O işlərdən ki, dini təlimlərdə onlardan çəkindirilib, ərinmək və tənbəllikdir və İmamlar (ə) Allaha bu bəyənilməyən xislətdən pənah aparırlar.
Bu barədə İmamlar (ə)- dan çatmış dualardan bəziləri bunlardan ibarətdir:
1. Müsədə Sədəqənin övladı deyir: İmam Sadiq (ə)- dan böyük hacətlərdə Allaha dua etmək üçün mənə dua öyrətməyini istədim. Həzrət buyurdu: Babam İmam Səccad (ə) duasını sənə örgədirəm... ki, bu duada həzrəti Səccad (ə) Allaha əringənlik və tənbəllikdən pənah aparır
«...وَ أَعُوذُ بِکَ مِنَ الْکَسَلِ وَ الْفَشَل...»[1]
Və sənə gətirirəm halsızlıqdan və süstlükdən.
2. Oxunmağı tövsiyə olunmuş İmam Əli (ə) çərşənbə gününün duasının bir hissəsində belə gəlibdir:
«اللَّهُمَّ إِنِّی أَعُوذُ بِکَ مِنَ النِّسْیَانِ وَ الْکَسَلِ وَ التَّوَانِی فِی طَاعَتِکَ وَ الْفَشَل» [2]
Ey Allah! Sənə pənah gətirirəm unutqanlıqdan, tənbəllikdən və süstlükdən və mənim öhdəmə qoyduğun vəzifələri yerinə yetirməkdə halsızlıqdan sənə pənah gətirirəm.
3. Peyğəmbərin (s) munacatlarının bir hissəsində belə gəlibdir:
«وَ امْنُنْ عَلَیْنَا بِالنَّشَاطِ وَ أَعِذْنَا مِنَ الْفَشَلِ وَ الْکَسَل...»[3]
Ey Allah bizə minnət qoy və bizə şadlıq və təravət inayət et və bizi əringənlikdən və süstlükdən qoru.
Qeyd etməliyik ki, bəyənilməyən xislətləri özündən uzaqlaşdırmaq üçün çalışmaq təvəssül və dua ilə bərabər olmalıdır, bunu unutmaq olmaz.
Bu sualın ətraflı cavabı yoxdur.
[1] - Mufid, Muhəmməd ibni Muhəmməd, Əl- əmali, səh 244, Şeyx Mufid, konfransı, Qum, 14132.
[2] - Kəfəmi, İbrahim ibni Əli Amuli, Əl- bələdul- ləmin vəd- dərəcatul- həsin, səh 128, Müəssisətul- elmiyil- mətbuat, Beyrut, 1418 hicri qəməri.
[3] - Məclisi, Muhəmməd Baqir, Biharul- ənvar, cild 91, səh 124, lvəfa müəssisəsi, Beyrut, Livan, 1404 hicri qəməri.
Bu sualın ətraflı cavabı yoxdur.