Ətraflı axtarış
Baxanların
8246
İnternetə qoyma tarixi: 2012/04/19
Sualın xülasəsi
Ayaqqabı geyməyin qaydaları nədir?
Sual
Ayaqqabı geymək barəsində xüsusi ədəb qaydaları vardırmı? Xahiş edirik ki, bəyan edəsiniz.
Qısa cavab

İslam dini səmavi dinlərin sonuncusu, ən kamili və hər tərəflisidir. Onun təlimləri hər bir zamanda və məkanda insanın fərdi və ictimai yönlərinin hamısına nəzər yetirir, onun bütün ehtiyaclarına qənaətbəxş cavab verir. İslam dinində ayaqqabı geymək barəsində də müəyyən qayda-qanunlar təyin edilmişdir. O cümlədən: Ayaqqabını qəşəng və səliqəli surətdə geymək, ayaq üstdə geyməmək və... Bu qaydalara riayət etmək nemətə şükür etmək hesab olunur.

Ətreaflı cavab

İslam dini səmavi dinlərin sonuncusu, ən kamili və hərtərəflisidir. Onun təlimləri hər bir zamanda və məkanda insanın fərdi və ictimai yönlərinin hamısına  nəzər yetirir, onun bütün ehtiyaclarına qənaətbəxş cavab verir.[1] Bunu nəzərə almaq lazımdır ki, islam dininin hərtərəfli din olmasını əsas tutaraq bütün incəliklərdə də müəyyən bir vəzifə qoyduğunu fikirləşmək olmaz.[2] Əksinə, bu din külli meyarlar, əqli və nəqli dəlillər təqdim etməklə hər əsrdə yeni ünvanla qarşıya çıxan hər bir incə məsələ və mövzu barəsində öz məqsədinin bəyanını bəşərin təfəkkürünə həvalə etmişdir. Din alimləri ictihad əsasında bu meyarlardan düzgün çıxarış əldə etməklə ilahi hökm və göstərişləri əldə etməlidirlər.[3]

Əlbəttə, islam dini bəzi cüzi məsələləri də bəyan edərək onlar üçün xüsusi qayda-qanunlar bəyan etmişdir. Onlardan biri də ayaqqabı geyməkdir. Belə ki, bu ədəb qaydalarına riayət edilməsi bir növ nemətə şükür etmək sayılır.

Ayaqqabı geyməklə əlaqədar qaydalar aşağıdakılardan ibarətdir:

1. Ayaqqabı geyməyin özü.

İslam dinində ayağın örtülməsinə diqqət yetirilmişdir. İmam Baqir (əleyhis-salam) buyurur: “Xoff (bir növ rahat ayaqqabıdır) geymək insanın görmə qabiliyyətini artırır.”[4] İmam Sadiq (əleyhis-salam) buyurur: “Xoff ayaqqabısını geymək insanın cüzam xəstəliyinə tutulmasının qarşısını alır.”[5] Lüğətdə “xoff” kəlməsi ayaqların hər ikisinin üstünü örtə bilən hər bir örtük mənasınadır – istər boğazı da olsun, istərsə olmasın.[6] Amma nə’leyn ayaqqabısı ayağın üstünün hər yerini örtmür.[7] Deyilmişdir ki, xoff nə’leyndən böyükdür.[8]

2. Yaxşı və münasib ayaqqabının əhəmiyyəti. Həzrət Əli (əleyhis-salam) bir yığıncaqda öz köməkçilərinə buyurdu: “Yaxşı ayaqqabı bədəni qoruyur, namaza kömək edir və paklığa səbəb olur.”[9]

3. Gözəl ayaqqabının meyarı. Əli (əleyhis-salam) kifayət qədər möhkəm olmayan ayaqqabı geyməkdən çəkindirirdi.[10] İmam Sadiq (əleyhis-salam) qara ayaqqabı geyməyi xoşlamır, sarı ayaqqabı[11] və ağ ayaqqabı geyməyə tövsiyə edirdi.[12] Bunların hər birini geyməyin xüsusi savabı vardır.

