Please Wait
Baxanların
10356
İnternetə qoyma tarixi: 2012/03/11
Saytın kodu fa18040 Arxiv kodu 22736
Dəstə Nizamlar hüquq və əhkam
tags Naməhrəm|əl vermək|toxunmaq|hicab|cəza.
Sualın xülasəsi
Əl verməyin, naməhrəmlə təmasda olmağın və hicabın olmamasının cəzası nədir?
Sual
Zəhmət olmasa izah edin ki, bu sadalananlar üçün əzab və cəza var? 1. Naməhrəmə əl verməyin. 2. Naməhrəmlə fiziki təmasda olmaq, 3. Hicabın olmaması.
Qısa cavab

Bizim dini mətnlərdə sualda deyilən günahlar üçün axirət cəzaları bəyan olubdur ki, nümunə olaraq neçə rəvayətlə kifayətlənirik:

  1. Naməhrəmə əl vermək:

Əziz Peyğəmbər (s) bu barədə buyurubdur:

1.Hər kəs naməhrəm qadına əl verə, qiyamət günündə zəncirə çəkilmiş halda məşhur olar və sonra fərman gələr ki, onu cəhənnəmə yollayın".[1]

2.Hər kəs ona məhrəm olmayan qadına əl verə, şübhəsiz Allahın qəzəbinə üz gətirib və onu özü üçün istəyibdir".[2]

B. Naməhrəmlə fiziki təmasda olmaq:

Naməhrəmlə fiziki təmasda olmağın müxtəlif növləri vardır; məsələn əl vermək ki, yuxarıda onun rəvayəti deyildi ləms "zina" və... bu barədə nümunə rəvayətlər aşağıdakılardan ibarətdir:

  1. Əziz Peyğəmbər (s) buyurur: "Hər kəs naməhrəm qadını qucağına alsa, onu şeytanla birgə alovlu zəncirə bağlayarlar və hər ikisini oda atarlar".[3]
  2. İmam Rza (ə) buyurub: Əziz Peyğəmbər (s) Merac gecəsi qadınlardan bir dəstəni gördü ki, əzaba düçar olublar.[4] O gecə bir qadını gördü ki, üzünü və bədənini qayçı ilə qoparırlar. O bir kəs idi ki, özünü (naməhrəm) kişilərə təqdim edirdi.[5]

C. Hicabsızlıq:

Həmən yuxarıdakı rəvayətdə gəlibdir ki, Əziz Peyğəmbər (s) Merac gecəsində bir qadını gördü ki, tüklərindən (saçlarından) asılıbdır və beyni qaynayırdı. O naməhrəmdən saçlarını örtməyən qadın idi.[6]

Qeyd olan məsələlərdən artıq məlumat üçün aşağıdakı göstəriciləri oxuyun:

"İslamda hicab" sual 431 (sayt: 459).

"Qadınların hicabının fəlsəfəsi" sual 14884 (sayt: 14655).

"Naməhrəm qadın və kişinin əl verməsi" sual 10114 (sayt: 13080).

"Haram və günaha bulaşmış baxışlar" sual 17435 (sayt: 17136).

"Naməhrəmu qucağa almaq və toxunmaq" sual 6074 (sayt: 6257)

 


[1] - (Şeyx Səduq, Səvabul- əmal və iqabul- əmal, səh 283 Şərəf rəzi intişaratı 1364 hicri şəmsi).

«وَ مَنْ صَافَحَ امْرَأَةً حَرَاماً جَاءَ يَوْمَ الْقِيَامَةِ مَغْلُولًا ثُمَّ يُؤْمَرُ بِهِ إِلَى النَّار»

[2] - (Şeyx Səduq, mən la yəhzurul fəqih, cild 4, səh 14, came müdərrisin intişaratı, Qum 1413 hicri qəməri.

«مَنْ صَافَحَ امْرَأَةً تَحْرُمُ عَلَيْهِ فَقَدْ بٰاءَ بِسَخَطٍ مِنَ اللّٰهِ عَزَّ وَ جَلَّ»

[3] - (Amuli, Hürr, vəsailuş- şiə, cild 20, səh 196, Alul- beyt (ə) müəssisəsi, Qum, 1409 hicri qəməri).

«من التزم امرأة حراما قرن في سلسلة من النّار مع الشّيطان فيقذفان في النّار»

[4] - Şeyx Səduq, uyuni əxbarir- Rza (ə), cild 2, səh 10 və 11 cahan intişaratı, 1378 hicri qəməri.

[5] - Həmin.

[6] - Həmin.