Please Wait
Baxanların
10152
İnternetə qoyma tarixi: 2012/03/11
Saytın kodu fa16085 Arxiv kodu 22697
Dəstə Nizamlar hüquq və əhkam
tags Azan|sübh|obaşdan|oruc
Sualın xülasəsi
Sübh azanının axırına qədər, obaşdan yemək olarmı?
Sual
Oruc tutanda, sübh azanının axırına qədər obaşdan yemək olarmı? Obaşdan yeməsə zəiflik və ya günün uzun olmasına görə oruc tuta bilməyəcəyini bilən şəxs, sübh azanının axırına qədər yeyə bilərmi?
Qısa cavab

Həzrət Ayətullah əl- uzma Xamneyi (muddə- zilluhul- ali)- nin dəftəri:

Hər bir halda, əgər insan sübh azanının vaxtının olmasına yəqini olsa ya əmin olsa, obaşdan yeyə bilməz. Əks halda iradı yoxdur.

Həzrət Ayətullah əl- uzma Sistani (muddə- zilluhul- ali)- nin dəftəri:

1.Əgər vaxtın girməsinə yəqininiz olsa, yeyə bilməzsiniz.

2.Şəhərin 4 fərsəx (22 kilometr) xaricinə səfər edib və orucunuzu orda yeyə bilərsiz. Sonra qəza edərsiz.

Həzrət Ayətullah əl- uzma Məkarim Şirazi (muddə- zilluhul- ali)- nin dəftəri:

Bütün müddəti oruc olduğuna yəqin etməsi üçün, ehtiyat üzündən sübh azanından bir az qabaq və axşam azanından bir az qabaq, bu işləri görməkdən çəkinməlidir.

Həzrət Ayətullah əl- uzma Safi Gülpayqani (muddə zilluhul- ali)- nin dəftəri:

İmsakın vacib olmasında, meyar düzgün fəcrin (sübh azanının əvvəl vaxtı) baş verməsidir. Ona görə də, əgər azanın başlanması fəcrin çıxması ilə eyni olsa, və ya vaxtı bilən azan deyənin azanından vaxtın daxil olmasına əmin olsa, imsak vacibdir və yeyib- içmək olmaz, baxmayaraq ki, həmin gün zəifliyin baş verməsini ehtimal versə.