4. Ayaqqabı geyməyin ədəb qaydaları

Hədislərdə ayaqqabı geyməyin yolu və qayda-qanunları bəyan olunmuşdur ki, onların bəzilərini qeyd edirik:

1. Ayaqqabı yaxşı və gözəl şəkildə geyilsin;[13]

2. Ayaqqabı ayaq üstdə olan halda geyilməsin;[14]

3. Ayaqqabının bir tayını geyib yol getməkdən çəkinmək;[15]

4. Ayaqqabı geyəndə əvvəlcə sağ ayağı geymək, çıxaranda birinci sol ayaqdan çıxarmaq.[16]

5. Ayaqqabı geyərkən bu duanı oxumaq:

بِسْمِ الله، اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ وَطِّئْ قَدَمَيَّ فِي الدُّنْيَا وَ الْآخِرَةِ وَ ثَبِّتْهُمَا عَلَى الصِّرَاطِ الْمُسْتَقِيمِ يَوْمَ تَزِلُّ فِيهِ الْأَقْدَام

“Allahın adı ilə. Pərvərdigara, Məhəmməd və Ali-Məhəmmədə salam-salavat göndər, qədəmlərimi dünya və axirətdə düz və sabit saxla, qədəmlərin titrədiyi gündə mənim qədəmlərimi düz yolda sabit saxla!”

Ayaqqabını çıxaran zaman bu duanı oxumaq:

اَلْحَمْدُ لِلّهِ الَّذِي رَزَقَنِي مَا اَوقِي بِهِ قَدَمَي مِنَ اْلاَذَي، أَللّّهُمَّ ثَبِّتهُمَا عَلَي صِرَاطِکَ الْمُستَقِيمِ، يومَ تَزِلُّ فِيهِ الْاَقْدَامِ، وَ لَا تَزِلُّهُمَا عَنِ الصِّرَاطِ الْمُسَوَّي

“Həmd olsun o Allaha ki, ayaqlarımı əzab-əziyyətdən qorumaq üçün bu ayaqqabını mənə nəsib etdi. Pərvərdigara! Qədəmlərin əsdiyi bir gündə mənim qədəmlərimi düz yolda sabit saxla və onları düz yoldan sapdırma!”[17]

 


[2] Mütəhhəri, Mürtəza, “Məcmueyi asar”, (əsərlərinin külliyyatı), 21-ci cild, səh. 193-195, “Sədra” nəşriyyatı, Qum, 1-ci çap, Bi.Ta

[3] Aşağıdakı görünüşlərə bax: “Quran və ictihad”, sual 10749 (sayt: az10677); “Dində bəzi mövzuların hökmlərinin bəyan olunmamasının səbəbi”, sual 6372 (sayt: 6545)

[4] Şeyx Səduq, Məhəmməd ibni Əli, “Səvabul-ə’mal və iqabul-ə’mal”, səh. 25, “Şərif Rəzi” nəşriyyatı, Qum, 2-ci çap, 1406-cı qəməri il

[5] Yenə orada

[6] Tureyhi, Fəxrəddin, “Məcməul-bəhreyn”, 5-ci cild, səh. 49, “Mürtəzəvi” kitab mağazası, Tehran, 3-cü çap, 1375-ci şəmsi il

[7] Lüğətdə “nə’l” və “hiza” kimi gəlmişdir: Cövhəri, İsmail ibni Həmmad, “Əs-sihah, tacul-lüğət”, “Sihahul-ərəbiyyə”, tədqiq və təshih: Əttar, Əhməd Əbdül-Ğəfur, 5-ci cild, səh. 1831, “Darul-elm lil-məllayin”, Beyrut, 1-ci çap, 1410-cu qəməri il

[8] Əbul-Həsən, Əhməd ibni Faris ibni Zəkəriyya, “Möcəmu məqayisil-lüğət”, tədqiq və təshih: Harun, Əbdüs-Salam Məhəmməd, 2-ci cild, səh. 154, “İslami təbliğat” nəşriyyatı, Qum, 1-ci çap, 1404-cü qəməri il

