Please Wait
Baxanların
8595
İnternetə qoyma tarixi: 2012/05/19
Saytın kodu fa1853 Arxiv kodu 24435
Dəstə Nizamlar hüquq və əhkam ,Səfərdə olmaq
tags Səfərə çıxmaq|qəsr (şikəstə) namazı|şəhərin sonu
Sualın xülasəsi
Səfərə çıxmaqın, qəsr namazının və şəhərin sonunun meyar və sərhədlərini izah edin
Sual
1. Losancles şəhəri üç yaxud dörd hissədən (dairə, mahaldan) ibarətdir. Hər bir dairə də bir neçə kiçik şəhərlərdən ibarətdir. Amma bütün bunların hamısı Losancles hesab edilir (lakin bu şəhərin sərhədləri dəqiqliklə məlum deyil). Bu şəhər içərisində əgər kimsə A məqsədinə getmək istəyirsə, iki yoldan keçərək bura gələ bilər. Birincisi şəhərin içərisindən keçərək. İkincisi dağlıq və çöllükdən keçərək. Burada namaz necə qılınmalıdır, şikəsdə yoxsa tam? 2. Əgər Losancles şəhərinin sərhədləri məlum olmazsa, (yəni, naməlum məntəqə olarsa), belə olan halda biz şəhərin sərhədlərini və sonunu necə və hansı yolla təyin edə bilərik?
Qısa cavab

Böyük mərcə təqlidləri bu suala aşağıdakı kimi cavab vermişlər:

Həzrət ayətullah ul üzma Xamenei:

1. Səkkiz fərsəx[1] olan yolla getmək istəsəniz namazı şikəstə qılınız və əgər səkkiz fərsəx olmayan yolla getsəniz namazı bütöv qılmalısınız.

2. Əvvəl səkkiz fərsəxi şəhərin sonuncu evlərindən hesablamalısınız. 

Həzrət ayətullah ul üzma Məkarim Şirazi:

1. Burada meyar hansı yolla getməyindən aslıdır.

2. Burada şəhərin sonuncu evləri şərtdir.

Həzrət ayətullah ul üzma Safi Gülpayiqani:

1. Əgər şəhərdən çıxdıqdan sonra gedəcəyi yol 45 km olarsa, əgər qayıtmaq istəmirsə yaxud da 22.5 km qayıtma yolu olarsa, səfərdə olmuş hesab edilir və namazı şikəstə qılmalıdır və şəhərin axırıncı evləri də onun səfərinin başlanğıcı hesab edilir. Amma bütövlükdə şəhər olan yolla gedərsə və evlər gedəcəyi yerə qədər davam edirsə, səfərdə olmuş hesab edilmir və namazı tam qılmalıdır. Hər şeyi bilən Allahdır.

2. Şəhərin sonuncu yaşayış evləri şəhərin divarları hökmündədir və şəhərin sonu və səfərin başlanğıcı hesab edilir.


[1] - Səkkiz fərsəx 45 kilometrdir. (gediş- gəlişlə birlikdə olsa belə).