Baxanların
5016
İnternetə qoyma tarixi: 2012/04/09
Saytın kodu fa16673 Arxiv kodu 23318
Sualın xülasəsi
Qəbiristanlıqda məscid tikmək olarmı?
Sual
Qəbiristanlıqda məscid tikmək olarmı?
Qısa cavab

Ayətullah əl-uzma Xameneinin (müddə zilluhul-ali) dəftərxanası:

Əgər sözügedən qəbiristanlıq vəqf ərazisi və bir kəsin xüsusi mülkü deyilsə, habelə müxtəlif əlamətdar hadisələrdə əhalinin istifadə etdiyi və ehtiyac duyduğu ümumi məkanlardan olmasa, eləcə də orada məscid tikmək müsəlmanların qəbirlərinə qarşı hörmətsizliyə və ya qəbirlərin açılmasına səbəb olmasa, işkalı yoxdur.

Ayətullah əl-uzma Sistaninin (müddə zilluhul-ali) dəftərxanası:

Əgər o yer ölülərin dəfni üçün vəqf deyilsə, işkalı yoxdur.

Ayətullah əl-uzma Məkarim Şirazinin (müddə zilluhul-ali) dəftərxanası:

Qəbiristanlığı o halda məscidə çevirmək olar ki, hal-hazırda orada dəfnə heç bir vəchlə icazə verməsinlər, məscid tikilməsi də qəbirlərin, xüsusilə alimlərin qəbirlərinin sökülməsinə və açılmasına səbəb olmasın. Amma o məsciddə namaz qılmaq hər bir halda caizdir. Bunu da nəzərə alın ki, onun torpaq sahəsi qəbiristanlıq üçün vəqf edilmişdirsə, yalnız həmin məqsədlə ondan istifadə etmək olar. Amma əgər ölüləri orada dəfn etmək müəyyən səbəblərə görə mümkün olmasa, belə olan halda gərək oranı satıb pulu ilə qəbiristanlıq üçün yeni torpaq sahəsi alsınlar və dəfn üçün vəqf etsinlər. Əgər kifayət qədər qəbiristanlıq vardırsa, o torpaq sahəsindən məscid, hüseyniyyə, kitabxana və s. üçün istifadə etmək olar.

Ayətullah Məhdi Hadəvi Tehraninin (damət bərəkatuh) bu suala cavabı belədir:

Əgər oranın torpaq sahəsi qəbiristan üçün xüsusi şəkildə vəqf edilməmişdirsə, yaxud məscidin tikilişi bu yerdə dəfnin mümkünlüyü aradan getməyəcək şəkildədirsə, məsələn, qəbirlərdən ucada tikilirsə; habelə torpağın vəqfnaməsində bu işə dair heç bir qadağa qoyulmayıbsa, onda qəbiristanlıqda məscid tikməyin eybi yoxdur. Əlbəttə, həmin torpaq sahəsi qəbiristanlıq üçün xüsusi şəkildə vəqf edilibsə və məscid tikilişi də ölülərin dəfninə mane olarsa, onda orada məscid tikmək caiz deyildir. Yalnız bu hal istisnadır ki, həmin torpaq sahəsindən qəbiristanlıq kimin istifadə edilməsinin mümkünlüyü müəyyən səbəblərdən, o cümlədən həmin torpaq sahəsinin yaşayış məntəqəsində yerləşməsi və aludəliyin əhaliyə sirayət etməsi ehtimalı kimi səbəblərdən aradan getsin; bu halda gərək cameüş-şərait fəqihin nəzəri əsasında həmin torpaq sahəsində qəbiristanlıqdan məscidə doğru istifadəyə dəyişsinlər.

Başqa dillərdə Q tərcümələr