[9] Kuleyni, Məhəmməd ibni Yəqub, “Əl-kafi”, tədqiq və təshih: Ğəffari, Əli Əkbər, Axundi, Məhəmməd, 2-ci cild, səh. 462, "Darul-kutubil-islamiyyə", Tehran,  4-cü çap, 1407-ci qəməri il

[10] Yenə orada, 6-cı cild, səh. 463

[11] “Səvabul-ə’mal və iqabul-ə’mal”, səh. 24 və 25

[12] Yenə orada, səh. 24

[13] Şeyx Səduq, Məhəmməd ibni Əli, “Mən la yəhzuruhul-fəqih”, tədqiq və təshih: Ğəffari, Əli Əkbər, 3-cü cild, səh. 555, “İslami nəşriyyat”ın dəftərxanası, Qum, 2-ci çap, 1413-cü qəməri il

[14] Şeyx Səduq, Məhəmməd ibni Əli, “Xisal”, tədqiq və təshih: Ğəffari, Əli Əkbər, 2-ci cild, səh. 521, “Camieyi müdərrisin” nəşriyyatı, Qum, 1-ci çap,

[15] “Kafi”, 6-cı cild, səh. 534

[16] Təbərsi, Fəzl ibni Həsən, “Adabud-diniyyə lil-xəzanətil-məiniyyə”, tərcüməçi: Abidi, Əhməd, səh. 60, “Zair”, nəşriyyatı, Qum, 1-ci çap, 1380-ci şəmsi il

[17] Yenə orada

 

