"Təyyib" kəlməsi sihahul- lüğətin[1] nəqlinə əsasən pak şeylərə deyildir. İbni Mənzurun bu mənanı qəbul etməklə etiqadı var ki, təyyib geniş mənada işlənir və müxtəlif yerlərdə münasib mənanı çatdırır. Yer pakdır deyiləndə məqsəd o yerdir ki, otların əkilməyi üçün münasibdir. Pak küləkdən məqsəd mülayim küləkdir ki, şiddətlə əsmir. Pak təam yəni halal yemək. Pak qadın yəni ismətli və həyalı. Quranda " الطَّيِّباتُ لِلطَّيِّبينَ وَ الطَّيِّبُونَ لِلطَّيِّبات" həmin mənadadır.[2]
Qamusi Quran kitabın yazan təyyib kəlməsini ürəyə yatan və insan təbiəti bəyənən məna edibdir. Rağib İsfəhani deyir: Təyyibin əsli odur ki, insanın hisləri və nəfsi ondan ləzzət apara və pak etməyə istitabə deyirlər: Çünki bir şeyi pak etmək o şeyin ürəyə yatan omasına səbəb olur.
O Qurandan bir neçə ayəni bəyan etməklə bu mənanı izah edir, o cümlədən bu ayəni: " يا أَيُّهَا النَّاسُ كُلُوا مِمَّا فِي الْأَرْضِ حَلالًا طَيِّباً وَ لا تَتَّبِعُوا خُطُواتِ الشَّيْطانِ إِنَّهُ لَكُمْ عَدُوٌّ مُبِينٌ" Ey camaat! Yer üzərində halal və pak olan şeylərdən meyl edin və şeytanın vəsvəsələrindən tabeçilik etməyi; çünki o sizin aşkar düşməninizdir.[3]
Qamus sahibi deyir: Yeməyin iki şərti var: Biri halal olması ki, onda başqalarının haqqı olmasın, ikincisi isə onun ürəyə yatan olmasıdır ki, insan ondan nifrət etməsin: Natəmizlik kimi və...
Əgər halalı bütün şəraitiylə şəri halal bilsək gərək başqa ayələrdən və rəvayətlərdən istifadə edək. Əks halda halal deyəndə bu başa düşülür ki, başqalarının haqqı onda olmasın və yaxud başqalarına maneçilik olmasın. Şeytanın vəsvəsələrindən tabeçilik zahirən halal və təyyibə təcavüz deməkdir.
Bu ayədən istifadə olur ki, hər hansı şey ki, ürəyə yatır və başqalarının haqqı deyil onu yemək olar.
Ayədə təyyibat və xəbaisdən məqsəd, həqiqi paklıq və həqiqi natəmizlikdir və onların ölçüsü təkcə camaatın nəzəri deyil; bu cəhətdən şəriətdə haram olan şey, onun həqiqi natəmizliyinə görədir. Baxmayaraq ki, ürfdə natəmiz sayılmasalar da; Zina və iffətsizlik kimi ki, mümkündür zahirdə bəziləri onu natəmiz bilməsinlər. Habelə İslami şəraitdə kəsilməyən heyvan və həşərələrin yırtıcıların ətləri ki, camaatın bir çoxunun əqidəsinə görə natəmiz deyillər; amma bunların hamısı həqiqətdə natəmizdirlər; bu cəhətdən haramdırlar. Şəriətdə haram buyurulmuşlar həqiqətdə natəmizdirlər ki, bəşər onların bəzisinin natəmizliyinə əl tapmayıb.[4]
[1] - Cöhəri, İslamil ibni Himad, Əssihah, cild 1, səh 173, Darul- elm, Beyrut, 1410 hicri qəməri.
[2] - İbni Mənzur, Lisanul- ərəb, cild 1, səh 563, dar Sadir, Beyrut 1414 hicri qəməri.
[3] - Bəqərə surəsi, ayə 168.
[4] - Bax: Qorşi, Seyyid Əli Əkbər, Qamusi Quran, cild 4 səh 257 sual 261, darul- kutubul- İslamiyyəh, Tehran, 1371 hicri şəmsi.