Please Wait
Baxanların
5832
İnternetə qoyma tarixi: 2012/02/13
Saytın kodu fa19306 Arxiv kodu 21659
Dəstə Nizamlar hüquq və əhkam
Sualın xülasəsi
Mən Filippində yaşayıram. Biz hər hansı bir müctəhidlə əlaqə yarada bilmirik, həmçinin, ölkəmizdə ehtiyaclı seyidlərin yaşamasından da xəbərimiz yoxdur və bu barədə əmin deyilik. Xümsü kimə verməliyik?
Sual
Salam. Mən Filippində yaşayıram. Xüms barəsində bir sualım vardır. Bilirəm ki, xümsümüzün yarısını müctəhidə, yaxud onun nümayəndəsinə, digər yarısını isə ehtiyaclı seyidlərə verməliyik. Amma belə bir şəraitdə biz müctəhidi tapa bilmirik və ölkəmizdə ehtiyaclı seyidlərin olub-olmadığını da bilmirik. Xümsümüzü kimə verməliyik?
Qısa cavab

Ali məqamlı mərcəyi-təqlidlərin dəftərxanalarından əldə edilən cavablar:

Ayətullah əl-uzma Sistaninin (müddə zilluhul-ali) dəftərxanası:

“Siz şəri haqqı (xümsü) həzrət Ayətullahın nümayəndəsinə çatdırıncaya qədər malınızdan ayırıb bir tərəfə qoya və öz yanınızda saxlaya bilərsiniz. Sonradan (nümayəndəni tapdığınız zaman) bu əmlakı həmin şəxsə verə bilərsiniz.”

Həzrət Ayətullah əl-uzma Məkarim Şirazinin (müddə zilluhul-ali) dəftərxanası:

“Öz xümsünüzü həzrət Ayətullahın “vücuhat saytı”nın yolu ilə ödəyə bilərsiniz.”

Həzrət Ayətullah Məhdi Hadəvi Tehraninin (damət bərəkatuh) bu sual barəsində cavabı:

“Siz internet, yaxud bank həvaləsi vasitəsi ilə xüms pulunu cameuş-şərait müctəhidə, yaxud onun vəkilinə çatdıra bilərsiniz. Daha yaxşı olar ki, onu islam rəhbərinə, yaxud onun vəkilinə təhvil verəsiniz. Hər bir halda cameuş-şərait müctəhidin özü, yaxud vəkilinin xüsusi icazəsi olmadan xümsü bir şəxsə verə bilməzsiniz.”

Ətreaflı cavab
Бу суалын изаһлы ҹавабы јохдур.