlidir.
[2] - Mahmudi, Muhəmməd Rza, mənasik həcc, səh 16, məşər nəşriyyatı, İran- Tehran, yeni redaktə, 1429 h.q.