Please Wait
Baxanların
110062
İnternetə qoyma tarixi: 2013/07/25
Saytın kodu fa2714 Arxiv kodu 76737
Dəstə Nizamlar hüquq və əhkam ,Həmyataq olmağın zaman və məkanı
tags Evlənmək|arxa|cinsi əlaqədə olmaq|ləvvat|arxadan
Sualın xülasəsi
Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
Sual
Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir? Bu əməlin məkruh olması bu mənadadır ki, belə işi yerinə yetirənə günahmı yazılır?
Qısa cavab
 Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır.
 Diqqət etmək lazımdır ki, arxadan əlaqədə qadın razı olmasa icazə yoxdur və şiddətli kərahət o zamandır ki, qadın razı olsun. Bütün mərce təqlid alimlərinin nəzərinə əsasən, qadın razı olmasa, kişinin bu istəyi müqabilində ona tabe olmaya bilər.[2]
 Amma, şəri göstərişdən əlavə, belə bir əməlin tibbi sağlamlıq cəhətdən də aqibətini nəzərə almaq lazımdır.  Ona görə ki, həkimlərin rəyinə əsasən, belə bir əməl hər iki tərəfdə xüsusilə, qadında bir çox üfunətli xəstəliklərin yaranmasına səbəb ola bilər.
 

[1] İmam Xumeyni, Ayətullah Nuri, Ayətullah Fazil, Ürfətul-vüsqəya şərh, c.2; Ən-Nikah, Əl-fəslül-əvvəl, məsələ 1; Ayətullah Safi, Tozihul-məsail mərace, məsələ 45; Ayətullah Xamnei, İstifta, səh.419; Ayətullah Məkarim
[2] Ayətulllah Fazil, Cameul-məsail, c.1; səh.1670; Ayətullah Sistani, Tozihul-məsail, məsələ 450; Ayətullah Xamnei, İstifta, səh.425; Ayətullah Vəhid, Mihacus-salehin, c.2; səh.228; İmam Xumeyni, Ayətullah Məkarim, Ürvətül-vüsqaya şərh, c.2; əl-fəsl əvvəl, məsələ 1.