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • İnsan banka qoyduğu pula düşən xüms məbləğini özü üçün yaşayış məskəni (ev) ala bilərmi?
    6475 Nizamlar hüquq və əhkam 2011/09/12
    Möhtərəm istifadəçinin sualına cavab verməzdən öncə demək lazımdır ki, Ayətullah əl-üzma Xameneinin nəzərinə əsasən qazanc mənfəətindən banka qoyulmuş pul əgər illik həyat və məişət xərclərini təmin etmək üçün olsa, xüms ilinin başında ona xüms düşür. Amma əgər banka qoyulmuş bu pul zəruri həyat vəsaitləri almaq, lazım və zəruri ehtiyacları təmin ...
  • İcarə verilmiş evə və həmçinin onun icarə bahasına və maşına xums düşürmü?
    6876 O şey ki, ona xums təəlluq tapır 2012/10/15
    Məunədən artıq mala və məbləğə xums düşür. Bu barədə daha artıq məlumat əldə etmək üçün bu saytda aşağıdakı göstəricilərə baxa bilərsiniz: 12807 (qızılvə evinxumsu) və 19664 (Xumsun keyfiyyəti və ona düşən yerlər). Şəxsi və ailəvi istifadə olunan evə və maşına xums düşmür. Amma ...
  • Əhli- sünnənin baxışını nəzərə alaraq, şiə fiqhinin nəzərindən səfərdə namazı şikəstə qılmaq rüsxətdir yoxsa vacib?
    13260 بیشتر بدانیم 2012/07/16
    Yəqini olan məzələ budur ki, beş namaz əvvəlcə iki rəkət formasında qanuniləşibdir. Həmçinin heç bir şəkk yoxdur ki, həzərdə (vətəndə) olan namaza iki rükət əlavə olubdur. İndi müzakirə mövzusu budur ki, səfərdə olan namaza da iki rükət əlavə olub ya yox? Şiənin fəqihləri İmamlar (ə)- ...
  • Oruc tutumayan müsəlman üçün yemək və içməli su hazırlayıb verməyin hökmü nədir?
    6698 Cürbəcür 2015/05/30
    Əgər oruc tutmayan şəxsin şəri üzürü varsa və ya oruc tutmaq vacib deyilsə (məsələn, xəstəlik üzündən oruc tuta bilmir) bu əməlin iradı yoxdur. Əgər qüdrəti olan halda, qəsdən oruc tutmursa və xeç bir üzrü yoxdursa, bu iş günahdır və imkan həddində o şəxsi orucu tərk etdiyinə görə ...
  • İslam və Məsihiyyət yolunda olan dialoqlarda hansı problemlər var?
    7521 Təzə kəlam 2011/07/02
    Esta pregunta no tiene una respuesta breve. Pincha en respuesta detallada. ...
  • Vilayəti fəqihə əqidəli olmaq nə vaxtan başlayıb?
    10164 پیشینه تاریخی ولایت فقیه 2012/10/06
    Fiqhdə müctəhidlik dərəcəsinə çatan şəxs tərəfindən İslam cəmiyyətinin rəhbərliyi mənasına olan 2 vilayəti fəqih" məsələsi, bəzilərinin nəzərində İslam düşüncəsi tarixində təzə bir mövzudur və onun keçmişi iki əsrdən azdır. Bunlar iddia edirlər ki, şiə və sünnü fəqihlərinin heç biri bu məsələni araşdırmayıblar ki, fəqihin fətva və hökm ...
  • Kəsa hədisinin əhəmiyyətini bəyan edin?
    10419 Hədis elmləri 2011/12/25
    Şərif kəsa hədisi ki, hədis kitablarında və Şeyx Abbas Quminin Məfatihul- cinan kitabında gəlib ki, cəhətdən əhəmiyyət daşıyır. Biri İmamət və vilayət məsələsidir digəri isə ismətdir. Əhli- beytin (ə) İmaməti və vilayəti bir sıra şahidlər vasitəsiylə hədisdə sübut olur. Peyğəmbər (s) xüsusi danışıq və rəftarla ki, hədisdə nəql olub, İmaməti ...
  • Bir adam necə yuxu yozmaq qüdrətin ələ gətirə bilər?
    10906 Hədis elmləri 2012/01/11
    Röya ya yuxu görmək bir işdir ki, hamı üçün həyat boyu baş verir. Ama onun keyfiyyeti hələ alimlər üçün belə aydın olmamışdır. Qurani kərim Həzrəti Yusifdən yad edərkən buyururu ki, həm doğru yuxu gördü[1] və həmdə Allah yuxu yozmaq elmin ona öyrətdi.[2] Yusif zindanda ...
  • İmam Zamanla (ə.c) digər İlahi və ya qeyri- İlahi dinlərdə olan xilaskarın hansı oxşar və fərqli cəhətləri var?
    7497 Qədim kəlam 2011/10/30
    Müxtəlif məktəb və dinlər xüsusilə İlahi dinlər müştərək şəkildə elə bir şəxsin müjdəsini vermişlər ki, bir çox dəyərlərə sahibdir. Dünyaya hakimiyyəti altında ədalət, sülh və əmniyyət gətirəcək və zülm və müstəmləkədən əsər belə qalmayacaq. O məzlumların köməyinə gələcək və ruzigar onların xeyrinə dövran edəcək. O öz ədalət taxtına oturacaq və ...
  • İslam nəzərindən təbliğ üslubu nədən ibarətdir?
    9464 Məsumların (Əleyhimussəlam) sirəsi 2012/02/13
    “Təbliğ” hər hansı bir xəbəri çatdırmaq mənasınadır. İlahi peyğəmbərlərin, xüsusilə həzrət Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih)-in ilahi risalət vəzifəsi insanların zülmətlərdən nura doğru hidayətindən ibarət idi. Buna görə də İslamda təbliğ Allahın sözünü bəndələrinə çatdırmaq ünvanı ilə çox böyük əhəmiyyət daşıyır. İslamda təbliğ üslublarını üç qismə: kəlami (şifahi), yazılı və ...

Ən çox baxılanlar

  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    168535 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    166454 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    121837 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    115816 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    114938 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    96444 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    60527 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    56484 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    49128 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    47244 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...