"Ey o şəxslər ki, iman gətirmisiniz! Bir- birinizin malını batil yerə (nahaq) "şəriət qanunlarından kənar" yeməyin, yalnız o halda ki, ticarət sizin razılığınız əsasında icra olsun..."[1] ayə İslam qanunları və ticarət məsələlərinə aid hökmlərə işarə etmişdir. Bunun üçün də İslam fəqihləri ticarət məsələlərində bu ayəni dəlil gətirib hökmü sabit edirlər.
«إلَّا أَنْ تَکُونَ تِجارَةً عَنْ تَراضٍ»
cümləsi əvvəlki ümumi qanundan ayrı və istisna olmuşdur;
Belə deyək ki, başqalarının malını şəri qanundan kənar halda istifadə etmək, nahaq və haramdır, yalnız ticarət yoluyla və o da müamilə zamanı hər iki tərəfin razılığı olduğu haldadır. Bunun üçün də ticarət hər iki tərəfin razılığı çərçivəsində və şəriət qanunları əsasında olarsa, İslam nəzərində düzgün sayılır.[2]
Amma «أموالکم بینکم» və «تراض منکم» ibarətlərinin arasında olan fərq, bu cəhətdəndir ki, ticarətdə insan daxilində olan razılıq, müamilə zamanı hər iki tərəfdə olmalıdır. Bunun üçün də «منکم» gəlmişdir[3] ki, bir növ arada razılığın olmasını bildirir. Amma «لاتَأْکُلُوا أَمْوالَکُمْ» qeyd «بینکم» üçün gəlmişdir və bir növ cinsin və malın ətrafında toplaşıb o malı araya almağa dəlalət edir,[4] bunun üçün də «بین» ibarətindən istifadə olmuşdur ki, bu zərif nöqtəyə işarə etsin.
Bu sualın ətraflı cavabı yoxdur.
[1] - Nisa surəsi, ayə 29.
[2] - Bax: Hilli, Miqdad ibni Əbdullah Seyvəri, Kənzul- irfan fi fiqhul Quran, cild 2, səh 33 və 34. Qum, birinci çap; Məkarim Şirazi, Nasir, Nümunə təfsiri, cild 3, səh 355. Darul- kitab əl- İslamiyyə, Tehran, birinci çap, 1374, hicri şəmsi; Təbatəai. Seyyid Məhəmməd Hüseyn, Əl- mizan fi təfsiril Quran, cild 4, səh 327. Dəftəre intişarate İslami, Qum, beşinci çap, 1717. Hicri qəməri.
[3] - Beyzavi, Əbdullah, ənvarul- tənzil və əsrarul- təvil, cild 2, səh 70, Darul əhya əl- turasil ərəbi, Beyrut, 1418, hicri qəməri.
[4] - Təba təbai- Məhəmməd Hüseyn, Əl- mizan fi təfsiril- Quran, cild 4, səh 317. Dəftəre intişarate İslami, Qum, 1374, hicri şəmsi.
Bu sualın ətraflı cavabı yoxdur.