Qırx mərasimi barəsində bizim dini mədəniyyətdə qeyd olunan, səfər ayının iyirmisinə təsadüf edən həzrət Seyidüş- şühədanın şəhid olmasının qırxıncı gününü yad etməkdir. İmam Həsən Əsgəri (ə) hədislərin birində, möminin beş əlamətinin olduğunu buyurmuşdur: Əlli bir rəkət namaz, ərbəin ziyarəti, sağ ələ üzük salmaq, alını torpağa qoymaq və namazda bismillah ucadan demək.[1] Həmçinin tarixçilər deyiblər ki, Cabir bin Abdullah Ənsari, Ətiyyə Ovfi ilə birlikdə, Aşura qiyamından sonra, elə birinci qırxda İmam Hüseyn (ə)- ı ziyarət etməyə müvəffəq oldular.[2]
Seyid bin Tavus nəql edir: İmam Hüseynin övladları və qadınları Şamdan qayıtdıqları və İraqa çatdıqları zaman yol göstərənə dedilər: Bizi Kərbəla yolu ilə apar. İmam Hüseyn (ə) və Əshabının şəhid olduqları yerə çatan zaman, Cabir bin Abdullah Ənsarinin Bəni Haşimdən bir dəstə və Peyğəmbər ailəsindən bir kişi ilə, İmam Hüseyn (ə)- ın ziyarəti üçün gəlmişdilər. Hamısı eyni zamanda daxil oldular və birlikdə ağlamağa, hüznə və baş- üzə vurmağa başladılar. Elə bir əza məclisi qurdular ki, çox qəmli və ürək yandıran idi. O yerin qadınları da onlara qoşuldular və neçə gün əzadarlıq etdilər.[3]
Bu sualın ətraflı cavabı yoxdur.
[1] - Mıclisi, Biharul- ənvar, cild 98, səh 329, Beyrut.
«عَلاماتُ المُؤمِنِ خَمسٌ : صَلاةُ اِحدی وَ خَمسین وَزِیارَةُ الا ربَعین ...».
[2] - Təbəri, Məhəmməd bin Əli, Bəşarətul- Mustafa, səh 126, Qum, Müəssisətun- nəşril- İslami, çap birinci, 1420. hicri qəməri.
[3] - Biharul- ənvar, Əl- camiətul lidurəri əxbaril- əimmətil- əthar, cild 45, səh 146.
Bu sualın ətraflı cavabı yoxdur.