İmam Zamanın (ə.c.) zühur əsrində mühüm olan məsələlərdən biri madi və mənəvi elmlərin inkişafı və çiçəklənməsidir. Elm, bu zamanda inkişafın ən uca həddinə yetişət. Rəvayətlər aşkar şəkildə bunu bəyan ediblər necə ki, sualda zikr olan hədis kimi.
Gərək diqqət oluna ki, bu və buna oxşar rəvayətlər demirlər ki, camaatın hamısı təcili elmin iyirmi yeddi hərfini zühur əsrində öyrənərlər, bəlkə İmam Sadiqin (ə) sözündəki ibarət " أخرج", (əxrəcə) kəlməsidir;[1] yəni həzrət Höccət (ə.c.) elmin qalan hərflərini aşkar edər. Bu mənaya ki, Həzrət (ə.c.), elmin iyirmi yeddi hərfini camaatın öyrənməyi üçün aşkar edər və elm süfrəsini bu həddə genişləndirər, amma görəsən hər bir kəs iyirmi yeddi hərfi öyrənər və elmin uca mərtəbəsinə yetişər? Bu, şəxslərin çalışmağına bağlıdır. Şübhəsiz bir dəstə, elmin zikr olunan ali mərtəbəsinə yetişər, elmi dairələri və elm artıran sinifləri təşkil verərlər, başqalarının biliyini artırarlar və elm dalınca olanların siniflərində iştirak edərlər. Bu üzdəndir ki, İmam Əli (ə) bir rəvayətdə buyurub: "Güya şiələrimi görürəm ki, Kufə məscidində xeymələr qurublar və əsil Qurani elmləri o xeymələrdə camaata öyrədirlər".[2]
Nəticə: Baxmayaraq ki, həzrət İmam Zaman (ə.c.) özünün zühuru ilə elmin iyirmi yeddi hərfini öyrənmək imkanını hazırlayır, hətta birdən- birə (gözlənilməz) elmi inkişafın imkanı da vardır, amma həmin əsrdə bəziləri də vardır ki, elmin zirvəsinə yetişməzlər. Onların bu zirvəyə yetişməsi onların çalışmağına bağlıdır. Eynilə təqvanın ali mərtəbəsinə bənzəyir ki, hər bir kəs edə bilər çalışmaqla onu ələ gətirsin. Bəs necə ki, təqva zirvəsinə yetişmək mübarizə və çalışmağa bağlıdır, elmin iyirmi yeddinci dərəcəsinə yetişmək də çalışmaq və müntəzəmliyə bağlıdır.
[1] - Məclisi, Məhəmməd Baqir, Biharul- ənvar, cild 52, səh 336, Müəssisətul- vəfa, Beyrut, 1404 hicri qəməri.
«الْعِلْمُ سَبْعَةٌ وَ عِشْرُونَ حَرْفاً فَجَمِیعُ مَا جَاءَتْ بِهِ الرُّسُلُ حَرْفَانِ فَلَمْ یَعْرِفِ النَّاسُ حَتَّى الْیَوْمِ غَیْرَ الْحَرْفَیْنِ فَإِذَا قَامَ قَائِمُنَا أَخْرَجَ الْخَمْسَةَ وَ الْعِشْرِینَ حَرْفاً فَبَثَّهَا فِی النَّاسِ وَ ضَمَّ إِلَیْهَا الْحَرْفَیْنِ حَتَّى یَبُثَّهَا سَبْعَةً وَ عِشْرِینَ حَرْفاً»
[2] - Həmin, səh 364.
«کَأَنِّی أَنْظُرُ إِلَى شِیعَتِنَا بِمَسْجِدِ الْکُوفَةِ وَ قَدْ ضَرَبُوا الْفَسَاطِیطَ یُعَلِّمُونَ النَّاسَ الْقُرْآنَ کَمَا أُنْزِل»