Diqqət eləmək lazımdır ki, islamda fiqhi əhkamlar və əxlaqi üsullar bir- birini kamilləşdirir və onlar arasında heç bir ayrılıq yoxdur.[1] Buna görə də əhkamlardan bəzilərində fərd üçün sabit əhkam olsa, bu onun haqqı olsa da, mükəlləf ondan fiqhi hökm kimi istifadə edə bilər. Amma dini göstəricilərdə əxlaqi cəhətdən başqalarının da haqqı önə çəkildiyi üçün bu iş onların haqqına riayət edərək yerinə yetirilsə yaşayış daha rahat və şirin olar.
Soruşulan məsələ barəsində isə demək olar ki, bu adət- ənənə, şəri məsələlərə bağlılıq, qadın və kişinin bir- birinə qarşı ünsiyyəti və məhəbbətinə bağlıdır.
Əgər ailə münasibətləri dini göstəricilər və məhəbbət əsasında qurulubsa, ərin maddi vəziyyəti yaxşıdırsa onda vəzifəsidir. Yəni nəfəqə və müxtəlif ehtiyacların təmin olunması ilə birgə ananın övlada verdiyi südün pulu da ödənilməlidir. Əlbəttə əxlaqi cəhətdən ərin maddi imkanı yaxşı deyilsə daha yaxşı olar ki, qadın süd pulunu tələb eləməsin. Diqqət eləmək lazımdır ki, o vaxt ailə həyatı şirin olur ki, ər və arvad şəri və əxlaqi vəzifələrinə əməl eləsinlər.
Amma qadın öz şəri hüququna çatmaqda israrlı olsa, bu iş ailə böyüklərinin köməyi və məşvərətlə həll edilə bilməsə məhkəməyə şikayət edərək haqqını ala bilər.
Demək lazımdır ki, pulun qadın tərəfindən tələb olunması qadın və kişi arasında ixtilafın olmasına dəlalət eləmir. Hər halda bu cür hallar islam cəmiyyətində nadir haldadır.
Qadın və kişinin qarşılıqlı vəzifələri barəsində məlumat əldə etmək üçün aşağıdakı indekslərə müraciət edin:
1. Qadınların kişilər qarşısında vəzifələri, sual 14872 (sayt: 14630)
2. Qadınların kişilərin əmrinə tabe olması, sual 1674 (sayt: 1345)
[1] - Bax: Təba təbai, Seyyid Məhəmməd, Hüseyn, Əlmizan fi Təfsiril- Quran, cild 2, səh. 235, dəftər intişarati islami cameeyi mudərrisin hozeyi elmiyyə, Qum, 1417 q.